Həsənov İbrahim Qrup: 212A14 Fənn: Azərbaycan


a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək



Yüklə 45,06 Kb.
səhifə2/2
tarix19.12.2023
ölçüsü45,06 Kb.
#184726
1   2
İbraxim Azdili

a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək;
b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək;
c) nitqin məzmununu yazmaq;
ç) nitqi yaddaşına köçürmək, dəfələrlə məşq edib, söyləmək;
d) mövzunu dinləyicilərin qarşısında şərh etmək. Natiq öz əməli fəaliyyətində “nəyi demək?”, “harda demək?”, “necə demək?” suallarına cavab tapmağa çalışmalıdır. “Nəyi demək?” sualı dinləyici üçün maraqlı, aktual olan məsələlərin, problemlərin şərhini, izahını nəzərdə tutur. Fərz edək ki, natiq işğal olunmuş torpaqlarımızda maddi sərvətlərin ermənilər tərəfindən talan olunması məsələsini gündəmə gətirər. Şübhəsiz, bu barədə söhbət maraqla dinləniləcəkdir. “Harada demək?” sualına cavab vermək üçün natiq dediklərini əsaslandırmaq məqsədilə yeraltı və yerüstü sərvətlərimizdən hansılardan, nə qədər qarət edilməsi və bunun nəticəsində ölkəmizə dəyən maddi ziyanla bağlı faktları, sübutları söhbətin hansı yerində gətirəcəyini müəyyənləşdirməlidir. “Necə demək?” sualının müqabilində natiq auditoriyanın diqqətini özünə cəlb etmək üçün sərrast cümlələrdən, rəngarəng ifadə vasitələrindən, uyarlı intonasiyadan istifadə etməyi, səbəb-nəticə əlaqəsi əsasında söhbətini yekunlaşdırmağı bacarmalıdır.
Müəllimlik fəaliyyətində nitqin birinci formasından daha geniş istifadə edilir. Sinif, auditoriya qarşısında müəllimin izahı, məruzəsi, şübhəsiz, əvvəlcədən öyrənilmiş, planlaşdırılmış fikirlər, məlumatlar əsasında qurulur. Burada ölçülüb-biçilmiş fikirlər aydın və yığcam cümlələrlə ifadə olunur, konkret faktlarla söylənilənlər, dəlillərlə, nümunələrlə əsaslandırılır, lüzumsuz təfərrüata yol verilmir. Təşkil olunmuş danışığı (eləcə də yazını) təkcə monoloji nitqlə əlaqələndirmək düzgün olmaz. Nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülür. Natiq radio və televiziya verilişlərinə, digər rəsmi yerlərə, dəyirmi masalara hər hansı bir mövzu ətrafında fikir mübadiləsi, müzakirə məqsədiə dəvət olunursa, o, qoyulan problemi dərindən öyrənilməli, özünün verəcəyi sualları müəyyənləşdirməli, müsahibinin ehtimal olunan sualları ətrafında fikirləşməli, onlara məntiqi cəhətdən düzgün, məzmunca bitkin cavablar hazırlamalıdır. Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, müəyyən məsələni izah etmək, aydınlaşdırmaq və s. formalarda danışmağa cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, 108 fikrinin daha aydın, daha təsirli olması üçün hansı söz və ifadələri, cümlələri işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan nitqdə dil vahidləri, faktlar sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır, onlardan ən yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək olar ki, eyni zamanda, paralel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri istedadı və hazırcavablığı böyük əhəmiyyət kəsb edir. Nitq şəraitindən asılı olaraq spontan danışıq eyni adam üçün həm asan, həm də çətin ola bilər. Küçədə, işdə, evdə və s. yerlərdə suallara cavab verməkdə, söhbətlərdə iştirak etməkdə elə bir çətinlik özünü göstərmir. Lakin başqa şəraitdə, məsələn, qəflətən radio və ya televiziya verilişləri üçün müsahibəyə cəlb olunduqda, ictimai yerlərdə çıxışa, söz deməyə dəvət edildikdə danışan adamın gərginliyi istər-istəməz bir qədər artır, fikri fəallığı intensiv şəkil alır. O, həm fikrini cəmləşdirməli, deyəcəklərini rabitələndirməli, müsahibinə (və ya müsahiblərinə) çatdıracağı əsas fikri müəyyənləşdirməli, həm də onu daha münasib, daha təsirli dil vahidləri ilə ifadə etməli olur. Spontan nitq dilin təbii və canlı danışıq formasıdır. Mühazirəçi nitqin göstərilən hər iki formasından istifadə bacarığına yiyələnməlidir. Xüsusən, spontan nitqə daim hazır olmalı, hər hansı bir şəraitdə öz fikrini toplamağı, sistemləşdirməyi, onu münasib sözlərlə, ifadələrlə başqalarına çatdırmağı bacarmalıdır.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.


Mühazirə

Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir: Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məsələn; ölkənin iqtisadi və siyasi vəziyyəti ilə bağlı mühazirə, sağlamlığın (və yaxud ekologiyanın) qorunmasına həsr olunmuş mühazirə və s. Mühazirənin məruzədən bir fərqi ondadır ki, birincidə dialoqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər 109 natiqə sualla müraciət edə bilərlər. Mühazirəçi elə oradaca suala müvafiq cavab verib şərhini davam etdirir. Yaxud dinləyicilərin replikalarla mühazirənin gedişində onları maraqlandıran məsələlərin daha ətraflı izah olunmasını xahiş etməsi mümkündür. Bütün hallarda verilən cavablar aydın, məntiqli, qısa, lakonik olmalıdır. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Burada mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac hiss etdikdə (məsələn, sitatlar vermək, danışıqda ardıcıllığı gözləmək lazım gəldikdə və s.) mətnə müraciət edə, həmin sitatları üzündən oxuya, qeydlərə baxa bilər. Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Nitqi səlis və aydın olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxardığı nəticələr reallığı əks etdirsin, incə mətləbləri dinləyiciyə çatdırmaq, onların marağını ələ almaq, hisslərinə təsir etmək məqsədilə müvafiq nitq nümunələrindən, dil vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah, mühakimə və s.) daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirəçi dinləyicilərin görmə qavrayışını da nəzərə almalı, mümkün olduqca eksponatlar, illüstrasiyalar, diaqramlar, onları təsdiq edən şəkillər və s. nümayiş etdirməlidir. Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir. Orada elmi ümumiləşdirmələrə, faktiki materialın təhlilinə geniş yer verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməlidir. Mühazirəçi mövzuya aid bütün məsələləri əhatə etməli, yadda qalan misallar gətirməli, inandırıcı sübutlar göstərməli, onu dinləyicilərin işi, həyatının konkret məsələləri ilə bağlamağı bacarmalıdır. Mühazirə prosesində elə şərait yaradılmalıdır ki, dinləyici mövcud məsələyə, ən kiçik təfərrüata belə münasibətini, həmrəy olduğunu və ya etiraz etdiyini söyləyə bilsin. Bu yolla natiq dinləyicilərin fikri fəallığını artıra, onlara təsir göstərə bilər. Dinləyici hiss etməlidir ki, mühazirəçi duyğuları vasitəsilə ona nə isə ötürür, ürəyindəkiləri ona yetirir. Hal-hazırda ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə oxuyan müəllimlərimiz çoxdur. Təəssüf ki, onların natiqlik məharəti öyrənilib ümumiləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.
Məruzə

Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq məruzə qısa və geniş ola bilər. Məsələn; hər hansı bir kriminal vəziyyətlə bağlı yuxarı təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır. Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir. Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir. Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalı, oradan irəli gələn ideyalar formalaşdırılmalıdır. Məruzə oxunduqdan sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnində düzəlişlər aparılmalıdır.


Çıxış

Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat xarakterli çıxışlar, matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən 111 çıxışlar və s. Lakin çıxıĢ deyəndə daha çox adamların qarşısında söylənilən nitq forması başa düşülür. Çıxış sözünün ifadə etdiyi məna müəyyən cəhətdən nitqdən fərqlənir.


Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ ilə əlaqədar şəxsi mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir. Nitqdə isə bundan fərqli olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur.

Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək və s. məqsədlərlə çıxış etməli olurlar. Bu çıxışlar o zaman effektli olur, dinləyiciləri razı salır ki:




a) yığcam olsun, çox vaxt aparmasın;
b) danışan müzakirə olunan mövzudan kənara çıxmasın;
c) məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin
ç) deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin;
d) sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu ilə tələffüz edilsin;
e) loru və tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. yol verilməsin.
Yüklə 45,06 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin