İnformasiya sistemləri və verilənlər bazaları



Yüklə 193,16 Kb.
səhifə3/7
tarix15.06.2023
ölçüsü193,16 Kb.
#130999
1   2   3   4   5   6   7
Verilənlər və informasiya mühəndisliyi

Şəkil 1. Lokal informasiya sisteminin sadələşdirilmiş strukturu
İnformasiya sistemi tətbiq olunan müəssisədə verilənlərin mərkəzləşdirilmiş idarə olunmasına məsuliyyəti verilənlərin administratoru (VA) adlanan bir və ya bir neçə şəxsdən ibarət qrup daşıyır. VA-nın funksiyalarına aşağıdakılar aiddir: VB-yə hansı verilənlərin daxil edilməsini müəyyənləşdirmək, İS-nin fəaliyyəti zamanı qaydalara əməl olunmasını və sorğu nəticələrinin istifadəçilərə çatdırılmasını təmin etmək.
VB-nin tələblərinin yerinə yetirilməsi verilənlər bazasının administratoru (VBA) tərəfindən aparılır. Verilənlər bazasının administratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət qrupdur. VBA-nın əsas vəzifəsi VB-ni yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin sorğularına cavabları təmin etməkdir. VBA həmçinin sistemin operativliyinə, texniki, informasiya və proqram təminatına da cavabdehlik daşıyır.
Paylanmış informasiya sistemi paylanmış verilənlər bazasında verilənlərin paylanmış emalını yerinə yetirir. Paylanmış emal o deməkdir ki, müxtəlif məsafələrdə yerləşmiş kompyuterlər kommunikasiya şəbəkəsi ilə bir-biri ilə əlaqələndirilir və verilənlərin emalı şəbəkənin kompyuterləri arasında bölüşdürülür. Müxtəlif kompyuterlər arasında əlaqə şəbəkəni idarə edən xüsusi proqram vasitəsilə əldə edilir.
Hazırda paylanmış İS üçün ən perspektivli kliyent-server arxitekturası hesab olunur. Bu arxitekturanın geniş yayılmış variantı kompyuter şəbəkəsindən və paylanmış verilənlər bazasından ibarət olur. Paylanmış verilənlər bazası server-kompyuterdə yerləşdirilən korporativ verilənlər bazasından (KVB) və terminal kompyuterlərdə yerləşdirilmiş fərdi verilənlər bazalarından (FVB) ibarət olur.
Server dedikdə kompyuter şəbəkəsinin resursunu idarə edən kompyuter (proqram), kliyent dedikdə isə, həmin resursdan istifadə edən kompyuter (proqram) başa düşülür. Kompyuter şəbəkəsinin resursu rolunda verilənlər bazaları, fayl sistemləri, poçt xidməti, mətbuat xidməti və s. çıxış edə bilər. Serverin tipi onun idarə etdiyi resursun növü ilə təyin olunur. Məsələn, əgər idarə olunan resurs verilənlər bazasıdırsa, onda uyğun server verilənlər bazası serveri adlanır. İnformasiya sisteminin kliyent-server arxitekturası ilə təşkilinin böyük üstünlüyü ondan ibarətdir ki, burada ümumi korporativ informasiyanın mərkəzləşdirilmiş saxlanması, idarə olunması və həmin informasiyaya kollektiv müraciətlə yanaşı, fərdi informasiya ilə fərdi işləmək imkanı da var. Korporativ VB server VBİS-in (məsələn, MS SQL Server və ya Oracle Server) idarəsi altında yaradılır, təmin olunur və fəaliyyət göstərir.

Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin