HEYDƏR ƏLİYEV FONDUNUN AMERİKA
BİRLƏŞMİŞ ŞTATLARINDAKI NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ
Heydər Əliyev Fondunun ABŞdakı nümayəndəliyi 2008ci ilin avqust ayında
açılmışdır. Nümayəndəliyin rəhbəri Paşayeva Seyidzadə Cəmilədir.
Nümayəndəlik Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırıl
ması ilə bağlı tədbirlərin həyata keçirilməsinə, Azərbaycan həqiqətlərinin dün
ya ictimaiyyətinə çatdırılmasına yardım göstərir, Azərbaycan mədəniyyətinin
geniş təbliği ilə bağlı aparılan işlərə kömək edir, xüsusi qayğıya ehtiyacı olan
insanlara kömək göstərir, digər fondlar, QHTlər, ictimai təşkilatlarla, təhsil
müəssisələri ilə əməkdaşlıq edir.
Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlı
ğın əsasını qoymaq üçün, eyni zamanda Dünya Elektron Kitabxanası təşəbbü-
sünə qoşulmaq məqsədilə 2009cu ildə Heydər Əliyev Fondunun ABŞdakı
nümayəndəsi ilə kitabxananın yüksək rütbəliləri arasında bir sıra görüşlər keçi-
rilmişdir. Aprel ayında Fondun nümayəndəsi ilə Konqresin kitabxanaçısı cənab
Ceyms Bilinqton görüşmüş, Azərbaycanda geniş spektrli fiziki və elektron
kitabxananın yaradılmasını və Konqresin kitabxanası tərəfindən lazımi texniki
dəstəyin təmin edilməsini müzakirə etmişlər.
Qısa müddətdən sonra Dünya Elektron Kitabxanasının Baş Məsləhətçisi
Con Van Oudenaren ilə görüş keçirilmiş və bu görüşdə Azərbaycana məxsus
olan çox nadir sənədlərin və nəşrlərin dünya ictimaiyyətinə açıq şəkildə təq-
dim olunması layihəsinin yaradılması imkanları müzakirə edilmişdir. Dünya
Elektron Kitabxanası (DEK) təşəbbüsü Azərbaycanın mədəni irsinin təşviqi
üçün yüksək potensiala malik olduğu üçün görüşün əsas müzakirə mövzusu idi.
Bundan başqa ölkədə yalnız Dünya Elektron Kitabxanası üçün deyil, həm də
milli və beynəlxalq layihələr, xüsusi materialların hazırlanması üçün elektron-
laşdırma mərkəzinin yaradılması da müzakirə edilmişdir.
Görüşlər zamanı Dünya Elektron Kitabxanası təşəbbüsünə qoşulma məsələ-
sində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCOnun və İSESCOnun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi
rolu qeyd edilmişdir. DEK təşəbbüsü Konqresin Kitabxanası və UNESCO tərə-
findən başlanan təşəbbüsdür. Fondun nümayəndəsi xüsusi olaraq Azərbayca-
nın birinci xanımının Azərbaycanın mədəni irsinin yenidənqurması və qorun-
masında əvəzolunmaz rolunu qeyd etmişdir. Bu qorunub saxlanan irsin xüsusi
nümunələri DEKin məzmununu zənginləşdirə bilər. Əlavə olaraq Fondun nü
193
mayəndəsi təşkilatın fəaliyyəti və onun səhiyyəyə, mədəniyyətə, elmə və Azər-
baycanın sosial həyatına verdiyi töhfədən danışmışdır. Konqres kitabxanasına
Fondun nəşrlərindən olan eksklüziv kitab və musiqi kolleksiyaları hədiyyə
olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, DEK təşəbbüsü mədəniyyətlərarası anla-
yışın təşviqinə, internetdə mədəni məzmunun həcminin və müxtəlifliyinin ge
nişləndirilməsinə, ictimaiyyət və elmi institutlar üçün resursların təmin edil-
məsinə və ölkələr arasında elektron bölgünün azaldılması məqsədilə partnyor
institutların potensialının gücləndirilməsinə yönəlmişdir. Kitabxananın məqsədi
internetdə ödənişsiz, çoxdilli formatda dünyanın müxtəlif mədəniyyətlərindən
götürülən əlyazmaları, nadir kitabları, xəritələri, yazıları, filmləri, fotoları, arxi-
tektura xəritələrini və başqa önəmli mədəni resursları dünyaya açıq təqdim
etməkdir. DEK dünyanın 30 əsas milli kitabxanası və tanınmış dünya institut-
ları ilə əməkdaşlıq edir.
|