Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


- cü fəsil. Həqiqi hərbi xidmətə çağırış



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   8   9   10   11   12   13   14   15   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

4-

cü fəsil. Həqiqi hərbi xidmətə çağırış 

Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 

12.1.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı  birləşmələrin  şəxsi  heyətlə 

komplektləşdirilməsi  üsullarına  görə  hərbi  xidmət  çağırış  üzrə  və  könüllü  xidmətlərə 

bölünür. 

12.2.  Hərbi  xidmətə  çağırışın  müəyyən  edilmiş  tələblərinə  cavab  verən  Azərbaycan 

Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 

12.2.1.  müddətli  həqiqi  hərbi  xidmətə  —  Azərbaycan  Respublikasının  18  yaşına  çatmış, 

sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və 

ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 




12.2.2.  zabitlərin  həqiqi  hərbi  xidmətinə  —  müddətli  həqiqi  hərbi  xidmət  keçməmiş,  yaşı 

35-


dən  çox  olmayan,  sağlamlıq  vəziyyətinə  görə  hərbi  xidmətə  yararlı  olan,  çağırışa 

möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. 

12.3.  Vətəndaşlar  müddətli  həqiqi  hərbi  xidmətə  müvafiq  icra  hakimiyyəti  orqanının  aktı 

əsasında ildə dörd dəfə — yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 

12.4.  Vətəndaşların  müddətli  həqiqi  hərbi  xidmətə  çağırılması  haqqında  müvafiq  icra 

hakimiyyəti  orqanının  aktı  qüvvəyə  mindikdən  sonra  müddətli  həqiqi  hərbi  xidmət 

keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli 

həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer 

üzrə  hərbi  qeydiyyatda  olduğu,  hərbi  qeydiyyatda  olmayan  çağırışçılar  isə  yaşayış  yeri 

üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 

12.5. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər çağırışçıları 

ezamiyyətdən  geri  çağırmalı  və  müvafiq  icra  hakimiyyəti  orqanına  onların  vaxtında 

gəlməsinə köməklik göstərməlidirlər. 

12.6.  Çağırışçıların  hərbi  qeydiyyatda  olduğu  müvafiq  icra  hakimiyyəti  orqanının 

dəyişdirilməsinə  yalnız  təsdiqedici  sənədlər  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim 

edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı: 

12.6.1. işəgötürən tərəfindən başqa yerdə işə keçirilmiş olsun; 

12.6.2. yaşayış yerini dəyişmiş olsun

12.6.3. təhsil müəssisələrinə qəbul edilmiş və ya təhsil müəssisələrini bitirərək təyinat üzrə 

başqa yerə işə göndərilmiş olsun. 

12.7.  Müəyyən  edilmiş  müddətdə  müvafiq  icra  hakimiyyəti  orqanına  gəlməməyin  üzrlü 

səbəbləri kimi aşağıdakılar sayılır: 

12.7.1. çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında); 

12.7.2. fövqəladə və ya digər qarşısı alına bilinməyən hallar (bu zaman şəxsən gəlməyin 

mümkün  olmaması  çağırışçının  yaşayış  yeri  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilməlidir). 

12.8.  Azərbaycan  Respublikasının  xaricdə  yaşayan  vətəndaşları  müddətli  həqiqi  hərbi 

xidmətə  bu  Qanunla  və  Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsi  ilə  müəyyən 

edilmiş qaydada çağırılırlar. 

12.9.  Xarici  dövlətin  vətəndaşlığını  qəbul  etmiş,  lakin  Azərbaycan  Respublikasının 

vətəndaşlığına  xitam  verilməmiş  çağırışçılar  ümumi  əsaslarla  müddətli  həqiqi  hərbi 

xidmətə çağırılırlar. 




Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin