HÜMBƏtov hüMBƏt sərxoş oğlu


IV  F Ə S İ L.  HƏNA BİTKİSİNİN  BECƏRİLMƏ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix01.01.2017
ölçüsü2,06 Mb.
#4036
1   2   3   4   5   6   7   8   9

IV  F Ə S İ L.  HƏNA BİTKİSİNİN  BECƏRİLMƏ 
ÜSULLARI 
4. 1. Səpin müddətinin standart həna şitillərinin alınmasına 
təsiri 
Həna  bitkilərindən  yüksək  keyfiyyətli  yarpaq  və  toxum 
məhsulu  əldə  etmək  üçün  optimal  səpin  müddətinin  təyin 
edilməsi  vacib  məsələlərdən  biridir.  Bu  məsələni  həll  etmək 
üçün  müxtəlif  bölgələrdə  və  şəraitdə  müxtəlif  vaxtlarda  həna 
toxumları  səpib  onlardan  normal  şitillərin  alınması  üsullarını 
araşdırmışıq. 
Araşdırmalarımızın  nəticələri  aşağıdakı  cədvəldə  verilir. 
Cədvəldən  görünür  ki,  Şirvan  bölgəsində  blok  tipli  istixanada 
düzəldilmiş ləmələrdə (polkalarda ) 10. I ayda səpin aparmaqla 
1  kv.m  dən  orta  hesabla  792  ədəd  standart  həna  şitili  əldə 
edilmişdir.  20.  I  ayda  səpin  apardıqda  841  ədəd,  30.  I  ayda 
səpin apardıqda isə 791 ədəd standart həna şitili alınmışdır. Bu 
bölgədə istixananın torpağında 5. X ayda səpilmiş həna toxum-
larından 496 ədəd, 15. X ayda səpilmiş həna toxumlarından 531 
ədəd,  25.  X  ayda  səpilmiş  həna  toxumlarından  isə  513  ədəd 
standart şitil alınmışdır. 
Standart həna şitilləri dedikdə istixana və parnikdə 4  - 4,5 
ay  ərzində  aqrotexniki  qulluq  göstərilməklə  becərilib 
hündürlüyü  25  -  30  sm,  kök  boğazının  diametri  2  -3  mm  və 
daha böyük, çətirinin diametri 8 - 10 sm, kök dairəsi 5-10 sm, 
əsas  kökün  uzunluğu  12  -16  sm,  gövdəsi  qonurlaşmış  şitillər 
nəzərdə tutulur. 
Həmin  vaxtlarda  Gəncə-Qazax  bölgəsində  də  istixananın 
ləmələrində  və  torpağında  həna  toxumları  səpilmişdir. 
İstixanada düzəldilmiş ləmələrdə 10. I aydakı səpinin hər kv. m 
-  dən  orta  hesabla  813  ədəd,  20.  I  aydakı  səpindən  927  ədəd, 
30.  I  aydakı  səpindən  isə  804  ədəd  standart  həna  şitilləri 
götürülmüşdür.  İstixananın  torpağında  5.  X  aydakı  səpindən 
orta hesabla 570 ədəd, 15. X aydakı səpindən 599 ədəd, 25. X 

 
52
 
 
aydakı  səpindən  isə  541  ədəd  standart  həna  şitilləri  əldə 
olunmuşdur. 
Parnikdə  də  səpin  vaxtının  standart  həna  şitillərinin 
alınmasına təsirini öyrənmişik. Məlum olub ki, Gəncə - Qazax 
bölgəsində  10.  II  ayda  səpin  aparmaqla  1  kv.  m    dən  orta 
hesabla 481 ədəd, 20. II ayda səpin aparmaqla 493 ədəd, 28. II 
ayda  səpin  aparmaqla  394  ədəd  standart  həna  şitilləri  əldə 
etmək mümkündür (cədvəl 4. 1).  
Parnikin  üstü  şüşə  çərçivə  ilə  örtülü  olduğundan  dibinə 
tökülmüş  bioloji  istilik  mənbəyi  peyinin  hesabına  güclü  istilik 
əmələ gəlir. Bu isti nəticəsində həna toxumunda əmələ gəlmiş 
çox  zərif  rüşeyim  kökcük  tez  məhv  olur.  Daha  artıq  enerjili 
toxumlardan  əmələ  gələn  rüşeyim  kökcüyü  isə  bu  istiyə 
dözərək  inkişaf  edir.  Ona  görə  də  parnikdə  vahid  sahədən 
istixananın ləmələrinə nisbətən az standart şitil əldə olunur. 
Müxtəlif bölgələrdə və şəraitdə aparılmış səpindən alınmış 
20  günlük  cücərtilərin  miqdarının  standart  şitillərin  miqdarın-
dan  artıq  olmasına  baxmayaraq  sonrakı  dövrlərdə  şitillər 
standartlaşana  qədər  bu  cücərtilərin  təxminən  20-30  %  i 
müxtəlif səbəblər üzündən məhv olur (şəkil 4.1). 
Тədqiqatlardan məlum oldu ki, hər iki bölgədə istixananın 
ləmələrində aparılan səpindən torpaqda aparılan səpinə nisbətən 
daha artıq standart həna şitilləri əldə olunur. 
Müxtəlif  bölgələrdə  və  şəraitdə  səpin  müddətlərinin 
standart  həna  şitillərinin  alınmasına  təsirinin  öyrənilməsi  həm 
də onu göstərdi ki, eyni vaxtda, eyni şəraitdə səpin apardıqda 1 
m

sahədən  Gəncə  -  Qazax  bölgəsində  əldə  olunmuş  standart 
həna  şitillərinin  miqdarı  Şirvan  bölgəsindən  əldə  olunmuş 
standart həna şitillərinin miqdarından orta hesabla 60 - 90 ədəd 
artıq  olmuşdur.  Bunun  əsas  səbəbi  Şirvan  torpaqlarının  fiziki  
kimyəvi xüsusiyyətləri ilə izah olunur. 
Müxtəlif  bölgələrdə  səpin  müddətinin  standart  həna 
şitillərinin  alınmasına  təsirinin  öyrənilməsindən  belə  nəticəyə 
gəldik ki, Şirvan və Gəncə - Qazax bölgəsində istixananın 

 
53
 
 
 

 
54
 
 
 
 
 
(blok  tipli)  ləmələrində  həna  toxumlarının  optimal  səpin  vaxtı 
20.  I  ay  hesab  olunur.  Əgər  istixananın  ləmələri  yoxdursa, 
toxumu birbaşa torpağa səpmək lazım gəlirsə, onda bu iş üçün 
ən optimal vaxt 15. X aydır. Çünki, torpaqdakı qida maddələri 
qidalı qarışığa nisbətən azdır. Qranulometrik tərkib (kəsəklərin 
ölçüsü və s.) zərif cücərtilərin üzə çıxmasına mane olduğundan 
şitillər  zəif  inkişaf  edirlər.  Ona  görə  də  torpağa  birbaşa  səpin 
standart şitil almaq üçün bir neçə ay əvvəl aparılmalıdır. Əgər, 
ümumiyyətlə istixana yoxdursa, onda parnikdə də həna şitilləri 
yetişdirilə  bilər.  Parnikə  həna  toxumlarının  səpilməsinin  ən 
əlverişli vaxtı isə 20. II ay hesab olunur (46).  
Şəkil 4. 1. Müxtəlif vaxtlarda səpilmiş həna toxumlarından 
alınmış cücərtilər 

 
55
 
 
4. 2.  Səpin normasının standart həna şitillərinin alınmasına 
təsiri 
Həna  bitkilərinin becərilməsində toxumların optimal səpin 
normasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Bu 
məqsədlə  həna  toxumlarının  müxtəlif  səpin  normasının  bir 
kvadrat  metrdən  alınan  standart  həna  şitillərinin  miqdarına 
təsiri öyrənilmişdir. Müəyyən  edilmişdir ki,  Şirvan bölgəsində 
istixananın ləmələrinə 1 kv. m  - ə 8 q hesabı ilə  həna toxumu 
səpdikdə 798 ədəd, 10 q hesabı ilə həna toxumu səpdikdə 841 
ədəd, 12 q hesabı ilə səpin apardıqda isə 777 ədəd standart həna 
şitilləri  almaq  olar.  İstixananın  torpağında  isə  1  kv.  m-ə  10  q 
toxum səpilməklə 483 ədəd, 12 q toxum səpməklə 531 ədəd, 14 
q  toxum  səpməklə  494  ədəd  standart  həna  şitili  əldə 
olunmuşdur (cədvəl 4. 2). 
Gəncə  -  Qazax  bölgəsində  də  eyni  qaydada  səpin  aparıl-
mışdır.  İstixananın  ləmələrinə  1  kv.  m  -  ə  8  q  hesabı  ilə  həna 
toxumu səpildikdə 820 ədəd, 10 q toxum səpildikdə 927 ədəd, 
12 q toxum səpildikdə isə 788 ədəd standart həna şitili alınmış-
dır. İstixananın torpağında isə 1 kv.  m - ə 10 q toxum səpməklə 
512  ədəd,  12  q  toxum  səpməklə  599  ədəd,  14  q  toxum 
səpməklə  529  ədəd  standart  həna  şitilləri  götürülmüşdür 
(cədvəl 4. 2).    
Cədvəldəki  rəqəmlərdən  görünür  ki,  istər  Şirvan 
bölgəsində,  istərsə  də  Gəncə  -  Qazax  bölgəsində  1  kv.  m  də 
alınmış  20  günlük  həna  cücərtilərinin  miqdarı  həmin  sahədən 
əldə olunan standart şitillərin miqdarından xeyli çoxdur. Lakin, 
buna baxmayaraq bu cücərtilərin bir hissəsi sonradan tələf olub 
sıradan  çıxır,  bir  hissəsi  isə  əkin  vaxtına  qədər  tam  yetişib 
standartlaşmır.  Məlum  olmuşdur  ki,  həna  cücərtiləri  Şirvan 
bölgəsində Gəncə  -  Qazax  bölgəsinə nisbətən artıq tələf olur. 
Buna  görə  də  Gəncə  -    Qazax  bölgəsində  1  kv.  m    dən  alınan 
standart  şitillərin  miqdarı  Şirvan  bölgəsinə  nisbətən  üstünlük 
təşkil edir. Çünki toxumların səpilməsi üçün düzəldilmiş qidalı 
qarışığın (substratın) tərkibində (1:1:1 nisbətində torpaq, peyin 

 
56
 
 
 

 
57
 
 
və  çay  qumu)  istifadə  olunan  torpaq  (bölgələr  üzrə)  kimyəvi 
tərkibinə  görə  bir  -  birindən  fərqlənir.  Aydın  olur  ki,  Gəncə  - 
Qazax bölgəsinin torpaqları bu iş üçün daha əlverişlidir. 
Səpin  normasının  standart      həna      şitillərinin  alınmasına 
təsirini öyrənmək üçün parnikdə də  səpin aparılmış və   məlum 
olmuşdur ki, parnikdə 1 kv. m-ə 10 q həna toxumu səpilməklə 
427 ədəd, 12 q. həna toxumu   səpməklə 493 ədəd, 14 q. toxum   
səpməklə 429 ədəd standart həna şitili əldə etmək mümkündür. 
Beləliklə,  müxtəlif  bölgələrdə  səpin  normasının  standart 
həna şitillərinin alınmasına təsirinin öyrənilməsi göstərdi ki, hər 
iki  bölgədə  standart  həna  şitilləri  əldə  etmək  üçün  ən  yaxşı 
səpin norması istixananın ləmələrində 1 kv. m-ə   10 q,   torpa-
ğında isə 12 q. hesab edilməlidir. Əgər səpini parnikdə aparmaq 
lazım gələrsə o halda 1 kv.m-ə 12 q. həna toxumu səpilməlidir. 
 
4. 3.  Тoxumların  basdırılma  dərinliyinin  standart  həna 
şitillərinin alınmasına təsiri  
 
Тoxumla  çoxaldılan  bitkilərdə  toxumların  basdırılma 
dərinliyinə  xüsusi  diqqət  yetirilməlidir.  Həna  kimi  xırda 
toxumlu  bitkilərin  çoxaldılması  zamanı  daha  diqqətli  olmaq 
tələb  olunur.  Çünki,  bu  bitkilərin  toxumları  dərinə  düşdükdə 
cücərib torpağın üzünə çıxa bilmir. Dayaz basdırma zamanı isə 
toxumlar  yüngül  olduğundan  suvarma  zamanı  asanlıqla  üzə 
çıxaraq  suvarma  suyu  ilə  yuyulub  aparılır  və  ya  sahənin  bir 
yerində  toplanır.  Bu  da  öz  növbəsində  seyrək  cücərtilərin 
alınmasına,  bəzi  hallarda  isə  təkrar  səpinlərin  aparılmasına 
səbəb  olur.  O  dur  ki,  hər  bir  bitkinin  toxumlarının  optimal 
basdırılma dərinliyi müəyyən olunmalıdır. 
1991-1993-cü illərdə Şirvan və Gəncə - Qazax bölgələrində 
tədqiqat  apararkən  örtülü  və  açıq  sahələrdə  həna  toxumlarının 
basdırılma  dərinliyinin  1  kv.  m-dən  alınan  standart  həna 
şitillərinin  miqdarına təsiri öyrənilmişdir. 

 
58
 
 
Məlum  olmuşdur  ki,  Şirvan  bölgəsində  istixananın 
ləmələrində həna toxumları 2,5 mm dərinlikdə səpildikdə 1 kv. 
m dən orta hesabla 652 ədəd, 3,0 mm dərinlikdə səpildikdə 841 
ədəd, 3,5 mm dərinlikdə səpildikdə isə 762 ədəd standart həna 
şitilləri  alınır.  İstixananın  torpağında  isə  3,0;  4,0  və  5,0  mm 
dərinlikdə aparılan səpinlərdən müvafiq olaraq 385; 531 və 478 
ədəd standart həna şitilləri götürülmüşdür (cədvəl 4. 3). 
Тorpağa birbaşa səpindən alınan şitillərin ləmələrdən alınan 
şitillərə  nisbətən  az  olmasının  səbəbi  torpağın  qranulometrik 
hissələrinin  təsiri  nəticəsində  zərif  cücərtilərin  üzə  çıxmaqda 
çətinlik çəkməsi və çox halda məhv olması ilə bağlıdır. 
Eyni  normalarda  səpin  Gəncə  -  Qazax  bölgəsində  də 
aparılmışdır.  Bu  bölgədə  istixananın  ləmələrində  həna 
toxumları 2,5 mm dərinlikdə səpildikdə orta hesabla 691 ədəd, 
3,0  mm  dərinlikdə  səpildikdə  927  ədəd,  3,5  mm  dərinlikdə 
səpildikdə        isə  783  ədəd  standart  şitil  əldə  olunmuşdur. 
İstixananın  torpağında  isə  3,0  mm  dərinlikdə  səpin  apardıqda 
478 ədəd, 4,0 mm dərinlikdə səpin apardıqda 599 ədəd, 5,0 mm 
dərinlikdə səpin apardıqda isə 517 ədəd standart həna şitili əldə 
olunmuşdur. 
Cədvəldən  (4.  3)  aydın  olunur  ki,  hər  iki  bölgədə  alınan 
cücərtilərin miqdarı standartlaşmış şitillərin miqdarına nisbətən 
xeyli  artıqdır.  İstixananın  ləmələrində  2,5  mm,  torpağında  isə 
3,0  mm  dərinlikdə  aparılmış  səpindən  alınmış  cücərtilərin 
miqdarı  həmin  yerlərdə  3,5  və  5,0  mm  dərinlikdə  səpindən 
alınan  cücərtilərin  miqdarından  çox  olmuşdur.  Buna 
baxmayaraq  bu  cücərtilərin  kökləri  torpaqla  az  örtüldüyündən 
suvarma  zamanı  yuyulmuş  və  nəticədə  cücərtilərin  çoxu  tələf 
olmuşdur.  İstixananın  ləmələrində  3,5  mm,  torpağında  isə  5,0 
mm  dərinlikdə  səpindən  alınmış  cücərtilərin  tədqiqindən  belə 
məlum olur ki, bu dərinliklər həna toxumlarının səpilməsi üçün 
yararlı deyildir. Çünki, toxumlar çox xırda, alınan cücərtilər isə 
həddindən  artıq  zərif  olduğundan  onların  heç  də  hamısı 

 
59
 
 
torpağın  səthinə  çıxa  bilmir  (şəkil  4.  1).  Bu  hal  tədqiqat 
aparılan hər iki bölgədə özünü göstərmişdir. 
Lakin tədqiqatlarımızdan belə məlum oldu ki, eyni şəraitdə, 
eyni  dərinlikdə  səpin  apardıqda  Gəncə  -  Qazax  bölgəsində 
Şirvan  bölgəsinə  nisbətən  daha  çox  standart  həna  şitilləri 
götürmək mümkündür. 
Тoxumların  basdırılma  dərinliyinin  standart  həna 
şitillərinin alınmasına təsiri parnik şəraitində də  öyrənilmişdir. 
Məlum  olmuşdur  ki,  parnikdə  3,0  mm  dərinlikdə  səpin 
apardıqda  hər  kv.  mdən  orta  hesabla  449  ədəd,  4,0  mm 
dərinlikdə səpin  apardıqda 493  ədəd, 5,0 mm dərinlikdə səpin 
apardıqda  isə  484 
ədəd  standart  həna 
şitilləri  əldə  etmək 
mümkündür  (cəd-
vəl 4. 3).  
3,0  mm  dərinlikdə 
səpindən 
alınan 
cücərtilərin  kök-
ləri  torpaqla  az 
örtüldüyündən  su-
varma 
zamanı 
çoxu  su  ilə  yuyu-
lub  aparılır.  5,0 
mm  isə  həna  to-
xumları üçün dərin 
olduğundan  ancaq 
yüksək  enerjili  to-
xumlar cücərib üzə 
çıxa  
Şəkil 4. 2. Müxtəlif dərinlikdə səpilmiş həna 
toxumlarından alınan  şitillər 

 
60
 
 
 

 
61
 
 
bilirlər (şəkil 4. 2) 
Beləliklə, toxumların basdırılma dərinliyinin standart həna 
şitillərinin  alınmasına  təsirinin  öyrənilməsindən  belə  nəticəyə 
gəldik ki, həm Şirvan bölgəsində, həm də Gəncə - Qazax bölgə-
sində  istixananın  ləmələrində  həna  toxumlarının  optimal 
basdırılma dərinliyi 3,0 mm, istixananın torpağında və parnikdə 
isə 4,0 mm - dir.
 
 
    4. 4. Həna qələmlərinin əkilmə vəziyyətinin onlardan 
alınan şitillərin yerüstü və yeraltı hissələrinin böyüməsinə 
təsiri 
 
Apardığımız təçrübələr göstərir ki, həna bitkisinin vegetativ 
yolla  (həm  örtülü,  həm  də  açıq  şəraitdə)  qələmlər  (çiliklər) 
vasitəsilə  çoxaldılması  mümkündür.  Bundan  başqa,  həna 
bitkisinin budaqlarını basdırmaqla da çoxaltmaq olar. Bu üsulla 
çoxaltma  adətən,  çoxillik  həna  bitkiləri  olan  istixanalarda 
aparılır.  Həna  bitkisi,  odunlaşmış  gövdələrindən  hazırlanmış 
qələmlərlə  yanaşı, həmçinin  yaşıl,  yarım-odunlaşmış qələmləri 
(çilikləri) ilə də çoxalır. Yarım-odunlaşmış qələmlərlə çoxaltma 
payızda  oktyabr  ayında  aparılır.  Bu  məqsədlə  açıq  sahədə 
becərilən  bitkilərin  3-5  -  ci  buğumarasından  8-10  sm  uzun-
luğunda  qələmlər  kəsilib  heteroauksin  məhlulunda  (1  litr  suya 
100  mq)  4  -  6  saat  saxlandıqdan  sonra  əkilir.  Belə  məhlul 
hazırlanıb  təcrübədə  istifadə  edilən  zaman  temperaturu  25 
0
C  
dən  yuxarı  olmalıdır  (124).  Yuxarıda  təsvir  edilən  qaydada 
hazırladığımız qələmlər, istixananın ləmələrində torpaqdan, çay 
qumundan  və  çürümüş  peyindən  1:1:1  nisbətində  hazırla-
dığımız substratlara (qida qarışığına) vurulmuşdur. Qələmlərin 
yüksək  kök  verməsinə  nail  olmaq  üçün  vurulduqdan 
(əkildikdən)  sonra  üstü  kip  şüşə  və  ya  polietilen  örtüklə 
örtülmüşdür.  Əks  halda  qələmlər  üzərində  rütubəti  saxlamaq 
olmur.  Qələmlərin  birinci göz tumurcuğu və  ya uc tərəfindən 

 
62
 
 
1 sm gövdəsi yer səthində qalmaqla hər kv. m-ə 600 -700 ədəd 
əkilməsi məqsədəuyğundur. 
Əkindən  2-3  həftə  sonra  ayrı-ayrı  qələmlərdə  (çiliklərdə) 
köklər  əmələ  gəlməyə  başlamışdır.  30  -  40  gündən  sonra  isə 
əksər  qələmlərdə  kök  sistemi  əmələ  gələrək  inkişaf  edir. 
Bundan  sonra  yaxşı  kök  sisteminə  malik  olan  qələmlər  qidalı 
dibçəklərə və ya birbaşa açıq sahəyə köçürülmüşdür. 
İstixanada  çoxillik  bitkilər  olduqda  qələmlə  çoxaltmanı 
bütün  il  boyu  davam  etdirmək  olur.  Açıq  sahədən  isə  qələm 
götürmək  üçün  ən  yaxşı  vaxt  axırıncı  biçindən  (oktyabr) 
qabaqdır.  Bu  dövrdə  istixanada  da  çox  keyfiyyətli  anac  bitki 
olur. Nəticədə götürülmüş qələmlər  normal kök bağlayıb yaxşı 
inkişaf edirlər (45). 
İstixana  şəraitində  müxtəlif  vəziyyətdə  əkilən  həna 
qələmlərindən  alınmış  şitillərin  yerüstü  və  yeraltı  hissələrinin 
böyümə  və  inkişafına  qələmlərin  əkilmə  vəziyyətinin  təsirini 
öyrənmək  üçün  hər  iki  bölgədə  həna  qələmlərinin  üç  isti-
qamətdə:  şaquli,  üfüqi  və  əksinə  əkilməsini  sınaqdan 
keçirmişik.  Bu  təcrübəni  aparmaqda  məqsədimiz  həna  qələm-
lərinin  (çiliklərinin)  polyarlıq  (qütblük)  qanununa  tabe  olub  - 
olmamasını  öyrənmək  olmuşdur.  Bu  qanunun  öyrənilməsi 
işində  Pfefferin  işləri  artıq  hamıya  məlumdur.  Həna 
qələmələrinin  “əksinə”  əkilməsi  dedikdə  qələmin  (çiliyin) 
apikal (təpə, yuxarı) hissəsinin aşağı, bazal (qaidə, aşağı) hissə-
sinin  isə  yuxarı  vəziyyətdə  əkini  nəzərdə  tutulur.  Həna 
bitkisinin  gövdə  hissəsi  hamar  və  parlaq  olduğundan  çiliklər 
kəsildikdən  sonra  onların  aşağı  və  yuxarı  hissələrini  bir-
birindən ayırmaq çətin olur. Тəsadüfən əksinə əkilmiş çilikdən 
əmələ  gələn  şitilləri  şaquli  və  üfiqi  əkilmiş  çiliklərdən  əmələ 
gələn  şitillərlə  müqayisə  etmək  üçün  bu  məsələni  sınaqdan 
keçirməyi lazım bildik. Sınaqlarımızın nəticələri cədvəl 4. 4 və 
4. 5 - də verilir. 
 

 
63
 
 
 

 
64
 
 
 
 

 
65
 
 
 Cədvəl  4.  4  -  dən  aydın  olur  ki,  Şirvan  bölgəsində  şaquli 
istiqamətdə  əkilmiş  həna  qələmlərindən  alınan  şitillər  bioloji 
xüsusiyyətləri  ilə  əlaqədar  olaraq  normal  böyürlər.  Bu  cür 
şitillərin hündürlüyü 3 aydan sonra orta hesabla 32,2 sm, çətirin 
diametri  5,0  sm,  kök  boğazının  diametri  1,9  mm,  yan  budaq-
larının  sayı  2,0  ədəd  olur.  Qütblüyü  pozulmadan  şaquli 
basdırılmış qələmlərdən alınan şitillərin əsas kökünün uzunluğu 
orta  hesabla  16,7  sm-ə,  kök  sisteminin  diametri  3,4  sm-ə,  yan 
köklərinin sayı 3,0 ədədə, aşağı hissəsində əsas kökün qalınlığı 
isə 1,9 mm-ə bərabər olmuşdur. 
Gəncə - Qazax bölgəsində şaquli istiqamətdə əkilmiş həna 
qələmlərindən 
alınmış 
şitillərin  Şirvan 
bölgəsinə 
nisbətən  hün-
dürlüyü 4,1 sm, 
çətirin  diametri 
0,5  sm,  kök 
boğazının 
diametri 0,3 sm, 
yan  budaqların 
sayı  0,6  ədəd, 
əsas  kökün  uz-
unluğu  0,5  sm, 
kök  sisteminin 
diametri  0,4  sm,  yan  köklərin  çətirin  diametri  5,0  sm,  kök 
boğazının  diametri  1,9  mm,  yan  budaqlarının  sayı  2,0  ədəd 
olur.  Qütblüyü  pozulmadan  şaquli  basdırılmış  qələmlərdən 
alınan şitillərin əsas kökünün uzunluğu orta hesabla 16,7 sm-ə, 
kök  sisteminin  diametri  3,4  sm-ə,  yan  köklərinin  sayı  3,0 
ədədə,  aşağı  hissəsində  əsas  kökün  qalınlığı  isə  1,9  mm-ə 
bərabər olmuşdur. Yan budaqların sayı 0,3 ədəd, aşağı hissədə 
əsas kökün qalınlığı isə 0,3 mm artıq olmuşdur (cədvəl 4. 5) 
Şəkil 4. 3. Şaquli istiqamətdə basdırılmış həna  
qələmlərindən alınmış şitillər 

 
66
 
 
Gəncə  -  Qazax  bölgəsində  şaquli  istiqamətdə  əkilmiş 
qələmlərdən alınmış şitillər şəkil 4. 3 - də verilir. 
Hər iki bölgədə 2,0 sm dərinlikdə üfiqi istiqamətdə əkilmiş 
qələmlərdən alınan şitillər şaquli istiqamətdə əkilmiş qələmlər-
dən  alınan  şitillərə  nisbətən  daha  yaxşı  böyüyürlər.  Bu 
variantda  (üfüqi)  şitillərin  Şirvan  bölgəsində  hündürlüyü  orta 
hesabla  30,3  sm,  çətirinin  diametri  8,9  sm,  kök boğazının  dia-
metri  1,9  mm,  yan  budaqlarının  sayı  2,9  ədəd,  əsas  kökün 
uzunluğu 14,7 sm, kök sisteminin diametri 4,9 sm, yan köklərin 
sayı  5,1  ədəd,  kökün  qalınlığı  isə  2,0  mm-ə  bərabər  olmuşdur 
(cədvəl 4. 4). 
Gəncə  -  Qazax 
bölgə-sində  üfüqi 
istiqamətdə  əkilmiş 
həna qələmlərindən 
alınanşitillərin hün-
dürlüyü 
Şirvan 
bölgəsinə  nisbətən 
orta  hesabla  3,9 
sm, çətirin diametri 
0,9  sm,  kök  bo-
ğazının 
diametri 
0,1  mm,  yan  bu-
daqlarının  sayı  0,2 
ədəd,  əsas  kökün 
uzunluğu  3,5  sm, 
kök  sisteminin  dia-
metri  1,3  sm,  yan 
köklərin  sayı  0,8  ədəd,  aşağı  hissədə  əsas  kökün  qalınlığı  isə 
0,6 mm artıq olmuşdur (cədvəl 4. 5). 
Üfüqü  istiqamətdə  əkilmiş  həna  qələmlərindən  alınmış 
şitillər şəkil 4. 4 - də verilir. 
Qütblüyü  pozularaq  (əksinə)  əkilmiş  həna  qələmlərindən 
alınmış şitillərin yerüstü və yeraltı hissələrinin böyüməsi hər iki 
Şəkil 4. 4. Üfüqi istiqamətdə basdırılmış 
həna qələmlərindən alınmış şitillər 

 
67
 
 
bölgədə  şaquli  və  üfüqi  vəziyyətdə  əkilən  qələmlərdən  alı-
nanlara  nisbətən  xeyli  geri  qalmış,  bu  şitillər  çox  zəif  inkişaf 
etmişlər. 
Apardığımız tədqiqatlardan belə nəticəyə gəldik ki, hər iki 
bölgədə  üfüqi  istiqamətdə  əkilmiş  qələmlərin  qida  sahəsinin 
bö-yüklüyü onlardan alınan şitillərin da-ha yaxşı böyümə-sinə, 
yan  budaqlarının  sayının  çoxalmasına  səbəb  olur.  Bu 
vəziyyətdə  əkilmiş  qələmlərdən  2  -  4  ədəd  müstəqil  inkişaf 
edən şitil almaq olar. Deməli üfüqi istiqamətdə basdırılmış qəl-
əmlərin  vegetativ  çoxaltmada  əhəmiyyəti  şaquli  və  əksinə 
basdırılmış qələmlərə nisbətən yüksəkdir.  
 
4. 5.  Həna şitillərinin açıq sahədə əkin vaxtı və onun 
yarpaq məhsuldarlığına təsiri 
 
Açıq sahəyə şitilləri əkilən bitkilərdə əkin vaxtının düzgün 
təyin  edilməsinin  şitillərin  sonrakı  inkişafında  əhəmiyyəti 
əvəzedilməzdir.  Yeni  torpaq  -  iqlim  şəraitində  introduksiya 
edilmiş  bitkiləri  açıq  sahəyə  əkən  zaman  xüsusilə  diqqətli 
olmaq  tələb  olunur.  Çünki,  bu  torpaq-iqlim  şəraiti  bitkinin 
uyğunlaşıb yaşadığı ərazinin və ya onun vətəninin torpaq-iqlim 
şəraitindən  fərqlidir.  Ona  görə  də  çalışmaq  lazımdır  ki,  bu 
bitkilər  əkilən  zaman  ekoloji  amillərin  təsiri  nisbətən  əlverişli 
olsun. 
 Həna  bitkisi  də  yeni  introduksiya  olunmuş  bitkilərdəndir. 
Vətənində  çoxillik  bitki  olmasına  baxmayaraq  Azərbaycan 
şəraitində  özünü  birillik  bitki  kimi  aparır.  Yuxarıdakı  fəsildə 
qeyd olunduğu kimi həna toxumları istixanada səpilir və alınan 
şitillərə  4  -  4,5  ay  aqrotexniki  qulluq  göstərməklə  becərilir. 
İstixanada  becərilib  standart  hala  düşmüş  şitilləri  açıq  sahəyə 
əkməzdən  bir  ay  qabaq  istixananın  temperaturu  açıq  sahəyə 
uyğunlaşdırılır. 

 
68
 
 
Apardığımız tədqiqatlar zamanı istixanada yetişdirdiyimiz həna 
şitillərinin  Gəncə  -  Qazax  və  Şirvan  bölgələrində  açıq  sahəyə 
əkin vaxtının yarpaq məhsuldarlığına təsirini öyrənmişik. Тəd-
qiqatlarımızın  nəticələri  cədvəl  4.6  -  da  verilir.  Cədvəldən 
görünür ki, həna şitillərini açıq sahəyə Şirvan bölgəsində 10. IV 
ayda  əkdikdə hektardan  iki biçində orta  hesabla  10,4 s, 20.  IV 
ayda əkdikdə 10,8 s, 30. IV ayda əkdikdə isə 10,1 s quru yarpaq 
məhsulu  əldə  olunmuşdur.  10.  IV  ayda  əkilən  şitillərindən  I 
biçində  (2.  VIII  ay)  orta  hesabla  3,  0  s/ha,  20.  IV  ayda 
əkilənlərdən 3,2 s/ha, 30. IV ayda əkilənlərdən isə 2,8 s/ha quru 
yarpaq  məhsulu  götürülmüşdür.  II  biçində  (15.  X  ay)  isə  bu 
əkinlərdən  müvafiq  olaraq  7,3;  7,6  və  7,2  s/ha  quru  yarpaq 
məhsulu  alınmışdır.  Gördüyümüz  kimi  əkinin  tez  və  ya  geç 
aparılması  məhsuldarlığın  0,1-  0,4  s/ha  azalmasına  səbəb 
olmuşdur.  
 
Gəncə  -  Qazax  bölgəsində  isə  həna  şitillərini  açıq  sahəyə 
10. V ayda əkdikdə 12,5 s/ha, 20. V ayda əkdikdə 13,0 s/ha, 30. 
V  ayda  əkdikdə  isə  12,1  s/ha  quru  yarpaq  məhsulu  əldə 
olunmuşdur.  10.  V  aydakı  əkindən  I  biçində  (2.  VIII  ay)  3,4 
s/ha,  20.  V  aydakı  əkindən  3,6  s/ha,  30.  V  aydakı  əkindən  isə 
3,2 s/ha quru yarpaq məhsulu götürülmüşdür. II biçində (15. X  
ay)  isə  bu  əkindən  müvafiq  olaraq  9,1;  9,4  və  8,9  s/ha  quru 
yarpaq məhsulu alınmışdır. Bu bölgədə də əkinin tez və ya geç 
aparılması məhsuldarlığın I biçində 0,2 - 0,4 s/ha, II biçində isə 
0,3 - 0,5 s/ha aşağı düşməsinə səbəb olmuşdur. 
Həna  şitillərinin  açıq  sahəyə  əkin  vaxtının  yarpaq 
məhsuldarlığına təsirinin öyrənilməsindən belə nəticəyə  gəldik 
ki,  Şirvan  bölgəsində  həna  şitillərinin  açıq  sahəyə  əkilməsinin 
ən əlverişli vaxtı 20. IV ay, Gəncə - Qazax bölgəsində isə 20. V 
ay  hesab  olunmalıdır.  Çünki,  bu  tarixlərdə  əkilən  şitillərdən 
başqa  tarixlərdə  əkinlərə  nisbətən  daha  artıq  yarpaq  məhsulu 
əldə edilmişdir.   

 
69
 
 
 

 
70
 
 
 

 
71
 
 
 

 
72
 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin