Iii kurs iXTİsasçi təLƏBƏLƏRİN



Yüklə 203,94 Kb.
səhifə11/23
tarix02.01.2022
ölçüsü203,94 Kb.
#43901
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
3 kurs Futbol İxtisas Mühazirə

DAİRƏVİ SİSTEM
Dairəvi sistemlə yarışın keçirilməsində hər bir komanda digəri ilə bir dəfə görüşməlidir, əgər yarış iki dairədə keçirilirsə, onda iki dəfə görüşməlidir. Belə yarış sistemi yarışların qüvvə və nisbətini daha obyektiv müəyyənləşdirməyə və qüvvətli komandanı müəyyən etməyə imkan verir, bu zaman yarışın ümumi yekununda müəyyən dərəcədə təsadüf ünsürləri ləğv edilir. Bu sistemdə yarışların iki dairədə keçirilməsi daha düzgün hesab edilir. Dairəvi sistemdə yarış iştirakçılarının tutduqları bütün yerlər toplanmış xallara görə müəyyən edilir. Qalib o komanda (və ya bədən tərbiyə kollektivi) hesab edilir ki, hansı ki, o keçirilmiş bütün oyunların nəticələrinə əsasən daha çox xal toplamış olur. Bir və ya bir neçə komandanın xalları bərabər olduqda qalibi müəyyən etmək üçün yarışın hər hansı əlavə göstəriciləri nəzərdə tutulmalıdır (məsələn: bu komandalar arasında keçirilmiş oyunların nəticələri və ya buraxılmış topların nisbətləri).

Dairəvi sistemdə oyunların keçirilmə qaydası yarış iştirakçıları komandalarının püşk nömrələrinə görə müəyyən edilirlər.

Komandaların müəyyənləşdirdikləri nömrələrə əsasən oyunların cədvəli (təqvim) tərtib edilir. Bir dairədə oyun keçirildikdə, qoşa komandalarda birinci duranın meydanında oyun keçir.

Əgər yarışın iki dövrədə keçirilməsi nəzərdə tutulmuşsa, onda ikinji oyun digər komandanın meydanında keçirilməlidir. Dairəvi sestemlə keçirilən yarışları üç üsulla keçirmək olar.



Birinci üsul. Yarışda iştirak edən komandaların sayından asılı olaraq, ümumi komandanın sayına yaxın az tək say götürülür və ona müvafiq şaquli xəttlər çəkilir. Belə, məsələn, 6 komanda yaxın az tək rəqəm 5 olacaqdır. Deməli 5 şaquli xətt çəkmək lazımdır. 10 komanda olduqda 10 yaxın bir az tək rəqəm 9 olacaqdır, deməli 9 şaquli xətt çəkilməli və i.

Şaquli xətlərin altından və onların üstündən, aşağıdan başlamaqla soldan sağa ardıcıl qaydada birinci xətdən başlayıb arada bir xətt buraxmaqla komandaların nömrəsi birdən ümumi iştirak edən komandaların sayına yaxın bir az tək komandaların sayına qədər yazılır (cədvəl 1).

Bu nömrələr sonrakı nömrələrin yazılışı üçün qrafiki qeydiyyatın müəyyənediciləridirlər. Birinci günün oyun təqvimini tərtib etmək üçün birinji nömrədən şaquli xətti ətrafında artan sayda saat əqrəbinin əksinə iştirak edən bütün komandaların nömrələrini yazmaq lazımdır. Qalan oyun günlərini tərtib etmək üçün şaquli xətlərin aşağısı və yuxarısında yazılmış nömrələri nəzərə alaraq şaquli xətlər arasında bütün nömrələri «ilanvari» yazmaq lazımdır. Nömrələr ardıcıl olaraq yazılır, onlar şaquli xəttin sağ tərəfində artan qaydada təkrar edilirlər. Sonra ikinci və qalan təqvim günlərinin qoşalarını müəyyən etmək üçün, hər bir şaquli xətdən bütün sonrakı təqvim gününün qonşu rəqəmləri güzgü metoduna əsasən yazılır.

Bütün qrafalar doldurulduqdan sonra oyunların təqvimi tərtib edilir. Bunun üçün müvafiq şaquli xətlərin hər iki tərəfində olan nömrələr qoşa-qoşa birləşdirilir. İştirakçı komandaların sayı tək olduqda şaquli xəttin aşağı və yuxarısında olan komandalar həmin təqvim günündə (turda) oynamayan komandaları göstərir.


Yüklə 203,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin