Qrafik təsvirə görə, hər üç məktəb tipində müəllimlərin tədris prosesində video,
CD və DVD-lərdən istifadə etməsi üzrə ümumi göstəriciləri belədir: müntəzəm
olaraq hər gün istifadə edilir – 17,3 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 26 faiz;
ayda 1 dəfə istifadə edilir – 32,3 faizi; heç vaxt istifadə edilmir – 24 faiz.
Tipik ümumtəhsil məktəbləri və «İlin ən yaxşı ümumtəhsil məktəbi»
müsabiqəsinin qalibi olan məktəblər üzrə şagirdlərin əksəriyyəti video, CD və DVD-
lərdən tədris prosesində istifadə edilməsi ilə bağlı mənfi cavab vermişlər. Burada
diqqət çəkən mühüm məqamlardan biri, şagirdlərin digər suallara verdikləri ca-
vablarla bu suala verdikləri cavablar arasında uyğunluğun olmasıdır.
Qrafik 8-də anket sorğusunda iştirak edən şagirdlərin tədris prosesində qəzet,
jurnal və s. kimi yazılı resurslardan istifadə edilməsi ilə bağlı suallara verdikləri
cavabların faiz göstəriciləri ifadə olunub.
Qrafikə əsasən məktəblərin tiplərinə görə, tədris prosesində müəllimlərin qəzet,
jurnal və s. kimi yazılı resurslardan istifadəetmə göstəricilərinə diqqət yetirək. Tipik
ümumtəhsil məktəblərində: heç vaxt istifadə edilmir – 41 faiz; ayda 1 dəfə istifadə
edilir – 45 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 14 faiz; «İlin ən yaxşı ümumtəhsil
məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə: heç vaxt istifadə edilmir – 36 faiz;
ayda 1 dəfə istifadə edilir – 46 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 18 faiz; «Elektron
məktəb»lərdə: heç vaxt istifadə edilmir – 2 faiz; ayda 1 dəfə istifadə edilir – 5 faiz;
həftədə 2-3 dəfə istifadə edilir – 47 faiz; müntəzəm olaraq hər gün istifadə edilir –
46 faiz.
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2
Dostları ilə paylaş: