HÜMBƏtov hüMBƏt sərxoş oğlu


  2.  Saxlanma  müddətindən  asılı  olaraq  həna



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix01.01.2017
ölçüsü2,06 Mb.
#4036
1   2   3   4   5   6   7   8   9

3.  2.  Saxlanma  müddətindən  asılı  olaraq  həna 
toxumlarının  laboratoriya  cücərmə  enerjisi  və  cücərmə 
qabiliyyəti 
Тoxumların  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinin 
saxlama  müddətindən  asılı  olaraq  dəyişilməsinin  öyrənilməsi 
mühüm əhəmiyyət kəsb edir. Çünki, istər həna, istərsə də başqa 
k/t  bitkilərinin  toxumları  ilə  səpin  apararkən  yüksək  cücərmə 
enerjisi  və  cücərmə  qabiliyyətinə  malik  toxumların  səpilməsi 
normal  cücərtilərin  alınmasına  səbəb  olur  ki,  bu  da  həmin 
cücərtilərin  yaxşı  inkişaf  etməsinə  və  gələcəkdə  daha  yüksək 
məhsul verməsinə zəmin yaradır. 
Saxlanma  müddətinin  həna  toxumlarının  laboratoriya 
cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinə  necə  təsir  etdiyini  
tədqiqatlarımızla  yoxlamaq    məqsədilə  1991  -  ci  ildə  yanvar 
ayında)  Naxçıvan  MR  Elmi  Mərkəzindən  1989  -  cu  ildə 
toplanmış həna toxumları gətirilmişdir. Naxçıvan MR torpaq  - 
iqlim  şəraitində  becərilmiş  həna  bitkilərindən toplanmış  həmin 
toxumların  laboratoriyada  cücərmə  enerjisi  və  cücərmə 
qabiliyyəti  təyin  edilərkən  məlum  olmuşdur  ki,  istixanadan 
toplanmış həna toxumlarının laboratoriya cücərmə enerjisi 93,2 
%, cücərmə qabiliyyəti isə 95,9 % -ə bərabər olmuşdur. 
Açıq sahədən toplanmış həna toxumlarının isə laboratoriya 
cücərmə  enerjisi  89,1  %,  cücərmə  qabiliyyəti  isə  90,3% 
olmuşdur. 
Bu  toxumlar  Şirvan  və  Gəncə  -  Qazax  bölgələrində  həm 
qapalı, həm də açıq sahədə səpilmişdir. 
1991  -  ci  ildə  vegetasiyanın  sonunda  (okyabr  -  noyabr 
aylarında) saxlanma müddətinin həna toxumlarının laboratoriya 
cücərmə  enerjisinə  və  cücərmə  qabiliyyətinə  necə  təsir 
göstərdiyini  öyrənmək  üçün  hər  iki  bölgədə  həm  istixanadan, 
həm də açıq sahədən həna toxumları yığılaraq cücərmə enerjisi 
və cücərmə qabiliyyəti təyin edilmiş (dekabr ayında) və həmin 
toxumlar  səpilməyib  saxlanılmışdır.  Sonrakı  illərdə  (1992  -
1993-cü  illər)  bu  toxumların  cücərmə  enerjisi  və  cücərmə 

 
41
 
 
qabiliyyətlərinin  necə  dəyişildiyi
 
öyrənilmişdir.  Bu  sahədəki 
təcrübələrimizin nəticələri cədvəl 3. 2 - də verilmişdir. 
    
Cədvəl 3. 2 
Saxlanma müddətindən asılı olaraq həna toxumlarının 
laboratoriyada cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə 
 
Т
ox
um
un
 
yığ
ıld
ığ
ı y
er
 
Yığıldığı  ildə 
1 il 
    saxlandıqda 
2 il 
    saxlandıqda 
C
üc
ərm
ə 
en
er
jis

C
üc
ərm
ə 
q
ab
iliy
y
əti
 
C
üc
ərm
ə 
en
er
jis

C
üc
ərm
ə 
q
ab
iliy
y
əti
 
C
üc
ərm
ə 
en
er
jis

C
üc
ərm
ə 
q
ab
iliy
y
əti
 
İstixana 
93,0 
95,7 
91,0 
94,1 
85,6 
88,7 
Açıq sahə: 
Şirvan 
88,2 
90,1 
86,1 
87,5 
83,3 
84,3 
Gəncə - 
Qazax 
87,5 
89,2 
79,6 
83,5 
75,4 
78,2 
 
Cədvəldən  görünür  ki,  istixanadan  toplanmış  həna 
toxumlarını  bir  il  saxladıqdan  sonra  laboratoriya  cücərmə 
enerjisi  91,0  %,  cücərmə  qabiliyyəti  isə  94,1  %  təşkil  etdiyi 
halda,  iki  il  saxladıqdan  sonra  bu  göstəricilər  müvafiq  olaraq 

 
42
 
 
85,6  %  və  88,7%  təşkil  etmişdir.  Hansı  ki,  həmin  toxumlar 
yığıldığı  ildə  (1991-ci  il)  93,0  %  cücərmə  enerjisinə,  95,7  % 
cücərmə qabiliyyətinə malik olmuşlar. 
Açıq  sahədən  Şirvan  bölgəsində  toplanmış  həna 
toxumlarının yığıldığı ildə (1991) laboratoriya cücərmə enerjisi 
88,2%,
 
cücərmə  qabiliyyəti  isə  90,1  %  olmuşdur.  Bir  il 
saxlandıqdan  sonra  cücərmə  enerjisi  86,1  %  -ə,  cücərmə 
qabiliyyəti isə 87,5 % -ə, iki il saxlandıqdan sonra isə 83,3 %-ə 
və 84,3 %-ə düşmüşdür.  
Gəncə  -  Qazax  bölgəsindən  toplanmış  həna  toxumlarının 
toplandığı  ildə  (1991-  ci  il)  laboratoriya  cücərmə  enerjisi  87,5 
%,  cücərmə  qabiliyyəti  isə  89,2  %  təşkil  etdiyi  halda  bir  il 
saxlandıqdan sonra 79,6 % cücərmə enerjisinə, 83,5 % cücərmə 
qabiliyyətinə  malik  olmuşlar.  İki  il  saxlandıqdan  sonra  bu  
göstəricilər müvafiq olaraq 75,4 % və 78,2 % təşkil etmişdir.  
Apardığımız  tədqiqatlardan  belə  nəticəyə  gəlmək  olar  ki, 
istixanadan  toplanmış  həna  toxumları  iki  il  saxlandıqda 
cücərmə  qabiliyyəti  və  cücərmə  enerjisi  müvafiq  olaraq  7,0  - 
8,4 % azalır. 
Şirvan  bölgəsində  açıq  sahədən  toplanmış  həna  toxumları 
iki  il  saxlandıqda  laboratoriya  cücərmə  enerjisi  və  qabiliyyəti 
4,9 %, Gəncə - Qazax bölgəsindən toplanmış həna toxumlarının 
müvafiq göstəriciləri isə 11,0 - 12,1 % azalmışdır. 
Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  həna  toxumları 
saxlandıqca cücərmə enerjisi və cücərmə qabiliyyəti azalır. Ona 
görə  də  bu  bitkilərin  toxumları  ilə  səpin  apararkən  təzə 
toxumlardan  istifadə  etmək  məqsədəuyğundur.  İstixanadan 
toplanmış  həna  toxumlarının  cücərmə  enerjisi  və  cücərmə 
qabiliyyətləri  açıq  sahədən  toplanmış  həna  toxumlarına 
nisbətən  yüksək  olur.  Odur  ki,  imkan  daxilində  istixanadan 
toplanmış toxumlardan istifadə olunmalıdır. 
 
 

 
43
 
 
3. 3. Müxtəlif yaruslardan toplanmış həna toxumlarının 
laboratoriya cücərmə enerjisi və cücərmə qabiliyyəti 
 
Həna  bitkilərindən  keyfiyyətli  yarpaq  və  toxum  məhsulu 
əldə  etmək  üçün  yüksək  səpin  keyfiyyətinə  malik  olan 
toxumların seçilməsi böyük əhəmiyyətə malikdir (107). 
Həna  bitkisində  çiçəkləmə  və  toxumların  yetişməsi 
vegetasiya  müddətində  aşağıdan  yuxarıya  doğru  getdiyindən, 
vegetasiyanın  sonunda  onların  müxtəlif  yaruslarındakı  toxum-
lar  eyni  dərəcədə  yetişmiş  olmur.  Ona  görə  də  açıq  sahədə 
becərilmiş  həna  bitkilərinin  müxtəlif  yaruslarından  toplanmış 
toxumların  laboratoriyada  cücərmə  enerjisini  və  cücərmə 
qabiliyyətini öyrənməyi lazım bildik. 
Yarus  (mərtəbə)  həna  bitkilərində  şərti  olaraq  qəbul 
edilmişdir.  Əsas  gövdə  üzərində  aşağıdan  yuxarıya  doğru 
olmaqla  3  ədəd  budağı  əhatə  edir.      Yəni  hər  3  budaq  bir 
mərtəbə (yarus) hesab edilir. 
Apardığımız tədqiqatdan məlum oldu ki, həna bitkilərindən 
yaruslar üzrə yığılmış toxumların cücərmə enerjisi və cücərmə 
qabiliyyətləri  bir  -  birindən  fərqlənir.  Alınmış  nəticələr  cədvəl 
3. 3 - də verilir. 
Cədvəl 3. 3 - dən görünür ki, Şirvan bölgəsində becərilmiş 
həna  bitkilərinin  I  yarusundan  yığılmış  toxumların  labora-
toriyada cücərmə enerjisi orta hesabla 86,5, cücərmə qabiliyyəti 
isə  90,8  %  olmuşdur.  Şirvan  bölgəsində  həna  bitkisinin  II 
yarusundan  toplanmış  toxumların  laboratoriyada  cücərmə 
enerjisi  və  cücərmə  qabiliyyəti  müvafiq  olaraq  orta  hesabla 
68,2%  və  71,0%  təşkil  etmişdir.  II  yarusdan  toplanmış 
toxumların laboratoriya cücərmə enerjisi və qabiliyyəti I yarus-
dan  toplanmış  toxumların  cücərmə  enerjisi  və  qabiliyyətinə 
nisbətən  18,3  -  19,8  %  aşağı  olmuşdur.  Ümumiyyətlə, 
cədvəldən  aydın  olur  ki,  yuxarı  yaruslara  doğru  toxumların 
laboratoriyada  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  azalır. 

 
44
 
 
Bunun əsas səbəbi yuxarı yarus toxumlarının temperaturu aşağı 
olan  aylarda  (sentyabr,  oktyabr)  əmələ  gəlməsidir.  Gəncə  - 
Qazax  bölgəsində  becərilmiş  həna  bitkilərinin  I  yarusundan 
yığılmış  toxumların  laboratoriyada  cücərmə  enerjisi  orta 
hesabla 83,5%, cücərmə qabiliyyəti isə 85,9% təşkil etmişdir. 
 
Cədvəl 3. 3 
Müxtəlif yaruslardan toplanmış həna toxumlarının 
laboratoriyada cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə 
 
Т
ox
um
un
 
yığ
ıld
ığ
ı 

lg
əl
ər
 
Yar
u
slar
 
Cücərmə   enerjisi 
Cücərmə qabiliyyəti 
1991  1992  1993 
Orta  1991  1992  1993  Orta 
Şirvan 

85,7 
86,5 
87,3 
86,5 
89,5  90,7 
92,4 
90,8 
II 
67,9 
68,1 
68,7 
68,2 
70,1  71,3 
71,7 
71,0 
III 
30,1 
32,5 
34,2 
32,2 
41,1  42,5 
43,7 
42,4 
IV 
7,5 
8,2 
9,1 
8,2 
10,9  11,5 
13,6 
12,0 
Gəncə - 
Qazax 

82,3 
83,1 
85,2 
83,5 
84,7  86,1 
86,9 
85,9 
II 
38,3 
39,9 
40,1 
39,4 
40,2  40,5 
41,3 
40,6 
III 
27,5 
30,1 
31,1 
29,5 
30,1  31,5 
32,1 
31,2 
IV 
0,1 
0,2 
0,4 
0,2 
0,2 
0,5 
1,5 
0,7 
 
Cədvəldəki  rəqəmlərdən  aydın  olur  ki,  bu  bölgədə  II 
yarusdan  yığılmış toxumların (19 - 22 
0
C- də əmələ  gəlmişlər) 
cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  I  yarusdan  yığılan 
toxumlara (24 - 26 
0
C- də əmələ gəlmişlər) nisbətən 44,1 - 45,3 
% aşağıdır.  
Yaruslar  üzrə  toplanmış  həna  toxumlarının  laboratoriya 
cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinin  öyrənilməsinə 

 
45
 
 
dair  apardığımız  tədqiqatdan  belə  məlum  olur  həna 
bitkilərinin  I  yarusundan  toplanmış  toxumların  cücərmə 
enerjisi  və  cücərmə  qabiliyyəti  yuxarı  yaruslardan  toplanmış 
toxumların  müvafiq  göstəricilərinə  nisbətən  yüksək  olur. 
Bunun  əsas  səbəblərindən  biri  odur  ki,  həna  bitkilərinin 
çiçəkləməsi  aşağıdan  yuxarıya  doğru  gedir.  Buda  I 
yaruslardakı toxumların nisbətən isti ayda (avqust 24 - 26 
0
C) 
formalaşdığına görə yuxarı yarusdakılara nisbətən daha yaxşı 
yetişməsinə səbəb olur. 
Tədqiqatlarımızdan  belə  nətiçəyə  gəldik  ki,  həna 
bitkilərini  generativ  üsulla  çoxaldarkən  I  yarusdan  yığılmış 
toxumlardan istifadə  etməklə  daha  yüksək  çıxım faizinə  nail 
olmaq mümkündür. 
 
3. 4. Cücərtilərin morfologiyası 
Bitkilərin  yaşlı  formalarının  əlamət  və  xüsusiyyətlərini 
qabaqcadan  xəbər  vermək  məqsədilə  bəzi  yuvenil  (cavan) 
bitkilərin  formaəmələgətirmə  xüsusiyyətlərinin  və  biologiya-
sının  öyrənilməsi,  yaşdəyişmənin  və  formaəmələgətirmənin 
ümumi  qanunlarını  aşkara  çıxarmağa,  bitkilərin  uzunömür-
lülüyü sualına cavab tapmağa kömək edir (136). 
Cücərtilərin morfologiyasının öyrənilməsi,  ayrıayrı növ  və 
cinslərin  cücərmə  xüsusiyyətlərinin  analizi,  onların  əmələ-
gəlmə  tarixini  aydınlaşdırmaqda  və  filogenetik  sistematikanın 
tərtibində az əhəmiyyət kəsb etmir (80) . 
Ona  görə  də  həna  bitkisinin  yuvenil  dövründə  istixana 
şəraitində cücərmə xüsusiyyətlərini öyrənməyi qarşıya məqsəd 
qoyduq. 
Həna  cücərtilərinin  morfologiyasının  öyrənilməsi  göstərdi 
ki,  su  toxumun  mikropilindən  daxil  olub  toxumun  şişməsinə 
kömək  edir.  Toxumun  qabığı  çatlayır,  rüşeym  kökcüyü  xaricə 
çıxır  və  torpağa  daxil  olur.  Ləpə  yarpaqları  tezliklə  uzanıb 
toxumun  qabığını  da  özü  ilə  torpağın  səthinə  çıxarır.  Ləpə 

 
46
 
 
yarpağı  2  ədəd  olur.  Onlar  demək  olar  ki,  oturaq,  yaşıl,  tam 
kənarlı, 
oval, 
çılpaq 
və 
hamar 
formada 
olurlar. 
Ləpəyarpaqlarının  uzunluğu  3-4  mm-ə  çatır.  Ləpə  yarpaqları 
uzun  müddət  assimiliyasiya  funksiyasını  yerinə  yetirir.  Onlar 
səpindən  3-  4  ay  sonraya  qədər  qalırlar.  Ancaq,  əsas  gövdə 
intensiv  budaqlanmaya  başlayanda  tokülürlər.  Səpindən  18-20 
gün sonra birinci  çüt  əsil  yarpaqların  əmələ  gəlməsi  müşahidə 
edilir. Birinci çüt yarpaqlar yumurtaşəkilli, 11,5 sm uzunluqda, 
0,8  -  1,0  sm  enində  olurlar.  Ləpə  yarpağından  alt  hissə 
(hipokotil)  7-8  mm  uzunluğunda  yaşıl  rəngdə,  ləpə  yarpağının 
üst hissəsi (epikotil) 4-5 mm-ə yaxın olur. 
Əsas  gövdə  qida  sahəsindən,  qulluqdan  və  temperaturdan 
asılı  olaraq  səpindən  1,5-2  ay  sonra  budaqlanır  və  2-3  ədəd, 
bəzən daha çox yan budaq əmələ gətirir. 
Kök sistemi mil kök tipinə aiddir. Kök sisteminin böyüməsi 
yerüstü hissənin böyüməsi ilə eyni vaxtda başlayır. Adətən əsas 
kökün  uzanması  əsas  gövdənin  uzanmasını  ötür.  Cücərtilər 
alındıqdan 20 gün sonra yan köklər əmələ gəlir. 
Yanvar ayında səpilmiş toxumlardan alınmış cücərtilər may 
ayında 18-25 sm-ə çatır. Kök boğazının diametri 1,5 - 2,0 mm 
olmaqla 7-9 əsil yarpağa malik olur. Əsas kökün uzunluğu 17-
25 sm, bütövlükdə kök sisteminin diametri 5-7 sm olur. 
 
3. 5. Çiçəkləmənin biologiyası 
Apardığımız  tədqiqatların  nəticələrindən  məlum  olmuşdur 
ki,  becərildiyi  torpaq  -  iqlim  şəraitindən  asılı  olaraq  həna 
bitkilərinin toxumlarının kəmiyyəti və keyfiyyəti müxtəlif olur. 
İstər yarpaq, istərsə də toxum məhsulu əldə etmək məqsədi ilə 
həna  bitkilərini  plantasiyalar  halında  becərmək  üçün  onların 
çiçəkləmə  biologiyasının  öyrənilməsi  böyük  əhəmiyyətə 
malikdir. Məhz bu baxımdan müxtəlif torpaq - iqlim şəraitində 
becərilən həna bitkilərindən yüksək keyfiyyətli toxum məhsulu 
almaq  üçün  bitkilərin  çiçəkləmə  biologiyasına  aid  bəzi 

 
47
 
 
məsələlərin  öyrənilməsini  qarşımıza  məqsəd  qoyduq.  Тədqiqat 
zamanı  ilk  çiçəyin  əmələ  gəlmə  vaxtı,  bir  çiçəyin  ömrü, 
çiçəkyanlığının  və  çiçəyin  quruluşu,  tozlanma  və  s.  hərtərəfli 
öyrənilmişdir. 
Apardığımız  tədqiqatlar  göstərir  ki,  həna  bitkilərinin 
çiçəkləməsi  iqlim şəraiti  ilə sıx  əlaqədardır.  İsti  və quru iqlim 
şəraiti  bitkilərin tez çiçəkləməsinə səbəb olur.  Həna bitkisində 
çiçəkləmə açıq sahəyə əkildikdən 75 - 80 gün sonra başlanır. 
Həna  bitkisinin  çiçəkləri  süpürgəşəkilli  çiçək  qrupunda 
toplanmışdır.  Çiçək  salxımı  həm  əsas  gövdənin  uc  hissəsində, 
həm  də  yan  budaqlar  üzərində  əmələ  gəlir.  Тamamilə  açılmış 
çiçəyin diametri 1,0 - 1,3 sm - dir. Çiçək 4 ədəd yaşıl  çəhrayı-
mtıl  kasa  yarpaqlarından,  4  ədəd  ağ  və  ya  açıq  çəhrayı  rəngli 
ləçəklərdən,  4  çüt  tozcuqlardan  ibarətdir.  Dişicik  erkəkcik 
saplağından  uzun  olub,  şarvari  formada  yuxarı  yumurtalığa 
malikdir. Çiçəkləri xoş ətirlidir. 
Həna  bitkisinin  çiçəkləməsi  ardıcıl  olaraq  vegetasiyanın 
sonuna qədər davam edir.    Beləliklə, çiçəklərin hamısı eyni bir 
vaxtda  açılmır.  İlk  əvvəl  çiçək  salxımının  uc  hissəsində,  ilk 
qönçə əmələ gələn yerdə 2-3 ədəd çiçək görünür. 3 - 4 gündən 
sonra  isə  həmin  çiçək  salxımında  sıx  çiçəklər  görünür.  Çiçək 
salxımındakı bir çiçəyin ömrü quru və isti havada (Şirvanda) 20 
-21  gün,  nisbətən  sərin  və  rütubətli  havada  (Gəncədə)  23-25 
gün  davam  edir.  Həmin  müddətdən  sonra  tac  ləçəkləri 
qonurlaşır, bükülür və düşür. Kasa  yarpaqları isə öz  yaşılımtıl 
rəngini saxlayır, meyvələr yetişən zaman isə qonurlaşır. 
Həna  bitkisində  bir  çiçək  salxımının  orta  uzunluğu  12-33, 
diametri  isə  5-16  sm  arasında  dəyişir.  Bir  çiçək  salxımındakı 
çiçəklərin  orta  sayı  110-210  ədədə  çatır.  Bu  çiçəklərin  yalnız 
müəyyən  qismi    Şirvanda  81,2  %-i,  Gəncədə  isə  76,7  %  -i 
normal  tozlanaraq  meyvə  əmələ  gətirməyə  başlayırlar.  Lakin, 
heç  də  hamısı  bu  prosesi  başa  çatdıra  bilmirlər.  Çiçəkləmə 
dövründə Gəncə - Qazax bölgəsində tez - tez küləklərin əsməsi 
və  küləyin  sürətinin  Şirvana  nisbətən  (Gəncədə  3,2  m/san, 

 
48
 
 
Şirvanda 2,4 m/san) yüksək olması və havanın temperaturunun 
aşağı  düşməsi  çiçəklərin  müəyyən  qisminin  tökülməsinə  və 
meyvəəmələgəlmənin  yarımçıq  qalmasına  səbəb  olur.  Digər 
tərəfdən  tozlanma  getmədiyi  üçün  də  çiçəklərin  tökülməsi 
müşahidə edilmişdir. 
1991-1993  -  cü  illərdə  hər  iki  bölgədə  apardığımız  müşa-
hidələr  göstərdi  ki,  həna  plantasiyalarında  bitkilər  çiçəkləmə 
dərəcəsinə görə 4 qrupa bölünmüşdür : 
I qrup bitkilərdə  əsasən  vegetativ  orqanlar  əmələ gəlir. Bu 
qrup  bitkilərdə  generativ  orqanlar  inkişaf  etmədiyinə  görə 
bitkilər  bütün  qüvvəsini  vegetativ  orqanların  inkişafında  sərf 
edir.  Belə  bitkilərin  Şirvanda  və  Gəncədə  orta  hündürlüyü 
108,4  -121,0  sm-ə  çatır.  Bu  bitkilərin  kütləvi  sürətdə  artırıl-
masının ən yaxşı üsulu vegetativ yolla çoxaltmaqdır. Vegetativ 
yolla çoxaldılan bu bitkilər ikinci il çiçəkləyirlər. 
II  qrup  bitkilərdə  əsasən  vegetativ  orqanlar  əmələ  gəlir. 
Lakin  aşağı  yaruslarda  generativ  orqanlar  da  müşahidə  edilir. 
Bitkilərin hündürlüyü uyğun olaraq 96,3 -101,2 sm-ə çatır. 
III  qrup  bitkilərdə  isə  vegetativ  və  generativ  orqanlar  eyni 
dərəcədə inkişaf edir. Belə bitkilərin hündürlüyü 51,5 -70,2 sm-
ə çatır. 
IV  qrup  bitkilərdə  isə  bütünlüklə  generativ  orqanlar 
müşahidə  edilir.  Belə  bitkilərin  hündürlüyü  25  -50  sm-ə  çatır. 
Bitki bütün gücünü generativ orqanların yaranmasına sərf edir. 
Hər  iki  bölgədə  1000  kv.  m  sahədə  apardığımız 
müşahidələr  göstərdi  ki,  I  qrup  bitkilər  Gəncə  -  Qazax 
bölgəsində 29,1 %,  II qrup 26,8 %,   III qrup 26,1 %, IV qrup 
isə  18,0  %  təşkil  edir.  Şirvanda  isə  tamamilə  fərqli  nəticələr 
alınmışdır: I qrup 9,8 % ,  II qrup 15, 5 %, III qrup 28,0 %, IV 
qrup isə 46,7 % təşkil etmişdir. 
 Göründüyü  kimi  Şirvanda  quru  və  isti  iqlim  şəraiti 
bitkilərin  daha  çox      hissəsinin  bütünlüklə      çiçəkləməsinə 
səbəb olur. Buna görə də toxumluq sahə ayrıca saxlanılmalıdır. 
Yarpaq məhsulu almaq üçün saxlanılan bitkilərdə isə bitkilərin 

 
49
 
 
iki  dəfə  biçilməsi  və  ya  çiçəklərin  qoparılması  məqsədə-
uyğundur. 
 
3. 6.  Meyvəvermə xüsusiyyətləri 
 
Həna  bitkisi  Azərbaycanda    becərilən  yeni  texniki 
bitkilərdəndir.        Hər  il    respublikamızda  bu    bitkinin  planta-
siyaları  genişlənməkdədir.  Yüksək  keyfiyyətli  əkin  və  səpin 
materialı  ilə      plantasiyaları  təmin  etmək  üçün  yüksək  keyfiy-
yətli  toxum  məhsulu  hazırlanmalıdır.  Buna  görə  də  müxtəlif 
torpaq - iqlim şəraitində becərilən həna bitkilərində meyvələrin 
yetişmə vaxtını, yığım   vaxtını   və  toxumluq   sahələrin  yara-
dılması məsələlərini öyrənməyi qarşımıza məqsəd qoymuşuq.  
Apardığımız tədqiqat işləri göstərdi ki,  Şirvan və Gəncə - 
Qazax  bölgələrində    becərilən  həna  bitkiləri  normal  inkişaf 
edərək  yüksək  keyfiyyətli  yarpaq  və        toxum  məhsulu  əmələ 
gətirirlər.  Bitkilərdə  meyvələrin  yetişməsi  vegetasiyasının 
sonuna  qədər  davam  edir.  Çiçəklərdə  mayalanma  getdikdən 
sonra,  ilk  meyvə  qutucuqları  və  paxlalar  görünməyə  başlayır. 
Bu    vaxt  onlar  parlaq  yaşıl  rəngli  olur.  Vegetasiyanın  davam 
etməsi  ilə  əlaqədar  olaraq  meyvə  qutucuqları  və    paxlalar 
böyüyürlər. Qeyd  etmək lazımdır ki, Şirvanda   yüksək    tem-
peratur  və  quru    iqlim    şəraiti    meyvə  qutucuqlarının  Gəncəyə 
nisbətən  tez  yetişməsinə  səbəb  olur.  Həna  bitkilərinin  meyvə-
lərinin  yetişməsi  vaxtı  qutucuqlar  tünd  qəhvəyi  rəng  alırlar. 
Lakin,  bu zaman ayrı  -  ayrı  zoğlarda  yaşıl meyvələrə və  hətta 
çiçəklərə  də  rast  gəlmək  olur.  Ancaq  bu  meyvələr  yetişməyə 
imkan  tapmadıqlarına  görə  yığım  müddəti  yetkin  qəhvəyi 
qutucuqların meydana gəlməsi ilə müəyyənləşdirilir. Bu zaman 
qutucuq içərisindəki toxumlar formalaşmış olur. 
Həna  toxumları  meyvə  adlanan  4  yuvalı,  dairəvi  formalı 
qutucuq  içərisində  yerləşir.  Bir  qutucuğun  orta  diametri  4-9 
mm-dir.  1000  meyvə  qutucuğun  orta  çəkisi  37,0  q  dır.  Bir 
meyvə  qutucuğu  içərisində  25-105  ədəd  toxum  yerləşir.  Həna 

 
50
 
 
toxumları piramidal oval formalı olub üç, dörd, beş künclüdür. 
Küncləri  qeyri  bərabərdir.  Тoxumlar  xaricdən  açıq  və  ya  tünd 
qəhvəyi,  nazik  qabıq  qatı  ilə  örtülüdür.  Toxumun  rüşeymi  düz 
olmaqla onun üçdə bir hissəsini tutur. Тoxum endospermsizdir. 
Тoxumun  uzunluğu  1,83  -  2,73  mm,  eni  1,31  -  1,93  mm, 
qalınlığı 1,10 -1,57 mm-dir. 1000 ədəd toxumun kütləsi 0,5  - 
0,6 q- dır.  
Yuxarıda qeyd edildiyi kimi həna plantasiyalarında bitkilər 
çiçəkləmə  xüsusiyyətinə  görə  4  qrupa    bölünmüşdür.  I  qrup 
bitkilərdə  toxum  məhsulu  müşahidə  edilmir.  II  -  III  qrup 
bitkilərdən isə toxum məhsulu almaq üçün istifadə
 
etmək olur. 
Belə  ki,  II  qrup  bitkilərdə  aşağı  budaqların  biri  və  ya  ikisində 
meyvələr  müşahidə  olunur.  Qutucuqlarda  əmələ  gəlmiş 
meyvələr  iri  olur. Bir bitkidən orta hesabla 4,38 q xalis  toxum 
məhsulu əldə etmək mümkündür. Lakin bu bitkilərdə toxumun 
miqdarı  az  olduğu  üçün  onlardan  toxumluq  material  kimi 
istifadə etmək əlverişli deyil. 
III  qrup  bitkilərdə  isə  vegetativ  və  generativ  orqanlar  eyni 
dərəcədə  inkişaf  edir.  Bir  bitkidən  orta  hesabla  11,4  q  xalis 
toxum məhsulu  əldə etmək olur. 
IV  qrup  bitkilərdə  generativ  orqanlar  üstünlük  təşkil  edir. 
Lakin,  bitki  üzərində  meyvələr  çox  olduğundan    bunlar  
kiçikdir və vegetasiyanın  sonuna qədər  yetişmir. Buna görə də   
bu qrup toxumluq material üçün əlverişsiz sayılır. 
Aparılan tədqiqatlardan belə məlum olur ki, həna kollarının 
yarpaq  və  toxum  məhsulu  vermə  qabiliyyətindən  asılı  olaraq 
toxumluq sahə ayrıca saxlanmalıdır. Vegetasiyanın sonunda bu 
cür  ayrılaraq  saxlanılmış  həna  kollarının  üzəri  qəhvəyi  rəngli 
meyvə qutucuqları ilə örtülmüş olur. 
 
 
 

 
51
 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin