İmam Hüseyn və Aşura qiyamı


Kufə şiələrindən İmam Hüseynə (ə) kömək edənlər oldumu?



Yüklə 1,08 Mb.
səhifə6/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
1   2   3   4   5   6   7   8   9   ...   25

Kufə şiələrindən İmam Hüseynə (ə) kömək edənlər oldumu?


Keçən bəhslərimizdə bildiniz ki, Müaviyənin hakimiyyəti zamanı şiələrin çox hissəsi misli görünməyən amansızlıqla soyqırıma mə`ruz qaldılar. Onların qalan hissəsi Kufədən uzaqlara sürgün edildi. Demək olar ki, Kufədə çox az saylı şiə qaldı. Elə bu neçə nəfər də İmam Hüseynə (ə) kömək etməyə hazır olduqlarını bildirdilər. 79

Qorxaq Kufəlilərin heç bir hərəkət etməyəcəyini gözəl anlayan Abdullah ibn Ziyad, az saylı şiələrin rəhbərsiz qaldığını bilsə də, onlardan çəkinirdi. Şiələrin Kufədən qaçıb İmam Hüseynə (ə) qoşulacağından ehtiyat edən İbn Ziyad şəhər qapılarını qorumaq üçün İbn Qeysin başçılığı altında beş yüz nəfərlik keşikçi əsgərləri tə`yin etmişdi. 80 Lakin bununla belə Yezid ibn Sabit və iki oğlu, Boreyd ibn Xəzir, Sə`d Ənsari, Əbul-Hətuf Ənsari, Ömər ibn Xalid, Sə`d Muvəlla, Əl-Aizi, onun oğlu, Cünadə Səlmani, Nafe` Cəməli, Həbib ibn Məzahir, Həccac ibn Məsruq, Sə`d ibn Abdullah, Müslim ibn Ovsəcə, Müslim ibn Kəsir, İbn Səmamə, Qasid ibn Züheyr, onun iki qardaşı, Əbu Səmamə Ömər Saidi, Ömər ibn Qərzəe Ənsari, Abdullah ibn Roə, Əbdür-rəhman ibn Urvə, Abdullah ibn Əmir və digər cəsarətli şiələr Kufədən qaçaraq İmam Hüseynə (ə) qoşuldular. Və Aşura günü imamla birgə şəhid oldular. Kufədən qaça bilməyən bə`zi şiələr isə Yezidin qoşununa qoşularaq Kərbəlaya gəlib orada Həzrət Hüseynin (ə) dəstəsilə birləşərək şəhid oldular. Noman ibn Ömər, Hüllac ibn Ömər, Məsud ibn Həccac, Əbdürrəhman ibn Məsud da belələrindən idi.

Bəzi Kufə şiələri də, İmam Hüseynin (ə) məktublarını yetirən elçilər idi. Onlar axır nəfəslərinədək İmama (ə) sədaqətli olmuş, ən ağır işgəncələrə dözərək, öz şiə dostlarının məktublarını düşmən əlinə keçməsinə imkan verməmişdirlər. Və böyük rəşadət nümayiş etdirərək şəhid olmuşlar. Abdullah Həmiri, Qeye Seydabi və başqaları buna misal ola bilər.

İbn Ziyadın qoşununa qoşulan kufəlilər arasında tam qətiyyətlə bir nəfər də şiənin olmadığını iddia etmək olar. Tarixdə qeyd olunmuş Muxtar Səqəfinin qisas aldığı kufəlilərin adları sırasında da, şiələrdən əsər-əlamət belə yoxdur.81 Həmçinin İmam Hüseyn (ə) Kərbəlada düşmən qoşunlarına; «Ey Ali-Süfyan şiələri! Əgər dininiz yoxdur və qiyamət günündən qorxmayırsınız, heç olmasa azad insanlar olun!» deyə müraciət etmişdir. Onlara «şiələrim» deyə müraciət etməmiş və «düşmən şiələri» (tərəfdarları) adlandırmışdır. 82

Bununla da, Kufə şiələrinin İlahi imtahanından üzü ağ çıxdığını söyləyə bilərik.

İmam Hüseyn (ə) nə üçün düşmənindən bir gün möhlət istədi?


Aşuradan bir gün əvvəl yə`ni Tasua günü düşmən qoşunu Kərbəlada İmam Hüseyn (ə) və onun əshabını hər tərəfdən mühasirəyə aldı. Həzrət İmam Hüseyn (ə) qardaşı Abbasa dedi: «Qardaşım, get onlardan soruş ki, axı nə üçün bizim üstümüzə hücum çəkirlər?»

Həzrət Abbas bir neçə əsgər ilə qoşuna tərəf gedib soruşdu: «Nəyə görə bizi mühasirəyə aldınız?»

Düşmən qoşunu belə cavab verdi: «Bizə əmr olunub ki, bu gün sizə itaətsizliyinizə görə hücum edək.»

Həzrət Abbas İmamın (ə) hüzuruna gəlib onların sözünü qardaşına çatdırdı. İmam (ə) buyurdu: «Onların yanına qayıt de ki, bir gün bizə möhlət versinlər. Mən bu günü ibadətlə keçirmək istəyirəm. Tanrım bilir ki, mən namaz qılmağın, Qur`an oxumağın, dua və istiğfar etməyin aşiqiyəm.»

Cənab Abbas qardaşının buyurduğunu onlara çatdırdı. Ömər Səd öncə imtina etmək istəsə də, öz qoşunundan olan bir əsgər dedi: «And olsun Allaha, əgər başqa bir qəbilə bizdən bu xahişi etsəydi qəbul edərdik. Rəsulullahın (s) Əhli-beytinin sözünü nə üçün qəbul etməyək?»

Ömər Səd dedi: «Biz sizə sabaha qədər möhlət veririk. Əgər bizə itaət etməyi qəbul etməsəniz, hamınızı qılıncdan keçirəcəyik.»83

İmam Hüseynin (ə) öz düşmənlərindən döyüşü saxlaması üçün bir gün möhlət istəməsinin əxlaqi, mənəvi, etiqadi, həm də siyasi səbəblərinin olmasında heç bir şəkkimiz yoxdur. Biz isə bu səbəblərdən bir neçəsini sizin nəzərinizə çatdırmaq istəyirik:

1- Bu bir gün möhlət, İmam Hüseynin (ə) səhabələrinin azad və sərbəst düşüncə ilə o Həzrətin qarşısında şəhadət yolunu seçmələrini sübuta yetirdi. Həmin gün İmam Hüseyn (ə) axşam vaxtı yaxınlaşdıqda öz səhabələrini bir yerə yığıb onlara belə buyurdu: «Tanrıma hər bir nemətə və müsibətə görə şükr edirəm... Mən sizdən vəfalı və layiqli əshab, öz Əhli-beytimdən yaxşı Əhli-beyt tanımıram. Tanrım özü sizə kömək olsun. Əslində mən bu Kufə əhli haqqında başqa cür fikirləşirdim. Ona görə ki, onlar (öz yazdıqları məktublara əsasən) mənə itaət edib tabe olmalı idilər. İndi ki, iş bu yerə gəlibdir mən öz beyətimi sizdən götürürəm və sizi öz ixtiyarınıza buraxıram. Hər kim getmək istəyirsə gecənin qaranlığından istifadə edib gedə bilər. Çünki bu qoşunun yalnız mənimlə işləri vardır.»

İmam (ə) bu sözləri dedikdən sonra onun bütün yaxınları və səhabələri ayağa qalxıb dedilər: «Biz nəyə görə bu işi etməliyik? Məgər səndən sonra yaşamağın mənası vardırmı? Tanrı heç vaxt bizi səndən ayırmasın.»

İmam Hüseyn (ə) üzünü Müslim ibn Əqilin oğlanlarına tutub buyurdu: «Sizin ailənizdən Müslim kimi şəxsiyyət şəhid oldu. Və bu müsibət sizin ailənizə kifayət edər. Siz çıxıb gedin, mən sizə icazə verirəm.»

Onlar İmamın (ə) cavabında ehtiramla dedilər: «Allah eləməsin biz səndən ayrı düşək. Biz əgər səni burada qoyub getsək camaata nə cavab verərik? İmamımızı düşmənlə tək qoyduğumuza görə xəcalət çəkməyəcəyikmi? Allaha and olsun ki, biz heç vaxt belə şərəfsiz iş görmərik. Qoy canımız və malımız sənin yolunda qurban olsun...»

Bu zaman İbni Ovsəcə İmama (ə) üzünü tutub belə söylədi: «Ey Peyğəmbər balası, biz sənə kömək etməsək Allah yanında üzüqara olarıq. And olsun Allaha ki, əgər məni yetmiş dəfə öldürüb diriltsələr yenə də sənin hüzurunda şəhid olmağı arzulayaram. Çünki, sənin yolunda şəhid olmaq əbədi səadətə qovuşmaq deməkdir.»

Digər səhabələr də bir-bir ayağa qalxıb öz istəkləri ilə İmama (ə) sadiq olduqlarını və bu işə görə fəxr etdiklərini bildirdilər.84

Əgər İmam Hüseyn (ə) düşməndən bir gün möhlət almasaydı, bəlkə də səhabələrinin bu qədər eşq ilə onun yolunda şəhid olduqlarını tarixin səhifələrinə həkk edə bilməyəcəkdi.

2- İmam Hüseynin (ə) öhdəsində olan İmamət və rəhbərlik məqamı onun insanları hidayət etməsində olan vəzifəsini bir neçə bərabər artırırdı. Ona görə ki, hər bir İlahi rəhbərin vəzifəsi başqalarını haqqa yönəltmək və onların dini, mənəvi dəyərlərə yetişmələri üçün şərait hazırlamaqdır. Elə İmam Hüseynin (ə) də öz düşmənlərindən bir gün möhlət alması onun bu İlahi vəzifəsinə sön dərəcə əhəmiyyət verməsinə dəlalət edir. Çünki, İmamın (ə) düşmən qoşunundan möhlət istəməsi, əslində onlara haqqa və imana gəlmələri üçün daha bir gün fürsət vermək idi. Lakin təəssüflər olsun ki, onlara verilmiş bu son şansdan belə yalnız bir nəfər, Hürr ibn Yəzid Riyahi istifadə edə bildi. Minlərlə dünya düşkünü olan insanlar isə, heç bir şəkildə haqq yoluna gəlmək istəmədilər. Bir halda ki, İmam Hüseyn (ə) və onun ətrafındakılar bu bir gündə düşmən qoşununun hidayət olması üçün əllərindən gələni əsirgəmədilər.

3- İmam Hüseynin (ə) öz düşməninə ağız açıb bir gün möhlət istəməsinin əsl səbəbi o gecəni sübhə kimi ibadətlə keçirmək idi. Necə ki, İmam (ə) Həzrət Abbasa deyir: «Qardaşım Abbas, get onlara de ki, bizə bir gün möhlət versinlər. Mən bu günü ibadətlə keçirmək istəyirəm...»

Bəli, Məhəmməd Peyğəmbərin (s) İmam Əlinin (ə) və Həzrət Fatimənin tərbiyəsini görmüş bir kişi heç vaxt ibadət və minacatdan doymur, ömrünü ibadətə sərf etməsinə baxmayaraq yenə də bir günü qənimət sayıb raz-niyaz etmək istəyir!

Rəvayətlərə əsasən, İmam Hüseyn (ə) oğlu Əli Əkbərə, səhabələrə hətta xeymədə olan qadınlara göstəriş verdi ki, o gecəni səhərə qədər namaz qılıb, Qur`an oxusunlar. Tanrı dərgahına dualar oxuyub istiğfar etsinlər.

Doğrudan da İmam Hüseynin (ə) bu davranışı onun nə qədər Allaha bağlı olduğunu göstərdi. O bu işi ilə bir daha namazın, Qur`anın, ibadət və münacatın əhəmiyyətini sübuta yetirib, onu özlərinə İmam, rəhbər seçən bütün insanlara örnək və ibrət dərsi oldu.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin