Информасийа тящлцкясизлийи



Yüklə 479,5 Kb.
səhifə1/9
tarix14.06.2022
ölçüsü479,5 Kb.
#61381
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
INF.KURSU 9 MUHAZIRE


Y.H.İmamverdiyev
İnformasiya təhlükəsizliyi. Elektron imza



Y. N. İMAMVERDIYEV
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri
9. İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ. ELEKTRON İMZA
(Mühazirə 9)


9.1. İnformasiya təhlükəsizliyi
9.2. Kompüter şəbəkələrində təhlükələrin təsnifatı
9.3. Kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunmasının texnoloji aspektləri
9.4. Elektron imza

9.1. İnformasiya təhlükəsizliyi
Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən asılı olur.
İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:

  • şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;

  • informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı;

  • minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması.

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəliliyi nəzərdə tutulur.
İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir.



Yüklə 479,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin