İBTİDAİ DİNLƏR



Yüklə 86,38 Kb.
səhifə2/2
tarix14.01.2020
ölçüsü86,38 Kb.
#30156
1   2
Multik Emin Rza


2.Balıq. Balıq ilk xristian simvollarından biri olmuşdur. O İsanın rəmzi mənasını daşıyırdı. Buna səbəb şəkildə göstərilən yunan hərflərinin abreviaturasıdır (İXTUS). Bu abreviatura yunan dilində "Xilaskar İsa Məsih Tanrının oğludur" sözlərinin birinci hərflərindən yaranmışdır. "İXTUS" sözü isə yunanca balıq deməkdir.Eyni zamanda İsanın ilk ardıcıllarının bir neçəsi balıqçı olmuşdur. Buna görə xristianlar özlərini "insan ruhunu tutanlar" adlandırırdılar.

3.Gəmi. Gəmi də Xristianlığın ən qədim rəmzlərindən (simvollarından) biridir. Məsələn məşhur roma ilahiyyatçısı Hippolitus (III əsrdə yaşamışdır) xristian kilsəsini "dalğalar üzərində üzən və heç zaman batmayan" gəmiyə bənzədirdi. Başqaları onu "nicat gəmisi" adlandırırdılar

4.Labarum. Labarum (latın sözüdür) imperator Konstantinusun bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq, Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstaninus və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantinus yuxuda labarumumu görərək In hoc signo vinces (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi. Bu yuxunu görəndən sonra, Konstantinus öz əskərlərinə gördüyü labarumu öz qalxanlarının üzərində təsvir etməyi əmr etmişdi. Bu döyüş onun qələbəsi ilə bitmişdi və bundan sonra Konstantinus roma imperatoru olmuşdu. Onun hakimiyyəti dövründə də Xristianlıq dövlət dini statusunu almışdı

İslam-adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

  1. sülh (salam da bu kökdəndir);

  2. boyun əymək, itaət etmək (Allaha təslim olmaq).

İslam yeganə Allaha (ərəb. الله‎‎) itaət etmək deməkdir.

İslamın əsas ehkamı tövhidnübuvvət və məaddır.



  • Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.

  • Nübuvvət sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. İslamın şiə məzhəbində hər bir peyğəmbər kimi, Məhəmməd peyğəmbər üçün də Allah tərəfindən təyin olunan canişinlərin — 12 imamın haqq olduğuna iman gətirilməlidir.

  • Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.

İslam dinini qəbul edənlər müsəlman adlanırlar.

Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.

Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.

İslam dünyanın ən geniş yayılmış ikinci böyük dini və sürətlə yayılan dinlərdən biridir. Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman yaşayır. Əksər müsəlmanlar İslamın iki cərəyanından birinə mənsubdur; bunların 85-95% sünni, 5-15% şiədir. Müsəlmanların təxminən 13%i ən böyük müsəlman ölkəsi olan İndoneziyada yaşayır , 25% Cənubi Asiyada , 20% Yaxın Şərqdə 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. İslam – üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə var. Onlar 1,2-1,5 milyard insanı birləşdirir. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.



İslam 5 dayağa söykənir: islam dini rəmzinin birinci və ən mühüm müddəası olan və «La İlahə İlləllah va Muhamməd Rasullulah» («Allahdan başqa İlahi yoxdur, Məhəmməd onun rəsuludur») düstürü ilə ifadə olunan şəhadət; müsəlmanın gündə 5 dəfə dua etməsini nəzərdə tutan salavat (farsca namaz); zəkat – ehtiyacı olan müsəlmanların nəfinə vergi, sədəqə;  ramazan ayı ərzində tutulan oruc; Məkkənin ziyarəti – hər bir müsəlmanın həyatında heç olmasa bir dəfə yerinə yetirməli olduğu  həcc. 

İslam tarixinin təşəkkülü, Quranın nazil olması və hədislərin tərtibinin yanında, müxtəlif İslam elmlərinin yazılışı ilə birlikdə başlayır. Həqiqətən müsəlmanlar, tarix elminin ilk qurucuları olmamaqla birlikdə, fikri tərəfdən tarixçiliyin liderlərindəndirlər. İslam tarixi, Mədəniyyət tarixi, Dinlər və Məzhəblər tarixi, Təfsir tarixi, Düşüncə tarixi və Sənət tarixi kimi tarix elmləri vasitəsilə tarixçiliyin inkişafında və təkmilləşməsində mühüm rol oynadılar.

İslam Peyğəmbəri Hz.Muhamməd (s.ə.a.s), Miladi 570 və ya 571-ci ildə, o vaxtlar “Ümmül-Qura (kəndlərin beşiyi) deyə adlandırılan Məkkədə doğuldu. Məkkə əlbəttə Allahın yerüzündəki mələklərinin paytaxtı, inananların dəstə-dəstə ziyarətə gəldikləri, həcc etdikləri Allahın Beytinin, müsəlmanların qibləgahının yerləşdiyi yer olması səbəbi ilə belə adlandırılmışdır.

Miladi tarixlə 610-cu ildə Məkkədə, oxumağı əmredən və kəlamı tərifləyən ilk vəhylə “İslam Çağrısı”, Hz.Muhamməd (s.ə.a.s) in Peyğəmbərliyi dövrü başlandı. Hər tərəfdən cahilliyə qarşı olan İslam Çağrısı yer üzərində ən böyük inqilabdır. İslam inqilabın qaynağı olan Quran, ancaq İslam əqaid və ibadət əsaslarını ortaya qoymaqla qalmadı, ümumi olaraq bəşər tarixindən dəlillər gətirdi; bu doğrulama və şahidləndirmə hadisəsində yaradılış, dinlər, hökmdarlar, nəbilər və əvvəlki qövmlərin qissələri, bir-biriləri ilə olan əlaqələri yer aldı. Quran təməldə İslam təlimindən bəhs edərkən, əvvəlki millətlərin və hökmdarların inanc, əxlaq, sosyal və ekonomik vəziyyətləri haqqında məlumat verdi, daha sonra araşdırmasını kainatın əhvalı ilə doğurdan əlaqəli olaraq müxtəlif insan qruplarının öz ölkələrindəki vəziyyətləri üzərində sıxlaşdırdı. Əslində Quran, tarixdə insanoğlunun yaşadığı hadisələri təqdim edərkən insana dünya həyatını yaşama tərzini öyrədir, yaxşı və pisdən birini seçməklə baş-başa buraxır

Quranın insanlığa təqdim etdiyi ilahi çağrışın surə və ayələrindəki təməl həqiqətlərdən biri “tarix hadisəsi”dir. Bu hadisələr Quranda dəyişik şəkillər alır və böyük bir davamlılıq içərisində gəzər və insan qruplarının irəliləyişi parelellik göstərir. Bütün bunlarda insanın dəyişkənliyi və aldığı müxtəlif rəftarlar gözün qabağına gətirilir. Bu tərəfləri ilə tarixi hadisələr Quranın əhəmiyyətli hissəsini düzəldir. Quranın istənilən surəsində mütləq bir tarixi hadisə izah edilir. Tarixi hadisələr isə, müxtəlif düşüncə axınları və rejimləri üçün təcrübə tarlası və onların güclərini sübut etdikləri, zəifliklərini göstərdikləri bir meydandır.

Quranın bu tarix anlayışı, əsas etibarı ilə, insan təbiətinin dərinləşmənin başa düşülməsi üçün qurulmuşdur. Bu baxımından Quranda təqdim edilən tarix görünüşü həyatın həqiqətləri ilə uyğun haldadır. Yəni Quranın tarix anlayışı, insanın tarixdəki fərdi və ictimai xüsusiyyətinin üzərinə qurumuşdur.

Eyni şəkildə Quran, insanlığın qədim dövlərinə aid çoxlu hadisələrdən söhbət gedir və geniş məlumat verir. Beləliklə Quran, bir tərəfdən insana tarixi öyrədir və bir tərəfdəndə hadisələrdən ibrət alınmasını saxlayır. Quranda zikredilən tarixi hadisələri səbəb və nəticələri ilə birlikdə başa düşmək və onlara hökm edən “İlahi Sünnəti” kəşfetmək insandan istənilən ən əhəmiyyətli xüsus olmaqdadır.

Ona görə də bu səbəblərdəndir ki, Qurani-Kərim, İslamın və onun tarixinin təməl qaynağıdır; üzərində geniş olaraq durmaq, onun məzmununu yaxşı bilmək həm insanlıq tarixini həm də İslam tarxini asanlıqla başa düşməyinizi təmin edəcəkdir.



İudaizm (qədim yəhudi dilində “yaradut”) – yəhudi xalqının milli dinidir. Bizim eradan əvvəl II minillikdə (Şimali Ərəbistanın köçəri yəhudi tayfalarının siyasi inancları və adətləri əsasında) yaranıb. Bizim eradan əvvəl XIII əsrdə onlar Fələstini işğal edir (Xanaan), yerli kultların dini təsəvvürlərini özünə hopdurur. İudaizmin yaranmasına İudlar tayfası (ad da buradandır) xüsusi təsir edir. Onların Yaxve allahına kultları (sitayişləri) var. Sonralar Yaxve tək allah olur. Hökmdar David İud nəslindən idi (bizim eradan əvvəl XI əsrin sonu-bizim eradan əvvəl təxminən 977-ci il) və onun dövründə İsrail-İudey çarlığı gücləndi ki, bu da indey nəslinin üstün vəziyyətini (mövqeyini) təmin etdi. İudaizmdə inanc təlimi və kult elementləri erkən formalaşır. Onlara aiddir:

  • Allah, Kainat, insan haqqında təlim.

  • dini kultun göndərilmə qaydası.

  • Mənəvi-əxlaqi münasibətlər kodeksi.

  • dini institutlar sistemi.Allah seçimi konsepsiyası.

  • Messianizm-Messinin gəlişi (padşahın və ya Allah elçisinin), İlahi Hökmdarlığın yaranması.

İudaizmin müqəddəs kitabı Safarimdir, qədim yəhudi abbreviaturasında Tanax, xristianlıqda Əhdi-Ətiq, Tövrat (Təlim) və ya beş kitablıq (Mövcudluq, Son, Levit (qədim yəhudilərdə ruhani, Ədədlər, ikinciqanunilik)), onun müəllifi Musa peyqəmbər hesab olunur; Heviim (Peyqəmbərlər) — dini-siyasi və tarixi-xronoloji xarakterli 21 kitab; Ketubim müxtəlif dini janrlarda 13 kitab.
Bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsinin (əhdi-ətiq) bizim eradan əvvəl X əsrdə yazıldığı qeyd olunur.anaxın kilsə tərəfindən qanuniləşdirilməsi bizim eradan əvvəl III-II əsrlərdə başa çatır. VI əsrdə istila müharibələri nəticəsində yəhudilərin Aralıq dənizi boyu səpələnməsi baş verir, diasporlar yaranır; yəhudi Bibliyasının yunan dilinə tərcüməsi başlanır (son tərcümə Septuaqinta). İudaizm tarixində sonrakı dövr ravinn-talmud XIX əsrin başlanğıcına qədər davam etmişdir. II-III əsrlər hüquq normaları toplusu Mişna (Təkrar) yaranır. Mişnaya Qalaxa normativ aktlar toplusu (Qanun) və Aqada (Rəvayət) — Talmuda və Qalaxaya izahat daxildir. IV-V əsrlərdə ammoraylar (təvsirçilər) Mişnaya yeni qanun-qaydalar daxil etdilər. Qemara (Tamamlama) toplusu yarandı. Qemara Mişna ilə birlikdə Talmudu (Təlim) təşkil etdi. İki Talmud -Fələstində tərtib olunmuş yerusəlim Talmudu və diaspora tərəfindən tərtib olunmuş vavilon Talmudu fərqləndirilir. Talmud qanunvericiliyin, əxlaqi etik kodeksin, məhkəmə icrasının əsasıdır. Talmud III-V əsrlərdə tam tərtib olunmuşdur. Orada yəhudilər üçün qaydalar (613 qayda-təlimat) var. İudaizmdə bir sıra bayramlar mövcuddur-şabbat (şənbə) istirahət vaxtı və istənilən fəaliyyətə qadağa yom-kippur (hər şeyi bağışlamaq günü) sutka ərzində ac qalmaq (tövbə etmənin simvolu), pesax (pasxa) yazın gəlişini və yəhudilərin misir əsirliyindən azad olmasını simvolizə edir. İudaizmdə inisiasiya adətləri-sünnət və s. var. Müstəmləkəçilikdən sonra Talmudun iki yeni istiqamətiyaranır



  1. konservativ – ravvinat institutunu inkar edən (qədim yəhudi dilində “rev”-böyük deməkdir) bəzən Talmud və Talmudun şərhi; karamlar bu istiqamətə aiddirlər;

  2. modernist – mahiyyətcə iudaizmin konkret yerə və zamana uyğunlaşdırılmasıdır.

Rasionalist və mistik istiqamətlər meydana gəlir. Sonuncu Kabbala əsaslanır, cəhd edir ki, Tövratin hərfi simvolikasını açsın (bunda həqiqi ilahi fikri açmaq məqsədi var). Müqəddəs kitab-Zoqar (Nur saçmaq) Kabbala xasidizmə təsir etmişdir.
XIX əsrin ortalarında Qərbi Avropada və ABŞ-da iudaizmin reformasını təklif edən hərəkat meydana gəlmişdir.XIX əsrin sonlarında sionizm əmələ gəlmişdir. Sionizm yəhudi içtimai fikrin istiqaməti olub iudaizmin siyasiləşməsidir. Hazırda iudaizm İsraildə, ABŞ-da, Şimali və Cənubi Afrikada, Avropada və s. yayılmışdır. O, İsraildə dövlət dini olmasa da onun institutları dövlət strukturları ilə sıx bağlıdır. İsrailin Ali ravinatı mövcuddur, dini-siyasi partiyalar fəaliyyət göstərir. Rusiyada iudaizm əsasən ortodoksal formada mövcuddur.

Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi - Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi - tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi - bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir.

Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır , həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921-2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.



Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan - Musa (peyğəmbər)İsaMəhəmməd, Hind soyundan - Krişna, Budda, Zərdüşt. Bəhailərin fikrincə bizim dövrün son peyğəmbərləri Bab və Bəhaullahdır. Bəhai inancına görə, hər peyğəmbər mütləq özündən sonrakı peyğəmbər haqqında nəbilik etmiş (xəbər vermiş) və Ən Böyük Xəbər  Bəhaullahın zühuru ilə gerçəkləşmişdir. İnsanlıq təkamülün növbəti mərhələsinə yetişmişdir və indi vacib olan ədalət, sülh və birliyi qlobal səviyyədə təmin etməkdir.

Allahın birliyi – Allah – mütləq başlanğıc və mütləq ilkin səbəbdir, əzəli varlıq, insan şüuruna sığmayan, Kainatın Öz-özünə var olan və Özü özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və zaman çərçivələrindən azad olan bir Varlıqdır.

Dinlərin birliyi – Bu dünyanı yaradarkən, Allah insan nəzərinə tam açıqlana bilməyən bir məqsəd qoymuşdur. Lakin, Öz məqsədlərini həyata keçirmək üçün Allah vaxtaşırı Elçiləri vasitəsi ilə bəşəriyyətə Öz idarə edici prinsiplərini – Vəhyini çatdırır ki, mədəni-tarixi xüsusiyyətlərlə məhdudlaşan insan qavrama qabiliyyəti dairəsində Allahın məqsədinin pərdələrini açsın. Əslində bütün İlahi dinlər eyni İlahi Həqiqəti gətirmişlər, onlar arasında olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət ənənələrinin müxtəlifliyindən irəli gəlmişdir. Bəhailər bütün əvvəlki İlahi Zühurları – Musa (peyğəmbər)i, Krişnanı, Buddanı, ZərdüştüİsanıMəhəmmədi – və eləcə də onların gətirdiyi Müqəddəs Yazıları qəbul edir və onların hər birinə ehtiramla yanaşırlar. Lakin bəhailər müxtəlif dinləri eklektik birləşdirmək fikrindən uzaqdırlar. Bəhailər müxtəlif dinlərə eyni İlahi həqiqətin tədrici açılışı kimi baxırlar. Bəhailər eləcə də hesab edir ki, Babın gəlişilə Adəm dövrü və ya Peyğəmbərlik dövrü sona yetmişdir və bu müddət ərzində bəşəriyyət öz inkişafının müəyyən mərhələsinin sonuna çatmışdır, və həmin dövrün sonuncu Peyğəmbəri MəhəmməddirBəhaullahın isə gəlişi ilə əvvəlki Yazılarda "Qiyamət Günü", "Gecəsiz Gündüz" kimi qeyd edilən yeni dövr başlanmışdır. Bu dövrdə bəşəriyyət üçün topladığı imkanlarını reallaşdırmaq və bundan sonra müharibə və münaqişələri uşaq xəstəlikləri kimi unudaraq daha da inkişaf etmək və təkmilləşmək təyin olunmuşdur.

Bəşəriyyətin birliyi – Öncə göstərilən imkanları əldə etmək üçün bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik fəaliyyət göstərən organizm kimi birləşdirmək vaxtıdır. Bu məqsədin həyata keçirilmə proqramı, bəhailərin fikrincə, bəşəriyyətə Bəhaullahın Vəhyi vasitəsilə gətirilmişdir. Bəhaullahın əli ilə yazılmış, sonralar Yazıların yeganə səlahiyyətli şərhçisi olan Əbdül-Bəhanın şərh etdiyi Bəhai Dininin Müqəddəs Yazılarında bu İlahi Planın bir çox təfsilatları və idarəedici prinsipləri göstərilmişdir.

Müxtəliflikdə birlik – Bütün insanların anadangəlmə bərabər olmasını qəbul etmək və bütün irqi, milli, sinfi, siyasi, dini, cinsi və s. mövhumatlardan qəti imtina etmək və bununla insanları qarşı-qarşıya duran qruplara ayıran səbəbləri aradan götürmək.

Babilik - Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdüslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun.

Qnostisizm (q. yunanca γνωστικός — biliyi qavrayan, dərk edən) antik dövrünün sonunda (I-V əsrlərdə) yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adıdır. Ezoterikaya meylli təlimlər olmuşdur, onun ardıcılları iddia edirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında gizli biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin, eləcə də mitraizmin tarixi kökləri də qnostisizmlə bağlıdır.

Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxatoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər.

Mənəviyyatları inkişaf etmiş və qnosisə bələd olan adamları "pnevma’tik" adlandırırlar. Pnevmatiklər bu dünya ilə barişmaz mübarizədədirlər.

Əsas müddəaları



Bütün qnostiklərin təlimlərində aşağıdakı müddəalar vardır:

1. Ezoterizm. Bütün insanlar “maddi” (bədənlə bağlı olanlar), “ruhi” (psixiklər) və “mənəvi”lərə (pnevmatiklər) bölünürlər. Yalnız “mənəvi” insanlara əsl mistik biliyin (qnosisin) mahiyyəti açılır.

2. Dualizm: Bütün varlıq ikili şəkildə qəbul edilir, xeyrlə şər bir birinə qarşı substansional səviyyədə qoyulur. Bütün maddi aləm şərdir. O mənəviyyatın zindanıdır. Bu zindandan azad olub xeyrə qovuşma yalnız İlahi biliyə (qnosisə) malik olan insanlar tərəfindən həyata keçirilə bilər. Şərdən ayrılaraq qnostik öz mənəviyyatını həqiqi Tanrının bir hissəsi olduğunu duyur.

3. Maddi dünyanın Mütləqdə olan hansısa bir yanlışlıqdan yaranması. Bu səhv nəticəsində zülmət qüvvələri nurla dolu aləmlərə daxil olublar. Bu proses aşağıdakı qaydada baş verib: Tanrı olan doğulmamış Ata özünü 'eon' adlandırılan varlıqlarda təzahür edir. Bu eonlar əsasən cütlüklərdən ibarətdir. Eonların tamlığı İlahi tamlıq - pleromanı təşkil edir. Lakin eonların birinin təkəbbürü nəticəsində, o pleromadan ayrılır və bundan sonra kosmosun yaranması (kosmogenez) baş verir, müxtəlif aləmlər yaranır. Ən alçaqda yerləşən aləm isə bizim yaşadığımız dünyadır. Qnostiklərin əksəriyyəti onları simalaşdırıb, onlara konkret şəxs kimi baxırdılar.

3. Maddiyyatdan xilas olmanın zəruriliyi. Pleroma öz tamlığını bərpa etmək istəyir. Bu isə yeni eonun yaranmasına təkan verir. Bu eon İsadır və ya İsa ilə Xristosun cütlüyü. O, bu dünyaya enir və seçilmiş, mənəvi cəhətdən yüksəlmiş insanlara həqiqi biliyin (qnosisin) nə olduğunu öyrədir. Adətən İsanın bir bədənə malik olması aldadıcı, yalnız zahirən görünən hesab edilir (doketizm). Dünya hissəciklərinin hamısının pleromaya qayıtmasından sonra maddiyyat yenidən xaos halına qayıdacaq.

4. Zahidlik xilas olmanın şərtidir.

5. Tanrı bu dünyadan çox-çox uzaqlardadır. (transsendentdir). Onun təbiəti fərqlidir. Dünya isə ən aşağı dairələrdə yerləşən güclər tərəfindən yaradılıb. Onlar Tanrı tərəfindən yaradılsa da, onun haqqında heç bir biliyə malik deyillər, Onun dərk edilməsi yolunda bir maneədirlər. Bu qüvvələrə arxontlar (hökmdarlar) deyilir.

6. Bütün kainat arxontlara tabedir. Onları bəzən Əhdi-Ətiqdə hallanan Tanrının adları ilə adlandırırlar (Savaof, Adonai və s.). Dünyanın ətrafında isə bir neçə kosmik dairələr vardır. Bu dairələri də arxontlar idarə edir. Dünyanın yaradılması işində arxontların ən böyüyünün müstəsna rolu vardır. Onun adı Platonun «Timeus» (Timaeus)əsərindəolduğukimi Demiurqosdur (Demiurgos). Arxontların istibdadçı hakimiyyəti isə “ hermogenus” (dünya taleyi) adlanır.

7. İnsan bədən, mənəviyyat (pnevma) və ruhdan ibarətdir. Bədən və ruh dünyanın tərkib hissəsi olaraq hermagenusa tabedir. Hermogenus isə təbiət qanunlarıdır, lakin, eyni zamanda, insan cəmiyyətində o Musaya verilmiş yəhudi qanunudur. Ruhun içində yaşayan mənəviyyat isə İlahi nurun hissəciyidir, və o zindanda saxlanılır. Əsarətdə olan mənəviyyat pleromadan təcrid olunub və özünü onun hissəsi kimi dərk etmir. Onun dirçəlməsi isə bilik (qnosis) vasitəsilə əldə edilə bilər. İnsan yalnız zülməti yarıb, nura yönələrək xilas oluna bilər. Ölümdən sonra biliklə (qnosislə) qidalanmış mənəviyyat (pnevma) dairələri ən yuxarı dairələrə yüksəlir.

Rastafari hərəkatı və ya Rasta — 1930-cu illərdə Yamaykada yaranan yeni bir dini hərəkat.

O zaman Yamayka əsasən xristian mədəniyyəti olan bir ölkə və xalqının 98%-i qara qulların nəslindən idi. Efiopiyanın son imperatoru olan Hayle Selassi (Ras Tafari Makonnen: vəliəhd Tafari Makonnen) tanrının dünyadakı əksi olaraq görən dinin və bu dinə bağlı olaraq ortaya çıxmış olan inanc və düşüncə formasınındır. Markus Qarvey də bu dinin peyğəmbəri kimi görülür.Buna qarşı, nə Hayle Selassi, nə də Markus Qarvey özlərini bu dinlə əlaqələndirmişlərdir. Bab Marleyin də mənsublarından biri olduğu bu dinin qurucusu Leonard Hovell olaraq tanınır.



Misir mənşəli Ra dinlərinin Xristianlıq və Yəhudilik ilə qarışığından ibarət olan bir dindir. Musanın əsl yol göstərdiyi müqəddəs qövmmün qaralar xüsusilə də Etiyopyalılar olduğunu müdafiə edir. Rastafari hərəkatında müqəddəs vəd edilmiş torpaqlara zion (bir mənada cənnət) deyilməkdədir. Rastafarianistlər öz içlərində bir çox qola ayrıldıqlarından müxtəlif inanclara və cah(jah) anlayışına sahib ola bilirlər.

Bu dinin ilahiləri daha sonralarıda Yamaykada reqqi musiqisinə qaynaqlıq etmişdir.Rastanın rəngləri qara, qırmızı, sarı və yaşıldır. Qırmızı, yaşıl və sarı rəngləri Efiopiya bayrağı, və qara Afrika xalqını təmsil edir.Hər bir rəngin öz mənası vardır və bunlar rastafarianlar üçün çox mühümdür. Sarı bütün qızıl, ləl-cəvahirat və xəzinələr üçündür. Yaşıl insanların, üzərində getdiyi dünyadır. Qırmızı isə qara xalqın tökülən qanıdır.



Yezidilər-Əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplum. Yezidilərin inandığı din dini ədəbiyyatlarda yəzdanizm formasında adlandırılır. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu günYezidiicmasıkompaktşəkildə İraqın şimalhissəsində, SuriyaGürcüstanErmənistan və Rusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik Yezidi toplumu isə Avropada ən böyük Yezidi icmasını təşkil edir.

Druzlar (və ya dürzilər) — ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir. Druzlar Fatimi xəlifəsi Hakimdə (996-1021) Allahın təcəssüm olunduğuna və ruhların ölməzliyinə inanırlar. Orta əsrlərdən başlamış son dövrədək Druzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxr əd-din Məan (1590-1633) və II Bəşir Şihabın ((1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maroni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian maronilər arasında silahlı toqquşmalar baş verdi. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı İmperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olmuşdu. Fransanın mandatlığı dövründə (1920-1943) Suriya və Livan druzları antiimperialist mübarizədə iştirak etdilər. 1925-1927-ci illər Ümumsuriya milli üsyanının mərkəzi Cəbəl Druz idi. Üzvlərinin əksəriyyəti druzlardan ibarət olan Livan Tərəqqipərvər Sosialist Partiyası (1949-cu ildə təsis olunmuşdur) 1958-ci ilin yayında antiimperialist üsyanda fəal iştirak etmişdir. 70-ci illərdə Livanda baş verən hadisələr zamanı druzlar milli vətənpərvər qüvvələrin tərəfində çıxış edir, ölkənin birliyi və Fələstin qaçqınları probleminin ədalətli həll olunması uğrunda mübarizə aparırlar

Ədəbiyyat:

1) Haciyev A.N ,Cəfərova E.H Multikulturalizmə giriş 2018

2)http://www.adherents.com/Religions_By_Adherents.html

3) Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə I Fəsil, İlk Xristianlığın qısa tarixi icmalı

4) Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə VIII Fəsil, Qərb və Şərq arasında ixtilaflar və xristian kilsəsinin parçalanması

5) "Islām"Britannika Ensiklopediyası Online. İstifadə tarixi: 2010-08-25.

6) ""Mapping the Global Muslim Population: A Report on the Size and Distribution of the World's Muslim Population"". Pew Research Center.



7) Azərbaycan Sovet Ensiklopediyası, V cild, səh. 21

8) Hutter, Manfred (2005). "Bahā'īs". In Jones, Lindsay. Encyclopedia of Religion 2 (2nd ed.). Detroit, Michigan: Macmillan Reference US. pp. 737–740.

9) The Life of Bahá’u’lláh: Banishment from Iran

10)Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. s. 27-35. ISBN 5-87459-013-7. İstifadə tarixi: 2016-08-16. (#archive_url)

11)Barnstone, Willis; Meyer, Marvin (2003). The Gnostic Bible. Shambhala Books. p. 880. *ISBN 1-57062-242-6.

12)Rastafarianism Scholarly profile at the Religious Movements Homepage (University of Virginia)

13)Rastafarians 101 – slideshow by Life magazine





Universitet: Bakı Slavyan Universiteti

Fakültə: Beynəlxalq Münasibətlər

Qrup: R-402

Fənn: Multikulturalizmə Giriş

Müəllim:Asif Quliyev

Tələbə: Emin Rzazadə

Mövzu: 1)İbtidai Dinlər
2) Multikulturalizmə giriş fənninin əsas funksiyaları və əhəmiyyəti

3)İbrahimi Dinlər
Yüklə 86,38 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin