İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

P atogenez. 
Xəstəliyin  patogenezi  yoluxma  yolundan,  orqa­
nizmə  daxil  olmuş  mikrobun  dozasından,  mikrobun  virulentlik 
dərəcəsindən,  quş  orqanizminin  rezistentliyindən  asılıdır.  Ali- 
mentar yoluxma zamanı  həzm traktına düşmüş amil  m ədə-bağır­
saq  sisteminin  selikli  qişasında  toplanır  və  bağırsaq  divarının 
limfofollikullarında  saxlanır.  İlk  patoloji  dəyişdiklər  elə  burada 
verir  ki,  buda  limfofollikulların  hiperplaziyası  və  eritelioid  tu- 
berkulların  yaranması  ilə özünü göstərir.  Bağırsaqdan mikobak- 
teriyalar limfa vasitəsilə qaraciyərə toplanır və burada ilkin  epi- 
telioidli  və  ya  limfoidli  histositar tuberkullar  inkişaf edir.  Aero- 
gen yoluxma zamanı  ağciyərdə də belə analoji dəyişdiklər qeyd 
olunur.
Quşların  vərəm ində  əsas  tipik  zədələnm ə  epitelioid 
düyünlərin əm ələ gəlməsilir.  Bunun  inkişafının ən  ilkin  m ərhə­
ləsi  proliferasiya  və  epitelioid  hüceyrələrin  mərkəzə  toplanma­
sı və bunların ətrafında limfoid hüceyrələrdən ibarət xüsusi kap- 
sulanın  əm ələ gəlməsidir.  Sonrakı  inkişafla əlaqədar olaraq  bu­
rada  epitelioid  hüceyrələrin  miqdarı  çoxalır,  eyni  zamanda 
düyündə  vərəm çöpləri  də çoxalır.  Bu çöplər isə öz növbəsində 
distrofıki dəyişdiklər törədir.  Epitelioid hüceyrələri  arasında nə­
həng  hüceyrələr meydana çıxır.  Daha  sonra  hüceyrə  elementlə­
240
rinin  əvvəlcə  mərkəzdə,  sonra  isə  periferiyada  nekroz  yaranır. 
Bundan  sonra  isə  düyün  ətrafında  birləşdirici  toxumadan  ibarət 
olan  kapsula əm ələ  gəlir.
Əgər  orqanizmi  ümumi  müqavimət  qüvvəsi  kifayət dərəcə- 
dədirsə  vərəm   düyünü  ətrafında  kapsula  daha  da  qalınlaşır  və 
buradan  iltihab qonşu  sahələrə  yayılmır.
Prosesin generalizasiya formasında vərəm prosesi ilkin ocaq­
dan  hematogen  yolla  yayılır və  orqanda  çoxlu  miqdarda  submi- 
liar və  miliar tuberkulalar əmədə  gəlir.  Bu  zaman  ən  əvvəl  qa­
raciyər,  dalaq,  bağırsaq və ağciyər zədələnir.
İti  gedişli  miliar  vərəm  sonradan  xroniki  gedişə  çevrilir,  in- 
feksion  prosesin  sönməsi  və kəskinləşməsi  bir-birini  əvəz  edir.
G ed işi  v ə   k lin iki  əlam ətləri. 
İnkubasiya dövrünün  müddəti 
dəqiq  şəkildə  məlum  deyil.  Ümumiyyətlə  yoluxmadan  bir neçə 
ay  keçmiş  bəzi  kliniki  əlamətlər  müşahidə  edilir.  Əksər  xəstə 
quşlarda  kliniki  əlam ətlər  xarakterik  olmadığı  üçün  bunları  aş­
kar etmək  üçün  allergiya sınaqlarından  istifadə  edilir.
Şərti  olaraq  vərəmin  açıq  və  qapalı  formaları  qeyd  edilir. 
Açıq  vərəm   zamanı  amil  vərəm  ocağından  müxtəlif vasitələrlə 
xarici  m ühitə  yayıldığı  halda,  qapalı  vərəmdə  belə  hal  müşahi­
də edilmir.  Ona da  qeyd etmək  lazımdır ki,  xəstəliyin  gedişi  və­
rəm  törədicisinin  virulentlik  dərəcəsi  və  orqanizmin  ümumi  re­
zistentliyindən  asılıdır.
Xəstə  quşlar  az  hərəkətli  olmaqla  iştahı  normada  olmasına 
baxmayaraq  sürətlə  arıqlayırlar.  Pipikləri  solğun  və  bürüşmüş 
olur,  yumurta  məhsuldarlığı  kəskin  şəkildə  aşağı  düşür.  Xarak­
terik kliniki  simptomlardan biri döş əzələlərinin atrofıyası  hesab 
edilir.  Bağırsaqlam zədələnmələri  zamanı güclü  ishal, qaraciyə­
rin  zədələm ələri  ilə  əlaqədar olaraq  dəri  və  selikli  qişaların  sa­
rılığı  müşahidə  edilir.  Əgər  prosesə  sümüklər tutlubsa  quşlarda 
axsaqlıq  və  ayaq  pəncəsində  şişəbənzər  törəmələr  nəzərə  çar­
pır.
Adətən  quşlarda  vərəm  xroniki  gedir  və  kliniki  əlamətlərin
241

görünməsindən onun ölümünədək bir neçə ay lazımdır.  Ona gö ­
rə də quşlarda ölüm həddən artıq arıqlama nəticəsində baş verir. 
Bəzən toyuqlarda  qəflətən  ölüm  baş verir ki,  buda qaraciyər və 
dalağın  kəskin  şəkildə  zədələnmələri  nəticəsində  onların  cırıl­
ması  ilə  izah olunur.
Hind  quşları,  qaz,  ördək,  göyərçin  və  digər  quş  növlərində 
toyuqlara nisbətən kliniki  əlamətlər daha az nəzərə çarpır.  X ə s­
təlik  uzun  müddətlidir,  tədricən  inkişaf edir,  kliniki  əlam ətlər 
toyuqlarda olduğu kimidir.
P atoloji-anatom ik  d əy işilik lər. 
Uzun  müddətli  və  xroniki 
gedişli  vərəmdə  patoloji-anatomik  dəyişiliklər  yaxşı  inkişaf et­
miş  olur.  Quş  cəsədləri  arıq,  skelet  əzələləri  və  xüsusilə  döş 
əzələləri  atrofıyalıdır.  Dəri  quru  və anemiyalı,  bəzən  isə  sarım ­
tıl  rəngdə görünür.  Görünən  selikli  qişalar solğun  və  bəzən  sia- 
nozludur.  Daxili  orqanlarda  müxtəlif  böyüklükdə  sarımtıl-boz 
yaxud  bozumtul-ağ  rəngdə  çoxlu  miqdarda  vərəm  ocaqları  (tu- 
berkulalar)  aşkar  edilir.  Qaraciyər  və  dalaq  böyüyür.  X üsusilə 
qaraciyər bəzən bir neçə dəfə böyükməklə  köks-qarın boşluğu­
nun  çox  hissəsini  tutur.  Parenximası  kövrək  olur,  təsir  etdikdə 
asanlıqla cırılır, boz-qırmızı  və ya boz-yaşıl rəngdə olur, ü zərin ­
də  isə  çoxlu  miqdarda  və  müxtəlif  böyüklükdə  tuberkulalar 
görünür.  Ağır  formalı  zədələnmə  zamanı  qaraciyər  və  dalağın 
cırılması  və  qarın-köks boşluğuna qan  sızmalar nəzərə  çarpır.
Bağırsaqlarda  çoxlu  miqdarda  tuberkulalar  müşahidə  edilir. 
Bunların ölçüsü darı dənəsindən quş yumurtasına qədər olur.  İri 
düyünlər -   konqlomeratlar  bağırsaqların  selikli  qişasının  tam lı­
ğının pozulmasına və bağırsaq mənfəzinə çoxlu  miqdarda tərki­
bində mikobakteriyalar olan nekrotiki kütlənin keçməsinə səbəb 
olur ki,  buda  bağırsaq  vərəminin açıq  forması  adlanır.  Tuberku­
lalar  qarın-köks  boşluğuna  açılmır.  Əgər  bağırsaq  divarının 
bütün  qatları  prosesə tutulursa bu zaman  yapışıqlı  peritonit  inki­
şaf edərək  bağırsaq  əyriliklərini  bir-birilə  möhkəm  şəkildə  bir­
ləşdirir.  Çoxlu  miqdarda  milyar tuberkulalar həm  də  müsariqə-
242
də  və  hava yolları  kisələrində görünür.
Böyrəklərdə  zədələnmə  nadir  hallarda  görünür,  onlarda 
əmələ  gələn  tuberkulalar  kiçik  olmaqla  əsasən  kapsula  altında 
inkişaf edir.  Yumurtalıq və yumurta borularında tuberkulalar na­
dir hallarda  müşahidə edilir.
Ağ  ciyərlərdə  zədələnmələr  həm  müxtəlif  dərinliklərində 
və  həm  də  plevra  altında  görünür.  Burada  tuberkulalar kiçikdir. 
Ancaq  bəzən  də  iri  ölçülüləri  də  qeyd  edilir.  Əgər iri  həcmli  tu- 
berkulaların  nekrotiki  prosesə  tutulması  kəskin  şəkildə  gedirsə 
bu zaman  parenximada kavemalar inkişaf edir və bunların  içəri­
sində boz və ya boz-yaşıl rəngdə kazeozlu kütlə aşkar edilir.  Ka- 
vema  divarı  fıbroz  birləşdirici  toxumadan  təşkil  olunur.  Bəzən 
ağır  gedişli  milyar  vərəmdə  prosesə  plevra  da  tutulur,  plevral 
boşluqlarda  tərkibində  nekrotiki  kütlə  olan  serozlu-fıbrinozlu 
kütlə toplanması  müəyyən  edilir.
Hava  kisələri  prosesə  tutulduqda  onların  divarlarının  qalın- 
laşması və bunun üzərində çoxlu miqdarda bərk kütləli boz rəng­
də  submilyar  və  milyar düyünlər  nəzərə  çarpır.  Çox  vaxt  plev- 
ranın  seroz  vərəqləri  hava  kisələrinin  divarları  ilə  birləşir.
Sümük vərəmi  zamanı  daha çox borulu sümüklərin zədələn- 
məsi,  osteomielitlərin  baş verməsi  qeyd  olunur.  Sümük  iliyində 
çoxlu  miqdarda  xırda  tuberkulalar  görünür  və  digər  orqanlarda 
yaranmış  tuberkulalalardan  fərqli  olaraq  onlar solğun-sarı  rəng­
də  olur,  konsistensiyası  yumşaqlar,  kapsulası  aydın  şəkildə  nə­
zərə çarpmır və  irilərinin  içərisində  kazeozlu  kütlə  aşkar edilir.
M üxtəlif quş  növlərində  vərəmin  patoloji-anatomik  dəyişi- 
liklərini  müqayisə etdikdə  məlum  olur ki,  toyuqlarda olduğu  ki­
mi  hind  quşlarında də ən çox  proses qaraciyər və dalaqda gedir. 
Ördək  və  qazlarda  proses daha  çöz ağ ciyərdə nəzərə  çarpır.
Histoloji  müayinə  zamanı  müəyyən  olunmuşdur  ki,  toyuq­
lardan  fərqli  olaraq  hind  quşları  və  ördəklərdə  epitelioid  düyün 
həmişə  geniş  sahəli  limfoid  hüceyrələrlə  əhatə  olunur.  Ördək 
və  qazlarda  tuberkulalar nekroz yaranana  qədər kapsula  içərisi­
243

nə alınır.  Hind quşlarında düyünün kapsulası ləng inkişaf edir və 
digər quş növlərindən  fərqli  olaraq tam  şəkildə  inkişaf etmir.
D iaqnoz. 
Quşların  vərəminə  diaqnoz  qoymaq  üçün  onun 
epizootoloji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anato­
mik  dəyişdikləri  nəzərə  almır,  bakterioloji  müayinə  və  immu- 
noloji  diaqnostika üsullarından istifadə  edilir.
Xəstəliyin  diaqnostikasında  bakterioloji  müayinə  ən  dəqiq 
hesab edilir, ancaq nəticəsi üçün kifayət qədər vaxt tələb olunur.
Bakteriyoloji müayinədə bakterioskopiyadan, amilin təmiz kultu- 
rasınm alınmasından və bioloji sınağın qoyulmasından istifadə edilir.
Bakterioskopiyada  patoloji  materialdan  yaxma  hazırlanaraq 
alovda  təsbit  edilir,  Tsil-Nilsen  üsulu  ilə  boyayıb  mikroskopun 
immersion  sistemində  mikroskopiya  edilir.  Bilmək  lazımdır  ki, 
materialda  mikobakteriyalar  bəzən  az  olur,  ona  görə  də  m ate­
rialdan  götürülmüş  nümunələr  sentrifuqalaşdırma  və  flotasiya 
üsullarından  istifadə  edilməlidir.
Mikobakteriyaların  təmiz  kulturasını  əldə  etmək  üçün  qida 
mühitlərinə əkməzdən əvvəl verilmiş patoloji  materiallar Qona, 
Levenşteyn-Şumioşi  və  ya Alikayev  üsulu  ilə  işlənir və  nəticə­
də alınmış patoloji  materialların suspenziyasından  qida m ühitlə­
rinə  əkilir.  Bu  məqsədlə  ən  çox  Petranyani,  Qelberq  və  s.  qida 
mühitlərindən  istifadə  edilir.  Bioloji  sınaq  hind  donuzları,  ada 
dovşanları  və toyuqlar üzərində  qoyulur.
Vərəmin  diaqnozunda  allergiya  sınaqları  daha  böyük  ə h ə ­
miyyətə  malikdir.  Uzun  müddət  bu  məqsədlə  alttuberkulindən 
istifadə  edilmişdir.  Hal-hazırda bu məqsədlə quşların vərəminin 
müəyyən  edilməsi  məqsədilə  alttuberkulinlə  bərabər  quşlar 
üçün  hazırlanmış  qum  tuberkulo-proteindən  (PPD-protein  puri­
fied  derivat)  istifadə  edilir.  Bu  allergenlər toyuqların  saqqalına, 
hind  quşlarına  çənəaltı,  sırğacığa,  qaz  və  ördəklərə çənəaltı  qı­
rışa, təbiətdə sərbəst yaşayan quş növlərində isə dizin xarici sət­
hinə  (diz qapağından  1-2  sm  yuxarı)  inyeksiya edilir.
Quş  növlərinin  hamısına  allergenlər  0,1  ml  dozada  vurulur
244
və  reaksiyanın  nəticəsi  30-36  saatdan  sonra  yaxlanır.  İnyeksiya 
yerində nəzərə çarpan şişin əmələ gəlməsi  onların vərəmlə xəs­
tə  olmasını  göstərir.
Allergiya  sınağı  yüksək  dərəcədə  spesifıkdir,  ancaq  quşlar 
antipik  mikobakteriyaların  quş  tipi  ilə  yoluxduqda  reaksiyanın 
spesifikliyi  pozulur,  yəni  quş  vərəmlə  xəstə  olmamasına  bax­
mayaraq  əgər onun  orqanizmində  atipik  mikobakteriyalar varsa 
reaksiya  müsbət  kimi  nəticə  verir.  Ona  görə  də  quşlarda  tuber- 
kulinizasiya  zamanı  tuberkulinlə  bərabər  atipik  mikobakteriya 
antigeni  (KAM)  də tətbiq edilməlidir.
T ə fr iq i  diaqnoz. 
Quşların  vərəmini  aspergillyozdan,  ley- 
kozdan,  pullorozdan,  pasterellyozdan  və  podaqradan  təfriq  et­
mək  lazımdır.
Aspergillyoz  zamanı  quşlarda  əsasən  ağciyərdə  və  hava  ki­
sələrində  iltihab  qeyd  edilir  və  bu  orqanlardan  götürülmüş 
nümunələri  mikroskopiya  etdikdə  Asperqillus  fumiqatusun  mi- 
sel  və  sporları  müşahidə edilir.
Leykoz  zamanı  yaranmış  düyünlər  bozumtuldur,  kəsim 
səthləri  salayabənzərdir.  Histoloji  müayinə  zamanı  xəstəliyin 
formasından  asılı  olaraq  müxtəlif xarakterli  hüceyrələr görünür. 
Virusoloji  müayinənin  nəticəsi  əsas hesab  edilir.
Pullorozda yumurtalıqların,  yumurta  yollarının  iltihabı,  peri- 
tonit,  bağırsağın  kataral  iltihabı,  daxili  orqanlarda  nekrotiki 
düyünlər,  körpələrdə  sarı  maddənin  sorulmasının  ləngiməsi  və 
ağ rəngdə ishal, bakterioloji  müayinə əsasında -  Salmonella pul- 
lorumqallinarum  mikrobunun  tapılması  təfriqi  diaqnostikada 
əsas  hesab  edilir.
Pasterellyoz və  podaqrada şiş  müşahidə edilir ki,  buda vərə­
min  oynaqlarda  şiş  formasına  bənzəyir.  Oynaq  sahəsinin  punk- 
tatının  bakterioloji  müayinəsinin  nəticəsi  əsas hesab  edilir.
M ü a lic ə . 
Səmərəli  müalicə  vasitəsi  olmadığı  üçün  müalicə 
aparılmır.  X əstə  quşlar  kəsilir  patoloji  prosesin  intensivlik  də­
rəcəsindən  asılı  olaraq  ya  utilləşdirilir,  ya  da  daxil  orqanlardan
245

başqa  cəmdək  texniki  üsulla  işləndikdən  sonra  təsərrüfat  daxi­
lində  realizasiya edilir.
İm m unitet. 
Vərəmdə immunitet infeksiondur, faqositoz tam 
deyil  və  faqosit  hüceyrələri  mikobakteriaları  əridə  bilmir.  Quş 
orqanizmində aqqlyutininlər və komliment birləşdirici antitellər 
yaranır,  ancaq  bunların  immunitetdə  rolu  zəifdir.  Vərəmə  qarşı 
Kalmet və Geren tərəfindən  BSJ vaksini  hazırlanmış və  bundan 
yalnız  insanların  və  bəzi  xəzdərili  heyvanların  vaksinasiyası 
üçün  istifadə  edilir.  Quşlarda vərəmə  qarşı  spesifik  profilaktika 
vasitələri  yoxdur.
P rofilaktika  v ə   m übarizə  təd b irləri. 
Quşların  vərəm inə 
qarşı  aparılan  tədbirlərin  səmərəliliyini  təmin  etmək  üçün  zoo- 
gigiyeniki  və  baytarlıq-sanitariya  tədbirlərin  kompleks  şəkildə 
istifadə  edilməlidir.  Xəstəliyə  qarşı  sağlam  təsərrüfatlarda  quş­
ların  və  onların  məhsullarının  kənar yerlərdən  alınması  zamanı 
həmin zonanın  vərəmə görə  epizootik vəziyyəti  nəzərə alınm a­
lıdır.  Qeyri-sağlam təsərrüfatlarda isə vaxtaşırı  immunoloji  diaq­
nostika  üsulları  ilə  xəstəliyə həssas  quş  qrupları  yoxlanmalıdır.
Təsərrüfatda  vərəm  qeyd  olunduqda  bura  məhtutlaşmalar 
qoyulur və təsərrüfatın sağlamlaşdırılması üçün infeksiyaya qar­
şı  tədbirlər sistemi  işlənib həyata keçirilir.  Xəstəliyə həssas quş­
lar allergiya sınaqları  ilə  və  ölmüş  quşlar isə bakterioloji  müayi­
nə  ilə  vərəmə  görə  yoxlanır.
Xəstə  və  zəif quş  qrupları  təcili  olaraq  kəsimə verilir,  digər 
quşlar isə yumurtlama mövsümü qurtardıqdan  sonra ət üçün  kə­
silir.  Qeyri-sağlam təsərrüfatlardan toplanmış yumurtalar çörək- 
bulka  məhsullarının  bişirilməsi  ilə  məşğul  olan  müəssisələrdə 
istifadə  olunur.  Xəstəlik  zamanı  quş  binaları,  müxtəlif avadan­
lıqlar  mexaniki  təmizləndikdən  sonra  dezinfeksiya  edilməlidir. 
Bu  məqsədlə  tərkibində  5%  fəal  xlor olan  xlorlu  əhəng  məhlu­
lundan,  5%-li  kalsium-hipoxlorid  məhlulundan,  3%-li  karbol 
turşusundan  istifadə  edilməli,  peyin və  yem qalıqları  toplanaraq 
biotermiki  üsulla zərərsizləşdirilməlidir’
246
Bütün xəstə quş qrupu kəsimə göndərildikdən sonra, bina və 
onun  ətraf sahələrində  yekun  dezinfeksiya  aparılıb  və  buradakı 
quşların  allergiya  sınaqları  ilə  mənfi  nəticəsi  qeyd  olunduqdan 
sonra təsərrüfat vərəm ə  görə  sağlam hesab  edilir.
L eptospiroz
Leptospirozi (Leptospirosis,  infeksion sarılıq) təbii ocaqlı  in- 
feksion xəstəlik olub quşlarda, temperaturun yüksəlməsi,  sarılıq 
və  həzm  orqanlarının  funksiya pozğunluqları  ilə  səciyyələnir.
T a rix i  m əlu m a t. 
İnfeksion  sarılıq  ilk  dəfə  Almaniyada 
1886-cı  ildə Veil və Rusiyada isə N.P.Vasilyev tərəfindən  1888- 
ci  ildə  insanlarda  qeyd edilmişdir.
Xəstəliyin  törədiciləri  1914-cü  ildə  Yaponiyada  İnada  və 
İdo  tərəifndən  aşkar  edilmişdir.  Quşlarda  bu  xəstəliyi  ilk  dəfə 
1934-cü  ildə rus  alimi  V.S.Qusev, N.Poçko və başqaları  tərəfin­
dən  müşahidə  edilmiş  və  1940-cı  ildə  S.Y.Lyubaşenko  iri  buy­
nuzlu  heyvanların  leptospirozuna  görə  qeyri-sağlam  təsərrüfat­
larda quşların  bu  xəstəliyə  tutulmasını  göstərmişdir.  Toyuqların 
qaraciyər  və  böyrəklərindən  hazırlanmış  histoloji  preparatların 
Levaditi  üsulu  ilə  boyanıb mikroskopiya  edilməsi  zamanı  çoxlu 
miqdarda  leptospirlər aşkar edilmişdir.
M ü x təlif  növ  quşlarda  leptospirozun  öyrənilm əsində 
N.A.Koxan,  V.İ.Terskix,  Byalik  və  s.  alimlərin  müəyyən  xid­
mətləri  olmuşdur.
X əstəliy in   törədicisi. 
Xəstəliyi  spirochaetaceae  ailəsinə, 
Lepptospira cinsinə  mənsub olan  mikroorqanizmlər törədir.  Lep­
tospira cinsi  (leptoz -  zəif,  spera -  spiral)  iki  növdən:  parazit  lep­
tospirlər (L.interroqans) və saprofit leptospirlər (L.biflexa) ibarət­
dir.  Hal-hazırda  patogen  leptospirlərin  168  serovarları  məlumdur 
ki,  bunlarda  17  seroqrupa bölünmüşdür.  (Y.Q.Çemuza,  1979).
M ikroskopun  qaranlıq  sahəsində  leptospirlər  nazik, 
gümüşvari  saplar  şəklində  görünməklə  zərif qıvrımlara  və  fəal 
hərəkətə  malikdir.
247

Bunları maye,  yarımmaye və bərk qida mühitlərində xüsusilə 
bunlara  ada  dovşanları  və  qoçların  qan  serumunu  əlavə  etdikdə 
yaxşı  boy  verir.  Amilin  kulturasmı  almaq  üçün  Terskix,  Fervort- 
Volf və Lyubaşenko qida mühitlərindən istifadə edilir.  Leptospir- 
lər aerobdur, bölünmə yolu  ilə çoxalır, optimal  böyümə tempera­
turu 25-30°S-dir. Leptospirlərin patogenlik faktorlarına fıbrinolitik 
ferment,  enzimlər,  hemotoksin və endotoksinlər aiddir.
Leptospirozla  xəstə  quşlardan  baktorioloji  müayinə  zamanı 
L.qrippotyposa,  L.pomona,  L.bataviae,  L.tarassovi  və  başqaları 
tipləri  ayrılır.
D avam lılığı. 
Leptospirlər  fiziki  və  kimyəvi  vasitələrin  təsi­
rinə  davamsızdır,  ancaq tipik  hidrobiontlardırlar.  Suda 200  gün, 
çirkab  sularında  1-günə  qədər,  peyin  şirəsində  1  günə,  nəmli 
torpaqda  uzun  müddətdə,  qrupa  torpaqda  isə  qısa  müddətdə 
inaktivləşir.  Termiki  təsirə  davamsızdır.  Beləki  70-90°S  tempe­
raturda  leptospirlər ani  olaraq  məhv olur.
Kimyəvi dezinfeksiya vasitələrindən 5%-li karbol turşusu, tər­
kibində  0,25%  fəal  xlor olan  xlorlu əhəng məhlulu,  0,25%-li  for- 
maldehid,  1%-li  natrium qələvisi  məhlulları  qısa müddətdə  lepto- 
spirləri  tələf edir.  Aşağı temperatura leptospirləri  konservləşdirir.
E pizootoloji  m əlu m atlar. 
Quşlar leptospirozla ilin  isti  fəsil­
lərində xəstələnir. Quşlardan əlavə xəstəliyə əksər növ kənd tə­
sərrüfatı  heyvanları,  xəzdərili  vəhşi  heyvanlarda çox həssasdır.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
leptospir daşıyan quşlar və heyvanlar hesab edilir.  Yoluxma əsa­
sən  alimentar  yolla  baş  verir.  İnfeksiya  törədicisinin  eştiyat 
mənbəyi  gəmirici  heyvanlardır.  Xəstəlik  nəmli  və  bataqlıq  tor­
paq  sahələrində,  humusla  zəngin  və  pH-ı  neytral  və  ya zəif qə­
ləvi sahələrdə çox müşahidə edilir. Xəstəlik quşlarda zəif epizo- 
otiya və  sporadiya halında özünü  göstərir.
Patogenez. 
Orqanizmə  alimentar  yolla  daxil  olmuş  leptos­
pirlər  qana  keçir  və  qısa  müddət  ərzində  bütün  orqanizmi  işğal 
edir.  Yoluxmanın  3-5-ci  günlərində  quşların  qanında  aqqlyuti-
2 4 8
ninləşdirici  və leptospirləri  lizisə uğradan antitellər meydana çı­
xır.  Nəticədə  leptospirlər qanda  azalır.  Litik  antitellərin  təsirin­
dən  leptospirlər  parçalanır  və  onların  endotoksinləri  qanın  və 
parenximatoz orqanların hüceyrələrini  parçalayır.  Bu da öz növ­
bəsində  orqanizmdə  patoloji-anatomik,  biokimyəvi,  hematoloji 
və  digər  dəyişdiklər  gedir.  Eritrositlərin  parçalanmasvı  nəticə­
sində  quşlarda  anemiya  inkişaf edir,  qanda  çoxlu  miqdarda  he- 
moqlobin  toplanır və bundan  da bilirubin  yaranır.  Normal  qaraci­
yərdə  bilirubin-qlyukoron  turşusu  ilə  birləşərək  qandan  xaric 
olur.  Zədələnm iş  qaraciyərdə  bu  proses  getmir,  bilirubin  qan 
dan  toxumalara adsorbsiya olunaraq onlara  sarı  rəng  verir.  Lep- 
tosfırlərin  təsirindən  kapillyarların  endotelisinin  iltihablaşması 
nəticəsində  damarların  divarı  kövrəkləşir  və  daxili  orqanlarda 
çoxlu  miqdarda qan  sızmaları  baş  verir.
G edişi  v ə  kliniki  əlam ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
1-14  gün  arasında  olur.  Xəstəlik  quşlarda  iti,  yarımiti  və  gizli, 
nadir hallarda  isə  ildırımvari  və  xroniki  gedir.
Leptospirozun  iti  və yarımiti  formasında quşlarda ümumi  zəif­
lik,  hərəkətsizlik,  temperaturanın  yüksəlməsi,  görünən  selikli 
qişaların, pipiyin, saqqalın və dərinin əvvəlgə solğun-sarı  və son­
ra  isə  zəfəran  rəngdə  olması  nəzərə çarpır.
İldırımvari  və latent gedişdə saprılıq və  zəif, yada heç müşa­
hidə  edilmir.
Xəstə quşlarda mədə-bağırsaq sisteminin  funksiyası  pozğun­
luğu,  sarımtıl-ağ  rəngdə  ishal,  kəskin  anemiyanın  baş  verməsi 
ilə əlaqədar olaraq  onlarda asfıksiyadan  tələfat qeyd  olunur.
P atoloji-an atom ik   dəyişd iklər. 
Leptospirozdan  ölmüş  quş­
larda  baş  verən  patoloji-anatomik  və  histoloji  dəyişdiklər  kənd 
təsərrüfatı  heyvanlarında  olduğu  kimidir.  Quşlarda  əsas  patolo­
ji-anatomik  dəyişdiklər  qaraciyər  və  böyrəklərdə  gedir.  Ölmüş 
quş  gəsədlərində  anemiya  və  sarılıq,  hemorroji  diatez,  parenxi­
matoz orqanlarda degenerativ dəyişdiklər aşkar edilir.
Qaraciyər həcmin böyüməklə, parenximası kövrək, üzərində
2 4 9

xırda  nekroz  ocaqları  və  qan  sızmalar,  rənginin  dəyişilməsi,  öd 
kisəsinin böyüməsi və  içərisində qatı  yapışqana ğənzər öd,  böy­
rəklərdə həcmən böyümə, doluqanlı, rənginin dəyişməsi,  fıbroz 
kapsulanın  asanlıqla  soyulması,  parenximasında  xırda  nekroz 
ocaqları,  böyrək  ləyənində  qırmızımtıl  rəngdə  jeleyə  bənzər 
konsistensiyada  kütlə  aşkar edilir.
Histoloji  kəsiklərin  Levaditi  üsulu  ilə  boyanması  zamanı 
böyrəkdə  və  qaraciyərdə  qızılı-sarı  fonda tünd-boz  rəngdə  qıv­
rım  törədicilər qeyd olunur.
Diaqnoz. 
Quşlarda  leptospiroza  diaqnoz  qoymaq  üçün  onun 
epizootoloji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və patoloji-anato- 
mik  dəyişdiklər  nəzərə  alınır  və  dəqiq  diaqnostika  üsullarına 
müraciət  edilir.  Burada  baketerioloji  müayinə  və  seroloji  reak­
siyalardan  istifadə  edilir.
Bakterioloji  müayinədə  verilmiş  patoloji  materialdan  yax­
maların  hazırlanaraq  mikroskopiya  edilir,  qida  mühitlərinə  əki­
lərək  amilin  təmiz  kulturası  alınır  və  laboratoriya  təcrübə  hey­
vanları  üzərində  bioloji  sınaq  qoyulur.  Bioloji  sınaq  20-30 
günlük  qızılı  rəngdə  dağ  siçovullarında,  10-20  günlük  ada  dov­
şanlarında və 3-5  həftəlik hind donuzları üzərində qoyulur.  Təd­
qiq  olunan  material (qan,  parenximatoz orqanların suspenziyası) 
qızılı  dağ  siçovullarına  2-3  ml,  hind  donuzlarına  1-2  ml  dərialtı 
və  ya  qarın  boşluğuna  inyeksiya edilir.
Təmiz  kultura almaq  üçün  patoloji  materialdan  ən  çox  Ters- 
kix  və  ya  Lyubaşenko  qida  mühitinə  əkilir  və  termostatda  28- 
30°S  temperaturda  yetişdirilir.  Qida  mühitlərində  leptospirozun 
boyu mikroskop altında yoxlanır.  Bu məqsədlə hər 5  gündən bir 
xarakterik boy alınana qədər nümunə götürülür və mikroskopiya 
edilir.  Adətən  boy  əkmədən  10-20  gün  keçmiş  nəzərə  çarpır.
Xəstəliyin  diaqnostikasında  seroloji  reaksiyalardan  makro- 
aqqlyutinasiya  və  mikroaqqlyutinasiya  reaksiyalarından  istifadə 
edilir.  Onu da qeyd  etmək  lazımdır ki,  quşların  qanında  spesifik 
antitellər yoluxmadan  3-5  gün  keçmiş  yaranır.  Ona  görə  də  se-
250
roloji  reaksiyalarla  xəstəliyə diaqnoz  son  dövrlərində  daha  spe- 
sifıkdir.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin