İctimai Sektor üçün


Bu Standart İctimai sektor üçün Beynəlxalq Mühasibat Uçotu



Yüklə 117,61 Kb.
səhifə2/30
tarix12.10.2022
ölçüsü117,61 Kb.
#64957
1   2   3   4   5   6   7   8   9   ...   30
1- Maliyye hesabatlarinin teqdimati uzre

Bu Standart İctimai sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun hesablama metodu əsasında hazırlanan və təqdim olunan bütün ümumi təyinatlı maliyyə hesabatlarına tətbiq edilir.




  1. Ümumi təyinatlı maliyyə hesabatları, xüsusi təyinatlı hesabat tələb edəcək mövqedə olmayan istifadəçilərin informasiyaya olan tələbatını ödəmək məqsədini daşıyan hesabatlardır. Ümumi təyinatlı maliyyə hesabatlarının istifadəçiləri sırasına vergi ödəyiciləri və faiz ödəyiciləri, qanunverici orqanların nümayəndələri, kreditorlar, təchizatçılar, KİV və işçilər daxildir. Ümumi təyinatlı maliyyə hesabatlarına illik hesabat və

s. bu kimi ictimai sənədlərlə birgə və ya onlardan ayrılıqda təqdim olunan maliyyə hesabatları aiddir. Bu Standart, aralıq maliyyə hesabatlarına tətbiq edilmir.



  1. Bu st a nd a rt “Konsolidə edilmiş maliyyə hesabatları” adlı İctimai sektor üçün 35 №li Beynəlxalq Mühasibat Uçotu Standartına uyğun olaraq və ”Fərdi maliyyə hesabatları” adlı İctimai sektor üçün 34 №li Beynəlxalq Mühasibat Uçotu Standartına uyğun olaraq maliyyə hesabatlarını hazırlayan bütün təşkilatlara eyni dərəcədə tətbiq edilir.




  1. (çıxarılmışdır).




  1. (çıxarılmışdır).

Əsas anlayışlar



  1. Bu stаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadəndаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadərtda istifadə edilmiş əsas anlayışlar аndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadəşаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadəğıdakı mənaları ifadə еdir:dir:

Mühasibat uçotunun hesablama metodu dedikdə əməliyyatların və digər hadisələrin onların baş verdiyi zaman (və yalnız pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınması başa düşülür. Belə ki, əməliyyatlar və digər hadisələr aid olduğu dövrlər üzrə uçota alınır və maliyyə hesabatlarında tanınır. Mühasibat uçotunun hesablama metodu əsasında tanınan elementlər aktivlər, öhdəliklər, xalis aktiv/kapital, gəlirlər və xərclərdir.


Aktivlər keçmiş hadisələrin nəticəsi olaraq təşkilatın nəzarətində olan və gələcəkdə təşkilata iqtisadi səmərəvə xidmət potensialı vəd edən resurslardır. Mülkiyyətçilər tərəfindən ayırmalar kənar şəxslər tərəfindən təşkilat üçün təmin edilən gələcək iqtisadi səmərə və ya xidmət potensialıdır. Lakin, onlar təşkilat üçün öhdəliklər və xalis aktivlərdə/kapitalda maliyyə faizləri yaratmır və:

  1. Təşkilatın fəaliyyəti dövrü ərzində yaranacaq gələcək iqtisadi səmərənin və ya xidmət potensialının bölüşdürülməsinə (məsələn, mülkiyyətçilər və ya onların nümayəndlərinin səlahiyyətləri çərçivəsində olan) və təşkilatın tam gücü ilə işləyən zaman

öhdəliklərdən artıq olan aktivlərin bölüşdürülməsinə şamil edilir; və / və ya

  1. Satıla, mübadilə edilə, köçürülə və əvəzi ödənilə bilər.

Mülkiyyətçilərə bölüşdürmələr dedikdə investisiya üzrə gəlirlər və ya investisiya gəlirləri qismində təşkilat tərəfindən onun bütün və ya bəzi mülkiyyətçilərinə bölüşdürülən gələcək iqtisadi səmərə və xidmət potensialı başa düşülür.
İqtisadi qurum dedikdə nəzarət edən təşkilatdan və bir və ya bir neçə nəzarət edilən
təşkilatlardan ibarət təşkilatlar qrupu nəzərdə tutulur.
Xərclər-aktivlərin xaric olması və ya istehlak edilməsi və ya öhdəliklərin artması ilə müşahidə edilən və xalis aktivlərin/kapitalın mülkiyyətçilərə bölüşdürmələrə aid olmayan azalması ilə nəticələnən iqtisadi səmərə və ya xidmət potensialının hesabat dövründə azalmalarıdır.
Mümkünsüzlük- təşkilat, bütün mümküm cəhdləri etməsinə baxmayaraq tələbi tətbiq edə bilmədikdə, belə tələbin tətbiq edilməsi qeyri-mümkün sayılır.
Öhdəliklər- təşkilatın keçmiş hadisələr nəticəsində yaranan cari borcudur və onların ödənilməsi iqtisadi səmərə və ya xidmət potensialını təcəssüm etdirən resursların təşkilatdan kənara axını ilə nəticələnir.
Əhəmiyyətlilik- Buraxılmış və ya səhv göstərilmiş maddələr o zaman əhəmiyyətli sayılır ki, onlar ayrı-ayrılıqda və ya ümumilikdə, maliyyə hesabatları əsasında istifadəçilərin verdikləri qərarlara təsir etmək iqtidarındadırlar. Əhəmiyyətlilik, mövcud olan şərtlər daxilində buraxılmış və ya səhv göstərilmiş maddənin xüsusiyyətindən və məbləğindən
asılıdır. Maddənin ya xüsusiyyəti ya da məbləği, bəzi hallada isə ikisibirlikdə əhəmiyyətliliyin müəyyən edilməsində həlledici amil kimi götürülür.
Xalis aktivlər/kapital bütün öhdəliklər çıxıldıqdan sonra təşkilatın aktivləri üzrə qalan öz payıdır.
Qeydlər maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilənlər barəsində əlavə məlumatları daxil edir. Qeydlər adı çəkilən hesabatlarda təqdim olunan maddələrin açıqlamasını bu hesabatların tanınma meyarlarına cavab verməyən maddələr haqqında məlumatları təmin edir.
Gəlirlər mülkiyyətçilər tərəfindən ayırmalarda artım istisna olmaqla xalis aktivlərdə/kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində təşkilata daxil olan iqtisadi səmərə və ya xidmət potensialıdır.

Digər İTMUBS-larda müəyyən edilmiş terminlər bu Standartda müqvafiq Standartlarda olduğu kimi eyni mənalarda işlədilir və ayrıca nəşr edilən “Müəyyən Olunmuş Terminlər Lüğəti”nə daxil edilir.




7A. Aşağıdakı terminlər “Maliyyə Alətləri: Təqdimat” adlı İctimai Sektor üçün 28
№li Beynəlxalq Mühasibat Uçotu Standartında müəyyən olunmuş və eyni mənalarda bu Standartda istifadə olunur:

  1. Qaytarıla bilən maliyyə aləti kapital aləti kimi təsnifləşdirilir (28 №li

İSMUBS-un 15 və 16-cı maddələrində göstərildiyi kimi);

  1. yalnız təşkilatın ləğv edilməsi zamanı digər tərəfə onun xalis aktivlərinin mütənasib hissəsini təslim etmək öhdəliyi verən alət də kapital aləti kimi təsnifləşdirilir. (28 №li İSMUBS-un 17 və 18-ci maddələrində göstərildiyi kimi);

İqtisadi qurum





  1. Bu Standartda maliyyə hesabatlığı məqsədilə istifadə olunan iqtisadi qurum termini nəzarət edən təşkilat və bir və ya bir neçə nəzarət edilən təşkilatlardan ibarət təşkilatlar qrupunu nəzərdə tutur.




  1. İqtisadi qurum bəzi hallarda eyni mənada işlədilən digər terminlərdən istifadə etməklə tanınır, məsələn: inzibati qurum, maliyyə qurumu, birləşdirilmiş qurum və qrup ifadələridir.




  1. İqtisadi quruma eyni zamanda həm sosial təyinatlı təşkilatlar, həm də kommersiya məqsədli müəssisələr daxil ola bilər. Məsələn, dövlətin mənzil tikinti idarəsi həm nominal haqq müqabilində mənzillərlə təmin edən təşkilatdanhəm də kommersiya əsasında evlər təklif edən müəssisələrdən ibarət iqtisadi qurum ola bilər.

Gələcək İqtisadi Səmərə ya Xidmət Potensialı



  1. Aktivlər təşkilatların öz məqsədlərinə çatmaq üçün vasitəçi rolunu oynayır. Təşkilatın məqsədinə uyğun olaraq mal və xidmətlərin təmin edilməsi üçün istifadə olunan, lakin birbaşa pul vəsaitləri daxilomaları yaratmayan aktivlər əksər hallarda xidmət potensialını təcəssüm etdirən aktivlər adlandırılır. Pul vəsaitləri yaradan aktivlər isə adətən gələcək iqtisadi səmərəni təcəssüm etdirən aktivlər hesab olunur. Aktivlərin yararlı ola biləcəyi bütün məqsədləri əhatə etmək üçün bu Standartda aktivlərin mühüm xüsusiyyətini ifadə edən “gələcək iqtisadi səmərə və ya xidmət potensialı” terminindən istifadə edir.

Dövlət Kommersiya Təşkilatları





  1. (çıxarılmışdır).

Əhəmiyyətlilik





  1. Maliyyə hesabatlarında nəzərə alınmayan və ya yanlış göstərilən maddələrin istifadəçilərin qərarına nə dərəcədə təsir etməsini qiymətləndirmək üçün həmin istifadəçilərin xüsusiyyətləri nəzərə alınmalıdır. Bu zaman, istifadəçilərin ictimai sektor, iqtisadi fəaliyyətlər və mühasibat uçotu sahəsində əsaslı biliiklərə malik olduqları və informasiyanı öyrənmək üçün əsaslı səylərə hazır olduqları ehtimal olunur. Beləliklə, bu cür keyfiyyətlərə malik istifadəçilərə qərarların qəbul edilməsi və qiymətləndirilməsi zamanı məntiqli olaraq hansı təsirin gözlənilə biləcəyi məsələsi qiymətləndirmə prosesində nəzərə alınmalıdır.

Xalis Aktivlər/Kapital





  1. Bu Standartda xalis aktivlər/kapital termini maliyyə vəziyyəti haqqında hesabatda aktivlərdən öhdəliklərin çıxılması nəticəsində yaranan qalığın ölçülməsi üçün istifadə olunur. Xalis aktivlər/kapital həm müsbət, həm də mənfi ola bilər. Xalis aktivlər/kapital termini əvəzinə mənası aydın ifadə oluna bilən digər terminlərdən də istifadə oluna bilər.

Maliyyə hesabatlarının məqsədi

  1. Maliyyə hesabatları təşkilatın maliyyə vəziyyətinin və maliyə nəticələrinin strukturlaşdırılmış təqdimatıdır. Ümumi təyinatlı maliyyə hesabatlarının məqsədi müxtəlif xarakterli istifadəçiləri resursların yerləşdirilməsi barədə qərar qəbul etmək üçün təşkilatın maliyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti barədə faydalı məlumat ilə təmin etməkdir. Xüsusilə, ictimai sektorda ümumi təyinatlı maliyyə hesabatlarının məqsədi qərar qəbul etmək üçün faydalı məlumatların təmin edilməsindən və təşkilata etibar edilmiş resursların uçotu üzrə bacarıqlarının aşağıdakı vasitələrlə nümayiş etdirilməsindən ibarət olmalıdır:




  1. Maliyyə resurslarının mənbələri, bölüşdürülməsi və istifadəsinə dair məlumatların

təmin edilməsi;

  1. Təşkilatın öz necə maliyyələşdirməsinə və pul vəsaitlərinə tələbatını necə ödənilməsinə dair məlumatların təmin edilməsi;

  2. Təşkilatın öz fəaliyyətini maliyyələşdirməsi, öhdəliklərini və konstruktiv öhdəliklərini

həll edə bilməsi imkanları barədə məlumatların təmin edilməsi;

  1. Təşkilatın maliyyə vəziyyəti və burada baş verən dəyişikliklər haqqında məlumatların

təmin edilməsi;

  1. Xidmətlərin dəyəri, səmərəlilik və əldə olunmuş nəticələr əsasında təşkilatın

fəaliyyətinin qiymətləndirilməsi üçün faydalı olan ümumi məlumatıntəmin edilməsi.



  1. Ümumi təyinatlı maliyyə hesabatları, həmçinin, fasiləsiz fəaliyyətin təmin edilməsi üçün tələb olunan ehtiyatlarınvə fasiləsiz fəaliyyət nəticəsində yaranacaq resursların həcminin, eləcə də, müvafiq risklərin və qeyri- müəyyənliklərin miqyasının əvvəlcədən müəyyən edilməsi üçün məlumat verərək proqnozlaşdırıcı və pospektiv rola malik ola bilər. Eyni zamanda, maliyyə hesabatları istifadəçiləri aşağıdakı məlumatlarla təmin edilə bilər:




  1. Resursların qanuni şəkildə qəbul edilmiş büdcəyə uyğun olaraq qəbul və və istifadə edilib-edilməsinə dair məlumat; və

  2. Resursların qanunvericiliyin və müqavilənin tələblərinə, o cümlədən, müvafiq qanunverici orqan tərəfindən müəyyən edilən maliyyə limitlərinə uyğun olaraq qəbul və istifadə edilib-edilməməsinə dair məlumat.




  1. Göstərilən məqsədlərə nail olmaq üçün maliyyə hesabatları təşkilatın aşağıda göstərilən maddələri üzrə informasiyanı təqdim etməlidir:




    1. Aktivlər;

    2. Öhdəliklər;

    3. Xalis aktivlər/kapital;

    4. Gəlirlər;

    5. Xərclər;

    6. Xalis aktivlərdə/kapitalda digər

dəyişikliklər; və

    1. Pul vəsaitlərinin hərəkəti.

  1. Maliyyə hesabatlarında əks olunan məlumatlar Standartın 15-ci maddəsinin tələblərinin ödənilməsi üçün məqsədə uyğun ola bilsə də, onlar, böyük ehtimal ilə, sözü gedən tələblərin hamısının yerinə yetirilməsini təmin etməyəcəkdir. Bu, əsas məqsədi mənfəətin əldə edilməsi olmayan müəssisələrə də xas ola bilər. Belə ki, rəhbərlik xidmətlərin göstərilməsi üzrə əldə olunmuş nailiyyətlər və maliyyə hədəflərinə çatmaları barəsində məsuliyyət daşımalıdırlar. Müvafiq dövr ərzində təşkilatın fəaliyyəti barəsində daha ətraflı təsəvvür yaratmaq üçün maliyyə hesabatları ilə yanaşı əlavə məlumatlar, o cümlədən qeyri-maliyyə hesabatları da təqdim edilə bilər.

Maliyyə hesabatları üzrə Məsuliyyətlər





  1. Maliyyə hesabatlarının hazırlanması və təqdimatı üzrə məsuliyyətlər müxtəlif qanunvericiliklərlə tənzimləndiyi üçün fərqlənirlər. Bundan əlavə, qanunvericilik maliyyə hesabatlarının hazırlanması üzrə məsuliyyəti, bu hesabatların təsdiqlənməsi və ya təqdimatı üzrə məsuliyyətdən ayıra da bilər. Hər hansısa bir dövlət idarəsində maliyyə hesabatlarının hazırlanması üzrə məsul şəxs kimi fiziki və vəzifəli şəxslər çıxış edə bilər, məsələn, təşkilatın rəhbəri, mərkəzi maliyyə idarəsinin rəhbər işçisi və ya baş mühasib.




  1. Adətən dövlətin vahid konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması üzrə məsuliyyət baş maliyyə agentliyinin rəhbəri (və ya baş maliyyə rəisi qismində çıxış edən baş nəzarətçi və ya baş mühasib) və maliyyə nazirinin (və ya ekvivalenti) üzərinə düşür.

Maliyyə hesabatlarının komponentləri





  1. Maliyyə hesabatlarının tam toplusu aşağıdakılardan ibarətdir:




  1. Maliyyə vəziyyəti haqqında hesabat;


  2. Yüklə 117,61 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin