Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri


Əməliyyatlar sistemi. Windows əməliyyatlar sisteminin işçi stolu, onun əsas elementləri. Windows əməliyyatlar sisteminin idarəetmə paneli



Yüklə 1,16 Mb.
səhifə8/52
tarix25.04.2023
ölçüsü1,16 Mb.
#102428
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
Informatika f nninin predmeti. Informasiya n z riyy si v inform

Əməliyyatlar sistemi. Windows əməliyyatlar sisteminin işçi stolu, onun əsas elementləri. Windows əməliyyatlar sisteminin idarəetmə paneli


Əməliyyat sisteminin köməyilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, ƏS-nin əsas funksiyası kompüterlərin ehtiyatlarının ( fiziki ehtiyatlar (mikropro­sessor, monitor, disklər) və məntiqi ehtiyatlar (proqramlar,fayllar və s.)) və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:

  1. birməsələli (bir istifadəçidən ibarət) ƏS;

  2. çoxməsələli (çox istifadəçidən ibarət) ƏS;

  3. Şəbəkə əməliyyatlar sistemləri.

Birməsələli ƏS bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə sistemlərə MSDOS ƏS göstərmək olar.
Çoxməsələli ƏS fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında bölüşdürür. Belə ƏS –lərinə UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə olunur:
-MSDOS və onunla uzlaşan PCDOS və Novell Dos əməliyyat sistemləri;
- Windows 3.1, Windows 3.11, Windows 95, Windows 98, Windows 2000/NT, Windows XP, UNİX.
Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş FK-lar üçün yaradılmışdır.
MS-DOS əməliyyat sistemi
MSDOS ƏS İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş FK-larda istifadə edilir.
MS DOS ƏS-nin 1981-ci ildə ilk versiyası yaradılıb. 1987-ci ildə bu ƏS-nin 3.3 versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MSDOS ƏS-nin 5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 KB-dan çox tutuma, maqnit disklərinin isə 32 MB-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar yaratmağa diskdəki sıxılmış informasiylardan və antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MSDOS 6.20 versiyası istifadə edilir.
MSDOS ƏS ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS ƏS-lərinin 6.0 və 7.0 versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.
MSDOS ƏS kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yad­daşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, displey, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MSDOS ƏS minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:

    • MSDOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;

    • MSDOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.

Hazırda əməliyyatlar sistemindən geniş istifadə MSDOS ƏS-nin əhəmiyyətini heçə endirmir. Belə ki,
-çoxlu sayda yaradıcı sahələrə aid MSDOS-da tərtib edilən proqramlar müvəffəqiyyətlə istifadə edilir. Onların yenidən işlənməsinə və lazımi effektin alınması həmişə mümkün deyil;
- Windows ƏS və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında MSDOS-dan istifadə edilir.
MSDOS ƏS-nin üstün cəhətləri bunlardır:
-geniş imkanlı əmrlər sisteminə malikdir;
-fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
-çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
- əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması imkanı;
-istifadəçilərlə dialoqla məsələlərin həlli;
MSDOS ƏS modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:
-Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir.O, həmçinin yaddaşın işini yoxlayır, ƏS-nin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır;
-ƏS-nin yükləyicisi, ilkin yükləmə proqramı (boot record)- bu qısa proqram olub sistem diskinin birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun yaddaşa yüklənməsi prosesini tamamlamaqdır;
-Disk faylları- İO.SYS və MSDOS.SYS. Disk faylları ƏS-nin yükləyicisi tərəfindən yüklənir və kompüter yaddaşında daimi qalırlar;
- COMMAND.COM əmrlər prosessoru sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır;
- DOS-un xarici əmrləri-utilitlər. Disklərin yoxlanması, formatlaşdırılması (FORMAT.COM), çapın təşkili (PRİNT.COM) kimi əməliyyatların yerinə yetirilməsini təmin edirlər;
Qurğuların idarəedici proqramları olan drayverlər. Bu drayverlər kompüterin yaddaşına köçürülür və onların adları CONFİG.SYS faylında göstərilir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin