Hematologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Hematologiyanın ümumi məsələləri


) Eritrositlərin çökmə sürətinin azalması bu ürək-damar sistemi xəstəliklərinin hansında təsadüf edilir?



Yüklə 1,18 Mb.
səhifə5/18
tarix29.12.2016
ölçüsü1,18 Mb.
#3867
1   2   3   4   5   6   7   8   9   ...   18

263) Eritrositlərin çökmə sürətinin azalması bu ürək-damar sistemi xəstəliklərinin hansında təsadüf edilir?

A) Miokard infarktında

B) Xronik qan dövranı çatışmamazlığında

C) Revmokarditdə

D) Kardiogen şokda

E) Ekssudativ perikarditdə


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
264) Bu hematoloji xəstəliklərin hansında eritrositlərin çökmə sürəti azalmış olur?

A) Çoxsaylı mielomada

B) İndolent qammapatiyada

C) Solitar plazmositomada

D) Həqiqi polisitemiyada

E) Valdenstrem makroqlobilinemiyasında


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
265) Bu halların hansında eritrositlərin çökmə sürəti azalmış olur?

A) Menstruasiyada

B) Anemiyalarda

C) Hamiləlikdə

D) İkincili eritrositozda

E) Zahılıq dövründə


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
266) Eritrositlərin çökmə sürətinin azalması hansı hallarda baş verir?

A) Revmokarditdə

B) Hiperxolesterinemiyada

C) Qazanılmış ürək qüsurlarının dekompensasiya fazasında

D) Reno xəstəliyində

E) Kollaqenezlərdə


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
267) Monositoz (>0,8•109/l) bu patologiyaların hansında çox təsadüf edilir?

A) Bəsit hüceyrəli infeksiyaların törətdiyi xəstəliklərdə

B) Neytropeniya ilə keçən xəstəliklərdə

C) Aplastik anemiyada

D) Adrenokortikotrop tətbiq edildiyi patologiyalarda

E) Qlukokortikosteroidlər istifadə edildikdə


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
268) Bu xəstəliklərin hansında monositlərin mütləq miqdarı enmiş olur?

A) Bronxial astmada qlukokortikosteroid tətbiq olunduqda

B) İltihabı proseslərdə

C) Kron xəstəliyində

D) Bakterial infeksiyalarda

E) Kollaqenozlərda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
269) Plazmatik hüceyrələr hansı hallarda hemoqrammada rast gəlinir?

A) Autoimmun hemolitik anemiyada

B) Kəskin enterokolitlərdə

C) Miokard infarktında

D) Uşaq infeksiyaları keçirən xəstələrdə

E) Tireotoksikozda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
270) İki-üç nüvəli plazmatik hüceyrələr bu xəstəliklərin hansı üçün xasdır?

A) Çoxsaylı mieloma

B) Şua terapiyasında sonrakı vəziyyət

C) Virus infeksiyaları

D) Kollagenozlar

E) Xronik mieloleykoz


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
271) Bu halların hansında plazmatik hüceyrələr rast gəlinir?

A) Onkoloji xəstəliklərdə

B) Həqiqi polisitemiyada

C) Aplastik anemiyada

D) Pansitopeniyada

E) Böyrək çatışmamazlığında


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
272) Qanın bu formalı elementlərindən hansı nüvəsizdir?

A) Neytrofil

B) Monosit

C) Trombosit

D) Normoblast

E) Limfosit


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
273) Trombositoz hansı hallarda baş verə bilər?

A) Fankoni xəstəliyində

B) Histiositozda

C) Qanaxmalarda

D) Paroksizmal gecə hemoqlobinouriyasında

E) Yenidoğulmuşların məxmərək xəstəliyində


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
274) Bu qazanılmış xəstəliklərin hansında trombositoz baş verir?

A) Sümük iliyinə xərçəngin verdiyi metastazlarda

B) Ağ ciyərin vərəm xəstəliyində

C) Paroksizmal gecə hemoqlobinuriyasında

D) Fol turşusu defisitli anemiyada

E) Aplastik anemiyada


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
275) Bu xəstəliklərin hansında trombositopeniya, bu hüceyrələrin parçalanmasının artması hesabına baş verir?

A) Siklik trombositopeniyada

B) Leykozlarda

C) Böyrək çatışmamazlığında

D) Fankoni sindromunda

E) Hemolitiko-uremik sindromda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
276) Trombositopeniya bu patologiyaların hansında trombositlərin parçalanma sürətinin artması ilə əlaqədar deyildir?

A) Hemolitiko-uremik sindromda

B) Hamiləlik eklampsiyasında

C) Kəskin leykozlarda

D) İnfeksiyalarda

E) Qazanılmış immun çatışmamazlığında


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
277) Bu xəstəliklərin hansında trombositopeniya trombositlərin sekvestrasiyası ilə əlaqədar deyildir?

A) Hipersplenizmdə

B) Kəskin leykozlarda

C) Süni ürək klapanı qoyulmuş xəstələrdə

D) Hemodializ zamanı

E) Damardaxili laxtalanma sindromunda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
278) Bu xəstəliklərin hansında leykoeritroblast reaksiya baş verir?

A) Xronik mieloleykozda

B) Vərəm xəstəliyində

C) Kəskin leykozda

D) İmmun hemolitik anemiyada

E) B12 defisitli anemiyada vitaminnoterapiya zamanı


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
279) Leykoeritroblast reaksiya bu xəstəliklərin hansında müşahidə edilmir?

A) Süd vəzinin karsinomasında

B) Düz bağırsağın karsinomasında

C) Ağ ciyərin blastomasında

D) Prostatın bədxassəli şişində

E) Aplastik anemiyada


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
280) Bu infeksiyaların hansında leykoeritroblast reaksiya çox təsadüf edilir?

A) Bakterial ağırlaşmalarda

B) Parazitar xəstəliklərdə

C) Virus infeksiyasında

D) Mikozlarda

E) Meninqokokk infeksiyasında


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
281) Bu xəstəliklərdən hansı bədxassəli hesab edilir?

A) Pernisioz anemiya

B) Həqiqi polisitemiya

C) Homoziqot β-talassemiya

D) Fankoni anemiyası

E) Aplastik anemiya


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
282) Hansı vitaminin defisiti neytropeniyaya səbəb olur?

A) Vit. D

B) Vit. B12

C) Vit. K

D) Vit. A

E) Vit. C


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
283) Bu vitaminlərdən hansının çatışmamazlığı neytropeniyaya gətirib çıxarır?

A) Vit. B2

B) Vit. C

C) Fol turşusu

D) Vit. B6

E) Vit. B1


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
284) Bu formalı elementlərin hansı nüvəsizdir?

A) Eritrosit

B) Plazmatik hüceyrə

C) Limfosit

D) Normosit

E) Monosit


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
285) Bu anlayışlardan hansı antigenə xas deyildir?

A) Limfogen və interferon

B) Spesifiklik

C) Yad olmaq

D) Antigenlik

E) İmmunogenlik


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
286) Bu üzvlərdən hansı immunitetin mərkəzi orqanıdır?

A) Limfatik yığıntılar

B) Lanqerhans huceyrələri

C) Limfa düyünləri

D) Dalaq

E) Sümük iliyi


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
287) Bu orqanların hansı immunitetin mərkəzi üzvlərindən biridir?

A) Timus


B) Paraaortal limfa düyünləri

C) Qara ciyər

D) Dalaq

E) Lanqerhans adacıqları


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
288) Bu üzvlərdən hansı immunitetin periferik üzvüdür?

A) Timus


B) Hipofiz

C) Dalaq


D) Sümük iliyi

E) Pankreas


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
289) Bu orqanlardan hansı immun sistemin ucqar üzvü hesab edilir?

A) Prostat vəzi

B) Dalaq

C) Baş beyin

D) Limfa düyünləri

E) Sümük iliyi


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
290) İmmunitetin periferik üzvlərinə bunlardan hansı aid edilir?

A) Dalaq


B) Böyrək

C) Timus


D) Sümük iliyi

E) Qara ciyər


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
291) Mononuklear sistemin hüceyrələrindən hansı yüksək faqositar aktivliyə malikdir?

A) Promonosit

B) Monosit

C) Limfomonosit (infeksion mononukleoz hüceyrələri)

D) Monoblast

E) Makrofaq


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
292) Bu hüceyrələrdən hansı yüksək faqositar aktivliyə malikdir?

A) Seqmentnuvəlilər

B) Çubuqnüvəlilər

C) Mieloblast

D) Mielosit

E) Promielosit


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
293) Normada trombositlər orta hesabla neçə gün yaşayır?

A) 6,9±0,3 gün

B) 3,5±0,2 gün

C) 12,2±0,3 gün

D) 5,1±0,2 gün

E) 4,7±0,1 gün


Ədəbiyyat: Воробьев А.Н. Руководство по гематологии. 1985
294) Ağrısız, yumşaq konsistensiyalı, paxla şəklində, hərəkətli böyümüş boyun limfa düyünləri hansı xəstəlik üçün daha xarakterdir?

A) Mədə xərçənginin limfa düyününə metastazı

B) Limfoqranulomatoz

C) İnfeksion mononukleoz

D) Kəskin limfoblast leykoz

E) Adenoid, tonzillit


Ədəbiyyat: Воробьев А.Н. Руководство по гематологии. 1985
295) Boyun nahiyəsində paket şəkilli limfa düyünləri ağrılı, sərt konsistensiyalı hansı patologiyaya xasdır?

A) İnfeksion mononukleoz

B) Xronik limfoleykoz

C) Kəskin limfoblast leykoz

D) Limfoqranulomatoz

E) Xronik persistə edən hepatit


Ədəbiyyat: Воробьев А.Н. Руководство по гематологии. 1985
296) Limfoadenopatiya, leykositoz (>100,0x109/l) limfositozla hansı xəstəlik üçün xarakterdir?

A) İnfeksion limfositoz

B) İnfeksion mononukleoz

C) Aqranulositoz

D) Xronik limfoleykoz

E) Limfoqranulomatoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
297) Xəstədə splenomeqaliya, hemoqrammada spesifik hüceyrələr (limfomonositlər) , subfebriltetin olması hansı patologiyanı gostərir?

A) Rixter sindromu

B) Qeyri-Xockin limfoma

C) Limfoqranulomatoz

D) Qırmızı qurd eşənəyi

E) İnfeksion mononukleoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
298) Monoklonal antitellərinin alınma metodikasını işləmiş C.Keler və S.Milşteyn hansı mükafata layiq görülmüşdür?

A) Nobel mükafatı

B) Beynəlxalq sülh mükafatı

C) Lenin mükafatı laureatı

D) Oskar mükafatı

E) Xoşməramlı səfir


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
299) Monoklonal antitellər xərçəngin diaqnostikasında necə istifadə edilir?

A) β-qlukuronidaza ilə birləşir

B) α-naftil-AS-asetat-esteraza ilə birləşir

C) Peroksidaza ilə birləşir

D) Qeyri-spesifik qələvi fosfataza ilə birləşir

E) Qeyri-spesifik turş fosfataza ilə birləşir


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
300) İmmunotoksin nədir?

A) Antihemofil plazma

B) Öldürülmüş bakteriyaların məhsulları

C) Antistafilokokk plazma

D) Həyat qabiliyyəti zəifləşdirilmiş bakteriyalar

E) Monoklonal antitelin toksinlərlə birləşməsi


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
301) Bu xəstəliklərin hansının diaqnostikası üçün monoklonal antitellərin istifadəsi mütləqdir?

A) İnfeksion mononukleoz

B) Kəskin limfoblast leykoz

C) Osteomielofibroz

D) α-talassemiya

E) Aplastik anemiya


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
302) Bu hemoblastozların hansı üçün monoklonal antitellərin diaqnostika məqsədilə istifadəsi əvəzsizdir?

A) Həqiqi polisitemiya

B) Limfoma

C) Essensial trombositemiya

D) Multimieloma

E) Xronik mieloleykoz


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
303) Bu qrup preparatların hansı hüceyrə siklinin spesifik sitostatikidir?

A) Mitoksantran

B) Melfalan

C) İdarubisin

D) Metotreksat

E) Dakarbozin


Ədəbiyyat: Yalcin A Klinik Hematloji 2001
304) Göstərilən preparatların hansı hüceyrə siklinin spesifik təsirli sitostatikidir?

A) Vesanoid

B) Doksorubosin

C) Mielosan

D) Vinkristin, vinblastin

E) Siklofosfan


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
305) Bu qrup sitostatiklərin hansı öz spesifik təsirini hüceyrə siklinə göstərməklə həyata keçirir?

A) İmatinib (Qlivek)

B) Belyustin

C) Prokarbozin

D) Rubomisin

E) Antimetobolitlər (6-tioquanin , 6-merkaptopurin)


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
306) Hüceyrə siklinə spesifik təsir etməklə sitostatik effektliliyini həyata keçirən preparatı göstərin?

A) Sitozin-arabinozid

B) CCNU

C) Alkeran



D) Bleomisin sulfat

E) Prokarbozin


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
307) Bu preparatlardan hansı hüceyrə siklinə təsir etməklə sitostatik effekt göstərir?

A) Alkeran

B) Lamustin

C) Siklofosfan

D) Rubomisin

E) Etopozid


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
308) Hüceyrə siklinə spesifik təsirlə sitostatik effekt edən preparatı göstərin?

A) Dakogen

B) L-asparkinaza

C) Leykeran (xlorambusil)

D) Mitoksantron

E) Busulfan


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
309) Hüceyrə siklinə spesifik təsiri olan sitostatiki gostərin?

A) İmatinib

B) Vesanoid

C) Hidrooksiuriya (hidrea)

D) Bleomisin sulfat

E) Alkeran


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
310) Bu qrup preparatların hansı öz sitostatik effektliliyini hüceyrə siklinə təsir etməklə həyata keçirir?

A) Sitostatiklər (L-asparokinaza, hidriya)

B) Podofilotoksinlər

C) Şişəleyhinə antibiotiklər

D) Antimetobolitlər

E) Vinka alkoloidlər


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
311) Bu xəstəliklərin hansında birincili trombositoz aşkar edilir?

A) Mielofibrozda

B) Sadalananların hamısında

C) Essensial trombositemiyada

D) Həqiqi polisitemiyada

E) Xronik mieloleykozda


Ədəbiyyat: Yalcin A Klinik hematoloji. 2001
312) Bu xəstəliklərin hansında ikincili trombositoz baş verir?

A) Sadalananların hamısında

B) İnfeksion xəstəliklərdə

C) Neoplazmalarda

D) Splenomeqaliyadan sonra

E) İltihabi xəstəliklərdə


Ədəbiyyat: Yalcin A. Klinik hematoloji. 2001
313) Hematoloji analizatorlar vasitəsilə təyin edilən RDW göstəricisi hansı dəyişikliyi əks etdirir?

A) Eritrositlərin həcmlərinə görə fərqlənməsini (anizositoz)

B) Eritrositlərin miqdarının dəyişilməsini

C) Eritrositlərin radiusunun dəyişilməsini

D) Eritrositlərin hemoqlobinlə doldurulmasının dəyişilməsini

E) Eritrositlərin osmotik rezistentliyinin dəyişilməsini


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова), М.: Лабинформ-РАМЛД, 1999.

Hemoblastozlar və qanyaranmanın depressiyaları

314) t(9;22) xromosom anomaliyası əksər hallarda leykozun hansı forması zamanı aşkar olunur?

A) Kəskin mieloid leykoz

B) Kəskin eritroid leykoz

C) Xronik mieloid leykoz

D) Kəskin monoblast leykoz

E) Kəskin limfoid leykoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
315) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M0 variantı necə adlanır?

A) Kəskin promielositar leykoz

B) Kəskin differensiyasiya olunmayan leykoz

C) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz

D) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz

E) Kəskin mielomonoblast leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
316) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M1 variantı necə adlanır?

A) Kəskin promielositar leykoz

B) Kəskin differensiyasiya olunmayan leykoz

C) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz

D) Kəskin mielomonoblast leykoz

E) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
317) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M2 variantı necə adlanır?

A) Kəskin mielomonoblast leykoz

B) Kəskin differensiyasiya olunmayan leykoz

C) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz

D) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz

E) Kəskin promielositar leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
318) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M3 variantı necə adlanır?

A) Kəskin promielositar leykoz

B) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz

C) Kəskin mielomonoblast leykoz

D) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz

E) Kəskin differensiyasiya olunmayan leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
319) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M4 variantı necə adlanır?

A) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz

B) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz

C) Kəskin mielomonoblast leykoz

D) Kəskin differensiyasiya olunmayan leykoz

E) Kəskin promielositar leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
320) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M5 variantı necə adlanır?

A) Kəskin mielomonoblast leykoz

B) Kəskin monoblast leykoz

C) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz

D) Kəskin promielositar leykoz

E) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
321) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M6 variantı necə adlanır?

A) Kəskin mielomonoblast leykoz

B) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz

C) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz

D) Kəskin eritromieloz

E) Kəskin promielositar leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
322) Kəskin mieloblast leykozun FAB təsnifatına görə M7 variantı necə adlanır?

A) Yetişmə əlamətləri olmayan kəskin mieloblast leykoz

B) Kəskin promielositar leykoz

C) Yetişmə əlamətləri olan kəskin mieloblast leykoz

D) Kəskin mielomonoblast leykoz

E) Kəskin meqokarioblast leykoz


Ədəbiyyat: Л.Г.Ковалева. Острые лейкозы. Москва «Медицина», 1990
323) Normal leykoformula fonunda periferik qanda blastların aşkar edilməsi hansı xəstəlik üçün xasdır?

A) Böyrək xəstəlikləri

B) Kəskin leykozlar

C) Meqaloblast anemiya

D) Xronik leykozlar

E) Aplastik anemiya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
324) Hüceyrəli və hiperhüceyrəli sümük iliyində blastların artması hansı xəstəliyə xasdır?

A) Folidefisit anemiyalara

B) Sadalananların hamısına

C) Kəskin qan itirməyə

D) İnfeksion mononukleoza

E) Kəskin leykozlara


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005..
325) Eritrositlərin anizositozu nə zaman müşahidə edilir?

A) Mielodisplastik sindromlar zamanı

B) Bütün sadalanan xəstəliklər zamanı

C) Makrositar anemiyalar zamanı

D) Yenitörəmələrin sümük iliyinə metastazları zamanı

E) Hemolitik anemiyalar zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005..
326) Limfa düyünlərində Berezovski-Şternberq və Hockin hüceyrələrinin olması hansı xəstəliyin əsas diaqnostik elementidir?

A) Limfoqranulomatozun

B) Kəskin mieloleykozun

C) Histiositozun

D) Mielofibrozun

E) Xronik mieloleykozun


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
327) Hemoqrammada: hemoqlobin 100 q/l; eritrositlər 3,3x1012/l; leykositlər 38x109/l; blast huceyrələr 47%; mielositlər 5%; metamielositlər 1%; çubuqnüvəlilər 2%; seqmentnüvəlilər 20%; limfositlər 12%; monositlər 8%. Bu hemoqramma xronik mieloleykozun hansı mərhələsinə xasdır?

A) Yayılmış

B) Sadalanmışların heç birinə

C) Kəskinləşmə

D) Başlanğıc

E) Blast krizi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
328) Hemoqrammada: hemoqlobin 130 q/l; eritrositlər 3,9x1012/l; leykositlər 12x109/l; mielositlər 3%; metamielositlər 1%; çubuqnüvəlilər 5%; seqmentnüvəlilər 60%; eozinofillər 5%; bazofillər 1%; limfositlər 21%; monositlər 6%. Bu hemoqramma xronik mieloleykozun hansı mərhələsinə xasdır?

A) Başlanğıc

B) Yayılmış

C) Terminal

D) Kəskinləşmə

E) Sadalanmışların heç birinə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
329) Hemoqrammada: hemoqlobin 109 q/l; eritrositlər 3,8x1012/l; leykositlər 240x109/l; mieloblastlar 4%; promielositlər 2%; mielositlər 22%; metamielositlər 7%; çubuknüvəlilər 16%; seqmentnüvəlilər 35%; eozinofillər 5%; bazofillər 2%; limfositlər 4%; monositlər 3%. Bu hemoqramma xronik mieloleykozun hansı mərhələsinə xasdır?

A) Başlanğıc

B) Sadalananların heç birinə

C) Terminal

D) Kəskinləşmə

E) Yayılmış


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin