Imtahan suallari


SUAL:9 Sözün leksik mənası və semantic çalarları,25 bal



Yüklə 22,43 Kb.
səhifə9/19
tarix02.01.2022
ölçüsü22,43 Kb.
#38843
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Azerbaycan dili

SUAL:9

Sözün leksik mənası və semantic çalarları,25 bal

CAVAB:Sözün bir leksik yəni lüğəvi mənası var.Yəni sözün ifadə etdiyi anlayışın izahı.Məsələn:açar qapını açıb-bağlamaq üçün istifadə edilən vasitədir.Bu açar sözünün leksik mənasıdır.Köməkçi nitq hissələrinin leksik mənası var,ancaq müstəqil-leksik mənası yoxdur.Köməkçi nitq hissələri müstəqil şəkildə içlənə bilmir.Dilimizdəki hər bir sözün həm leksik,həmdə qrammatik mənası olur.Qrammatik mənası onun hərəkət,ad,əlamət bildirməsi,yəni hansı nitq hissəsinə aid olmasıdır.Sözün leksik mənasından başqa sözün törəmə mənalarıda olur.Məsələn açar sözü.Hər hansı bir işin açarını,o işin həll yolunu tapmaq bu açar sözünün semantik çalarıdır.İkinci semantik çaları isə açarını itirmək yəni özünü itirmək,özünü apara bilməməkdir.Bütün sözlər,dilimizdəki feillər istisnasız şəkildə leksik mənası ilə yanaşı semantik çalarıda var.Məsələn: sayın semantik çalarına belə bir nümunə deyə bilərəm: mənə 9 gəlirsən.Yəni terminlərdə bəzən obrazlı,məcaz mənasında işlənilir.Biz deyirikki terminlərin məcazi mənası olmur,amma bəzi hallarda biz görürükki onlar məcazi mənadada işlənir.Məsələn:Katalizator sözü kimyəvi termindir,reaksiyanı qızışdırır,özü isə kənarda qalır,parçalanmır.Müəyyən insanlara aranı qarışdırıb,özüdə sudan quru çıxırsa biz ona katalizator deyirik.


Yüklə 22,43 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin