Hüseynov Mövlud Ə hmədov Əhməd-Cabir



Yüklə 5,51 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix05.03.2017
ölçüsü5,51 Kb.
#10317
1   2   3   4   5   6   7   8   9   ...   22

 
PORTAĞAL 
 
Portağal  sədokimilər    fəsiləsindəndir.  Azərbaycanda 
becərilən  əsas  sitrus  meyvələrindəndir.  Portağalın  qabığının 
rəngi  sarımtıl-narıncı  olur.  Ətli  hissəsi  xoş  narıncı-sarı,  zərif 
lifli  və  ətirli  olur.  Karolyok  sortlu  portağalın  ətli  hissəsi 
qırmızı-yaqut rəngində olur. 
Portağalın tərkibində efir yağlarının faizlə miqdarı onların 
ayrı-ayrı  hissələrində  müxtəlif  olur.  Yerli  sort  portağalın 
qabığında 2,4%, ətli hissəsində 0,24%, efir yağları olur. 
 Portağalın  tərkibində  şəkər,  çoxlu  miqdarda  pektin 
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları  kimi  pektin  maddələri  də,  əsasən  qabıq  hissədə  toplan-
mışdır. 
 Portağalın  tərkibində  vitaminlərdən  C,  P,  B
1
,  B
2
,  PP  və 
karotin  vardır.  Vitaminlər  qabıq  hissədə  ətli  hissəyə  nisbətən 
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62 mq% 
olduğu halda, qabıq hissədə 121-175 mq%-dir. 
 
26
Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu 
maddələrin miqdarı 1%-ə qədər təşkil edir. 
Təzə  dərilmiş  meyvəsinin  lətində  və  ya  ondan  alınan 
ş
irədə  70%-ə  qədər  şəkər,  5-6%-ə  qədər  limon,  alma  turşuları 
və başqa üzvi turşular, pektin maddəsi, mineral duzlar, boyayıcı 
maddələr, C, B
1
, B
2
 vitaminləri və karotin vardır. Buna görə də, 
portağalın  şirəsi  avitaminoz  xəstəliklərinin  müalicəsində  çox 
faydalıdır. 
Portağalın  tərkibində  kalium  və  C  vitamini  çox 
olduğundan 
hipertoniyada, 
aterosklerozda, 
qaraciyər 
xəstəliyində,  piylənmədə  və  podaqrada  istifadə  etməyə  imkan 
verir. 
 
ÜZÜM 
 
Üzüm  fəsiləsinin  üzüm  cinsindəndir.  Üzüm  cinsinin  70 
növündən  ikisi  Azərbaycanda  bitir.  Bunlardan  meşə  və  Amur 
üzümü daha geniş yayılmışdır.  
Meşə  üzümünün  tərkibində  10-13%  şəkər,  1,2-2%-ə 
qədər  üzvi  turşu  vardır.  Şirəsinin  çıxarı  54%-dir.  Tumunda  8-
20%  yeməyə  yararlı  yağ  olur.  Qovurduqda  qəhvə  əvəzedicisi 
kimi istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə, 
şə
rab, nastoyka, sirkə, kisel, kompot, mürəbbə və sərinləşdirici 
içkilər hazırlanır. Meşə üzümü qurudulur, bəzən qışa saxlamaq 
üçün şorabaya da qoyulur. 
Üzüm  giləsi  və  onun  şirəsi  ürək-damar  sistemi 
xəstəliklərində,  tənəffüs  yolları,  mədə-bağırsaq,  qaraciyər, 
böyrək xəstəliklərində çox xeyirlidir.  
Üzümdən  hazırlanan  bəkməz  və  ya  doşab  qanazlığında, 
ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. 
Üzüm  təzə  halda,  qurudulmuş,  üzüm  şirəsi  və  must 
şə
klində istifadə olunur, eləcə də ondan kompot, doşab, abqora 
və  digər  spirtsiz  içkilər  hazırlanır.  Bu  məhsulların  həm  pəhriz 
və müalicəvi əhəmiyyəti var, həm də qidalı yeyinti məhsulu ol-

 
27
maqla uşaqların, qocaların və zəif düşmüşlərin qidalanmasında 
istifadə olunur. 
Təzə  üzüm  şirəsinin  tərkibində  0,5-0,8%  sərbəst  üzvi 
turşular,  pektin  və  zülal  maddələri,  A,  C,  P,  B
1
,  B
2
  və  digər 
vitaminlər, lesitinlər, az  miqdarda efir  yağı, mineral maddələr, 
boya maddələri və bioloji fəal maddələr vardır. Üzümün tərki-
bində  olan  qlükoza  damarları  genişləndirərək,  ürək  əzələsinin 
fəaliyyətini yaxşılaşdırır, onun qidalanmasını artırmaq hesabına 
qan təzyiqini qaldırır. Nəticədə qan dövranı normallaşır, qanda 
hemoqlobinin faizi artır, hüceyrələrin oksigenlə təmin olunması 
güclənir,  əzələlərin  fəaliyyəti  yaxşılaşır.  Üzümdəki  üzvi  tur-
ş
ular  mədənin  fəaliyyətini  yaxşılaşdırır,  mədədə  xlorid  turşu-
sunun  ifrazını  azaldır,  buna  müvafiq  olaraq  öd  axarı  əzələlə-
rinin  tonusunun  yaxşılaşması  nəticəsində  ödün  ifrazı  artır. 
Üzüm  fiziki  yorğunluq,  qanazlığı,  qan  itkisi  və  ümumi  zəiflik 
zamanı ürəyin fəaliyyətini bərpa etmək üçün əvəzsiz qida məh-
suludur (10,11,14).   
 
Ə
T RL -ƏDV YYƏL   B TK LƏ
 
Ə
tirli-ədviyyəli  bitkilərdən  milli  şərbətlərin,  spirtsiz 
içkilərin  və  ətirləndirilmiş  çayların  hazırlanmasında  istifadə 
olunur.  Bu  bitkilərdən  dəmləmə  formasında,  onlardan  alınan 
ekstraktlar  və  su  buxarı  ilə  qovulmasından  alınan 
distillyatlardan (məs.  gülab) istifadə edilir. Aşağıda şərbətlərin 
və digər spirtsiz içkilərin hazırlanmasında istifadə olunan ətirli-
ə
dviyyəli bitkilərin qısa səciyyəsi verilir (10,15,18). 
 BOYMADƏRƏN  haqqında kitabın VI fəslində (“Ovşa-
la” şərbətinin hazırlanması üzrə “Texnoloji Təlimat”-da) geniş 
məlumat verilir (səh.179). 
CÖKƏ 
Cökə    fəsiləsinə  aid  yabanı  halda  bitən  25  m-ə  qədər 
hündürlükdə  ağacdır.  50  növ  kol  və  ağacdan  Azərbaycanda 
yetişəni, əsasən Qafqaz cökəsi adlanır.  
 
28
Cökənin çiçəklərində 0,1-0,3% xoşagələn efir yağı, onun 
da  tərkibində  farnezol  (C
15
H
26
O)  maddəsi  vardır.  Likör-araq 
sənayesində  istifadə  edilir.  Cökə  çiçəklərində  gesperidin 
(C
28
H
50
O
15
)  və  tiliasin  tipli  flavon  qlükozidləri,  aşı  maddələri, 
karotin  və  C  vitamini,  saponin,  üzvi  turşular  və  s.  maddələr, 
toxum ləpəsində isə 58% yağ var. 
Cökə yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq% 
C  vitamini  vardır.  Yaz  vaxtı  təzə  cökə  yarpaqlarından  cökə 
dolması bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə 
edilir.Cökə çayının tərlədici və hərarətsalıcı kimi gözəl xassəsi 
vardır.Qədim  vaxtdan  bəri  cökənin  iyun  və  iyul  aylarında 
toplanmış  və  qurudulmuş  çiçəklərindən  xalq  təbabətində 
dəmləmə  kimi  bir  çox  xəstəliklərin  müalicəsində  istifadə 
edirlər. 
DAĞNANƏS  
 
Dağnanəsi    dodaqçiçəklilər  fəsiləsindən  olan  birillik  ot 
bitkisidir30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir.  
Dağnanəsinin  çiçək  açmamışdan  dərilən  yarpaqları  əd-
viyyə  kimi  istifadə  edilir.  Olduqca  ətirli  və  xoş  tamlıdır.  Tər-
kibində  1%-ə  qədər  efir  yağı,  onun  isə  tərkibində  timol,  fenol, 
karvakrol,  pinen
  vardır.  Təzə  yarpaqlarında  50  mq%  askorbin 
turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına 
oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının 
ə
sas hissəsini karvakrol təşkil edir. 
Dağnanəsindən  likör-araq  sənayesində,  spirtsiz  içkilərin 
hazırlanmasında, ətriyyat və təbabətdə  istifadə olunur. 
 
DARÇIN 
 
Darçın dəfnə fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın 
ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq-
dan ibarətdir.  

 
29
Darçının  xoş  ətri  və  nisbətən  tünd  tamı,  tərkibindəki 
darçın aldehidinin
 (C
9
H
8
O) olması ilə izah edilir ki, bu aldehid 
darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə, 
efir yağlarında 4-10% evgenol, 
α
- pinen, kariofilen, fellandren
 
və  qeyri-birləşmələr  vardır.  Darçın  bitkisinin  növündən, 
becərildiyi  rayondan  və  hazırlanma  üsulundan  asılı  olaraq  4 
növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını, Baton 
və  Maloy  darçını.  Bunlardan  Çin  və  Seylon  darçını  yüksək 
keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza yalnız 
Seylon və Çin darçını gətirilir. 
 Darçın  iki  müxtəliflikdə  satışa  buraxılır:  boruşəkilli 
darçın qabığı və üyüdülmüş darçın tozu.  
Nəmliyi  13,5%-dən  (üyüdülmüşdə  12,5%-dən),  ümumi 
külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır. 
Darçının  tərkibində  2-3,5%  efir  yağı  vardır.  Darçının 
xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı 
sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir.  
Milli  mətbəximizdə  darçın  çox  geniş  miqyasda  istifadə 
olunur.  Darçınlı  çay  və  ayrıca  darçın  dəmləməsindən  xalq 
arasında istifadə olunur. 
Darçın  iştahanı  artırır,  bağırsaqların  yüksək  peristalti-
kasını  nizamlayır,  köpün  əmələ  gəlməsini  azaldır,  mədə  və 
bağırsaqlardakı ağrıları sakitləşdirir.  
Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir. 
Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur. 
 
GÜLXƏTM  
 
Gülxətmi  əməköməci    fəsiləsindən  olan  çoxillik  ot 
bitkisidir.  1-1,5  m  hündürlükdə  qol-budaqlı  gövdəsi  vardır. 
Azərbaycanın  bir  çox  rayonlarında  aptek  gülxətminə  təsadüf 
olunur. 
Gülxətmi kökündə 35%-ə qədər selikli maddə vardır. Bu 
parçalandıqda  qalaktoza,  qlükoza,  arabinoza,  ramnoza  alınır. 
 
30
Kökündə 37%-ə qədər nişasta, 10,2% şəkər, 2% asparagin, 4% 
betain, 1,7% yağ, o cümlədən lesitin, fitosterin, 11-16% pektin 
maddəsi  və  vitaminlər  vardır.  Çiçəklərində  pişikotunun  ətrini 
xatırladan  turşular  olan  efir  yağı  vardır.  Yarpaqlarında  selikli 
maddə, karotin, askorbin turşusu və efir yağının izi vardır. 
Xalq  təbabətində  gülxətminin  ən  çox  çiçəklərindən 
istifadə edilir. Çiçəklərini tam açılan vaxt yığır və kölgəli, quru 
havalı yerdə qurudurlar. Sonra bu çiçəklərdən çay dəmləyib bir 
sıra xəstəliklərin müalicəsində – soyuqdəymədə sinəyumşaldıcı 
kimi, sidik yollarının  iltihabını aradan qaldırıcı kimi, eləcə də 
mədə-bağırsaq  xəstəliklərində  iltihaba  qarşı  tətbiq  edilir. 
Gülxətmi  çiçəklərindən  dəmləmə  şəklində  bəzi  şərbətlərə  və 
milli içkilərə qatılır. 
 
H L 
 
Hil  zəncəfil bitkiləri fəsiləsindən olan çoxillik kardamon 
bitkisinin yetişməyən meyvəsinin qurudulmasından alınır. Hilin 
ə
sas vətəni Hindistan sayılır. 
Hil meyvəsi oval formada, uzunluğu 8-40 mm yaşılımtıl, 
qəhvəyi  rəngdə,  ağardılmışı  isə  sarımtıl-ağ  rəngdə  olub  daxi-
lində 9-18 ədəd qırmızımtıl-qonur rəngli, zəif yandırıcı xassəli, 
xoş ətirli, büzüşmüş xırda toxumu olur. Qurudulmuş meyvənin 
20-53%-ni qabıq, 47-80%-ni isə toxumu təşkil edir. 
Hilin  toxumunun  tərkibində  faizlə  aşağıdakı  maddələr 
vardır: azotlu maddələr  – 11-15; efir  yağları – 3-5;  yağ – 1-2; 
karbohidratlar  –  35-60;  o  cümlədən,  şəkər  –  0,5-0,8;  nişasta  – 
30-50;  pentozanlar  –  4-7;  pektin  maddələri  –  0,5;  sellüloza  – 
11-19;  mineral  maddələr  –  2-10.  Hil  toxumunda  olan  efir 
yağlarının  əsasını 
α
-  terpineol; 
α
-  limonen,  sineol, 
terpenilasetat 
təşkil  edir.  Hil  qozasının  qabığında  efir  yağları 
yox  dərəcədə  (0,1-0,7%),  sellüloza  isə  çoxdur  (28-31%). 
Üyüdülmüş hil toxumundan unlu şirniyyatda, kulinariyada, kol-
basa  məmulatları  istehsalında  istifadə  olunur,  hil  bütöv  meyvə 

 
31
halında 10 q kütlədə karton qutularda satışa buraxılır. Nəmliyi 
12%-ə,  külü  10%-ə  qədər,  zədəli  toxumlar  0,5%-ə  qədər 
olmalıdır. 
Hil həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, 
ə
hvali-ruhiyyəni  yüksəldir.  O  eyni  zamanda  tər  iyini  aparır, 
ağız  qoxusunu  ətirli  edir.  Hili  mədə  xəstəliyi,  ürəkbulanma, 
qaraciyər  ağrısı,  böyrək  daşı  xəstəliyi  zamanı  işlətmək  xüsusi 
ə
həmiyyətə  malikdir.  Hildən  milli  şərbətlərin  hazırlanmasında 
istifadə olunur. 
 
KEŞŞ TOXUMU 
 
Keşniş  çətirçiçəklilər    fəsiləsinə  mənsub  olan  birillik 
bitkidir.  kitoxumlu meyvəsi ədviyyə kimi, yaşıl təzə yarpaqları 
isə ətirli tərəvəz kimi istifadə edilir. 
Keşniş  meyvələrində  1%-ə  qədər  efir  yağı,  10%-ə  qədər 
piyli  yağ  və  10-16%  zülal  maddələri  vardır.  Keşniş  meyvə-
lərindən efir  yağını su buxarı vasitəsilə alırlar.  Bu  yağ rəngsiz 
və bəzən sarımtıl rəngli maye olub, xoşagələn ətirli iyə və dada 
malikdir. Onun başlıca tərkib hissəsi 70%-ə qədər olan linalool 
spirtindən  ibarətdir.  Bundan  başqa,  keşniş  yağının  tərkibində 
5%-ə qədər geraniol spirti və 20%-ə qədər terpen qruplu başqa 
ə
tirli maddələr də vardır. 
Keşniş  toxumunun  rəngi  sarı,  sarı-boz,  qoxusu  isə  xoş 
ə
tirli olur. Nəmliyi 13%, külü 7%-ə qədərdir. Əmtəəlik keşniş 
toxumunun tərkibində efir yağı 0,5%-dən az olmamalıdır. Zibil 
qatışığı  3%,  efir  yağlı  bitkilərin  toxumlarının  qatışığı  6%,  xır-
dalanmış  meyvənin  miqdarı  10%-dən  və  yetişməmişlərin  miq-
darı 10%-dən çox olmamalıdır.  
Keşniş toxumundan çörəkçilikdə, unlu qənnadı məmulatı 
istehsalında,  likör-araq  sənayesində,  pendir,  kolbasa  və 
şə
rbətlərin  istehsalında  istifadə  edilir.  Keşniş  efir  yağından 
tütünü ətirləndirmək üçün və təbabətdə də istifadə edilir. 
 
32
Keşniş yağı və meyvəsi iştahaartırıcı dərman kimi Dövlət 
Farmakopeyasına daxil edilmişdir.  
Keşniş  toxumu  yalnız  ətirli-ədviyyəli  tamlı  qatma  deyil, 
həm də qidanı vitaminləşdirən vasitə kimi də xeyirlidir. 
Müəyyən  olunmuşdur  ki,  keşniş  efir  yağı  orqanizmdə 
ödqovucu,  ağrıkəsici,  antiseptik,  yarasağaldıcı,  babasilə  qarşı 
və  həzm  vəzilərinin  fəaliyyətini  yaxşılaşdırıcı  vasitə  kimi 
ə
həmiyyətlidir. 
 
KƏKL KOTU 
 
Kəklikotu  (kəkotu)    dodaqçiçəklilər    fəsiləsinin  yerlə 
sürünən  gövdəyə  malik  kol  bitkisidir.  400-ə  qədər  növündən 
Azərbaycanın müxtəlif rayonlarında 20 növünə təsadüf edilir.  
Kəklikotunun yerüstü hissəsində 0,5-1%-ə qədər efir yağı 
olur.  Bu  yağın  da  tərkibində  1-3%-ə  qədər  timol,  karvakrol, 
borneol 
və  terpinen  adlı  ətirli  maddələr  vardır.  Kəklikotu  efir 
yağının əsas hissəsini simol təşkil edir. Tərkibində aşı maddəsi, 
kamedlər, flavonoidlər, ursol və oleanol turşusu vardır. 
Qurudulmuş kəklikotu toz halında az miqdarda ət və tərə-
vəz  şorbalarına,  bir  qədər  çox  miqdarda  isə  balıq  xörəklərinə 
qatılır. 
Təbabətdə  kəklikotundan  mədə-bağırsaq  xəstəliklərində, 
tənəffüs  yollarının  iltihabında,  diş  ağrılarında,  dezinfek-
siyaedici, eləcə də qurdsalıcı dərman kimi geniş istifadə olunur. 
Xalq təbabətində kəklikotu dəmləməsini qidanın həzmini 
yaxşılaşdıran  və  bağırsaqlarda  yaranan  köp  zamanı  yeməkdən 
qabaq qəbul edirlər. Azərbaycanda kəklikotu ilə çay dəmləmək 
geniş yayılmışdır. 
QIZILGÜL,  ondan  hazırlanan    gül  suyu  və  gülab 
haqqında kitabın VI fəslində (“Ovşala” şərbətinin hazırlanması 
üzrə “Texnoloji Təlimat”-da) geniş məlumat verilir (səh.177). 
  
 

 
33
NANƏ 
 
Nanə dodaqçiçəklilər fəsiləsindən çoxillik bitkidir. Nanə-
nin bütün hissələri, xüsusən yerüstü hissəsi xoşagələn ətirli iyə 
malikdir. Respublikamızın bütün rayonlarında becərilir. 
Nanənin  təzə  və  qurudulmuş  yarpaqları  yeyinti  sənaye-
sinin  müxtəlif  sahələrində  və  kulinariyada  istifadə  edilir. 
Nanədən alınan efir yağı müxtəlif içkilərin ətirləndirilməsində, 
qənnadı,  likör-araq  sənayesində,  balıq  sənayesində,  tütünün 
souslaşdırılmasında işlədilir. Qənnadı sənayesində nanəli kara-
mel istehsalında daha çox istifadə edilir. 
Nanə  efir  yağının  əsas  tərkib  hissəsi  olan  mentoldan 
təbabətdə  istifadə  olunur.  Nanənin  yarpaqlarında  və  çiçək 
tumurcuqlarında  0,8-3,5%  efir  yağı  (yarpaqlarında  2,4-2,7%, 
hamaş çiçəyində 4-6%, zoğlarında isə 0,1-0,3%) vardır. Ən çox 
yağ bitkinin çiçəkləməyə başladığı dövrdə olur. Bu zaman efir 
yağının  miqdarı  8,6%-ə  çatır  və  su  buxarı  ilə  qovduqda  əsas 
miqdarı  ayrılır.  Efir  yağının  əsas  komponentləri  mentol  (41-
70%)  və  menton-dur  (16-18%),  həmçinin,  tərkibində 
β
-pinen, 
α
-fellandren, 
mentol-asetat
  və  pulogen  vardır.  Təzə 
yarpaqlarında  12  mq%  karotin  və  P  vitamini  var.  Odur  ki, 
nanədən  kulinariyada  istifadə  etmək  fizioloji  cəhətdən 
faydalıdır. 
Elmi  əsasda  öyrənilib  müəyyən  edilmişdir  ki,  əkilən 
nanənin tərkibində bir sıra vacib üzvi maddələr vardır ki, onlar 
orqanizmdə  maddələr  mübadiləsini  normallaşdırır,  mədə-
bağırsaqlarda  əmələ  gələn  spazmı  və  köpməni  aradan  qaldırır, 
həzm prosesinin fəaliyyətini artırır. Bundan  əlavə, əkilən nanə 
böyrək və sidik yollarını dezinfeksiya edir, beyində olan tıxac-
ları  açır,  qan  damarlarını  təmizləyir,  qusmanı,  ürəkbulanmanı 
dəf  edir  və  ürək-damar  sisteminin  fəaliyyətini  artırır.  Odur  ki, 
nanədən  xörəklərimizdə  geniş  istifadə  etmək  son  dərəcə 
faydalıdır. 
Nanədən iskəncəbi şərbəti hazırlanır. 
 
34
REYHAN 
 
Reyhan  dodaqçiçəklilər    fəsiləsindən  olub,  birillik  ot 
bitkisidir.  Vətəni  Hindistan  və  randır.  Zaqafqaziya  respub-
likalarında, o cümlədən Azərbaycanda becərilir.  
Reyhan  çox  ətirli  və  xoş  dadlı  olduğundan,  əsasən  əd-
viyyəli  göyərti  kimi  həm  də  souslara,  salatlara  və  duru  xörək-
lərə  dad  və  ətir  vermək  üçün  işlədilir.  Reyhan  pomidordan, 
xiyardan  hazırlanmış  salat  üçün  əsas  ətir  və  dadverici  göyərti 
hesab olunur. Reyhan qarın və böyrək xəstəliklərinin profilak-
tikasında da tətbiq edilir. Quru yarpaqlarından hazırlanmış toz, 
ə
sasən  xaricdən  alınan  istiotların  əvəzedicisi  kimi,  istiotlu 
qatışıqların tərkibinə daxil edilir. 
Reyhanın  yarpaq  və  çiçəklərində  0,03-1,6%,  yaşıl 
yarpaqlarında isə 0,04-0,52% efir yağı vardır. Ən çox efir yağı 
tam  çiçəkləmiş  bitkidən  hasil  edilir.  Efir  yağının  əsas 
komponentləri  evgenol  (7,8%),  metilxavikol,  linalool,  kamfora 
və osimendən ibarətdir. Toxumların tərkibində 11,6-19% piyə-
bənzər yağ da vardır. 
Efir yağından başqa reyhanın yarpaqlarında 16,3% azotlu 
maddə,  4,73%  yağ,  12,6%  sellüloza,  vitaminlər,  aşı  və  boya 
maddələri  vardır.  Reyhanda  olan  boya  maddələri  –  xlorofil, 
flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələrin 
qanazlığında,  mədə-bağırsaq  xəstəliklərində,  avitaminozda  çox 
gözəl müalicəvi təsiri var. Qida ilə qəbul olunmuş reyhan mad-
dələr  mübadiləsini  yaxşılaşdırır,  qidanın  həzmini  asanlaşdırır. 
Ona  görə  də  reyhandan  gündəlik  qidamızda  istifadə  olunma-
sının böyük əhəmiyyəti vardır. 
Azərbaycan şərbətləri içərisində «Reyhan şərbəti» xüsusi 
yer tutur və plov yanında süfrəyə verilir. 
 
 
 
 

 
35
SƏHLƏ
 
 Səhləb    fəsiləsindən  çoxillik  bitkidir.  Azərbaycanda 
səhləb  bitkisinin  21  növünə  rast  gəlinir.  Azərbaycanın 
dağlarında, xüsusən Böyük Qafqazda bitir. 
Dərman məqsədilə səhləbin yeraltı kök  yumrularını bitki 
çiçək  açan  vaxt  toplayır,  əvvəlcə  soyuq  su  ilə  təmiz  yuyur, 
sonra  ipə  düzür,  qaynar  suyun  içərisində  5-10  dəq.  saxlayırlar 
(qaynar  suda  saxlamaqda  məqsəd  cücərmənin  qarşısını 
almaqdır).  Sonra  onu  günəş  altında  qurudurlar.  Bu  qayda  ilə 
qurudulmuş  səhləbi  xüsusi  torbalara  doldurub  satışa  gön-
dərirlər. 
Səhləb  son  dərəcə  faydalı,  zəngin  qidalı  bitkidir.  Onun 
tərkibində 50%-ə   qədər   selik   maddəsi,   27%-ə   qədər  ni-
ş
asta,  13%-ə  qədər  dekstrin,  11%-ə  qədər  şəkər,  5%  zülali 
maddə,  mineral  duzlar,  az  miqdarda  qatran  və  alkaloidlər 
vardır.  
Səhləbdən xalq təbabətində soyuqdəymələrdən baş verən 
tənəffüs  yolunun  iltihabında  sinəyumşaldıcı,  eləcə  də  xroniki 
mədə-bağırsaq  xəstəliklərində  yarasağaldıcı,  malyariyada  isə 
ürək  yanğısını  azaldıcı  vasitə  kimi  çox  qədim  vaxtdan  bəri 
istifadə olunur. 
Azərbaycanda,  ümumiyyətlə,  şərqdə  bu  bitkidən 
susuzluğu  aradan  qaldırmaq  məqsədilə  sərinləşdirici  içkilər 
hazırlanır. 
 
SUMAQ 
 
Sumaq  fəsiləsinin  sumaq  cinsinə  aid  2-3  m  hündürlükdə 
qollu-budaqlı gövdəyə malik kol bitkisidir. 250-ə qədər kol və 
ağac növləri məlumdur. 
Meyvələrinin dadı büzüşdürücü və turşdur. Sumağın turş 
dadı  onun  tərkibindəki  şərab  və  alma  turşusundan  irəli  gəlir. 
Kulinariyada istifadə olunan tozvarı sumax çox da iri olmayan 
 
36
sumax 
kolunun 
meyvələrinin 
qurudulub 
toz 
halına 
salınmasından əldə edilir. Onun meyvələri çox turş olduğundan 
bəzən  sirkə  ağacı  adlanır.  Sumaq  bitkisinin  yarpaqlarında  13-
25%-ə  qədər  aşı  maddəsi  –  ramnozidmiristin  flavanoidləri 
vardır. 
Dadı  turş  və  büzüşdürücüdür.  Meyvələri  qurudulub 
poroşok halına salındıqdan sonra ət və balıq xörəklərində tamlı 
qatqı  kimi  işlədilir.  Sumaq  ya  isti  emal  zamanı  xörəyə  qatılır, 
ya  da  nəlbəkidə  hazır  xörəyin  yanına  qoyulur.  Tikəkabab, 
lüləkabab,  qızardılmış  ət,  ət  qutabı  yanında  süfrəyə  verilir. 
Sumağın  turş  dadı  onun  tərkibindəki  şərab  turşusundan  irəli 
gəlir.  Sumağın  tərkibində  112  mq%  C  vitamini,  həmçinin, 
karotin, aşı və boya maddələri vardır. 
Xalq 
təbabətində 
sumağın 
yarpaqlarından 
və 
meyvəsindən  çay  kimi  dəmləmə  şəklində,  spirtli  damcı 
formasında mədə-bağırsaq xəstəliklərində ishala və qanlı ishala 
qarşı istifadə olunur. Sumaqdan sumaq şərbəti də hazırlanır. 
 
TƏRXUN 
 
Tərxun  mürəkkəbçiçəklilər    fəsiləsindən  olan  çoxillik  ot 
bitkisidir.  Vətəni  Şərqi  Sibir  və  Monqolustandır.  Tərxun 
Azərbaycanda qəlyanaltı göyərti kimi geniş miqyasda becərilir 
və istifadə edilir. 
 Bitkinin  yerüstü  hissəsi  çox  ətirli  olub,  efir  yağı  ilə 
zəngindir. Yaşıl yarpaqlarda 0,1-0,4%, qurudulmuş yarpaqlarda 
isə 0,25-0,8% efir yağı vardır. Tərxunun əsas xüsusiyyəti ondan 
ibarətdir ki, müxtəlif yerlərdə  yetişən bitkinin tərkibindəki efir 
yağının  miqdarı  da  müxtəlif  olur.  Tərxun  həm  müxtəlif 
yeməklərə qatılır və həm də təzə halda istifadə olunur.  
Tərxundan  qənnadı  və  likör-araq  sənayesində  də  istifadə 
edilir. «Tərxun» adlı spirtsiz desert içki tərxunun təbii ekstraktı 
və ya süni immitasiyası əsasında hazırlanır. 

 
37
Tərxun  müqaviməti  artırır,  iştahgətirici,  həzmi  yaxşılaş-
dırıcı  kimi  istifadə  edilir.  Xalq  təbabətində  tərxundan  hazırla-
nan cövhərdən damarların divarlarının möhkəmləndirilməsində, 
diş qanaxmalarında və s.-də istifadə edilir. 
Yüklə 5,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin