İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma


http://journal.edu.az Nərminə Məmmədova Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   2   3   4   5   6   7   8   9   ...   17
yazili resurslar

27
http://journal.edu.az
Nərminə Məmmədova
Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma
___________________________________________________________________________________________________________________________________________________________
1
http://www.president.az


D’Agelo Jill və Woosley Şerrinin tədqiqatlarına görə: təhsilin gələcəyi ilə bağlı
hər hansı proqnoz yalnız texnoloji meyillərin təhlili nəzərə alınmaqla verilə bilər.
Tədqiqatçılara görə, şagirdləri dərsə cəlb etmək və onlarda maraq yaratmaq üçün
müəllimlərin hansı tədris resurslarından, necə istifadə etməsi, tədris avadanlıqlarının
dərsin məzmununa inteqrasiyası məsələləri öz aktuallığını saxlayır. Tədqiqat
əsərində müasir avadanlıqlar və resurslar dedikdə, kompüter, video, internet, mul-
timedia dəstəyi, səs və görüntü dəstəyi, CD-DVD proqramları, elektron resurslar və
s. bu kimi çox fərqli cihaz və resurslardan istifadə edilmənin böyük əhəmiyyət
daşıdığı vurğulanmışdır [D’Angelo Jill M. & Woosley Sherry A. 2007].
Türk alimi Cavad Alkan «Təhsildə informasiya texnologiyaları» adlı əsərində
(1977-ci ildən mütəmadi nəşr olunur) yazır ki, çoxsaylı müasir tədris avadanlıqları
və resurslardan istifadə imkanlarının mövcud olduğu hazırkı təhsil sahəsində onların
daha düzgün, məqsədəuyğun və sistemli seçimi çox mühüm əhəmiyyətə malikdir.
Öyrənmə-öyrətmə zamanı müəllim, tədris avadanlığı və şagird birlikdə prosesə cəlb
edilməli, təhsil dövrün tələbinə uyğunlaşdırılmalıdır» [Alkan C. 2011]. 
Türk pedaqoqları Demet Alpar, Gülşah Batdal və Yunus Avcının həmmüəllif
olduqları «Şagird mərkəzli təhsildə təlim texnologiyalarının tətbiqi» adlı əsərdə
müasir dövrdə tədris prosesində müəllimin rolunu önə çəkərək göstərirlər ki, müasir
təhsil anlayışında «müəllim mərkəzli təhsil», «şagird mərkəzli təhsil» yerini «standart
şagird» mərkəzli təhsilə vermişdir. Yeni anlayışda şagirddə meydana gəlməsi istənilən
xüsusiyyətlərin təyin olunan standartlar səviyyəsinə çatdırılması əsas götürülür və
müəllimə şagirdin öyrənməsinə bələdçilik etmə vəzifəsi verilir. Bu baxımdan, təlim,
təlim texnologiyaları və təhsildə yoxlama anlayışlarının yeni tələblər istiqamətində
gözdən keçirilməsi zərurəti yaranır [Alpar D., Gülşah B., Yusuf A. 2007].
Harvard Universitetinin professoru, psixoloq Şacter (1999) «Şagird nailiyyətlərinə
tədris resurslarının təsiri» mövzusunda apardığı anket sorğusunu müxtəlif
məktəblərdə, təxminən 500 şagirdlə həyata keçirərək, alınan nəticələri təhlil etmişdir.
Həmin nəticələrdən bəziləri bunlardır: «Az zamanda çox məzmun öyrənmə,
şagirdlərin dərsə və müəllimlərinə qarşı daha düzgün davranış bəsləməsi, tədrisdə
müvəffəqiyyətdə və dərsdə iştirakda böyük bir artımın olması». Anket sorğusunun
nəticəsində qeyd olunur ki, bəzi şagirdlər tədris prosesində müasir tədris
avadanlıqları və resurslardan istifadənin onlara heç vaxt müsbət töhfəsinin
olmadığını və bu səbəbdən məhdud istifadə edilməsini bildirmişlər [Schacter J.
1999].
Amerikalı pedaqoqlar Loyd, Dean və Coperin tədqiqatları nəticəsində müəyyən
etmişlər ki, şagirdlərin müasir tədris avadanlıqlarından istifadə etməsinin müsbət
təsirinə baxmayaraq, bu xüsusiyyətlər heç də bütün dərslərdə özünü göstərmir. Bu
tədqiqatlar müəllimlərin səviyyəsinin və onların texnoloji avadanlıqlardan istifadə
bacarıqlarının kifayət qədər olmamasının şagirdlərə mənfi təsirini ortaya çıxarmışdır
[Lloyd Jan M., Dean Laura A. & Coper Diane L. 2009].
Mərmərə Universitetinin dosenti Özdener Nesrinin və kompüter müəllimi Fatma
Cürenin «Müəllimlərin informasiya və kommunikasiya texnologiyaları tətbiq etməsi
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin