Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri 

8.1. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra 

hakimiyyəti orqanının  müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra 

hakimiyyəti  orqanına  çağırılması  barədə  onlara  məlumat  verməli  və  onların  çağırış  üzrə 

vaxtında gəlməsinə köməklik göstərməlidirlər. 

8.2. Müvafiq icra hakimiyyəti orqanı: 

8.2.1.  hərbi  vəzifəliləri  və  çağırışçıları  yalnız  onların  hərbi  qeydiyyat  sənədlərində  hərbi 

qeydiyyata  qəbul  və  ya  hərbi  qeydiyyatdan  çıxarma  barədə  müvafiq  icra  hakimiyyəti 

orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan 

çıxarmalı; 

8.2.2.  vətəndaşların  hərbi  xidmətə  (toplanışlara)  çağırılmasında,  vətəndaşların  hərbi 

qeydiyyat  qaydalarına  əməl  etməsinə  nəzarət  olunmasında  və  hərbi  vəzifəlilər  və 

çağırışçılar  sırasından  müəyyən  edilmiş  hərbi  qeydiyyat  qaydalarını  pozan  vətəndaşların 

aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına köməklik göstərməli

8.2.3. hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməlidir. 



8.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  hərbi  vəzifəlilərin  və  çağırışçıların  öz  soyadının, 

adının,  atasının  adının  dəyişdirilməsinin,  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatında 

onların  doğum  tarixi  və  yeri  haqqında  dəyişikliklər  edilməsinin,  habelə  bu  şəxslərin 

ölümünün qeydiyyatı barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat 

verməlidir. 

8.4. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara 

dair  onların  qeydiyyatda  olduğu  müvafiq  icra  hakimiyyəti  orqanına  7  gün  müddətində 

məlumat verməlidir. 

8.5.  Cəzanı  icra  edən  müəssisə  və  orqanlar  hərbi  vəzifəlilər  və  çağırışçılar  haqqında 

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına 7 

gün müddətində məlumat verməlidirlər. 

8.6.  Tibbi-

sosial  ekspert  komissiyaları  sağlamlıq  imkanları  məhdud  olmuş  və  ya  əlil 

sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu 

müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər. 

8.7.  Mənzil-istismar  təşkilatlarının  və  yaşayış  sahələrinə  xidmət  edən  digər  idarəedici 

təşkilatların  rəhbərləri,  mənzil  mülkiyyətçilərinin  müştərək  cəmiyyəti  və  ya  ixtisaslaşmış 

istehlak  kooperativi,  bunlar  olmadıqda,  binanın  sahə  mülkiyyətçiləri  hərbi  vəzifəli  və  ya 

çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, 

hərbi  qeydiyyatdan  çıxarılmasının  rəsmiləşdirilməsi  və  ya  hərbi  qeydiyyat  məlumatının 

dəqiqləşdirilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  vaxtında  təqdim  etməli,  habelə 

müvafiq  icra  hakimiyyəti  orqanına  çağırılmaları  barədə  çağırışçılara  və  hərbi  vəzifəlilərə 

vaxtında məlumat verməlidirlər. 


Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin