HamiLƏLİYİn biRİNCİ trimestr ağirlaşmalari giRİŞ



Yüklə 480,16 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix04.01.2017
ölçüsü480,16 Kb.
#4426
  1   2

HAMİLƏLİYİN BİRİNCİ TRİMESTR AĞIRLAŞMALARI  

GİRİŞ 

Hamil


əliyin birinci trimestrində  ağırlaşmalar  geniş  yayılmışdır.  Hamiləliklərin  yarısı  12-ci 

h

əftəyə  qədər,  bir  çoxları  isə  klinik cəhətdən müəyyən edilənədək  düşüklə  nəticələnir. Təsdiq 



edilmiş  hamiləliklərin 15-20%-də  spontan  abort  baş  verir  ki,  bunların  da  80%-i hamiləliyin 

birinci trimestrin

ə təsadüf edir. Spontan abortdan əlavə, birinci trimestrdə baş verən qanaxmalar 

ektopik hamil

əlikdən, trofoblastik xəstəlikdən, polip səbəbindən inkişaf edən uşaqlıq boynundan 

qanaxma,  uşaqlıq  boynu  toxumasının  kövrək  olması,  travma  və  ya  uşaqlıq  boynu  xərçəngi də 

daxil olmaqla, mamalıqla bağlı olmayan hallardan xəbər verə bilər. Bu fəsildə klinik, laborator 

v

ə  ultrasəs müayinələrinin nəticələrinə  əsasən hamiləliyin  birinci  trimestrinin  normal  gedişatı 



n

əzərdən keçirilir və  daha sonra spontan abort, ektopik hamiləlik və  trofoblastik xəstəliyin 

diaqnostikası, müayinə və müalicəsi izah edilir. 

Normal Hamil

əliyin Birinci Trimestrində Laborator Parametrləri 

β-HCG-nin kəmiyyət səviyyəsi hamiləliyin müddətinə  və  ilkin hamiləlik dövrünün ultrasəs 

müayin

əsinin nəticələrinə uyğundur. İki-üç gündən bir ən azı iki dəfə β-HCG-nin səviyyəsinin 



t

əyin edilməsi hamiləliyin  gedişatının  normal  olub-olmamasını  müəyyən etməyə  kömək edə 

bil

ər. Erkən dövrü normal inkişaf edən hamiləliyin dördüncü həftəsindən səkkizinci həftəsinədək 



β-HCG-nin səviyyəsi hər iki-üç gündən bir-iki dəfə artmalıdır. β-HCG-nin səviyyəsinin azalması 

v

ə ya dəyişməməsi (plato) hamiləliklə bağlı nəticələrin pisləşmə ehtimalının mühüm göstəricisi 



olsa da, lakin spontan abort v

ə  ya ektopik hamiləlik  arasında  diferensiasiya  aparmağa  imkan 

vermir (C kateqoriyası). β-HCG-nin ultrasəs müayinəsi ilə korrelyasiyası hamiləliyin vəziyyəti 

haqqında  daha  dolğun  məlumat verir.  β-HCG-nin səviyyəsi təxminən 1800 mBV/ml

çatanda 


transvaginal US müayin

əsi  rüşeym  kisəsini göstərməlidir.  β-HCG-nin səviyyəsi 1800-3500 

mBV/ml  olduqda is

ə  US  avadanlığının  həssaslığından  və  həkimin təcrübəsindən  asılı  olaraq, 

transabdominal ultras

əs müayinəsi də rüşeym kisəsini aşkar etməlidir (B kateqoriyası). 



Cədvəl 1.

 

 

Ultrasəs  müayinəsi  və  qan  zərdabında 

β-HCG

-nin 

səviyyəsinə  görə  

 

 

 

hamiləliyin hestasiya yaşı 

Son 

menustruasiyanın 

tarixin

ə görə hestasiya 

yaşı 

Transabdominal US 

göst

əriciləri 

Transvaginal US 

göst

əriciləri 

Z

ərdabda β-HCG

-

nin s

əviyyəsi, 

mBV/ml 

Beş həftədən az 

Heç n

ə 

Guman edil



ən rüşeym 

kis


əsi 

1800 


Beş-altı həftə arası 

Rüşeym kisəsi 

Rüşeym kisəsi, 

yumurta 


sarısı kisəsi 

1800-3500 

Yeddi h

əftə 


5-l0 mm-lik 

rüşeym 


(embrion) 

Transabdonimal 

USM-d

ə olduğu kimi 



+ ür

ək fəaliyyəti 

> 20,000 

1

 mBV/ml – 1 millilitrdə milli beynəlxalq vahid  



                                            

Progesteronun da s

əviyyəsi  hestasiyanın  ilk  səkkiz həftəsi  ərzində  hamiləliyin nəticələsini 

proqnozlaşdırmağa kömək edə bilər. Normal hamiləlikdə artan β-HCG-nin səviyyəsindən fərqli 

olaraq, hamil

əliyin ilk 9-10 həftəsi ərzində qan zərdabında progesteronun səviyyəsi dəyişmir. β-

HCG-d


ən fərqli olaraq, hamiləliyin ilkin mərhələsində  bir dəfə  təyin  edilmiş  progesteron 

s

əviyyəsi hamiləliyin nəticəsini müəyyən etməyə yardım edə bilər. Progesteronun səviyyəsinin 5 



nq/ml-d

ən  (nanogram/millilitr)  aşağı  olması  hamiləliyin nəticəsinin  pis  olması  ilə  bağlıdır 

(spontan abort v

ə  ya ektopik hamiləlik). Progesteronun səviyyəsinin  25 nq/ml-dən yüksək 

olması isə uşaqlıq daxilində (intrauterine) inkişaf edən hamiləliyə dəlalət edir (B kateqoriyası). 

Ultras


əs müayinəsinin əlçatan olmadığı və β-HCG-nin səviyyəsinin təyin edilməsi çox vaxt tələb 

etdiyi 


ərazilərdə qan zərdabında progesteronun səviyyəsinin təyini hamiləliyin normal gedişatını 

t

əsdiq edə bilər. 



HAMİLƏLİYİN İLKİN MƏRHƏLƏSİNDƏ ULTRASƏS MÜAYİNƏSİ 

Hamil


əliyin birinci trimestrində  yaranan problemlərin  araşdırılmasında  ultrasəs müayinəsi çox 

faydalı  diaqnostik  vasitədir. Hamiləlik dövründə  ultrasəs müayinəsinin  aparılmasına  əsas 

göst

ərişlər ABŞ-ın Milli Səhiyyə İnstitutu (MSİ) tərəfindən 1984-cü ildə təqdim edilmişdir və bu 



gün

ədək qüvvədə  qalır.  ABŞ-ın  MSİ-nin təklif etdiyi 28 göstərişdən təxminən  yarısı  birinci 

trimestrd

ə baş verir və aşağıda verilmiş Cədvəl 2-də öz əksini tapır.  



Cədvəl 2.

 

 

Hamiləliyin  birinci  trimestrində  baş  verən  və  ultrasəs  müayinəsinin  

 

 

 

aparılmasını şərtləndirən göstərişlər

2

 

1.

 



Spontan abortun 

baş verməsi və ya dölün ölümünə şübhə 

2.

 

Vaginal qanaxma 



3.

 

Hamil



əliyin hestasiya yaşı qeyri-müəyyən olduqda, hestasiya yaşının müəyyən edilməsi 

4.

 



Müxt

əlif xüsusi prosedurlarda, məsələn, xorion hovlarının biopsiyasında yanaşı istifadə 

5.

 

Çoxdöllü hamil



əlik 

6.

 



Beç

əxorla və ya trofoblastik xəstəlik ehtimalı 

7.

 

Ektopik hamil



əlik ehtimalı  

8.

 



Uşaqlıq  daxilinə  qoyulmuş  kontraseptiv  vasitənin  (uşaqlıqdaxili  vasitə)  USM  ilə 

   


lokalizasiyasının təyin edilməsi 

9.

 



Uşaqlığın anomaliyası 

10.


 

Dölün ölçül

əri ilə hestasiya tarixi arasında uyğunsuzluq 

11.


 

Klinik müayin

ədə müəyyən edilmiş çanaq boşluğu orqanlarının törəməsinin müayinəsi 

Birinci trimestrd

ə  aparılan  ultrasonoqrafiyanın,  habelə  diaqnostikanın  dəqiqliyinə  təsir edən 

müayin


ə  üsullarının  diaqnostik  imkanlarını  və  məhdudiyyətlərini bilmək vacibdir. Ultrasəs 

müayin


əsi düzgün tətbiq edildikdə  məqalənin müxtəlif fəsillərində  təsvir  edilmiş  müxtəlif 

halların  sürətli və  dəqiq  diaqnostikasını  apara  bilər. Hamiləliyin ilkin dövründə  rutin ultrasəs 

müayin

əsinin  aparılması  həm  hestasiya  yaşının  daha  dəqiq müəyyən edilməsini və  çoxdöllü 



hamil

əliyin  vaxtında  aşkar  edilməsini, həm də  klinik  baxımdan  müəyyən olunmayan döl 

anomaliyalarının  erkən  diaqnostikasını  təmin edə  bilər.  Döl  anomaliyalarının  erkən  aşkar 

2

 ABŞ-ın MSİ-nin məlumatından adaptasiya olunmuşdur, 1984 



                                            

edilm

əsi  qadınlara  hamiləliyin erkən  dayandırılmasına  dair  qərar qəbuletmə  imkanını  verir. 

Bununla  yanaşı, US müayinəsinin rutin aparılmasının digər mühüm nəticələrə təsiri tam aydın 

deyil          (A kateqoriyası). Birinci trimestrdə aparılan US müayinəsinin diaqnostik əhəmiyyəti 

x

əstənin anamnezi, fiziki müayinəsi, β-HCG-nin və qan zərdabında progesteronun səviyyəsi də 



daxil olmaqla, bu vaxtad

ək  aparılmış  laborator  analizlərin nəticələrinin US müayinəsinin 

n

əticələri ilə  birlikdə  nəzərdən keçirilməsi  hallarında  yüksək olur. Ultrasəs müayinəsinin çox 



faydalı  olduğunu  nəzərə  alaraq, bir çox həkim birinci trimestrdə  baş  verən  ağırlaşmaların 

müayin


əsi üçün ilk öncə  məhz US müayinəsindən istifadə  edir. US müayinəsinin nəticələri 

qeyri-mü


əyyən və  ya mübahisəli nəticələr verdikdə  ikinci  addım  kimi  qanda  β-HCG və/ya 

progesteron s

əviyyəsinin təyin olunması üçün testlərdən istifadə edilir. 

Birinci trimestrd

ə  ultrasəs müayinəsi həyata keçirildikdə  əmin  olmaq  lazımdır  ki,  həm 

transabdominal, h

əm də transvaginal US görüntüsü əlçatan olsun. Transabdominal US müayinəsi 

geniş  görüntü  sahəsinə  malikdir və  çanaq  boşluğunun  müxtəlif dərinlikdə  görüntülərini  əldə 

etm

əklə yanaşı, çanağın yuxarı hissəsində və dibində yerləşən orqanların tam müayinəsinə imkan 



verir. Transabdominal görünm

ə  3-5 MHz tezlikli ötürücü ilə  aparılır.  Transvaginal  US 

müayin

əsi isə  5.0-7.5 MHz tezlikli ötürücü ilə  aparılır  və  əldə  edilən  görüntülərin dəqiqliyini 



artırır. Transvaginal US müayinəsinin çatışmazlığı görüntü sahəsinin məhdud olmasıdır.  

Bu s


əbəbdən də dəqiq diaqnostika üçün hər iki üsuldan (transabdominal və transvaginal) istifadə 

etm


ək vacibdir. Transvaginal US müayinəsi həm həkimin otağında, həm xəstəxanada və təcili 

tibbi yardım şöbələrində istifadə edilə bilər.  



Normal hamil

əlikdə ultrasəs müayinəsinin nəticələri 

Sonuncu menstruasiyadan hesablandıqda hamiləliyin beşinci və yeddinci həftələri arasında 5.0-

7.5 MHz ötürücü il

ə  aparılan  transvaginal  ultrasəs müayinəsi ilə  əvvəlcə  döl kisəsi, sonra 

yumurta sarısı kisəsi və nəhayət, rüşeym (embrion) müəyyən edilir. Qanda β-HCG-nin səviyyəsi 

1800 mBV/ml olmayanad

ək ultrasəs müayinəsində döl kisəsi  görünmür.  Beşinci həftə ərzində 

döl  kis


əsinin  içi  boş  görünür  və  ektopik hamiləlik  hallarında  inkişaf  edən  “yalançı  döl 

kis


əsi”ndən fərqlənmir.  İlkin  mərhələdə  normal  inkişaf  edən döl kisəsinin  əlamətlərinə 

aşağıdakılar aid edilir: 

1.

 

yumru formada olması, 



2.

 

uşaqlıq dibində yerləşməsi və 



3.

 

kis



əni kənardan əhatə edən exogen halqa.  

Altıncı  həftə  ərzində  yumurta  sarısı  kisəsi müəyyən  edilir.  Yumurta  sarısı  kisəsi döl kisəsi 

daxilind

ə müəyyən olunan exogen yumru strukturdur. 

Yumurta  sarısı  kisəsinin  divarı  nazik  olduğundan,  onun  ultrasəs  şüalarına  paralel  olan  lateral 

hiss


ələri görünməyə bilər. Bu səbəbdən US müayinəsində yumurta sarısı kisəsi yumru yox “=” 

(b

ərabərlik) işarəsi kimi görünə bilər. Döl kisəsi müəyyən edilirsə, mütləq şəkildə yumurta sarısı 



kis

əsinin də təyin edilməsi təmin olunmalıdır. Nəzərə almaq lazımdır ki,  yumurta sarısı kisəsi 

heç d

ə bütün müstəvilərdə görünmədiyi üçün onun təyin edilməsi məqsədilə bütün kvadratların 



görünm

əsi aparılmalıdır. Yumurta sarısı kisəsi rüşeymə aid (embrional) bir struktur olduğundan, 

onun t

əyin edilməsi  uşaqlıq  daxilində  inkişaf  edən hamiləliyin  mövcudluğunu  təsdiq edir və 



ektopik hamil

əliyin  yalançı  kisəsini (psevdokisə) istisna edir. Döl kisəsi daxilində  olan maye 

amniotik maye 

yox, rüşeymdənxaric (ekstraembrional) boşluq mayesidir.  

Hamil

əliyin yeddinci həftəsi  ərzində  rüşeym  müəyyən olunur və  onun ürək fəaliyyəti qeyd 



olunmağa başlayır. Transabdominal US müayinəsi ilə müqayisədə transvaginal US ilə rüşeym 

bir h


əftə əvvəl aşkar edilir. Rüşeym əvvəlcə yumurta sarısı kisəsinin bir kənarında “nöqtə” kimi 

görünür v

ə  günə bir millimetr (mm) sürəti ilə  böyüyür. Rüşeymin  ürək fəaliyyəti  onun  baş-oma 

ölçüsü  beş  millimetrə  çatdıqda  həmişə  müəyyən edilir. Lakin görünmə  üçün istifadə  olunan 

avadanlığın  texniki  imkanları  və  müayinəni aparan mütəxəssisin təcrübəsindən  asılı  olaraq 

rüşeymin ürək fəaliyyəti daha tez də təyin oluna bilər. İlk dəfə təyin edildikdə rüşeymin ürəyi 

d

əqiqədə  100  vurğu  sürəti ilə  döyünür.  Müşahidə  edilən müddətdə  ürək  döyüntülərinin  sayı 



d

əqiqədə  180 vurğuyadək sürətlə qalxır və sonradan dəqiqədə 120-160 vurğuyadək enir. Ürək 

döyüntül

ərinin sayı dəqiqədə 120-160 vurğu olan hallarda onlar portativ Doppler cihazı ilə də 

t

əyin oluna bilər. M-üsulla aparılan US müayinəsi ilə rüşeymin ürək fəaliyyəti sənədləşdirilə və 



ür

ək döyüntülərinin  sayı  təyin oluna bilər. US müayinəsi  zamanı  rüşeymi  əhatə  edən  qişa  da 

görünür.  Bu  amniotik  qişadır  və  növbəti bir neçə  həftə  ərzində  böyüyərək  rüşeymdənxaric 

boşluğu tədricən obliterasiya edir və ya tam tutur.  

Hamil

əliyin  beşinci  və  altıncı  həftələri  ərzində  döl kisəsi  inkişaf  etdikdən sonra və  rüşeym 



əyyən olunanadək döl kisəsinin ortalama diametrini (uzunluq + en + hündürlük/3) təyin 

etm

əklə və standartlaşdırma cədvəllərindən və ya ultrasəs aparatındakı kompüter proqramından 



istifad

ə  etməklə  hestasiya  yaşı  müəyyən edilə  bilər. Müasir real vaxt rejimində  aparılan 

transvaginal US müayin

əsinin köməyi ilə hamiləliyin altıncı həftəsində rüşeym müəyyən edilə 

bil

ər və hestasiya yaşı onun baş-oma uzunluğunu ölçməklə təyin edilə bilər. Rüşeymin baş-oma 



uzunluğu  əsasında  aşağıda  göstərilən cədvəllərdən və  ya ultrasəs  aparatındakı  kompüter 

proqramından istifadə etməklə hestasiya yaşı təyin olunur. 



Cədvəl 3.

 

 

Baş-oma uzunluğu və hestasiya yaşı 

Baş-oma uzunluğu 

Hestasiya yaşı 

Baş-oma uzunluğu 

Hestasiya yaşı 

0.2 cm 


5.7 h

əftə 


3.5 cm 

10.4 h


əftə 

0.4 cm 


6.1 h

əftə 


4.0 cm 

10.9 h


əftə 

0.6 cm 


6.4 h

əftə 


4.5 cm 

11.3 h


əftə 

0.8 cm 


6.7 h

əftə 


5.0 cm 

11.7 h


əftə 

1.0 cm 


7.2 h

əftə 


5.5 cm 

12.1 h


əftə 

1.3 cm 


7.5 h

əftə 


6.0 cm 

12.5 h


əftə 

1.6 cm 


8.0 h

əftə 


6.5 cm 

12.8 h


əftə 

2.0 cm 


8.6 h

əftə 


7.0 cm 

13.2 h


əftə 

2.5 cm 

9.2 h


əftə 

8.0 cm 


14.0 h

əftə 


3.0 cm 

9.9 h


əftə 

 

 



Alternativ olaraq, rüşeyn (embrion) təyin olunduqda, hamiləliyin 8-ci və 13-cü həftələri arasında 

rüşeymin  baş-oma  uzunluğunu  ölçməklə  aşağıdakı  formulanın  köməyi ilə  hestasiya  yaşını 

əyyən etmək olar: Hestasiya yaşı (həftələr) = baş-oma uzunluğu (sm) + 6.5. 



 

HAMİLƏLİKDƏ PATOLOJİ HALLAR 

Bu f


əslin aşağıdakı hissələrində hamiləlikdə rast gəlinən patoloji və ya qeyri-normal halların, o 

cüml


ədən, spontan abort, ektopik hamiləlik və  trofoblastik xəstəliyin sonoqrafik (ultrasəs) 

n

əticələri müzakirə və təsvir ediləcəkdir. 



Hamil

əliyin ilkin mərhələsində  düşüklər və  ya  spontan  abortları  təsvir etmək üçün müxtəlif 

terminl

ərdən istifadə edilir. Onlardan bir çoxu müasir patofiziologiya anlayışı mövcud olmazdan 



əvvəl yaranmışdır və köhnəlmiş terminlərdir. Bununla belə, onlar hələ də istifadə edilir: 

1.

 



Spontan abort —  ilk 20 h

əftə  ərzində  hamiləliyin  özbaşına  pozulmasıdır.  Bu  termin  tibbi 

abortla (hamil

əliyin planlı və ya könüllü pozulması) qarışdırıldığına görə xəstələrlə spontan 

abort bar

əsində müzakirə aparıldıqda düşük terminindən istifadə edilməsi məsləhət olunur. 

2.

 

Erk



ən spontan abort — hestasiya yaşının 12-ci həftəsinədək baş vermiş spontan abortdur. 

3.

 



Abort t

əhlükəsi  —  hamiləliyin  birinci  yarısı  zamanı  hər  hansı  bir  anda  baş  vermiş  uşaqlıq 

qanaxması. Uşaqlıq boynu bağlıdır və mayalanma məhsulları xaric olmur. 

4.

 

Natamam abort — 



dölün uşaqlıqdan bütövlükdə deyil, qismən xaric olması halıdır. 

5.

 



Başlanmış abort — uşaqlıq boynu genişlənmiş, ancaq toxuma xaric olmamışdır. 

6.

 



Gizli abort —  t

ələf  olmuş  döl  və  ya embrionun bir neçə  həftədir  ki,  uşaqlıq  boşluğunda 

qalması  ilə  xarakterizə  olunur.  Bu  zaman  uşaqlıq  böyümədən  qalır  və  hamiləliyin gününə 

gör


ə  gözlənildiyindən kiçik olur. Hamiləlik  əlamətləri tədricən  aradan  qalxır.  Həmin 

x

əstələrdə  uşaqlığın  böyüməsi  müşahidə  edilmir və  ya hamiləliyin 12-ci həftəsində  belə 



dölün ür

ək döyüntüləri eşidilmir.  

7.

 

Septik abort  — 



infeksiyanın  uşaqlığa  keçərək endometrit, parametrit və  peritonitə  səbəb 

olması ilə müşayiət olunan natamam abort. 

8.

 

Rüşeymsiz  hamiləlik  —  nəzərəçarpan döl kisəsinin və  cift  toxumasının  mövcud  olmasına 



baxmayaraq,  embrion  inkişafdan  dayanmışdır.  Bu  hallarda  yüksək dəqiqlik qabiliyyətinə 

malik ultras

əs müayinəsində  döl (embrion) təyin  edilmir.  Oxşar  prosesi  izah  etmək üçün 

rüşeymsiz  hamiləlik termini ilə  yanaşı,  bəzən  embrionun  rezorbsiyası  terminindən istifadə 

edilir.  Rüşeymsiz  hamiləlik diaqnozu, adətən, ya ultrasəs müayinəsi,  ya  da  xaric  olmuş 

toxumanın müayinəsi vasitəsilə qoyulur.  

9.

 

Subxorionik qanaxma —  ultras



əs müayinəsində  xorionla  uşaqlıq  divarı  arasında  qan 

toplanması müəyyən edilir. 

10.

 

Decidua  —  spontan abortun bir hiss



əsi kimi bir çox hallarda xaric olan hamiləlik 

endometriumu. Decidua bütöv şəkildə xaric olduqda buna deciduanın atılması deyilir. Bu da 

əsasən ektopik hamiləlik hallarında müşahidə edilir.  


 

Patofiziologiya 

Spontan  abortların  ən  azı  yarısı  trisomiya,  triploidiya  və  ya monosomiya kimi böyük genetik 

anomaliyaların  nəticəsidir. Spontan abortlar, həm də  uşaqlıq  anomaliyası,  ananın 

dietilstilbestrola (DES) m

əruz qalması, leyomioma (fibromioma), uşaqlıq boynunun çatışmazlığı, 

lutein fazasının qüsuru səbəbindən progesteron çatışmazlığı və immunoloji amillər kimi daxili 

mühit  faktorları  ilə  də  əlaqələndirilir. Xarici mühit amillərinə  tütün, alkoqol və  ya kokain 

istifad


əsi,  şüalanma,  infeksiyalar  və  peşə  fəaliyyəti ilə  bağlı  kimyəvi maddələrin təsiri aiddir. 

Ananın  yaşı  artdıqca  spontan  abort  halları  da  artır.  Klinik  praktikada  erkən spontan abortun 

etiologiyası nadir hallarda müəyyən edilə bilir. 

Spontan abortun klinik 

gedişatı 

Əvvəlcə  hamiləlik  amenoreya  (aybaşının  olmaması),  hamiləliyin səciyyəvi  simptomları  və 

hamil

əlik testinin müsbət nəticəsi ilə müəyyən edilir. Hamiləlik baş tutmadıqda,  β-HCG (insanın 



xorionik qonadotropin hormonu) s

əviyyəsinin  artımı  dayanır  və  ya  aşağı  düşür  və  hamiləliyin 

simptomları  kəsilir.  Bundan  sonra  vaginal  qanaxma  başlayır.  Vaginal  qanaxma  ehtimal  edilən 

spontan abortun 

ən geniş yayılmış əlamətidir və bütün hamiləliklərin təxminən 30%-də baş verir. 

Vaginal qanaxması olanların təxminən yarısında spontan abort baş verir, digər yarısında isə döl 

inkişaf  edir.  Lakin  vaginal  qanaxması  olmayanlarla  müqayisədə  həmin  qadınlarda  ağırlaşma 

halları və hamiləliyin pis nəticələri daha çox olur. Qanaxmanın başlanması hamiləliyin davam 

etm

əsini sual altına alır. Halbuki bu cür hallarda bəzən hamiləlik bir neçə həftə əvvəl pozulmuş 



ola bil

ər. Daha sonra aşağı bel ağrısı və abdominal ağrılar meydana çıxır və hamiləliyin davam 

etm

əsi proqnozu pisləşir.  Nəhayət, döl xaric edilir və  bu bəzən ciddi qanaxma və  ağrılarla 



müşayiət olunur.  

Diaqnostika 

Abdominal müayin

ə  zamanı  ağrının  lokalizasiyasına,  palpasiyada  ağrıya  və  gərginliyin olub-

olmamasına  xüsusi  diqqət yetirilir. Həmin  əlamətlər ektopik hamiləliklə  yanaşı  inkişaf  edən 

hemoperitoniumdan x

əbər verə bilər. Qanaxmanın uşaqlıqla əlaqəsi olmayan səbəblərini və  ya 

uşaqlıq  boynunun  açılışını  aşkar  etmək üçün ginekoloji müayinə  aparılmalıdır.  Açıqlığı 

yoxlamaq  üçün  maşadan  istifadə  etmək olar, belə  ki,  normal,  genişlənməmiş  uşaqlıq  boynuna 

maşanı yeritmək mümkün olmur. Uşaqlığın ölçüsünü və uşaqlıq artımlarının törəməsinin olub-

olmadığını yoxlamaq üçün bimanual müayinə də aparılmalıdır. Təcrübəli həkim uşaqlığın ölçüsü 

əsasında hamiləliyin hestasiya yaşını iki həftəyə qədər dəqiqliklə təyin edə bilər, lakin piylənmə, 

ağrı, xəstənin həkimlə əməkdaşlığa meyilli olmaması və uşaqlığın retroversiyası dəqiqliyi aşağı 

sala bil

ər. Uşaqlığın ölçüsünün gözləniləndən kiçik olması spontan abortun baş verməsinə işarə 

edir. 

Embrionu diri olan 9-10 h



əftəlik hamiləlikdə dölün ürək döyüntülərini Doppler US müayinəsi 

vasit


əsilə eşitmək olar. Dölün ürək döyüntülərinin daha yaxşı eşidilməsi üçün bimanual müayinə 

zamanı  uşaqlığın  qaldırılması  məqsədəuyğundur.  Lakin  xüsusilə  də  piylənməsi olan və  ya 



uşaqlığı retroversiya olunmuş xəstələrdə sonuncu menstrual dövrdən sonra 11-12-ci həftəyədək 

dölün ür


ək döyüntüləri təyin olunmaya da bilər.  

Uşaqlıq yolundan xaric olunmuş toxumanın müayinəsi aparılmalıdır. Bu müayinənin aparılması 

çox faydalıdır və bu, həkimin otağında və ya təcili tibbi yardım şöbəsində həyata keçirilə bilər. 

Bir çox hallarda bu müayin

ə  nəticəsində  vacib diaqnostik məlumat  əldə  edilir.  Toxumanın 

müayin


əsində  zədələnməmiş  döl  kisəsi,  rüşeym  (embrion)  və  ya xorionik xovlara xarakter 

şaxələnmə müəyyən edilirsə, bu spontan abortun baş verdiyini təsdiqləyir və həmçinin, sinxron 

ektopik v

ə  uşaqlıqdaxili  hamiləlik (heterotopik hamiləlik)  hallarında  ektopik  hamiləliyin 

olduğunu istisna edir. Xorionik xovların müəyyən edilməsi üçün uşaqlıq yolundan xaric edilmiş 

toxumanı  0.9%-li fizioloji NaCl məhlulu ilə  yumaq  lazımdır.  Toxumanın  arxadan 

işıqlandırılması ilə toxumanın xüsusiyyətlərini müəyyən etmək olar. Bütün hallarda toxumanın 

histo-patoloji müayin

əyə göndərilməsi vacibdir. Mübahisəli hallarda histo-patoloqun rəyi yekun 

hesab edilir.  

Əgər  toxuma  uşaqlıq  boynunun  dəlik hissəsində  təyin olunursa, bu zaman spontan abort 

qaçılmazdır. Maşadan istifadə edərək toxumanı ehtiyatla xaric etmək olar. Qismən xaric olunmuş 

toxumanın daha aqressiv üsullarla çıxarılması nəzərdə tutulduqda, xəstələrdən məlumatlı razılıq 

əldə edilməli, analgeziya (ağrıkəsici) və ya sedativ preparatların verilməsi məsələləri müzakirə 

edilm

əlidir.  



Klinik müayin

ənin nəticələrinə  görə aydın diaqnoz qoymaq mümkün olmadıqda, daha düzgün 

diaqnoz 

əldə  etmək üçün transvaginal US müayinəsinin istifadə  edilməsi vacibdir. Gizli abort 

t

ələf  olmuş  dölün  uşaqlıq  boşluğunda  qalması  ilə  xarakterizə  olunur və  bu  hallarda  uşaqlığın 



boşalması müşahidə edilmir. Həmin hallarda US müayinəsində normal exogen xorion xovları ilə 

əhatə olunmayan boş döl kisəsi təyin edilir. Burada, ümumiyyətlə, embrion və ya rüşeym olmaya 

bil

ər ("rüşeymsiz hamiləlik" və ya "embrionun sovrulması”) US müayinəsində ölü embrion da 



t

əyin oluna bilər. Təxminən iki santimetr diametri olan döl kisəsində embrion olması gözlənilir. 

Baş-oma  uzunluğu  5  mm  olan  embrion  ürək döyüntülərini  nümayiş  etdirməlidir. Ultrasəs 

müayin


əsi mübahisəli nəticələr verirsə  və  xəstənin vəziyyəti stabildirsə, bu zaman xəstənin 

müşahidə  altına  götürülməsi və  təkrar US müayinəsinin bir neçə  gündən sonra keçirilməsi 

m

əqsədəuyğundur. 



Natamam  abort  hallarında  aparılan  ultrasəs müayinəsində  kistoz və  ya  exogen  tapıntılar  təyin 

edil


ə bilər. Əgər uşaqlıq daxilində təyin olunan toxumanın qalınlığı       5 mm-dən çoxdursa, 

yüks


ək əminliklə demək olar ki, uşaqlıq daxilində toxumanın qalıqları vardır. Lakin heç də bütün 

x

əstələrdə vakuum aspirasiyanın aparılmasına ehtiyac duyulmur.  



Tamamlanmış spontan abort zamanı uşaqlıq tam boşalmış olur və uşaqlıq boşluğunun boşalması 

s

əbəbindən  uşaqlıq  divarlarının  bitişmiş  olması  nəticəsində  US müayinəsində  “endometrial 



zolaq” mü

əyyən  edilir.  Uşaqlıq  yolundan  toxuma  və  ya  laxtaların  xaric  edildiyi  hallarda  US 

müayin

əsində  “endometrial zolaq” əlamətinin təyin edilməsi  spontan  abortun  tamamlanıb-



tamamlanmasını və dilyatasiya və kyuretajın tələb olunub-olunmamasını müəyyən etməyə imkan 

verir. 


X

əstədə  qızdırma,  ağrılı  uşaqlıq  və  ya  uşaqlıq  artımları  qeydə  alındıqda,  yaxud  peritonit 

əlamətləri müəyyən edilirsə, bu zaman septik abort nəzərdən keçirilməlidir. Həmin  hallarda 

uşaqlıq daxilində döl toxumasının qalması ilə nəticələnən tibbi abort və ya qeyri-qanuni abort və 

ya uşaqlığın perforasiyası nəzərdən keçirilməlidir.  

Subxorionik qanaxma zamanı döl kisəsi və embrion mövcud olur, lakin ultrasəs müayinəsində 

xorion

la  uşaqlıq  divarı  arasında  hematoma  aşkar  edilir.  Subxorionik  qanaxmanın  ultrasəs 



vasit

əsilə müəyyən edilməsi, spontan abort ehtimalının 30% olmasına dəlalət edir (hətta dölün 

ür

ək döyüntüləri qeydə  alınsa  belə). Buna görə  də  xəstəyə  qanaxmanın  gözlənildiyi barədə 



m

əlumat ehtiyatla verilməlidir. 



Menecment 

Qanaxma  olduğu  zaman  düşük  ehtimalı  ümumilikdə  50%-ə  bərabərdir və  spazmatik  ağrılar 

qanaxmanı müşayiət edirsə, bu ehtimal artır. Ultrasəs müayinəsi proqnozu dəqiqləşdirir. Düşük 

ehtimalı  hamiləliyin nə  qədər gec mərhələsində  ilk dəfə  müəyyən edilərsə, həmin hamiləliyin 

sona  çatdırılması  ehtimalı  bir  o  qədər yüksək olur.

 

US müayin



əsi  zamanı  ürək döyüntülərinin 

mövcudluğu  yaxşı  proqnostik  əlamətdir.  Qanaxması  olan  pasiyentdə  dölün ürək döyüntüsü 

ultras

əs vasitəsilə aşkar edildiyi halda düşük ehtimalı 2.1%-lə (yaşı 35-dən aşağı olan qadınlar 



üçün) 16.1% (yaşı 35-dən yuxarı olan qadınlar üçün) arasındadır. Buna görə də birinci trimestr 

hamil


əlik  zamanı  qanaxması  olan  və  US müayinəsində  dölün ürək döyüntüsü qeydə  alınan 

x

əstələr  pozitiv  yanaşma  ilə  yaxından  müşahidə  edilə  bilər.  Ayrı-ayrı  xəstələrdə  nəticəni 



əvvəlcədən müəyyən etmək mümkün deyil. Bütün hallarda xəstələrin hamiləliyi davam etdirmək 

ist


əyi dəstəklənməlidir,  lakin  spontan  abortun  (düşük)  qarşısını  almaq üçün hər  hansı 

müdaxil


ənin mümkünsüzlüyü izah edilməlidir.  

Birinci trimestrd

ə baş verən düşüklərin əksəriyyəti tibbi və cərrahi müdaxilə olmadan, tam və 

qeyri-


iradi olaraq baş verir. Fiziki müayinənin məqsədi natamam abortu olmuş, qanaxma və ya 

infeksiya riski olan, tibbi v

ə  ya cərrahi müdaxilədən yararlana biləcək pasiyentləri müəyyən 

etm


əkdir  (B  Kateqoriyası).  Cərrahi müdaxilə  üçün göstərişlərə  güclü  qanaxma,  ağrı  və  ya 

simptomların uzun müddət davam etməsi daxildir. Embrion və ya embrionsuz döl kisəsinə malik 

x

əstələrdə  (zədələnmiş  yumurta,  embrionun  rezorbsiyası  və  ya  ölmüş  rüşeym)  döl  toxumaları 



əyyən  uyğun  müddət  ərzində  xaric edilmədikdə,  onlara  sorucu  kyuretajın  aparılması  təklif 

edilm

əlidir. Müdaxilənin vaxtını təyin etmək üçün ən vacib amil xəstənin psixoloji durumudur. 



Bir çox qadınlar ölmüş dölün xaric olmasını həftələrlə gözləmək istəmirlər. Logistik məsələlər 

d

ə  nəzərə  alınmalıdır:  məsələn, xəstələr gözlənilməz bir yerdə  və  vaxtda  ağır  qanaxma  və 



spazmatik  ağrılara  məruz qalmaqdansa, effektiv  şəkildə  dilyatasiya və  kyuretajın  aparılmasını 

seç


ə  bilərlər.  Uşaqlıq  boşluğunda  instrumental  müdaxilələr  aparılırsa  (məs.,  maşalar  və  ya 

dilyatasiya v

ə kyuretaj), bəzi həkimlər antibiotiklərlə profilaktikanı aparır və oral metilergonovin 

t

əyin edirlər.  



Uşaqsalma  və  ya  spontan  abort  baş  verdikdən sonra yenidən hamilə  qalmağa  cəhd etməzdən 

əvvəl qısa müddət kontrasepsiyadan istifadə tövsiyə edilir. Hamiləliyin pozulmasından sonrakı 

ilk üç ay 

ərzində  baş  vermiş  növbəti hamiləliklərdə  düşük  ehtimalı  daha yüksək olur. Uzun 

müdd

ətlü kontrasepsiya tələb edən (istəyən) xəstələrdə birinci trimestrdə baş vermiş spontan və 



ya  induksiya  olunmuş  abortdan  dərhal  sonra  uşaqlıq  daxilinə  spiralın  yerləşdirilməsi həm 

t

əhlükəsiz, həm də effektivdir (A Kateqoriyası). 



G

ələcəkdə  daha  geniş  yayılma  ehtimalı  olan  yanaşmalardan  biri  də  düşüklərin medikamentoz 

üsul il

ə  tamamlanmasıdır.  Güclü  uterotonik  preparatlara  aid  edilən peroral və  ya vaginal 



mizoprostolun istifad

əsi ilə  bu  yanaşmanın  faydası  bir  neçə  araşdırmada  təsdiq edilmişdir.  Bu 

mövzuda 

əlavə tədqiqatların aparılması lazım ola bilər.  



Yüklə 480,16 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin