Araşdırmada istifadə olunan anket sualları SPSS-nin (Statistical Packet for Social
Sciences) köməyi ilə təhlil edilmiş, ortaya çıxan nəticələr cədvəllər və qrafiklər
vasitəsi ilə şərh olunmuş, əldə olunan nəticələrin müqayisəsi aparılmış tədris
prosesində tədris avadanlıqları və resurslardan istifadəyə nə dərəcədə yer verildiyi
və hansılara üstünlük verildiyi müəyyənləşdirilmişdir.
Anket sorğusunda iştirak edən 300 şagirdin tədris prosesində hər üç məktəb
tipində müəllimlərin vizual resurslardan istifadə ilə bağlı suala verdikləri cavabların
qrafik təsviri verilmişdir.
Qrafik 2-yə əsasən məktəb tiplərinə görə tədris prosesində vizual resurslardan
istifadə edilmə göstəriciləri müxtəlifdir: tipik ümumtəhsil məktəblərində
müəllimlərin 33 faizi heç vaxt istifadə etmir; 47 faizi ayda 1 dəfə, 20 faizi həftədə 2-
3 dəfə istifadə edir. Göründüyü kimi, tipik ümumtəhsil məktəblərində vizual
resurslardan tədris prosesində müəllimlərin 80 faizi ya heç vaxt istifadə etmir, ya
da ayda 1 dəfə istifadə edir, müntəzəm olaraq hər gün isə istifadə edilmir.
«İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə vizual
resurslardan tədris prosesində müəllimlərin 30 faizi heç vaxt istifadə etmir; 33 faizi
ayda 1 dəfə, 33 faizi həftədə 2-3 dəfə istifadə edir. Cəmi 4 faiz müntəzəm olaraq hər
gün istifadə edir.
«Elektron məktəb»lərdə vizual resurslardan müəllimlərin 7 faizi heç vaxt istifadə
etmir; 24 faizi ayda 1 dəfə istifadə edir; 37 faizi həftədə 2-3 dəfə istifadə edir; 32
faizi müntəzəm olaraq hər gün istifadə edir.
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2
Dostları ilə paylaş: