I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Təbii və səmt qаzlаrın оdоrizаsiyа оlunmаsı nədir?



Yüklə 493,24 Kb.
səhifə4/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   2   3   4   5   6   7   8   9   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Təbii və səmt qаzlаrın оdоrizаsiyа оlunmаsı nədir?

Məişətdə оtаq dахilində yеrləşən qаz хətləri və qаz cihаzlаrındа hər-hаnsı səbəbdən yаrаnаn qаz sızmаsı bir çох hаllаrdа yаnğın və pаrtlаyış hаdisələrinin yаrаnmаsı ilə nəticələnir ki, bu dа аrzu оlunmаzdır. Bu hаdisələrdən qurtulmаq üçün QPS və QTM-lərdə istеhlakçılаrа nəql оlunаn təbii və səmt qаzlаrınа хüsusi kəskin iyə mаlik оlаn kimyəvi maddə - еtilmеrkаptаn (C2H2SH2) və yахud tеtrаhidrоtiоfеn (C4H8S), qış fəslində 1000m3 həcmə 16qrаm, yаy fəslində 1000 m3 həcmə 8 qrаm əlаvə оlunur. Təkcə yаnаr qаzlаr dеyil, qаz kəmərlərində pnеvmаtik sınаq işləri аpаrılаrkən kəmərə vurulаn hаvа dа оdаrizə оlunа bilər.

  1. Təbii qaz, onun fiziki kimyəvi xassələri və partlayış həddi haqqında nə deyə bilərsiniz?

İstehlakçılara verilən təbii qaz 5542-87 QOST-na uyğun olmalıdır. Təbii qazın tərkibinin əsas hissəsini metan təşkil etdiyindən onun fiziki kimyəvi xassələri metan qazına aid olan xüsusiyyətlərdir. Metan qazı – CH4 – iysiz və rəngsiz, havadan təxminən 1,8 dəfə yüngül qazdır, xüsusi çəkisi 0,714 kq/m3. Qapalı şəraitdə havanın tərkibində 5-15 % təbii qaz olduqda partlayış həddi yaranır. 1m3 təbii qazın yanması üçün 9,52 m3 hava tələb edilir.

  1. Bioqaz haqqında nə bilirik?

Bioqaz üzvi maddələrin mikroorqanizmlərinin sərbəst oksigen olmadan çürüyərək tərkib hissələrinə ayrılıb artması şəraitində alınan yanar qaz məhsuludur. Tərkib hissəsi 60-80% metan və karbon dioksiddən ibarətdir. Istiliktörətmə qabiliyyəti 6000-6500 kkal/m3 həddindədir.Bioqazın alınması əsas xammal bitki və heyvan mənşəli bioloji kütlədir. Bioqaz xüsusi qurğu tətbiq etməklə alınır.

  1. Yanacaq kimi istifadə edilən yanar qazlar hansı standartlara uyğun olma­lıdır?

Yanacaq kimi istifadə edilən yanar qazlar hazırda Azər­baycan Respublikasında qüvvədə olan standartlara uyğun olma­lıdırlar:

  • təbii qaz – ГОСТ 5542-87;

  • mayeləşdirilmiş qazlar – ГОСТ 20448-90.

Digər növ yanar qazlar (alternativ yanacaq növü) istifadə edil­dikdə, qaz təsərrüfatı müəssisələri tərəfindən həmin qazın xüsusiyyətləri nəzərə alınmaqla xüsusi istismar təlimatı tərtib edilməli, müvafiq qaydada Dövlət Qaz Nəzarəti İdarəsi ilə razılaşdırılmalıdır.




  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin