“Hidravlika və hidravlik maşınlar”


Laboratoriya işinin planı və yerinə yetirilməsi



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#43670
1   ...   30   31   32   33   34   35   36   37   38
Hidravlika ve hidravlik mashinlar” fenninden laboratoriya ishleri

 

Laboratoriya işinin planı və yerinə yetirilməsi 

 

Hidravlik təchizatın siyahısı: 

-  Maye çəni, hidravlik nasos və qoruyucu  

klapandan ibarət yığım;   

-  Manometr; 

-  4/3  markalı  elektromaqnit  klapanı  (stasionar 

vəziyyətdə  maye  yolunu  bağlayır,  sürüngəcin 

vəziyyəti yayla mərkəzləşdirilir); 

-  İkitəsirli hidravlik silindr. 



Elektrik təchizatının siyahısı: 

-  Zaman relesi lövhəsi

-  S1, S2- açarlar; 

-  Y1, Y2- 4/3 markalı hidravlik maqnit klapanları; 

-  Transformator- 24V/DC 3A; 

-  Birləşdirici naqillər. 

Zaman  relesinin  hidravlik  dövrəni  və  beləliklə  də 

hidravlik  silindrin  irəli  geri  hərəkətini  avtomatik  idarə 

etməsi  üçün  elektrohidravlik  sxem  şəkil  3-  də  təqdim 

olunmuşdur.  

Transformatorun  “+”  qütbləri  ilkin  olaraq  elektromaqnit 

klapanın  qırmızı  rənglə  verilmiş  naqillərinə  və  zaman 

relesinin  “+”  qütbünə  qoşulur.  Qalan  digər  qoşma 

əməliyyatları  isə  transformatorun  “-”  qütbü  ilə  aparılır. 

Sxemə  əsasən  zaman  relesinin  1  kontaktına,  S1  və  S2 

diyircəkli açarların açıq kontaktlarının bir ucuna daimi “-




58 

 

”  yük  qoşulur.  S1  və  S2  açarlarının  açıq  kontaktlarının 



digər  hissəsi  isə  zaman  relesinin  “Stat”  və  ya  “Reset” 

boşluqlarına qoşulur.  

 

Şəkil  3.  Hidravlik  silindrin  avtomatik  idarə  edilməsi 



zamanı elektrohidravlik dövrə. 

Hidravlik  silindrin  milinin  irəli  geri  hərəkəti,  S1  və  S2 

vericilərindən  zaman  relesinə  növbəli  şəkildə  daxil  olan 

elektrik siqnalları əsasında, onun 5 və 6 kontaktlarına və 

eyni zamanda elektromaqnit klapanın dolaqlarına elektrik 

cərəyanının daxil olması ilə, klapan plunjerinin irəli geri 

hərəkəti  nəticəsində  mayenin  silindrin  sağ  və  ya  sol 

tərəflərinə verilməsi əsasında baş verir. 

Laboratoriya  işinin  növbəti  mərhələsində  yuxarıda  qeyd 

olunan  sxemlər  4/2  markalı  elektromaqnit  klapanı 

vasitəsi ilə yığıla bilər.  

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin