Humanitar fənlər



Yüklə 78,54 Kb.
səhifə4/12
tarix01.01.2022
ölçüsü78,54 Kb.
#50386
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1636873921

Şirvanşahlar dövləti. Xəzərin qərb sahilində yerləşən Şirvan vilayəti Kür çayından Dərbənd mahalının şimal hüdudlarına kimi olan ərazini əhatə edirdi.XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətini Güştasb (1203-1225) idarə edirdi. 1225-ci ildə III Fəribürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası Güştasbı hakimiyyətdən qovdu və XIII əsrin ortalarına kimi Şirvanı idarə etdi.Fəribürz Cəlaləddinə xərac versə də, Şirvanın müstəqilliyini qoruya bildi.1231-ci ildə monqollar Şirvana daxiloldular, 1239-cu ildə Şirvan Dərbənd ələ keçirildi .Şirvanı idarəedən II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini itirdi. Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu, XIV əsrin 2-ci rübünə qədər davam etdi. Şirvanşah Kavusun (1345-1372) dövründə Şirvanşahlar əvvəl Çobanilərdən, sonra isə Cəlairilərdən asılı vəziyyətə düşdülər.1364-cü ildə Şirvanda Cəlairilərə qarşı üsyan qalxdı. 1367-ci ildə Şeyx Üveys Şirvana yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdilər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən sonra Şirvanı onun oğlu Huşəng (1372-1382) idarə etdi.1382-ci ildə Huşəng öldürüldü və hakimiyyətə Şeyx İbrahim Dərbəndi (I İbrahim) gəldi (1382-1417). O, Huşəngin doğma əmisi idi. Bir zamanlar babaları Dərbənd hakimi olmuşdur, xırda torpaq sahibi idi.


Yüklə 78,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin