I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix31.01.2017
ölçüsü1,01 Mb.
#6851
1   2   3   4   5   6   7

sulu  karbonlar  və  13-15  %  kül  elementləri  vardır.  Tütün  haqqında  ilk  yazılı  məlumatlara 

bizim  eradan  əvvəl V  əsrə  aid  olan  mənbələrdə  rast  gəlinsə  də,  şərqi  asiyalılara  bu  bu  bitki 

çox 

qədim 


zamanlardan 

məlum 


idi. 

Bu 


bitki 

Amerika 


hindullarına 

tarixi 


müəyyənləşdirilməmiş qədim dövrlərdən məlumdur. Bu səbəbdən də tütünün vətəni Amerika 

sayılır.  Tütün  çəkən  ilk  avropalılar  1492-ci  ildə  Amerika  qitəsinə  ayaq  basan  Kolumbun 

ekspedisiyasının  üzvləri  olmuşdu.  Hər  il  yer  kürəsində  8  milyon  ton  tütün  istehsal  olunur. 

Tütünün  zərərli  bitki  olması  haqqında  ilk  dəfə  XVI  əsrin  axırlarında  məlumat  verilir. 

Dünyada geniş şəkildə istifadəsi isə ancaq  XIX  əsrdə sənaye inqilabından sonra başlamışdır. 

1950-ci  ilə  qədər  isə  sağlamlıq  üçün  zərərləri  mövzusunda  ciddi  nəşr  olmamışdır.  1950-ci  

ildə nəşr olunan 5 əhəmiyyətli iş siqaret ilə xərçəng xəstəliyi əlaqəsinə diqqət çəkmişdir. Belə 

ki,1586-cı ildə Almaniyada ” De plantis epitome utilissima” jurnalında çıxan məqalədə tütün 

təhlükəli  bitki  adlandırılır.  Onun  tüstüsünün  orqanizmə  zərərli  təsiri  isə  ilk  dəfə  bundan 

təqribən  200  il  sonra  1762-ci  il  də  İngiltərədə  Con  Xill  tərəfindən  öyrənilir.  Bu  dövrdən 

başlayaraq  tütün  çəkməyin  insan  orqaniziminə  təsiri  geniş  tədqiq  olunmağa  başlayır.  XVIII 

əsrin  axırlarında  Amerikalı  tədqiqatçı  Samuel  Tomas  Van  Semmeriq  tütün  çəkilməsinin 

xərçəng  xəstəliyinə  səbəb  olduğunu  bildirir.

20 


1818-ci  ildə  Almaniyanın  Heydelberq 

universtetinin  tələbələri  nikotinin  farmakologiyası  haqqında  dissertasiya  yazaraq  onun 

qorxulu zəhər olduğunu elmi cəhətdən əsaslandırdılar. 

20 


Qəniyev. M. Farmakologiya  I hissə. Bakı;2010, 199-206 s 

11 

                                   

   XX  əsrdə  isə  nikotinin  çox  güclü  psixoaktiv    maddə  olduğu  müəyyənləşdirilir.  Nikotinin 

kofein və marixuanadan güclü lakin alkoqol kokain və heroindən zəif aslılıq törədir. Məlum 

psixoaktiv maddələr içərisində ən güclü psixi aslılıq halını nikotin törədir. Məhz buna görədir 

ki,  siqareti  tərgidən  insanların  cəmi  7%-i  bir  il  müddətinə  buna  dözə  bilirlər.  Qeyd  etmək 

lazımdır  ki,  orqanizimdə  xroniki  tütün  çəkilməsini  xarekterizə  edən  neyrokimyəvi 

dəyişikliklər  kokain,  morfin  və  heroinin  qəbulu  zamanı  meydana  çıxan  dəyişikliklərə  çox 

oxşardır.  Odur  ki,  1988-ci  ildə  ABŞ-ın  baş  cərrahının  məruzəsində  nikotin  narkotik  elan 

olunmuş  və  1992-ci  ildə  tütünün  törətdiyi aslılıq  Xəstəliklərin  ümumdünya təsnifatına  daxil 

edilmişdir.  Nikotin  toxuma  baryerlərini  çox  yaxşı  keçir,  odurki  insan  orqaniziminin  elə  bir 

sistem  toxuması  və  hüceyrəsi  yoxdur  ki,  siqaret  tüstüsü  və  onun  tərkibində  olan  zərərli 

maddələr ona təsir göstərməsin. 

  1964-ci  ildəki  də  "Surgeon  General"  hesabatı  ilk  dəfə  rəsmi  olaraq,  siqaret  çəkmənin  

ağciyər xərçəngi ilə əlaqəsini bildirmişdir. Bundan sonra aparılan tədqiqatlarda da inkar edilə 

bilməyəcək  şəkildə  siqaretin  ağciyər  xərçənginin  bütün  histolojik  tipləri  (yastı  epitelli 

xərçəng,qarışıq  xərçəng,diferensiasiya  etməmiş  xərçəng  və  adenokarsinoma)  üçün  həm 

kişidə,  həm  də  qadında  başlıca  səbəb  olduğu  sübut  edilmişdir.  Ağciyər  xərçəngi  ən  sıx 

görülən  xərçəng  növlərindəndir;  bütün  dünyada  illik  1.3  milyon  insanı  öldürən  xərçəng 

sağlamlıq problemlərindən biri olmağa davam edir.

21 

Əsrlər keçdikcə tütünün yalnız qəbul olunma yolları dəyişmişdir. XVIII əsrdə iylənilən tütün  



XIX əsrdə siqaralar, XX əsrdə isə sənaye yolu ilə istehsal olunan siqaretlər geniş yayılmışdır. 

Siqaretlərin istehsalı ilə əlaqədər tütünün istifadəsi hədsiz dərəcədə artmışdır. Ceyms Bonsak 

1981-ci  ildə  siqaret  hazırlayan  cihaz  kəşf  etdikdən  sonra  siqaretdən  istifadə  göstəriciləri 

qlobal  miqyasda  yüksəlməyə  başlamışdır.  XX  əsrin  60-cı  illərindən  başlayaraq  tütünçəkmə 

ilə bağlı yaranan  sağlamlıq problemləri artıq danılmaz idi. Bəzi ölkələrdə siqaret çəkmə eyni 

səviyyədə  qalmış,bəzilərində  hətta  azalmışdır.  Siqaret  istehsalı  tütün  məmulatlarının  ən 

böyük hissəsini (ümümi satışın 96%)təşkil edir

22



   

21 


Ə.Həsənov Pataloji Anatomiya, Bakı ;2007,396 s 

 


12 

                                   

  Philip Morris amonyak qatqılı siqaret istehsalına 1965-ci ildə başladı. 1965,1974-cü illərdə 

amonyak  istifadəsini  gedərək  artırdı.  Bu  dövrdə  Philip  Morris  satışlarında  yüksək  artımlar 

ortaya  çıxdı.  Amonyak  qatqılı  Amerikan  tütününün    məhsul  xüsusiyyətləri:  daha  yumşaq, 

daha yüksək tüstü pHli, daha yüksək miqdarda sərbəst nikotin təmin etməsidir. Tütünün geniş 

yayılmasının əsas səbəbi bu bitkinin orqanizmdə aslılıq yaratmaq xüsusiyyəti ilə bağlıdır. 

  Nikotindən  asılılıq  sindromu  -  davranış,  dərketmə  və  fizioloji  simptomlar  kompleksi  olub, 

nikotinin  təkrar  qəbulundan  sonra  yaranır  və  adətən,  təkrar  olaraq  qəbul  etmə  istəyini 

(tələbini) yaradır. Nikotinin qəbuluna nəzarətin çətinləşməsi həmin maddənin zərərli  təsirinə 

malik  olmasına  baxmayaraq  nikotinin  davamlı  qəbul  edilməsinə,  nikotinin  dozasının  yol 

verilən  həddinin  artmasına  və  bəzən  abstinensiya  vəziyyətinin  yaranmasına  gətirib 

çıxarır(XBT-10,221-ci  səhifə).  Nikotin  qəbul  etdikdən  sonra, eyforiya,  oyanıqlıq,  hafizə  və 

diqqətin  artması  və  sıxıntıdan  qurtulma  kimi  təsirləri  olur.  Nikotinin  təsirlərinə 

qarşı tolerantlıq inkişaf edir və ilk siqaret istifadə edərkən yaranan təsir yaranmır. 

  N-xolinoreseptorlar orqanizmin müxtəlif üzv toxuma və sistemlərində lokalizasiya olunaraq 

son dərəcə  mühüm həyatı əhəmiyyətli fizioloji  funksiyaların tənzim və icrasında  əvəzsiz  rol 

oynayırlar.  Müxtəlif  lokalizasiyalı  N-xolinoreseptorların  kimyəvi  maddələrə  qarşı  həsssalığı 

müxtəlif olsa da,N-xolinomimetiklər bu törəmələrə bir qayda olaraq stimuləedici, oyandırıcı 

təsir göstərir. Bu sıranın tipik və etalon nümayəndəsi nikotindir. O, tütün yarpağından alınan 

alkoloiddir. Tütün yarpağının tərkibində oxşar kimyəvi quruluşa malik və bu səbəbdən də bir 

birinə  bənzər  adları  olan  12  alkoloid  vardır.  Bunlardan  ən  əsasları  nikotin,  nornikotin, 

nikotein  və  nikotimindir.  Bu  alkoloidlərdən  tibbi  və  sosial  yönümdə  ən  mühüm  əhəmiyyət 

kəsb  edəni  eləcə  də  tütün    yarpaqlarında  miqdarca  ən  çox  olanı  nikotindir.  Preparatın 

farmakoterapevtik  əhəmiyyəti  yoxdur,  başqa  sözlə  ondan  dərman  maddəsi  kimi  istifadə 

olunmur.  Əhali  arasında  tütün  (siqaret)  istifadənin  geniş  yayılması  ilə  əlaqədər  olaraq, 

preparatın toksioloji aspekti böyük əhəmiyyət kəsb edir. Müəyyən edilmişdir ki, qurudulmuş 

tütün yarpaqlarında nikotinin miqdarı 0,3%-dən 8%-ə qədər olub, ümumi alkoloidlərin  

22

Bilir  N.  Ve  arkadaşları;  Avrupa  Tütün  Kontrol  Raporu  2007  ,  11-15s.WHO  Türkiye  Ofisi,  December:2007 



(www.dusunenadamdergisi.org/)

 


13 

                                   

 95%-ni  təşkil  edir.  Adi  siqaretdə

 

  nikotinin  miqdarı  istifadə  olunan  tütünün  növündən  asılı 



olaraq  15-20  mq-a  qədər  ola  bilər.  Siqaret  çəkmə  zamanı  nikotin  yanaraq  parçalandığına 

(piroliz prosesinə uğradığına) və siqaretdən çıxan dumanın yalnız bir qismi inhalyasiya məruz 

qaldığına görə, orqanizmə daxil olan nikotinin miqdarı 0,37-1,56 mq-a bərabər olur. İstifadə 

dozasında  asılı  olaraq  nikotinin  N–xolinoreseptorlara  təsiri  iki  fazalıdır.  O,  bu  törəmələrə 

kiçik dozalarda stimuləedici, böyük dozalarda isə iflic edici  təsir göstərir.

23

 



  Uzunmüddətli qəbul zamanı psixi aslılıq halı eyni zamanda fiziki aslılıq halı da törədə bilir. 

İnsanlarda nikotinə bağlılıq halının meydana çıxmasında əsas səbəb, onun psixoaktiv təsiri və 

pozitiv  reaksiyalar  törətmək  xüsusiyyəti  rol  oynayır.  Bu  cür,  mərkəzi  effektlərin  meydana 

çıxmasını nikotinin orta beyində ventral seqmental sahəni stimulə etməsi ilə əlaqələndirirlər. 

Bu stukturun stimulyasiya mezolimbik dofaminergik neyronları aktivləşdirdiyi üçün nucleus 

accumbens  və  digər  limbik  strukturlarda  dofaminergik  sinir  liflərini  ucundan  endogen 

mediator-dofaminin  ifrazını  artırır.  Limbik  strukturlarda  dofaminin  artması  aslılığa  səbəb 

olan müvafiq effektlər törədir. Nikotinə qarşı aslılığın əmələ gəlməsində onun xroniki qəbulu 

zamanı beyində nikotinə həsas reseptorlarda törənən paradaksal dəyişiklik də əhəmiyyəti rol 

oynayır. 

  Müəyyən  edilmişdir  ki,  nikotinin  ona  həsas  olan  reseptorların  sayının  artması  yeni 

reseptorların  sintezilə  bağlı  deyildir.  Nikotinin  metabolizmi  orqanizmdə  əsasəsən  qaraciyər, 

ağciyərlər  və  böyrəklərdə  gedir.  O,  bu  orqanlarda  inaktivləşərək  sidik  vaistəsilə  10-15  saat 

müddətində  orqanizmdən  tamamilə  (onun  yarım  xaricolma  müddəti  2  saatdır)  xaric  olur( 

nikotindən əmələ gələn  ikincili məhsullar orqanizmdən 2  gün müddətinə xaric olur). Zərərli 

təsirləri müəyyən edildikdən sonra siqaretlərdəki ortalama qətran miqdarı 30 mg-dən 11 mg-a 

salınmışdır. Avropa Birliyi ölkələrində siqaretin tərkibindəki qətran və nikotinin  miqdarının  

göstərilməsi  zəruriliyi vardır. Ağciyər xərçənginin inkişafında siqaret tüstüsündə olan qətran 

və  tərkibindəki  benzaprin  epoksit  maddəsinin  əhəmiyyətli  olduğu  və  bu  maddənin  ağciyər 

hüceyrələrində şiş təzyiqləyici genlərin DNT quruluşunu pozduğu müəyyən olunmuşdur. 

 

23

 Qəniyev. M. Farmakologiya .I hissə.Bakı: 2010, 206-209 s 



14 

                                   

  Beynəlxalq  Əmək  Təşkilatının  məlumatlarına  əsasən  işləyən  insanların  hər  il  ən  azı  200 

000-i  iş  yerlərində  məruz  qaldıqları  tütün  tüstüsünün  (ikincili)  təsiri  nəticəsində  dünyasını 

dəyişir.  Bundan  əlavə  ananın  aktiv  və  ya  passiv  tütünçəkməsi  nəticəsində  tütün  tüstüsünə 

məruz qalan dölün də vəziyyəti passiv məruz qalma kimi tanınır.

36 

  Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən  tütün yarpaqlarının tüstüsünün 



(əksər hallarda siqaret çəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir. Tütün tüstüsündə 

olan nikotin və qarmin kimi psixoaktiv maddələr mərkəzi sinir sistemini stimulyasiya edərək 

eyforiya  hissi  yaradır  və  müvəqqəti  olaraq  yorğunluğu,  yuxululuğu,  əzginliyi  aradan 

qaldıraraq  iş  qabiliyyətinin  və  yaddaşın  yüksəlməsi  effektini  göstərir.  Nəticədə  yaranmış 

nikotindən  asılılıq  tütünçəkmənin  davam  etməsinə  gətirib  çıxarır.  Passiv  tütün  çəkmə 

böyüklərdə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu 

da sonda ölümə gətirib çıxara bilir. Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada 

bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün  tüstüsü ilə nəfəs alır. Bu da 

uşaqlarda  bir  çox  ciddi  xəstəliklərin  yaranmasına  və  artıq  mövcud  olan  xəstəliklərin 

ağırlaşmasına  gətirib  çıxarır.  Tütün  çəkmənin  güclü  vərdiş  və  hətta  asılılığın  formalarından  

biri olmasına baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula bilir. 

  Passiv tütünçəkməyə məruz qalmanın ölüm, xəstəlik və şikəstliklərə gətirib çıxarması elmi 

cəhətdən  sübuta  yetirilsədə,  sağlamlıq  riskləri  cəmiyyətin    əksəriyyəti  tərəfindən  qəbul 

edilmir.


24 

  Azərbaycanda  əhalinin    passiv  tütünçəkməyə  məruz  qalması  mövzusunda  yetərli  məlumat 

yoxdur.  Bu  vaxta  qədər  Azərbaycanda  ikincili  tütün  tüstüsünün  təsirinin  problemləri  haqda 

milli  reprezentativ  tədqiqatlar  aparılmayıb.  2004  və  2006-cı  illərdə  aparılmış  ÜST-nin 

keçirdiyi Tütün üzrə Qlobal Epidemioloji tədqiqatların məlumatına görə yeniyetmələr (13-15 

yaşlarında məktəblilər) (GYTS) və gənclər (ali tibb məktəblərinin 18-19 yaşlarında tələbələri) 

(GYTS) arasında uyğun olaraq 72% məktəblilər və 85 % tələbələr evdən kənar ikincili tütün 

tüstüsünün təsirinə məruz qalırlar, bununla yanaşı 71% məktəblilər və 70% tələbələr hesab 

 

24

Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı ;2012,  6-  12 s



 

15 

                                   

edirlər  ki,  bütün  qapalı  ictimai  yerlərdə  tütün  çəkmək  tamamilə  qadağan  edilməlidir.

25 


Yeni 

Zelandiyada  tütünə  qadağalar  haqqında    qanunlar  qəbul  etdikdən  sonra  bar  sahiblərinin 

ikincili    tütün  tüstüsünə  məruz    qalmaları  90%  azalmışdır.  2004-cü  ildə  İrlandiyada  ikincili 

tütün  tüstüsünə  məruz  qalan  bar  işçiləri  həftə  ərzində  30  saatdan  0  saata  düşmüşdür.  

Dünyada  qapalı  yerlərdə  siqaret  çəkməyə  ilk  qadağa  1993-cü  ildə  ABŞ-ın  Kaliforniya 

əyalətində qoyulub.

26

 Hazırda bir çox ölkələrdə bağlı məkanlarda siqaret çəkilməsinə qadağa 



qoyulub.  Fransada  2007,  İngiltərədə  2007,  İspaniyada  2006,  Almaniyada  2008,  Norveçdə 

2004,  Hollandiya  və  İrlandiyada  2004,  İsveçdə  2005-ci  illərdə  qapalı  yerlərdə  siqaret 

çəkilməsi  qadağan  edilib.  Tüstüyə  məruz  qalmanın  bütün  yolları  təhlükəlidir.  Ventilyasiya 

vaistəsilə ikincili tütün tüstüsünün toksik və konserogen təsirini aradan qaldırmaq mümükün 

deyil.  Bunun  üçün  çox  güclü  yəni  tornoda  gücündə  hava  axını  tələb  olunur.  Tütün  tüstüsü 

olmayan  ölkələr  qanunun  geniş  yayıldığı  ölkələrdə  yaşayan  siqaret  çəkməyən  böyüklərin 

12.5%-i qanunun məhdud yayıldığı ölkərdə 35.1 %-i belə bir qanunun olmadığı ölkələrdə isə 

45.9%-i  ikincili  tütün  tüstüsünə  məruz  qalır.  Dünya  əhalisinin  yalnız  5%-i  tam  siqaretsiz 

ərazilər qanunları ilə yaşayır.

27 


Ümumdünya Səhiyyə Təşkilatının Tütünlə  Mübarizə Çərçivə  

Konvensiyasının    8-ci  maddəsində    tövsiyyə    edilir    ki,    “tütün    tüstüsün    təsirinə    məruz  

qalmanın  təhlükəsiz səviyyəsi yoxdur” İkincili tütün tüstüsünün zərərli təsirlərindən yeganə 

qorunma  yolu  100%  tütün  tüstüsündən  azad  mühitlərin  yaradılmasıdır.  İkincili  tütünçəkmə 

hər il 600000 insanın vaxtından əvvəl ölümünə səbəb olur. Tütün tüstüsündə 5000-dək zəhərli 

və 60-dək  onkoloji  xəstəliklərə  səbəb  olan  kanserogen  maddə  var.  İnfarkt keçirən  xəstələrin 

85%-i  siqaret  çəkən  şəxslərdir.  Tütünçəkmə 20  növ  onkoloji  xəstəliyin  yaranmasına  səbəb 

olur.


28

 

 



25

Azərbaycan  Respublikasının    müvafiq  qanunvericiliyinin  ”Ümumdünya  Səhiyyə  Təşkilatının  Çərçivə  konvensiyasına 

Uyğunluğunun Müqayisəli Təhlili.Bakı:2015,  8-6 s. 

26

Azərbaycanda 13-15yaşlı Gənclər arasında Tütündən istifadənin Qlobal Tədqiqatı (GYTS)İNFORMASİYA BÜLLETENİ



 

27

Tütünə nəzarət  Bakı 2012,  42 s 



28  

Tütün haqqında faktlar (http://www.tobaccocontrol.az

/



 



 

16 

                                   

      1.2. Tütünçəkmə tendensiyası  

  XXI əsrin əvvələrində sayı getdikcə artmaqda olan qadın istifadəçilər də daxil olmaqla yer 

kürəsində  yaşayan  yetkinlik  yaşında  olan  insanların  1/3 hissəsi  tütündən  istifadə  edir.  ÜST-

nın hesabatlarında qarşısı alına bilən ölüm səbəbləri sırasında tütündən istifadə birinci yerdə 

durur.  Hazırda  tütündən  istifadə  səbəbindən  hər  il  5,4  milyon  insan  dünyasını  dəyişir. 

Tütünçəkmə sağlamlıq, xoşbəxtlik, yaxşı fiziki hazırlıq, firavanlıq, güclülük və cinsi yetkinlik 

kimi  xüsusiyyətlərlə  əlaqələndirilərək  ictimaiyyətə  əsl  kişi  vərdişi  kimi  təqdim  olunur. 

Əslində  isə  tütündən  istifadə  xəstəliklər,  vaxtından  əvvəl  ölüm,  impotensiya  və  sonsuzluq 

kimi sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Dünyanın təxminən 1milyarda  qədər 

kişi əhalisi tütün çəkir. Onların 35%-i inkişaf etmiş, 50%-i isə inkişaf etməkdə olan ölkələrdə 

yaşayırlar.

 29


 

  Qadınların    təhsil    səviyyəsi    artdıqca  siqaret    çəkmə  nisbəti    artarkən,  kişilərdə    tam  əks 

nəticələr əldə  edilib. 

30 


  Tütün    istifadəsi    ölkələrə    tibbi,  iqtisadi,  hüquqi  və  ictimai  istiqamətlərdə    mənfi  təsir 

etməkdədir.  Tütün  və  tütün  məhsulları  ilə  mübarizə  sahəsində  aparılan  maarifləndirmə  və 

təhsil  işləri  olduqca  zəifdir  və  əksəriyyəti  müxtəlif  səviyyələrdə  bir-birindən  ayrı  olaraq 

həyata  keçirilir.  Maarifləndirmə  işlərində  ciddi  çatışmazlıqlar  mövcuddur.  Tütün  və  tütün 

məmulatlarının zərərləri mövzusunda tədris planları yoxdur. Cəmiyyətdə nümunə rol modeli 

olan  fərdlər(valideynlər,  sənətkarlar,  siyasətçilər,  müəllimlər,  idmançılar,  tibb  işçiləri,  din 

xadimləri  və  başqaları)  tütün  və  tütün  məmulatları  ilə  mübarizə  mövzusunda  öz  rollarının 

təsirindən xəbərsizdirlər. 

  Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  təşəbbüsü  ilə  1988-ci  ildən  başlayaraq  hər  il 31 

may  Ümumdünya  Tütünsüz  Günü kimi  qeyd  olunur.  Həmin  gün  ictimaiyyətin  diqqəti 

tütündən  istifadənin  təhlükələrinə,  tütün  epidemiyasına  qarşı  aparılan  mübarizəyə,  gələcək 

nəsillərin qorunması məqsədilə dünya ictimaiyyətini fəal olmağa yönəldilir.  Azərbaycanın  

29  

Tütünlə bağlı statistik məlumatlar(.http://tobaccocontrol.az/



)

 

30



 Tütünlə mübarizə üzrə milli strategiya,.8-9 s

 


17 

                                   

2011-ci ildə ÜST-ün Avropa Regional Bürosunun 2010-cu ilin 3-5 noyabrında Danimarkanın 

Kopenhagen  şəhərində  keçirilmiş  “Gənclər  arasında  tütündən  istifadənin  qlobal  tədqiqatı 

(GYTS) və  tibb tələbələri arasında tədqiqatın aparılması  (GHPSS) üzrə seminar”da Səhiyyə 

Nazirliyinin  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzinin  (İSİM)  nümayəndəsi  iştirak  etmişdir. 

Həmin  seminarın  məqsədi  ölkələrdə  gənclərin  tütündən  istifadəsilə  bağlı  tədqiqatın 

aparılmasının  öyrənilməsi,  təcrübə  mübadiləsinin  aparılması  və  zəruri  məlumatların  əldə 

olunması idi. 

  Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  proqnozları  da  artıq  bəşəriyyətin  qlobal  tütün 

epidemiyası  ilə  üz-üzə  qaldığını  və  qarşısı  alınmazsa  bunun  böyük  fəsadlar  törədəcəyini 

konkret rəqəmlərlə gündəmə gətirir. 

  ÜST-nin apardığı təhlillər göstərir ki, son 20 ildə tütündən istifadənin miqyası nəinki azalıb, 

əksinə  bəzi  regionlarda  kəskin  artıb  ən  təhlükəli  və  təşviş  doğuran  gerçəkliklərdən  biri  də 

ondan ibarətdir ki, bu gün məktəb yaşlı və yeniyetmə uşaqlar arasında da bu ziyanlı vərdişə 

yoluxanların  sayı  sürətlə  artır.  Mövcud  araşdırmalar  göstərir  ki,  bu  gün  tütün  tüstüsü 

aludəçilərinin üçdə ikisi məhz yeniyetmə yaşlarından siqaret çəkməyə başlamışlar.

31 


  Bir sözlə, siqaret - bu sadəcə zərif kağıza bükülmüş tütün yarpağı deyil, asılılıq yaratmaq və 

öldürmək  üçün  hazırlanmış  yüksək  texnoloji  məhsuldur.  Bu  işdə  tütün  industriyası  heç  bir 

millətə və xalqa fərq qoymadan qlobal güc alaraq fəaliyyət göstərir. Bu gün tütünün xeyrinə 

bir dənə də olsun həqiqi iqtisadi və tibbi arqument yoxdur. O, sadəcə, insanlara qəsd edir və 

milli xəzinəni boşaldır.  Tütün sənayesinə və onların marketinqinə gündəlik 11 min yeni tütün 

istifadəçisi lazımdır ki, bu insanlar onların məhsulu üzündən həyatlarını itirmiş adamları əvəz 

etsin. Hər səkkiz saniyədə tütünlə bağlı xəstəlikdən bir insan ölür və elə bu müddətə də onu 

yeni  birisi  əvəz  edir.  Tütün  istehsalçıları  qadınlara  siqaretlər  təklif  edərkən  tütünün 

çəkilməsini  olduqca  cəlbedici,  lakin  yanlış  bir  imiclə  əlaqələndirilər  siqaret  çəkməyi 

qadınların  daha  enerjili,  gözəl  bədən  qurluşuna  malik  daha  sərbəst  olmaları  kimi  

xüsusiyyətlərlə bağlayırlar.  Həqiqətdə tütün çəkmək qadının repreduktiv sistemini  zədələyir

31 


 Tütünlə mübarizə üzrə milli strategiya, 14-15s

 

  



18 

                                   

müxtəlif  xəstəliklərə və ölümə səbəb olur. 

  Tütün  şirkətləri yalnız   qadınlar  üçün adlandırılan  siqaretlər daxil  olmaqla  müxtəlif  çeşidli 

tütün  məlumatları  təklif  edirlər.  Adətən  qadınlar  üçün  nəzərdə  tutulan  siqaret  çeşidləri uzun 

ölçülü,  nazik,  az  qatranlı  tərkibində  nikotinin  miqdarı  az  olduğundan  açıq  rəngli  olur  və 

onlara  mentol  və  ya  digər  dad  və  ətirverici  maddələr  qatılır.  Qadınlar  kişilər  qədər  tütün 

çəkməyə  başlasalar,  bu  qlobal  miqyasda  sağlamlıqla  bağlı  əsl  fəlakətə  gətirib  çıxara  bilər. 

Təbii  ki,  kifayət  qədər  həyəcanlı  və  qorxulu  bu  rəqəmlər  və  arqumentlər  bizim  ölkədən, 

xalqımızdan  da  yan  keçmir. Azərbaycanın  göstəriciləri  də  ürəkaçan  deyil.  1999-cu  ilin 

statistikasına  görə  bizim  ölkədə  kişilərin  arasında  tütündən  istifadə  30,2  faiz  olmuşdursa, 

2006-cı ildə Azərbaycanda keçirilmiş demoqrafiya və sağlamlıq sorğusunun nəticələrinə görə 

15-49  yaş  arasında  bu  zərərli  vərdişin  aludəçiləri  49%  təşkil  etmişdir.  Unutmaq  olmaz  ki, 

bizdə qadınların tütündən istifadəsi də istisna deyil. 1999-cu ilin məlumatına görə qadınların 

1,1 % tütündən istifadə edirdisə, hazırda bu rəqəm daha böyük ola bilər.

43 


  Oğlanlar  qızlarla  müqayisədə  tütün  çəkməyə  daha  meylli  olurlar.  Buna  baxmayaraq 

yeniyetmələr arasında Qlobal Tütün Sorğusunun keçirildiyi ölkələrin demək olar ki, 60%-də 

oğlanlar  və  qızların  tütün  çəkmə  səviyyəsi  arasında  böyük  fərq  müşahidə  olunmamışdır. 

Sorğu  ilə  əhatə  olunmuş  ölkələrin  14%-də  qızlar  arsında  siqaret  çəkmə  səviyyəsi  oğlanlara 

nisbətdə daha yüksək olmuşdur. Tütün çəkən uşaqların əksəriyyəti bu vərdişə yetkinlik yaşına 

çatmazdan əvvəl aludə olurlar. Siqaret çəkən gənclərin təxminən ¼ hissəsi ilk siqaretlərini 10 

yaşına çatmazdan əvvəl çəkmişlər. 

  Tütün bazarı genişləndikcə uşaqlar arasında tütün çəkmə səviyyəsi də artır. Səbəb isə tütün 

məhsullarını  asanlıqla  əldə  etmək  mümkünlüyü,  qiymətlərin  ucuz  olması,  həmyaşıdlar 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin