Heyvanlar Aləmi Fənni Üzrə mtahan Sualllarının Cavabları



Yüklə 206,33 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix31.01.2017
ölçüsü206,33 Kb.
#6945
  1   2   3

Heyvanlar Aləmi Fənni Üzrə 

mtahan Sualllarının Cavabları 

1.Fənnin predmeti, məqsəd və vəzifələri. 

     Heyvanlar aləminin Yer üzündə coğrafi yayılmasını öyrənən elm zoocoğrafiya 

adlanır. Zoocoğrafiya heyvanların yayılmasını, bu yayılmanı müəyyən edən müasir 

və  keçmiş  tarixi  amilləri,  qanunauyğunluqları,  həmçinin  heyvanların  ekoloji 

qruplarının  coğrafi  yayılmasını  öyrənir.  Bu  elmin  əsas  məqsədi  heyvan 

komplekslərinin  formalaşması  və  dəyişməsi  yollarını  analiz  etmək,  ayrı-ayrı 

heyvan  növlərinin,  eləcə  də  bütöv  bir  faunanın  yayılma  səbəblərini,  heyvanların 

yayılmasının  səbəblərinin,  heyvanların  yayılmasının  əsas  qanunauyğunluqlarını 

müəyyən etməkdir. 

     Zoocoğrafiyanın əsas obyekti arealdır. Bu və digər ölkədə yayılan heyvanların 

növ  tərkibləri  və  yayılmaları  haqqındakı  materialların  məcmuyu  həmin  ölkənin 

heyvanat  aləmi  haqqında  yekun  məlumatı  verir.  Zoocoğrafiyanın  digər  obyekti 

faunadır.  Burada  müəyyən  coğrafi  şəraitdə  müəyyən  ərazidə  tarixən  yaranmış  və 

formalaşmış heyvan növlərinin məcmuyu nəzərdə tutulur. 

 

2. Biosfer və onun sərhədləri. 

     Yer kürəsinin canlılar yaşayan nazik qatını biosfer təşkil edir. Biosfer terminin 

ilk  dəfə  XVIII  əsrin  ikinci  yarısında  fransız  J.B.Lamark  işlətmişdir.  Lakin  onu 

elmə  ilk  dəfə  avstriyalı  E.Zyuss  1875-ci  ildə  daxil  etmişdir.  Biosfer  haqqında 

təlimi isə XX əsrdə rus alimi V. .Vernadski işləyib hazırlamışdır. Bu təlim Yerin 

tarixi inkişafının dərindən və hərtərəfli təhlilinə, astronomiya, biologiya, coğrafiya, 

geologiya,  fizika  və  kimya  elmlərində  toplanmışbütün  məlumatlara  əsaslanaraq 

yaranmışdır. 

     Vernadskiyə  görə  biosfer  –  vahid  əlaqəli  mexanizmdir.  Biosferin  sərhədləri 

bunlardır: bütün hidrosfer, atmosferin alt qatı, litosferin üst qatı. Həmçinin, bir sıra 

parazit  orqanizmlər  digər  canlıların  bədənində  yaşayaraq  qidalanırlar.  Beləliklə, 

biosferdə dörd yaşayış mühiti mövcuddur: hava, torpaq, su,və orqanizm (parazitlər 

və simbiontlar üçün). 

 

3. Heyvanların yaşayış mühitləri. 



     Canlı orqanizmlər bir-birindən təcrid edilmiş şəkildə yaşamırlar. Onların həyatı 

digər  canlı  və  cansız  aləmin  amilləri  ilə  vəhdət  təşkil  edir.  Heyvanlar  cansız 

mühitin  əhatəsində  yaşayır,  həmin  mühitin  müxtəlif  elementləri orqanizmə  bu  və 

ya digər şəkildə təsir göstərir. 

     Heyvanların  yaşaması  üçün  lazım  olan  amillər  onların  zəruri  həyat  şəraitini 

təmin  edir.  Heyvanları  xarici  mühitdən  ayırmaq  onların  məhvi  deməkdir.  Xarici 

mühit  anlayışına  heyvanları  əhatə  edən,  onların  quruluşuna,  inkişafına, 


yaşamasına, çoxalmasına təsir edən canlı və cansız təbiətin bütün çəraiti daxildir. 

Heyvanların həyatına təsir göstərən amillər minimum, maksimum və optimum ola 

bilər. Optimum şərait – heyvanlar üçün ən əlverişli şərait hesab olunur. 

 

4. Evribiont və stenobiont heyvanlar. 



     Müəyyən amilin kəskin dəyişməsinə tab gətirən və asan uyğunlaşan heyvanları 

– həmin amilin adına “evri” (yunanca – “geniş” deməkdir) ön şəkilçisi əlavə edib 

adlandırırlar.  Məsələn,  evriterm  heyvanlar  olduqca  müxtəlif  temperatur  şəraitində 

yaşaya bilən heyvanlar deməkdir. Əksinə, müəyyən amilin azca dəyişməsinə cavab 

verən heyvanlarış – həmin amilin adına “steno” (yunanca – “məhdud” deməkdir) 

ön  şəkilçisi  əlavə  edib  adlandırırlar.  Məsələn,  stenoterm  heyvanlar  –  yalnız 

məhdud  temperatur  şəraitində  yaşamağa  uyğunlaşmış  heyvanlardır.  Müxtəlif 

duzluluq şəraitində yaşaya bilən heyvanlar – evriqalin (əksinə,stenoqalin), müxtəlif 

rütubətlilik şəraitində yaşayan heyvanlar – evrihiqrobiont (əksinə, stenohiqrobiont) 

heyvanlar adlanır. 

     Müəyyən amili çox sevən və ondan uzaqlaşan heyvanları həmin amilin sonuna 

– “fil” (yunanca – “sevmək” deməkdir), “fob” (yunanca – “uzaqlaşmaq” deməkdir) 

şə

kilçilərinin  əlavə  edib  adlandırırlar.  Məsələn,  termofil  –  istiliksevən,  qalofob  – 



duzluluğu sevməyən heyvanlar deməkdir. 

     Geniş  və  ya  yüksək  ekoloji  valentliyə  malik  olan  növlər  –  evribiont,  məhdud 

ekoloji valentliyə malik olan növlər isə stenobiont heyvanlar adlanır. 

 

5. Abiotik amillər. 



     Abiotik  amillər  cansız  təbiətin  heyvanlara  təsir  edən  bütün  elementlərinə 

deyilir.  Bu  amillərə  işıq,  rütubət,  temperatur,  atmosfer  təzyiqi,  su,  qar  örtüyü, 

ə

razinin relyefi, torpaq və iqlimin difər ünsürləri, o cümlədən, külək, ildırım, göy 



guruldaması,  nisbi  və  mütləq  rütubətlilik,  havanın  quraqlıq  dərəcəsi,  iqlim 

qurşaqları və iqlim tipləri, yüksəklik amili aiddir. 

 

6.  şıq amili. 

     Günəş  Yer  üzündə  heyvanların  bütün  bioloji  proseslərinin  gedişində  həlledici 

rol  oynayan  əsas  enerji  mənbəyidir..  Günəş  şüalarının  spektral  tərkibinin  və 

ş

üalanmanın  intensivliyinin heyvan  orqanizmləri  üçün olduqca  böyük  əhəmiyyəti 



vardır.  Günəş  enerjisi və işığı olmasa,  Yer kürəsində həyat  olmazdı. Heyvanların 

davranışında, səmtləşməsində işığın mühüm rolu vardır. 

      şıq  qüvvətli  qıcıqlandırıcıdır.  Hətta  ibtidai  heyvanlar  da  işıqlanmanın 

dəyişilməsinə  reaksiya  verirlər.  Daha  yüksək  quruluşa  malik  olan  heyvanlarda 

görmə  orqanları  –  gözlər  vardır.  şıq  heyvanların  böyüməsində,  inkişafında,  yem 

axtarmasında qidalanmasında, özünü düşməndən qorumasında mühüm rol oynayır. 

ş

ıq heyvanların aktivliyinə təsir edərək, onların həyat tərzinə təsir edir: gündüz və 



gecə həyat tərzi. Bundan başqa, işıqsız şəraitdə heyvanlarda piqmentləşmə prosesi 

pozulur. Ona görə də az işıqlı yerlərdə heyvanların rəngi boz və ya ağ olur. 

 

7. Temperatur amili. 

     Temperatur  bir  amil  kimi  müxtə

lif  bitki  və  heyvanların  inkişafına  təsir 

göstərərək, onların Yer kürəsində yayılmasını müəyyən edir. Təbiətdə temperatur 

şə

raiti ilin fəsillərindən asılı olaraq dəyişir. Bununla əlaqədar olaraq, tarixi inkişaf 



prosesi nəticəsində bitki və heyvanlarda temperaturun dəyişməsinə qarşı müxtəlif 

uyğunlaşmalar yaranmışdır.  

     Bəzi  heyvanlar  sabit  bədən  temperaturu  yaratmaq  qabiliyyətinə  malikdir. 

Bəzilərində  isə  belə  xassıyı  görə  heyvanları  2  qrupa  bölürlər:  poykiloterm  və 

homoyoterm heyvanlar. 

 

8. Heyvanlarda anabioz vəziyyəti. 



     Həşəratlarda  havanın  soyuması,  qış  fəslininyaxınlaşması  ilə  əlaqədar  olaraq, 

onların qış diapauzasına getməsi və yaz fəslində temperaturun artması ilə əlaqədar 

olaraq onların yer səthinə çıxmaları buna misal ola bilər. Hətta ayrı-ayrı fəsilənin 

nümayəndələri  mart  ayından  may  ayına  kimi  müxtəlif  vaxtlarda  görünməyə 

başlayırlar.  Yayda  yüksək  istilərlə  əlaqədar  olaraq  belə  növlər  yay  diapauzasına 

gedirlər. Bu hadisə anabioz (yunanca – “canlanma”, “dirilmə” deməkdir) adlanır. 

Anabioz  –  həyat  proseslərinin  çox  zəifləməsi  və  yenidən  bərpa  oluna  bilən 

müvəqqəti  dayanması  hadisəsidir.  Anabioz  bağırsaqboşluqlularda,  qurdlarda, 

mollyusklarda,  həşəratlarda,  müxtəlif  qrup  heyvanlarda  (amfibilər,  sürünənlər  və 

s.) müşahidə edilir. 

 

9. Rütubət amili. 

     Havanın  rütubətliliyi  yalnız  quruda  yaşayan  heyvanlar  üçün  əhəmiyyət  kəsb 

edən  amildir.  Bunların  bəziləri  evrihiqrobiontlar  adlanır  ki,  onlar  müxtəlif 

rütubətlilik  şəraitində  yaşamağa  uyğunlaşmış  heyvanlardır.  Bunlara  məməlilərin 

çox  böyük  əksəriyyəti,  quşlar  və  həşəratlar  aiddir.  Əksinə  olaraq,  bəzi  heyvanlar 

stenohiqrobiontlardır  ki,  bunlar  da  rütubətsevən  (hiqrofil)  və  quraqlıqsevən 

(kserofil) qruplara bölünür. 

     Heyvanlar  öz  bədənlərində  müxtəlif  miqdarda  su  saxlamaq  qabiliyyətinə 

uyğunlaşmışlar. Buna ən yaxşı misal Avstraliya səhralarında yaşayan Xiroleptes və 

Heleioporus cinsindən olan qurbağaları göstərmək olar. Bu qurbağalar ilin quraqlıq 

vaxtlarında bədən boşluğunda, əsasən sidik kisəsində o qədər su saxlayırlar ki, şar 

kimi şişirlər. Yerli əhali bu qurbağaları gizləndikləri yerdən tapır, onların suyundan 

istifadə edirlər. 

     Bəzi  heyvanlar  isə  havanın  az  rütubətliliyindən  və  eyni  zamanda  yüksək 

temperaturdan  yaxa  qurtarmaq  üçün  gündüzlər  yuvalarda,  torpaq  çatlarında  və 



müxtəlif sığınacaqlarda  gizlənirlər.  Gecələr  isə  ova  çıxırlar,  yəni gecə həyat  tərzi 

keçirirlər. Quraqlığa ən davamlı heyvanlara dəvəni misal göstərmək olar. 

 

10. Relyef və torpaq amilləri. 

     Relyef  və  torpaq  da  heyvanların  həyatında,  onların  coğrafi  yayılmasında 

müəyyən  dərəcədə  rol  oynayır.  Torpağın  strukturundan  asılı  olaraq  heyvanlar 

orada  məskən  salırlar.  Çınqıllı,  qumlu,  gilli  və  s.  tipli  torpaqlarda  yaşayan 

heyvanlar xüsusi uyğunlaşmalar qazanmışdır. Məsələn, qumlu torpaqlarda yaşayan 

heyvanlarda ətrafın dayaq sahəsi genişlənir və s. 

     Relyef  isə  heyvanların  təcrid  olunmasında  maneə  kimim  rol  oynayır  və 

beləliklə,  heyvanların  qeyri-bərabər  yayılmasına  səbəb  olur.  Eyni  zamanda 

yüksəklikdən  asılı  olaraq  heyvanlarda  müxtəlif  uyğunlaşmalar  əmələ  gəlmişdir. 

Məsələn,  dağ  heyvanlarında  dəri  örtüyünün  sıx  və  güclü  piqmentləşməyə  malik 

olması, bədən ölçülərinin kiçik olması, yüksək dağ həşəratlarında qanadların kiçik 

olması və ya heç olmaması müşahidə edilir. 

     Dağ  heyvanları  gündüz  həyat  tərzi  keçirirlər.  Bu  da  sutka  ərzində  havanın 

temperaturunun kəskin dəyişməsinə qarşı uyğunlaşmadır. 

 

11. Biotik amillər. 



     Biotik  amillər  orqanizmi  əhatə  edən  mühitdəki  bütün  canlıların  ona  olan 

təsiridir.  Biotik  amillərə  bitkilərin,  mikroorqanizmlərin,  bütün  heyvanların  həyatı 

boyu  bir-birilərinə  etdikləri  qarşılıqlı  təsirlər  daxildir.  Həyatın  ən  mühüm 

amillərindən biri qidadır. Qida biotik amillərə daxildir. 

     Qida uğrunda, həyat uğrunda mübarizə ilə əlaqədar olaraq bitkilər, heyvanlar və 

mikroorqanizmlər arasında qarşılıqlı münasibət, yaşayış formaları və qida əlaqələri 

yaranmışdır. Qida – canlıların həyat tərzini müəyyən edir. Digər tərəfdən, qidanın 

miqdarı,  onun  xarakteri  fəsillər  üzrə  dəyişir.  Qidanın  dövri  olaraq  dəyişməsi 

heyvanlarda mühüm dövri hadisələrin: miqrasiya, qış yuxusu, qida tədarükü və s. 

ə

mələ gəlməsinə səbəb olmuşdur. 



 

12. Evrifaq və stenofaq heyvanlar. 

     Qidanı qəbuletmə dərəcəsindən asılı olaraq, heyvanları 2 qrupa bölürlər: evrifaq 

və stenofaq heyvanlar. Evrifaqlar hər cür qida ilə qidalanan heyvanlardır. Məsələn, 

qonur ayı həm bitki kökləri və giləmeyvələrlə, həm qarışqalarla, həm balla, həm də 

balıqla qidalanır. Bəzən  o  insana da hücum  edərək onu  parçalaya  bilər. Buna  aid 

çoxlu  kədərli  faktlar  vardır.  Stenofaqlar  isə  yalnız  eyni  bir  qida  ilə  qidalanan 

heyvanladır. Bunlara ən çox otyeyən dırnaqlı heyvanlar aiddir. 

     Qidanın  xarakterinə  görə  heyvanları  ətyeyən  (miofaq),  otyeyən  (fitofaq)  və 

qarışıq qidalı (polifaq) qruplara bölürlər. 

 


13. Kommensalizm və mutalizm. 

     Kommensalizm  –  müxtəlif  növdən  olan  iki  orqanizmin  elə  yaşayış  formasıdır 

ki,  bu  zaman  tərəflərdən  biri  digərinin  qidasının  istifadə  edir,  enunhesabına 

qorunur  və  ya  hər  hansı  bir  fayda  əldə  edir,  lakin  ona  heç  bir  zərər  yetirmir. 

Məsələn,  adi  qarğa  öz  yuvasını  ağquyruq  qartalın  yuvası  yanında  quraraq, 

düşməndən qorunur. Qartal isə qarğadan nə bir fayda, nə də bir zərər görmür. 

     Mutalizm – iki müxtəlif növdən olan orqanizmlərin elə birgə yaşayış formasıdır 

ki,  bu  zaman  tərəflər  qarşılıqlı,  faydalı  və  zəruri  münasibətdə  olur.  Mutalizmdə 

heyvanların  biri  o  birisiz  yaşaya  bilmir.  Məsələn,  abdal  xərçəng  ilə 

bağırsaqboşluqlu heyvan olan aktiniyanın birgə yaşayışını göstərmək olar. Hər iki 

növ  bir-birinə  xeyir  verir.  Abdal  xərçəng  aktiniyadan  ona  görə  istifadə  edir  ki, 

aktiniya dalayıcı hüceyrələri ilə onu düşməndən qoruyur. Aktiniya isə oturaq həyat 

tərzi keçirdiyi üçün xərçəngdən “nəqliyyat” kimi istifadə edir, eyni zamanda onun 

qida qalıqları ilə qidalanır. 

 

14. Amensalizm, parazitizm və yırtıcılıq. 

     Amensalizm – özü xeyir görməyən və başqasına birtərəfli ziyan vuran yaşayış 

formasıdır. Hövzələrin dibində yaşayan qalxanxərçənglər torpağı daim qarışdırır və 

oradakı və oradakı yosunların inkişafına mənfi təsir göstərir. 

     Parazitizm    -parazitlə  sahibin  birgə  yaşayış  formasıdır.  Bəzən  parazit  sahib 

üzərində yalnız qida  qəbulu  zamanı  olur və  bir  müddətdən sonra  sahibi  asanlıqla 

tərk  edə  bilir.  Məsələn,  zəlilər,  gənələr,  qansoran  həşəratlar  və  s.  Bəzən  isə 

parazitlər  uzun  müddət  sahibin  üzərində  və  ya  daxilində  yaşayır  və  sahiblə  sıx 

bağlı olur. Parazit sahibin xaricində yaşadıqda ektoparazit, daxilində yaşadıqda isə 

endoparazit adlanır. 

     Yırtıcılıq  –  bir  heyvanın  digəri  ilə  qidalanmasıdır.  Məsələn,  bütün  ətyeyən 

heyvanlar otyeyən heyvanlarla qidalanırlar. 

 

15. Antropogen amillər. 



     Antropogen  amillə

r  –  insanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  onu  əhatə  edən 

ə

traf mühitə göstərdiyi təsirdir. Bu amillər vasitəli və bilavasitə ola bilər. Bilavasitə 



təsirə misal olaraq, geniş ərazilərdə meşələrin qırılmasını, ov heyvanlarının hədsiz 

sayda məhv edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına, 

bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb ola bilər. 

     Vasitəli  antropogen  amillər  landşaft,  iqlim,  atmosferin  fiziki  vəziyyəti  və 

kimyəvi  tərkibi,  hidrosfer,  torpaq  və  s.-nin  dəyişməsi  yolu  ilə  baş  verir.  Mühitin 

sənaye  və  məişət  tullantıları  ilə  çirkləndirilməsi  ekoloji  tarazlığın  pozulmasına 

səbəb olur. 

 

 



16. Areal haqqında təlim. 

     Hər bir heyvan növünün özünəməxsus yayılma sahəsi, yəni arealı vardır. Areal 

növün  ekologiyası  ilə  sıx  əlaqədardır.  Ona  görə  də  növün  uyğunlaşmaları  ilə 

yanaşı, onun arealı da mühüm əlamət hesab olunur. Baxmayaraq ki, areal bütöv bir 

sahə  kimi  göstərilir,  əslində  areal  daxilində  növ  bütövlüdə  deyil,  müəyyən 

biotoplarda yayılır. 

     Heyvanların  yayılması  tək-tək  və  qrup  şəklində  baş  verir.  Yayılma  –  növün 

ayrı-ayrı  fərdlərininyerdəyişməsi,  xüsusilə  onların  arealdan  kənarda  yeni  sahədə 

məskunlaşmasıdır.  Bu  yayılmada  iki  cəhəti  -  ərazi  boyu  başdan-başa  və  maneəni 

dəf edəndən sonra yayılmanı nəzərə almaq lazımdır. Əgər yayılmaya təsir göstərən 

ə

lverişsiz mühit və maneə olmasa, heyvanlar müəyyən müddətdən sonra bütün Yer 



kürəsində yayıla bilərlər. 

 

17. Fiziki və bioloji maneələr. 



     Heyvanların  yayılmasına  təsir  edən  maneələri  2  yerə  bölürlər:  fiziki  və  bioloji 

maneələr.  Fiziki  maneələr  bunlardır:  düzənlikdə  yaşayanlar  üçün  dağ  silsilələri, 

rütubət sevənlər üçün quru iqlim, quruda yaşayanlar üçün su hövzələri, şirin suda 

yaşayanlar  üçün  duzlu  sular  və  s.  Böyük  ərazi  də  fiziki  maneə  kimi  rol  oynaya 

bilər. Məsələn, bəzi quşlar arealını genişləndirə bilmirlər. Çünki, məsafə artdıqda 

onlar  bala  çıxarmağa  vaxt  tapa  bilmirlər.  Əsil  fiziki  maneələr  quruda  yaşayanlar 

üçün dəniz və okeanlar, dənizdə və okeanlarda yaşayanlar üçün isə materiklərdir. 

     Bioloji  maneə  dedikdə  müəyyən  növ  canlıların  yayılmasının  qarşısını  alan 

mühitə  yaxşı  uyğunlaşmış  bioloji  qüvvələr  –  bitki  və  heyvanlar  başa  düşülür. 

Məsələn, Avstraliyada göyərçinlər geniş yayılmışdır. Lakin onlar Zond adalarında 

çox azdır. Çünki, Zond adalarında aöac həyat tərzi sürən meymunlar, sincablar və 

kiçik  yırtıcılar  göyərçin  yuvalarını  dağıdırlar.  Avstraliyada  isə  belə  yırtıcılar 

yoxdur. 

 

18. Miqrasiya və onun səbəbləri. 



     Miqrasiya  –  heyvanların  müə

yyən  istiqamətdə  və  ilin  müəyyən  vaxtlarında 

qanunauyğun halda yerdəyişməsidir. Miqrasiya latınca “köçmə” deməkdir. 

     Bütün  canlılar  ilin  fəsillərindən  asılı  olaraq  istər  üfüqi,  istərsə  də  şaquli 

istiqamətdə yerlərini dəyişə bilirlər. Xüsusilə, dağlıq zonada, dərin su hövzələrində 

heyvanların şaquli yerdəyişməsi baş verir. Məsələn, payızda dağlara qar yağdıqda 

temperatur aşağı düşür, bu vaxt dağ keçiləri, dağ qoyunları, kəkliklər tədricən qida 

ilə zəngin olan dağ yamaclarına enməyə məcbur olurlar. Onların ardınca yırtıcılar 

–  canavar,  tülkü,  qaplan  da  dağ  ətəklərinə  enir.  Həmçinin,  bəzi  balıqlar  və 

onurğasız heyvanlar ilin müəyyən bir dövrünü suyun üst qatlarında, digər dövrünü 

isə suyun dərinində keçirirlər. 


     Heyvanların  miqrasiyası  onların  çoxalması,  qida  axtarması  və  digər  bioloji 

tələbatdan irəli gəlir. Bəzən miqrasiya başqa səbəbdən də baş verə bilər. Məsələn, 

ş

imal  maralları  yayda  mığmığa  və  ağcaaqanadlardan  müdafiə  olunmaq  üçün 



tayqadan  meşəsiz  dağlara,  tundraya,  külək  olan  yerlərə  çəkilir,  qışda  isə 

meşəliklərdə güclü tufanlardan qorunurlar. 

 

19. Fəsillik, dövri və sutkalıq miqrasiyalar. Aktiv və passiv miqrasiyalar. 

     Fəsillik  miqrasiyaya  misal  olaraq  qışda  tunradan  cənuba  doğru  uçan  köçəri 

quşları  göstərmək  olar.  Yayda  bu  quşlar  yenidən  tundraya  qayıdırlar.  Həmçinin, 

yayda  Afrikadan  bir  çox  quşlar  şimala  uçub  gəlir.  Məsələn,  flaminqo  (qızıl  qaz) 

Azərbaycana,  xəzərin  Böyük  Qızılağac  görfəzinə  uçub  gəlir.  Qışda  isə  yenidən 

Afrikaya qayıdır. 

     Sutkalıq  miqrasiyada  suda  yaşayan  plankton  orqanizmləri  sutka  ərzində 

axşamlar  qidalanmaq  üçün  suyun  üzünə  qalxır,  gündüzlər  isə  dərin  qatlara 

geddirlər. Xüsusilə, Xəzər dənizindəki mizidlər bir sutka ərzində bir neçə yüz metr 

dərinliyə miqrasiya edirlər. 

     Dövrü  miqrasiyalar  zamanı  heyvanlar  çoxalma  ərazisindən  kütləvi  olaraq  geri 

qayıtmadan  köçürlər.  Bu,  daha  çox  həyat  şəraitinin  kəskin  dəyişməsi,  Heyvan 

fərdlərinin həddən artıq artması, qida çatışmamazlığı, yanğın, quraqlıq və s. kimi 

səbəblərlə izah edilir. 

     Bütün  bunlar  aktiv  miqrasiyalardır.  Lakin  passiv  miqrasiyalarda  heyvanlar  bir 

yerdən başqa yerə külək, dalğa, çay axını və sel vasitəsilə aparılır. 

 

20. Hərəkətli və hərəkətsiz areallar. 



     Arealların  sərhədləri  2  yerə  bölünür:  hərəkətli  (tranzit)  və  hərəkətsiz  (statis) 

areallar.  Bəzi  arealların  sərhədləri  qısa  vaxt  ərzində,  insanın  gözü  qarşısında 

dəyişir Bu hərəkətli arealdır. Lakin bəzən arealların sərhəddi yüz min illər ərzində 

az məsafədə dəyişir. Buna hərəkətsiz areal deyilir. 

     Hərəkətli areallar proqressiv sərhədli, yəni arealın genişlənməsinə tərəf dəyişən 

areal və reqressiv areal, yəni arealın sərhəddinin kiçilməsinə tərəf dəyişən areallar 

ola bilər. 

      

      

21. Heyvanların yayılmasında insanın rolu. 

   Heyvanların  yayılmasında  insanın    rolu  son  dərəcə  böyükdür  və  ildən-ilə  artır. 

Bu, həm maneələrin aradan qaldırılması ilə, həm də heyvanların bir ölkədən başqa 

ölkəyə daşınması ilə izah olunur. 

   Çayların kanallarla birləşdirilməsi balıqların bir çaydan digərinə keçməsinə mane 

olan  səddi  aradan qaldırır.  Məsələn,  Süveyş  kanalı  vasitəsilə  Aralıq  dənizinin  bir 



çox heyvanları, əsasən də balıqlar Qırmızı dənizə, Qırmızı dənizin heyvanları isə 

Aralıq dənizinə keçə bilmişlər. 

   Əkin  sahələrini  qoruyan  meşə  zolaqlarının  salınması  meşə  quşlarının  çöl 

zonasında yayılmasına kömək edir. 

   Təbii landşaftları dəyişmək yolu ilə insan heyvanların yayılmasına daha çox təsir 

etmiş,  areal  sərhəddinin  dəyişməsinə  səbəb  olmuşdur.  Bunun  nəticəsində  bir  sıra 

növlərin arealı genişlənmiş, digərlərininki isə kiçilmişdir. 

 

22. Heyvanların şüurlu və kortəbii daşınması. 

   Heyvanların  insan  tərəfindən  bir  ölkədən  başqa  ölkəyə  daşınması  şüurlu  və 

kortəbii  şəkildə  baş  verir.  nsan  siçanları,  siçovulları,  tarakanları,  gənələri  və  bir 

çox  həşəratları  gəmilərlə  Yer  kürəsinin  hər  yerinə  düşünmədən  köçürmüşdür. 

ngiltərəyə təsadüfən Cənubi Amerika opossumu aparılmış, ABŞ-a isə opossumlar, 

iquanalar  və  kərtənkələlər  avtomobillərdə  aparılmışdır.  Əksər  hallarda  belə 

köçürülmüş  növlər  yeni  əraziyə  yaxşı  alışırlar.  Müharibə  illərində  Amerikadan 

Avropaya  kartofla  birlikdə  kolorado  böcəyi  –  leptinotazra  gətirilmiş  və  burada 

geniş  yayılmışdır.  Volqa-Don  kanalının  açılışından  sonra  Qara  dənizdən  Xəzər 

dənizinə onurğasız heyvanlar – balyanus və mitilyaster keçmişlər və burada geniş 

artaraq, yayılmışlar. 

   Heyvanların şüurlu köçürülməsi onların iqlimə uyğunlaşdırılması məqsədi güdür. 

Bu  məqsədlə  dam  sərçəsi  Amerikaya,  Avstraliyaya  və  Yeni  Zelandiyaya 

köçürülmüş və orada geniş yayılmışlar. 

   Zərərvericilərə  qarşı  mübarizə  məqsədilə  onların  təbii  düşmənləri  köçürülür. 

Məsələn,  Antil  adalarına  Hindindistan  manqustu  siçovullara  və  zəhərli  ilanlara 

qarşı  mübarizə  məqsədilə  gətirilmişdir.  Qafqazda  və  Orta  Asiyada  malyariya 

ağcaqanadlarınin  sürfələrinə qarşı  mübarizə üçün  Cənubi  Amerikadan qambuziya 

balığı gətirilərək iqlimə uyğunlaşdırılmışdır. 

 


Yüklə 206,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin