HəRBİ Tİbb faküLTƏSİ TƏLƏBƏ elmi CƏMİYYƏTİNİN İlk konfransinda heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edildi


Türkiyəli mütəxəssislər rezidentlər üçün



Yüklə 21,08 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix30.12.2021
ölçüsü21,08 Mb.
#24682
1   ...   17   18   19   20   21   22   23   24   ...   29
Türkiyəli mütəxəssislər rezidentlər üçün 

seminar keçirdilər


14 may  2015-ci il

http://www.amu.edu.az

7

u      Serbiya  Respublikasının  nümayəndə  heyəti 



Azərbaycan  Tibb  Universitetində  (ATU)  qonaq  olub. 

Serbiyanın  Azərbaycandakı  fövqəladə  və  səlahiyyətli 

səfiri  Neboyşa  Rodiç,  Belqrad  Universitetinin 

Stomatologiya 

fakültəsinin 

dekanı 

Dr.Miroslov 

Vukadinoviç  ATU-nun  beynəlxalq  əlaqələr  üzrə 

prorektoru  dosent  Rəhimə  Qabulova,  beynəlxalq 

əlaqələr üzrə şöbə müdiri dosent Nadir Zeynalov və 

stomatologiya  fakültəsinin  dekanı  professor  Zöhrab 

Qarayev ilə görüşüblər. 

Görüş  zamanı  qonaqlara  ATU-nun  fəaliyyəti, 

fakültələri,  son  illər  istifadəyə  verilmiş  klinikaları 

haqqında məlumat verilib. Səfir isə öz növbəsində 

həm  Azərbaycanın,  həm  də  yerli  Universitetlərin 

sürətlə  inkişafının  göz  önündə  olduğunu  deyib. 

Onun  sözlərinə  görə,  Serbiyada  da  Azərbaycan 

Universitetlərinə maraq artmaqdadır.

Görüş  zamanı  tərəflər  ATU  ilə  Serbiya  ara-

sında  tələbə  mübadiləsinin  reallaşdırılmasının 

vacibliyindən də danışıblar. ATU-nun stomatologiya 

fakültəsi  ilə  Belqrad  Universitetinin  stomatologiya 

fakültəsi  arasında  əlaqələrin  genişləndirilməsi,  iki 

müəssisə  arasında  rezident  mübadiləsi  aparmaq 

haqqında ilkin razılıq əldə olunub.

Qeyd  edək  ki,  səfər  zamanı  qonaqlar  ATU-nun 

Stomatoloji  Klinikasında  da  olublar.  Onlar  müasir 

avadanlıqlarla  təchiz  olunmuş  klinikada  yaradılan 

şəraiti yüksək qiymətləndiriblər.

 

A.Kosayev  1955–ci  ilin  21 

mayında  Azərbaycanın  dilbər 

guşələrindən  biri–şairlər  yurdu  

Qazax  rayonunun  Əli  Bayramlı 

(indiki Aslanbəyli) kəndində  ana-

dan  olub.  O,  1972-ci  ildə  kənd 

orta  məktəbini  müvəffəqiyyətlə 

başa vuraraq keçmiş sovet ordu-

su sıralarında hərbi xidmət etmiş-

dir. 

A.Kosayev 



1975-ci 

ildə 


N.Nərimanov  adına  Azərbaycan 

Tibb İnstitutunun (indiki ATU) ha-

zırlıq  şöbəsinə,  1976-cı  ildə  isə 

bu institutun I müalicə-profilaktika 

fakültəsinə  daxil  olur.  Tələbəlik 

illəri  zamanı  TEC-in  konfransla-

rında fəal iştirak edir, yazdığı elmi 

iş  üçün  “Ən  yaxşı  əsərə  görə” 

medalı  ilə  təltif  olunur.  1982-ci 

ildə  təhsilini  “Fərqləmə”  diplomu 

ilə  bitirən  A.Kosayev  Respublika 

Klinik Xəstəxanasında cərrahiyyə 

ixtisası  üzrə  internatura  keçir. 

1983-  1986-cı  illərdə  15  saylı   

Birləşmiş  Şəhər Xəstəxanasında 

həkim-cərrah,  1987-1992-ci  illər-

də  13  saylı  Birləşmiş    Şəhər 

Xəstəxanasında  baş  həkimin 

müavini  və  eyni  zamanda  Sura-

xanı rayon səhiyyə şöbəsinin baş 

eksperti  kimi  çalışmışdır.  1993-

1995-ci illərdə Bakı şəhər 31 say-

lı poliklinikanın baş həkimi, 1996-

1998-ci  illərdə  isə  baş  həkimin 

müavini vəzifələrində çalışmışdır. 

1998-ci  ildə  A.Kosayev  müsa-

biqə  yolu  ilə  ATU-nun    operativ 

cərrahlıq və topoqrafik anatomiya 

kafedrasına  işə  qəbul  olunur  və 

taleyini  Azərbaycan Tibb Univer-

siteti ilə bağlayır. 2002-ci ildən ka-

fedranın  tədris  hissə  müdiri  kimi 

fəaliyyətini  davam  etdirən  Arif 

müəllim  elmi-pedaqoji  işlərlə  ya-

naşı,  universitetin  həyatında  baş 

verən  ictimai,  siyasi  və  mədəni–

kütləvi  tədbirlərdə  də  fəallıq 

göstərir. Mənəvi saflığa, dönməz 

əqidəyə və siyasi biliyə malik olan 

Arif müəllim 2001-ci ildən YAP-ın 

fəal üzvüdür.

O, “Bel və peritonarxası sahə-

nin topoqrafiyası və cərrahi əməl-

liyyatları”,  “Operativ  cərrahlıq  və 

topoqrafik  anatomiya  fənni  üzrə 

tədris  proqramı”,  “Üzün  toxu-

ma  sahələrində  irinli  proseslərin 

cərrahi  müalicəsi”,  “Ətraflarda 

baş  verən  irinli  iltihabi  proseslər 

za manı  irin  toplantılarının  ya-

yılmasının  topoqrafo-anatomik 

xüsusiyyətləri”  kimi  tədris  me-

todik,  dərs  vəsaitlərinin  və  bir 

sıra  elmi  məqalələrin  müəllifidir. 

Onun  bu  illər  ərzindəki  elmi-pe-

daqoji fəaliyyəti dövlət tərəfindən 

dəyərləndirilərək  “Əməkdə  igid-

liyə  görə”  medalına  və  bir  sıra 

fəxri  fərmanlara  layiq  görülmüş-

dür.  “Zərrələrdən    zirvəyə”  adlı 

elmi-  fəlsəfi,  tibbi  ensiklopedik 

topluda  Arif  Kosayevin  həyat  və 

fəaliyyəti  geniş  işıqlandırılmış, 

yüksək  əxlaqlı  ziyalı,  təcrübəli 

müəllim,  xeyirxah  insan  kimi 

göstərilmişdir. 

Arif  müəllim  həm  də  qayğıkeş 

ailə  başçısıdır.  Onun  ömür-gün 

yoldaşı Rima xanım ixtisasca bi-

oloqdur.  3  övladı  atası  olan  Arif 

müəllimin  yolunu  qızları  davam 

etdirir. Ülviyyə oftalmoloq, Günay 

isə  cərrahlıq  peşəsinə  yiyələnib. 

Oğlu Rəşad isə bank sistemində 

çalışır.  

Baş  müəllim  A.Kosayev  ni-

zam-intizamı  ilə  həmişə  kafed-

rada  nümunəvi  olmuş,  tələbə 

və  müəllim  kollektivinin  daim 

hörmətini  qazanmışdır.  Doğma 

kollektiv  Arif  müəllimi  qarşıdan 

gələn 60 illik yubileyi münasibətilə 

təbrik  edir  və  ona  həyatda  ən 

vacib  nemət  olan  cansağlığı, 

işlərində yeni-yeni nailliyyətlər ar-

zulayır.


L.MƏMMƏDOV,

Operativ cərrahlıq və topoqrafik 

anatomiya kafedrasının müdiri, 

professor


Yüklə 21,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin