İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


Dezinfeksiya  işlərinin  m exanikləşdirilm əsi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

Dezinfeksiya  işlərinin  m exanikləşdirilm əsi
Heyvandarlıq obyektlərində, quş fabriklərində, ət kombinat­
larında,  süd  zavodlarında  və  digər  obyektlərdə  planlı  qaydada 
dezinfeksiya  aparılır.  Dezinfeksiyanı  aparmaq  üçün  müxtəlif 
dezinfeksiya maşınları  və avadanlıqlarından  istifadə edilir.  Bun­
lar aşağıdakı  qruplara  bölünür:
1.  Portativ  dezinfeksiya apartları;
2.  Mobil  dezinfeksiya vasitələri;
3.  Sənaye  təmayüllü  heyvandarlıq  obyektlərində  işlədilən 
maşın və avadanlıqlar;
4.  Aerozol  texnika.
Portativ  dezinfeksiya  aparatları  kiçik  həcmdə  dezinfeksiya 
işlərini  yetirməyə  xidmət  edir.  Bu  məqsədlə  müxtəlif çiləyəci- 
lər və  hidropultlardan  istifadə edilir.
Mobil  dezinfeksiya  vasitələri  sanitariya texnikasının  ən  əsa­
sı  hesab  edilir.  Bunlar ya  avtomobil  şassisi  üzərində,  yaxud  av- 
toqoşqular üzərində  quraşdırılır.  Bunlar heyvandarlıq  və  quşçu­
luq  obyektlərinin  həm  soyuq,  həm  də  isidilmiş  məhlullarla  de­
zinfeksiyası  və  cezinfeksiyası  üçün  istifadə  edilir.
Mobil  dezinfeksiya  avadanlıqlarına  misal  olaraq  ADA, 
VDM-2,  ADV,  LSD,  DUK-2  və  s.  göstərmək  olar.
Aerozol  texnika  vasitələri  ilə  aerozol  dezinfeksiya  aparılır. 
Müəyyən  edilmişdir ki,  heyvandarlıq  və quşçuluq obyektlərinin 
dezinfeksiyasında  ən  mütərəqqi  və  perspektivli  üsul  aerozol 
dezinfeksiyadır.  Aerozol  dezinfeksiyada  kimyəvi  dezinfeksiya 
vasitələri  obyektlərə  ölçüsü  250-500  mkm  havada  isə  5-10 
mkm-ə  bərabər  olan  xırda  damlalar  halında  tətbiq  edilir.  Bu 
üsulla dezinfeksiyanın səmərəliliyi yüksəlməklə yanaşı, həm də 
dezinfeksiya  vasitələrinə  qənaət edilir.
Hazırda  baytarlıqda  AQ-UD-2,  TAN,  PVAN  DAQ,  SAQ-1, 
RSSJ və s.  aerozol  generatorlardan  istifadə edilir.  Kiçik  sahələr­
də  həm  də perozol  balonlar  işlədilir.
113

Ş ə k i l   2 .  M ü h ə r r i k l i   O M P - 2   “ O l e n ”  
ç i l ə y i c i s i
Ş ə k i l   4 .  V D M - 2   b a y t a r l ı q  
d e z i n f e k s i y a e d i c i   m a ş ı n
Ş ə k i l   3 .  B ö y ü k   K Z   ə l   h i d r o p u l t u
Ş ə k i l   5 .  L S D - 3 M   d e z i n f e k s i y a  
q u r ğ u s u
DEZİNSEKSİYA
Heyvanlara və  quşlara ziyan  yetirən və  müxtəlif xəstəlik tö­
rədicilərinin  yayılmasında  mühüm  rolu  olan  haşaratlara  qarşı 
aparılan  kompleks  mübarizə  tədbirləri  dezinseksiya  adlanır. 
Dezinseksiyanın  aparılmasının  mühüm  epizootoloji,  epidemio- 
loji  və  gigiyenik əhəmiyyəti  vardır.
Quşçuluğa iqtisadi ziyan yetirən həşaratlardan gənələri, qan- 
soran  ikiqanadlı  haşaratları,  milçəkləri  və  s.  göstərmək  olar.
G ənələr  infeksion  xəstəlik  törədicilərinin  quşlar  arasında 
yayılmasında mühüm rol  oynamaqla bərabər bəzən də  infeksiya 
törədicilərinin  ehtiyat  mənbəyinə  çevrilir.  Gənələr  vasitəsilə 
müxtəlif  xəstəlik  törədicilərinin  xəstələrdən  sağlamlara  veril­
məsi  transovarial  və  transfazal  baş  verir.  Gənə  cinsləri  içərisin­
də  iksoid,  arqazid,  qamazid  gənələri  habelə  bir çox  tük  və  pər­
qu  yeyənlər quşçuluğa daha çox  ziyan  yetirir.
Ümumiyyətlə qansoran  həşaratlar quşlara hücum  edərək  qa­
nını  sorur,  xəstəlik  törədiciləri  ilə  onları  yoluxdurur,  zəhərli 
tüpürcəkləri  ilə  orqanizmi  zəhərləyir  və  quşları  narahat  edir. 
Gənələrin  quşları  yoluxdurması  nəticəsində onlar inkişafdan  və 
yumurtlama  qabiliyyəti  10-70%  aşağı  düşür,  cücələrdə  fars  gə­
nəsi  ilə  yoluxdurmada  50-80%,  toyuq  gənəsi  ilə  yoluxdurmada 
isə  2-5%  ölüm  baş  verir.
Birə  ilə  yoluxmuş  quş  binalarında  quşların  yumurtalaması 
19%,  çəki  artımı  isə  20%  aşağı  düşür.
Həşaratlarla mübarizə  məqsədilə  mexaniki,  fiziki,  bioloji  və 
kimyəvi  üsullardan  istifadə edilir.
Quş  binaları  və  onun  ətraf sahələrində  sistematik  olaraq  pe­
yin  və  yem  qalıqlarının  kənar  edilməsi  binaların  sanitariya  sə­
viyyəsinin  yaxşılaşdırılması  mexaniki  üsula  aiddir.  Belə  vasitə­
lərin tətbiqi  ilə yalnız həşaratların  qismən azalması təmin  edilir.
Fiziki  dezinfeksiya  üsulu genələrin  və birələrin  məhvi  məq-

sədilə tətbiq edilir.  Bu məqsədlə isti buxar, qaynar su, alov və s. 
istifadə  edilir.
Bioloji  dezinseksiya  üsulu  həşaratların  təbii  düşmənlərinin 
istifadəsinə  əsaslanmışdır.  Bu  məqsədlə  qüşlardan,  heyvanlar­
dan,  antoqonist  həşaratlardan,  mikrob  kulturalarından  istifadə 
edilir.  Süni  yolla  döllük  qabiliyyəti  olmayan  erkək  fərdlərin  və 
həşaratlarda  xəstəlik  törədən  mikrobların  əldə  edilməsi  pers­
pektivli  olsa  da  hələlik  tam  şəkildə  mühüm  nailiyyətlər  əldə 
edilməmişdir.
Kimyəvi  dezinfeksiya  üsulunda  müxtəlif təsirə  malik  olan 
kimyəvi  vasitələrdən istifadə edilir. Təsir xüsusiyyətlərinə görə 
inseksid  maddələr  4  qrupa  -   kontakt  inseksidlərri,  bağırsaqdan 
sorulmaqla  təsir  edən  inseksidlər,  fumiqantlar  və  repelentlərə 
bölünür.
Kontakt təsirli  inseksidlər həşaratların orqanizminə onun xa­
rici  örtüyü  vasitəsilə  daxil  olur.  Bunlar aerozol,  dust  və  məhlul 
halında hazırlanır.
Bağırsaqdan  sorulmaqla  təsir  edən  inseksidlər  həşaratların 
orqanizminə alimentar yolla daxil  olur və  bağırsaqdan  sorularaq 
onu  tələf edir.
Fumiqant  təsirli  inseksidlər  həşaratların  orqanizmə  tənəffüs 
yolu  ilə daxil  olaraq  onu  öldürür.
Repelentlər həşaratları  qovmaq  xüsusiyyətinə malik  olan  iy­
li  inseksidlər  qrupuna  daxildir.  Binaların  nümayəndələrinə  mi­
sal  olaraq  dimetilftalat,  dietiltoluamid,  benzimin,  siodrin,  karbo- 
fos  və s.  göstərmək  olar.
Şəharatlara qarşı mübarizə profilaktik və qırıcı olmaqla 2 ye­
rə  bölünür.  Profilaktik  tədbirlər həşaratların  yaşaması  və  çoxal­
masının qarşısını almağa yönəldilir.  Burada əsas iş təsərrüfatlar­
da gündəlik olaraq zibil  və peyinin toplanıb kənar edilməsindən, 
bununla  da  həşaratların  çoxalma  yerlərinin  ləğv  edilməsindən 
ibarətdir.
116
Şəharatlarla  mübarizədə  qırıcı  tədbirlər  daha  mühüm  əhə­
miyyətə  malikdir.  Bu  tədbirlər  həşaratların  müxtəlif  inkişaf 
dövrlərində  onların  tələfatına  səbəb  olur.  Şəharatları  qırmaq 
üçün  5%-li  polixlorpinen,  1%-li trixlorofos,  10%-li  naftalizol  və 
10%-li  kreolin  emulsiyasından  istifadə  edilir.  Bu  iksoid  maddə­
lər  hər  m2  sahəyə  3-5  litr  hesabı  ilə  işlədilir.  Milçəklərə  qarşı 
mübarizə  məqsədilə  peyinin  üzərinə  qonur rəngli  təbəqə  alına­
na  qədər quru  xlorlu  əhəng tökülür.
Quş  binalarının  gənələrdən  azad  edilməsi  üçün  0,5%-li  xo- 
lofos, 0,5%-li  karbofos və 0,5%-li trixlormetafos məhlullarından 
istifadə edilir. Quşların üzərində qu və pərqü yeyənləri məhv et­
mək üçün sevin dustu hər m2 sahəyə 6 qram  işlədilir.  Mallofaq- 
larla  yoluxmuş  quşlara  0 ,1%-li  neosidinol,  0 ,1%-li  sevin,  0,1- 
0,2%-li  karbofos, 0,2-0,5%-li trolen hər başa 25-30 ml  hesabı  ilə 
tətbiq  edilir.
Dezinseksiya  aparan  şəxslər öz  şəxsi  gigiyenalarının  gözlə­
məli  və bu  məqsədlə  fərdi  qoruyucu vasitələrdən  istifadə etmə­
lidirlər.
DERATİZASİYA
Epizootoloji  və  epidemioloji  cəhətdən  təhlükəli  olan  və 
böyük  iqtisadi  zərər  yetirən  gəmiricilərə  qarşı  aparılan  kom­
pleks  mübarizə  tədbirlərinə deratizasiya  deyilir.
cəmiricilərin  çoxlu  növü  mövcuddur və  bunlardan  sinantrop 
gəmiricilər (yunanca sun -  birlikdə və anthrapos -  insan) hevan- 
darlığa  və  quşçuluğa  daha  çox  ziyan  vurur.  Sinantrop  gəmirici­
lərə  misal  olaraq  boz  və  qara  siçoıulu,  həmçinin  ev  siçanlarını 
göstənnək  olar.
Bir il  ərzində  siçovullar 2-3  dəfə,  siçanlar  isə 4-5  dəfə  bala- 
layır.  Hər dəfədə 4-5-dən  13-15-ə  qədər bala  doğulur.  Eksperi­
mental yolla müəyyən edilmişdir ki, siçovulların hər  100 kq can­
117

lı  kütləsinə  bir gündə  19  qram  yem  tələb  olunur.  Quşçuluq  ob­
yektlərində  bunların quşların yemini  yeyir,  çirkləndirir və xarab 
edir.  Bunlar  hətta  cücələri  də  yeyir,  yaxud  zədələyir.  Bundan 
əlavə  gəmiricilər quş  binalarında  ağacdan  hazırlanmış  m üxtəlif 
avadanlıqları,  komunikasiya  xətlərini  zədələyir.  Siçovul  1 
gündə 40-60 qram,  siçan  isə 4-5 qram yem yeyir ki,  buda  1  il  ər­
zində  müvafiq  olaraq  20  və  1,8  kq  təşkil  edir.
Quşçuluq  obyektlərində  yaşayan  gəmiricilər  bir  çox  infek- 
siya  törədicilərinin  mənbəyinə,  ehtiyat  mənbəyinə  və  canlı  ya­
yıcılarına çevrilir.
Gəmiricilərlə  mübarizə  aparmaq  çətindir,  çünki  bunlar  hər 
hansı  bir  şəraitdə  tez  uyğunlaşır,  müxtəlif xəstəlik  törədiciləri­
nə,  rodentosid preparatların təsirinə adaptasiya olunur.  Respub­
likamızda gəmiricilərlə  mübarizə kompleks şəkildə aparılmaqla 
mühüm  sosialoji  əhəmiyyətə  malikdir.
Kompleks  mübarizə  profilaktik  və  qırıcı  tədbirlər  sistemin­
dən  ibarət olub, gəmiricilərlə  mübarizədə  biri -  dgərini  tamam­
layır.
Gəmiricilərlə  mübarizədə  profilaktik  tədbirlərin  müntəzəm 
aparılması  mühüm  əhəmiyyətə  malikdir.  Əksər  tədqiqatçıların 
fikrincə  gəmiçilərlə  mübarizədə  ən  əsas  tədbir onların  yaşayış 
tərzinin  pozulmasını  əldə  etməkdir.  Profilaktik  tədbirlər  3  qru­
pa  bölünür:  sanitariya  tədbirləri,  tikinti-texniki  tədbirlər  və  aq­
rotexniki  tədbirlər.
Sanitariya  tədbirlərinin  mahiyyəti  ondan  ibarətdir  ki,  quşçu­
luq  obyekti  təmiz  saxlansın,  yem  anbarlarından  gəmiricilərin 
yayılmasına  qarşı  mübarizə  aparılsın.  Xüsusilə  yem  məhsulları 
elə  yerdə  saxlanmalıdır ki,  gəmiricilər ora  keçə  bilməsin.
Tikinti-texniki  tədbirlər  o  deməkdir  ki,  quşçuluq  obyektləri 
tikilən zaman  elə materiallardan  istifadə edilməlidir ki, gəmiric­
ilər  onu  dağıda  bilməsin.  Ventilyasiya  və  kanalizasiya  xətləri 
elə qurulmalıdır ki, gəmiricilər bina daxilinə keçə bilməsin.  An­
118
barların  tikintisi  zamanı  həmin  şərt  xüsusilə  nəzərə  alınmalıdır.
Aqrotexniki  tədbirlərin məqsəd xarici  mühitdə gəmiricilərin 
yaşayış  tərzini  pozmaqdır.  Bu  məqsədlə  sahələrin  şumlanması, 
suvarılması,  m üxtəlif bitki  məhsul-larının  vaxtında  toplanıb  da­
şınması,  alaq  otları  ilə  mübarizə  mühüm  əhəmiyyətə  malikdir.
Qırıcı  tədbirlər gəmiricilərlə  mübarizədə  daha mühüm  əhə­
miyyətə  malikdir.  Bu  məqsədlə  mexaniki,  bioloji  və  kimyəvi 
üsullardan  istifadə edilir.
Mexaniki  üsulda  müxtəlif tip  tələlər  tətbiq  olunur.  Tələlər 
gəmiricilərin  gediş-gəliş  yollarında  və  yuvalarının  yanında  qo­
yulur.
Bioloji  deratizasiya zamanı  gəmiricilərin  təbii  düşmənlərin­
dən  və  bəzi  mikrob  preparatlarından  istifadə  edilir.  Bir  çox  quş 
növləri  və  xırda  yırtıcı  hevanlar gəmiricilərin  təbii  düşmənləri­
dir və gəmiricilərlə  mübarizədə bunlar geniş  şəkildə tətbiq olu­
nur.  Sinantrop  gəmiricilərin yaşayış  ərazilərində  qırılması  üçün 
pişik  və  itlərdən  istifadə  edilir.
Mikrob  preparatlarının  deratizasiya  məqsədilə  işlədilməsi 
mühüm  effekti iliyə  malikdir.  Çünki  bunların  tətbiqi  zamanı  zə­
hərli  maddələrdən  fərqli  olaraq  gəmiricilərdə  qoruyucu-miida- 
fıəedici  reaksiyalar  törədilir.  Mereikovski  İsaçenko,  Daniç  və 
Proxorov  bakteriya  kulturaları  gəmiricilərə  seçici  və  güclü  təsir 
göstərərk, onlarda  kütləvi  salmonelyoz törətməklə  100% ölümə 
səbəb olur.
Təcrübələr yolu  ilə müəyyən edilmişdir ki, qeyd edilən  bak- 
teriyalar kənd təsərrüfatı  heyvanları, quşlar və  insanlar üçün  pa- 
togenliyə malik  deyil.  Ancaq  bir qrup  alimlər göstərirlər ki,  hə­
min  bakteriyaları  uzun  müddət gəmircilərə  qarşı  işlətdikdə,  ola 
bilsin  ki, heyvan, quş və insanlar üçün onlarda patogenlik  xassə­
si  yaransın.
D.F.Traxanov  tərəfindən  baktokumarin  preparatı  hazırlan­
mışdır ki,  bunun  da  tərkibində  İsaçenko  və  Proxorov  bakteriya-
119

lari,  zookumarinin  natrium  duzu  mövcuddur.  Hazır  preparatda 
0,012-0,015%  zookumarin  vardır.  Mikrob  preparatlarını  gəm i­
ricilərə  qarşı  işlətmək  üçün  onları  müxtəlif aldadıcı  yemlər  ha­
lında tətbiq  edirlər ki,  bu da  xüsusi  müəssisələrdə  hazırlanır.
Kimyəvi  deratizasiya  üsulunda  gəmiriciləri  məhv  etmək 
üçün  rodentosidlərdən  istifadə  edilir.  Bunlar toz,  məhsul  və  qaz 
şəklində hazırlanır.  Rodentosidlərə misal olaraq zookumarin, di- 
fenasin,  fentolasin,  krisid,  sink-fosfid,  mərgümüş  preparatları, 
strixinin,  ratindan  və  s.  göstərmək  olar.  Bu  preparatlar  xüsusi 
müəssisələrdə  müxtəlif yem  vasitələrinə  qatılaraq  aldadıcı  yem 
halında tətbiq  edilir.  Bu  preparatlar kəskin  zəhər olduqları  üçün 
işlədilən  zaman  ehtiyatlı  olmaq  lazımdır.
Aldadıcı  yeilər bir neçə  üsulla  hazırlanır.  Z əhərlər  m üxtəlif 
yemlərə  qarışdırıldıqda  bunlara  həmdə  3-6%  miqdarınd  bitki 
yağları  əlavə  edilməlidir.  Çünki  belə  halda  alman  qarışıq  gəm i­
riciləri  daha  yaxşı  cəlb  edir.  Əgər yem  vasitələri  maye  halında 
olan kimyəvi preparatlarla isladılırsa, əvvəlcə həmin preparatla­
rın  müəyyən  qatdıqda  məhlulu  hazırlanır,  yemlər  onda  isladıl- 
dıqdan  sonra  qurudulur  və  istifadə  edilir.  Toz  halında  kimyəvi 
vasitələr  işlədilirsə,  onda  onlar  taxıl  məhsullarına  bitki  yağlan 
ilə  yapışdırılır.  Bu  məqsədlə  əvvəlcə  metal  qabda  hər  kq  taxıl 
üçün 20 qram yağı götürülüb qarışdırılır, sonra bunun üzərinə la­
zım  olan  qədər  rodentosid  preparatı  əlavə  edilir,  təkrar  qarışdı­
rılır və  istifadə  edilir.
120
İSTEHSALIN  İNTENSİV  TEXNOLOGİYASI 
ŞƏRAİTİNDƏ  QUŞÇULUQDA  ÜMUMİ 
VƏ  SPESİFİK  PROFİLAKTİKİ 
TƏDBİRLƏR  SİSTEMİ
Ü m u m i  profilaktiki  tədbirlər
Quşçuluq  fermasının  coğrafi  quruluşunun  düzgün  təşkili  tə­
sərrüfatda  quşların  gigiyenasına  və  sağlamlığına  əsaslı  şəkildə 
təsir göstərir.  Ferma üçün yerin ayrılması təsadüfi  xarakter daşı­
mamalı,  burada  hökmran  küləklərin  və  axar  suların  istiqaməti 
nəzərdə tutulmalıdır.  Xüsusilə  ferma yaşayış sahələrindən,  açıq 
su  mənbələrindən,  magistral  şosse  və  dəmir yollarından  müəy­
yən  qədər kənarda  tikilməlidir.
Əgər fermada  müxtəlif yaş qrupuna  mənsub quşlar saxlanır­
sa  bu  zaman  ayrı-ayrı  yaş  qrupu  quşların  saxlanması  üçün  bina­
lar  bir-birindən  aralı  olmalı  və  bunlar arasında  hər  cür  əlaqələr 
minimuma  endirilməlidir.  Ferma arasında olan  hər bir quş  bina­
sı elə tikilməlidir ki, bura həşaratlar, gəmiricilər daxil ola bilmə­
sin.  Ferma  isə tamamilə  xaricdən  hasara alınmalı  və bunun  giriş 
yolunda ciddi  nəzarət  işi  təşkil  edilmişdir.
Ferma daxilində və onun ətrafında hər bir tədbir yerinə yeti­
rilən  zaman  xüsusi jurnalda qeydlər edilməlidir.  Həç  kəs  yoxla­
nılmadan  ferma  ərazisinə  daxil  olmamalıdır.  Ferma  ərazisinə 
daxil  olan  yük  maşınları  mütləq  dezinfeksiya edilməlidir.  Bütün 
iççilər  kombinezonla  və  ya  xalatia  və  ayaqqabı  ilə  təmin  edil­
məli  və ayaqqabını  dezinfeksiya etmək  üçün  drenaj  sistemlə tə­
min  olunmuş  ayaq  vanlarından  istifadə  edilməlidir.
Quşlar  fermada  yaş  qrupu  üzrə  saxlanmalıdır.  Bura  daxil 
edilmiş  quş  qrupu  epizootoloji  cəhətdən  təhlükəli  olmaqla  xəs­
tə və ya patogen amillərin daşıyıcıları  ola bilər.  Ona görə də hə­
min  quş  qrupu  ümumi  əsas  qrupa  daxil  edilməzdən  əvvəl  profı-
121

laktiki  karantin  şöbəsində  saxlanmalı  və  şübhəli  hallarda müva­
fiq  diaqnostika  üsulları  ilə yoxlanmalıdır.
Fermada müxtəlif yaş  qrupları  olan şəraitdə  hər hansı  tədbir 
əvvəlcə  cavan,  sonra  isə yaş  qruplarında  aparılmalıdır.
Quş  binaları  ilə bərabər yem  ambarları  və yumurta  saxlanan 
binalarda həşaratlar və gəmiricilərdən azad  olmalı  və  vəhşi  quş­
ların  bura  daxil  olmasına  şərait olmamalıdır.
Quş  binası  quşdan  azad  olunduqdan  sonra  döşənək  kənar 
edilməli,  əsaslı  mexaniki  təmizlik  apardıqdan  sonra  dezinfek­
siya  edilməlidir.  Dezinfeksiyanın  səmərəliliyini  müəyyən  et­
mək  üçün  bakterioloji  monitorinq  aparılmalıdır.
Yem təmiz qapalı  konteynerlərdə saxlanmalı, quşların içmə­
li  suyu  kifayətləndirici  keyfiyyətdə  olmalıdır.  Damazlıq  ferma 
monovalent  olmalıdır,  yəni  burada  bir  növ  quş  saxlanmalıdır. 
Ana  qrup  saxlanan  binalarda  döşənək  quru  və  yaxşı  vəziyyətdə 
olmalı,  yumurta  gündə  ən  azı  2  dəfə  toplanmalı,  təmiz  və  əv­
vəlcədən  dezinfeksiya ədi İmiş  konteynerlərə yığılmalıdır.  Çirk­
li  və  skorlupasının  tamlığı  pozulmuş yumurtalar ayrı  toplanmalı 
və  inkubasiya edilməlidir.
Quşçuluq  təsərrüfatlarında  mikroorqanizmlərlə  yoluxmanın 
əsas  3  mənbəyi  qeyd  olunur.
1.  Xarici  mühitdən  yoluxma. 
Bura  aiddir  yaxınlıqdan  yo­
luxmuş  fermalar,  müxtəlif xəstəlik  törədicilərinin  ehtiyat  mən­
bəyi  olan  gəmiricilər,  vəhşi  quşlar və s.
2.  M ü x təlif vasitələrdən  yoluxma. 
Bura  aiddir  quşçuluqda 
işləyən  şəxslər,  müxtəlif maşınların  sürücüləri,  ticarət  işçiləri, 
texniki  mütəxəssislər və  s.
3.  M ik roorqan izm lərlə  tək rar  yoluxma. 
Bir çox  mikroor- 
qanizmlər  əgər  dezinfeksiya  aparılmırsa  uzun  müddət  xarici 
mühit  obyektlərində  öz  virulentliyinini  itirmir.  Bundan  əlavə 
nəmli  səthlərdə nisbətən  əlverişli  şəraitdə bioloji  qaysaq  əmələ 
gəlir.  Bunlar  heterogen  bakteriyaların  aqlomeratlarından  ibarət­
122
dir.  Bir  çox  tədqiqatçılar  müəyyən  etmişlər  ki,  bioloji  qaysaq 
müxtəlif ailələrə  və  cinslərə  mənsub  olan  bakteriyalardan  iba­
rətdir.
Bioloji  qaysaqların  formalaşması  mürəkkəb  heterogen  feno­
men olub ayrı-ayrı  mikroorqanizmlərin xarici  mühitin təsirindən 
qorunmasında  mühüm  rol  bynayır.
Müəyyən  olunmuşdur  ki,  bioloji  qaysağın  tərkibində  olan 
bakteriyalar  bir  çox  təsirlərə,  xüsusilə  ultrabənövşəyi  şüaların, 
kimyəvi  dezinfeksiya  vasitələrinin  təsirinə  davamlı  olur.
Bioloji  qaysaqlarla  mübarizə aparmaq  üçün əsaslı  sanitar tə­
mizlikdən  sonra  dezinfeksiya aparılmalıdır.
Quşçuluq  fermalarında dezinfeksiyanın  aparılması quşların 2 
növ  mikrob  hücumundan  qorunmasında  əsas  rol  oynayır.
1.  Spesifik  infeksion  xəstəlik  törədiciləri. 
Əgər  davamlı 
immunitet  yoxdursa  və  quşlarda  vaksinasiyalar  aparılmayıbsa 
həmçinin quşlara müxtəlif stresslər təsir göstərirsə onda  müxtə­
lif bakterial,  virus, göbələk, mikroplazma və s.  etiologiya xəstə­
liklərə  tutulur.
2.  Xarici  mühitin  mikrofiorası. 
Belə  mikrofloranın  təsirin­
dən  quşlarda  məhsuldarlığın  azalması  və alınmış  məhsulun  əm- 
təəlik dəyərinin  aşağı  düşməsi  qeyd  olunur.
Quşçuluq  binalarında  dezinfeksiya  aparmaq  üçün  əvvəlcə 
mikroorqanizmlərin  mənbəyi  və  ehtiyat  mənbəyi  aradan 
götürülməlidir  ki,  bu  məqsədlə  sanitar  təmizlik,  həşarat  və  gə­
miricilər  üzərində  nəzarət  əsas  sayılır.  Bundan  sonra  dezinfek­
siya aparılır.
Dezinfeksiyadan  əvvəl  obyektlərin  səthləri  və  avadanlıqlar 
tamamilə  təmizlənməlidir.  Dezinfeksiya  ilə  bərabər  dezinsek- 
siya  və deratizasiya tədbirləri  də aparılmalıdır.
Dezinseksiyada məqsəd inseksid və akarasid vasitələrdən is­
tifadə  etmək  m üxtəlif hematofaqları  məhv  etməkdir.  Bu  prepa­
ratlar çiləmə,  aerozol  və  tüstü  şəklində  tətbiq  edilir.
123

Gəmiricilər xəstəlik  törədilərinin  yayılmasında  mühüm  rola 
malikdir.  Bu məqsədlə müxtəlif rodendosit preparatlardan istifa­
də  edilir.  Preparatlar əsasən  aldadıcı  yem  halında  tətbiq  edilir.
Q uşçuluqda  istifadə  edilən  su  və 
yemin  sanitar  vəziyyətinə  n əzarət
İçməli  suyun keyfiyyəti  ona görə əsas  sayılır ki,  bu  həm  quş­
ların  zootexniki  göstəricilərinə,  onlardan  alınan  məhsulların 
keyfiyyətinə təsir göstərməklə yanaşı  həm  də xəstəlik  törədici­
ləri  ilə də zəngin ola bilər ki, bu da xəstəliklərin yayılmasına sə­
bəb olur.
Quşçuluq  binalarında  istifadə  olunan  su  cod  olmamalıdır. 
Suyun  codluğu  onun  tərkibində  olan  Ca  ilə  əlaqədardır.  Əgər 
suyun  hər  litrində 4  mq  Ca olursa  bu onun  codluğunu  göstərir.
Əgər  su  coddursa  və  bundan  hər gün  istifadə  olunursa  onda 
belə suyun təsirindən müxtəlif avadanlıqların metal  və rezin his­
sələri  zədələnir, əhəng duzları  müxtəlif boruların daxili  hissəsi­
ni  tutur  və  yüksək  təzyiqin  təsirindən  bəzən  boru  divarı  cırılır. 
Eyni  zamanda  müxtəlif  dezinfeksiya  vasitələrinin  keyfiyyəti 
aşağı düşür.  Digər tərəfdən su həddən artıq yumşaq olduqda tur- 
şuluğu  artır və  metal  boralurın  korroziyasına səbəb  olur.
Quşların saxlanması zamanı onların yüksək keyfiyyətli su ilə 
təmin  etmək  üçün  suya  müəyyən  qədər oksidləşdirici  vasitələr 
əlavə  edilməlidir.  Suyun  paylanma  sisteminə  bir  sıra  dezinfek­
siya  vasitələri  xüsusilə  limon  turşusu,  xlor və  ammonyak  əlavə 
edilməlidir.  Suyun  dezinfeksiyası  onda  mikroorqanizmlərin 
ümumi  miqdarının  azalmasına,  yosunların  inkişafının  ləngimə­
sinə  və  bəzi  metalların  çökməsinin  qarşısın  azalmasına  səbəb 
olur.  Bu  həm  də  bəzi  dərman  vasitələrinin  effektliyini  yüksəl­
dir.  Beləki,  limon  turşusu tetrasiklin  qrupu  antibiotiklərinin  həll 
olma qabiliyyətini  yüksəldir.
124
Yem quşçuluqda yoluxmanın əsas mənbələrindən  biri  hesab 
edilir.  Bu  salmonellaların, klostridiumların bir çox virusların eh­
tiyat  mənbəyi  rolunu  oynayır.  Bundan  əlavə  mikoplazmozun, 
pasterellyozun və infeksion bronxitin törədicisinin yayılmasında 
mühüm  əhəm iyyətə  malikdir.  Müxtəlif taxıl  məhsullarının  və 
qarğıdalının  mikotoksinlərə görə yoxlanması  da çox  vacibdir.
Mikotoksinlər  immunodepressiyaya  səbəb  olur,  nəticədə 
bakterial,  virus  və  parazitar  infeksiyaların  baş  verməsinə  və  in­
kişafına  səbəb  olur.
Mikotoksinlər toksiki  vasitə olub taxıl  məhsullarının  müxtə­
lif növlərində  müşahidə  edilən  xüsusi  göbələklər tərəfindən  is­
tehsal olunur.  Mikotoksinlərin bir neçə növü olmasına baxmaya­
raq  aflatoksin  Bİ  daha  təhlükəlidir.  Mikotoksinlər  heyvanların 
immun  sisteminə  təsir  edərək  onların  xəstəliklərə  həssaslığını 
yüksəldir.  Bunların  təsirindən  baş  verən  iti  və  xroniki  gedişli 
xəstəliklər böyük  iqtisadi  ziyana  səbəb  olur.
Quşların  sağlamlığına  nəzarət  məqsədilə  hər körpə  quş  par­
tiyasından  nümunə  götürülüb  analiz  edilməlidir.  Bu  zaman  aşa­
ğıdakı  momentlər nəzərə  alınmalıdır.
1.  Kliniki  müayinələr:  omfalit, orqanizmdə susuzluq  və inki­
şafın  çatışmazlıqları.
2.  Patanatomiki  yarma aparılmalıdır.
3.  Bakterioloji  müayinələr  bağırsaq  çöplərinə,  qızılı  stafılo- 
kokka  görə  aparılmalıdır.
4.  Mikoloji  analiz aspergillyozun törədicisinə görə aparılma­
lıdır.
5.  Seroloji  müayinələr mikoplazmalara görə  aparılmalıdır.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin