Hamiləliyə və doğuma görə müavinət


Müavinətin təyin edilməsi və verilməsi



Yüklə 156 Kb.
səhifə7/7
tarix02.01.2022
ölçüsü156 Kb.
#2330
1   2   3   4   5   6   7

Müavinətin təyin edilməsi və verilməsi

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunmuş qaydada verilir. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına, məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, müavinət Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunur və verilir.


Xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilən müavinətlərin hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə hesablanması, təyin edilməsi və verilməsi qaydası həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.
Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.
İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir.
Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir.
Əmək şikəstliyi (zədələnmə, yanıq, donma və s.) nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, bədbəxt hadisə haqqında akt (İZ formalı) olduqda təyin olunur. Bu şərtlə ki, bədbəxt hadisə əmək vəzifələrini (o cümlədən ezamiyyətdə olarkən) yerinə yetirərkən, müdiriyyətin tapşırığı olmadıqda belə, müəssisənin mənafeyi üçün görülən hər bir iş zamanı, müəssisə ərazisində və ya başqa yerdə, müəyyən edilmiş fasilə vaxtı da daxil olmaqla iş günü ərzində, işə başlamazdan əvvəl və ya iş qurtardıqdan sonra istehsalat alətlərini, paltarları və sairəni qaydaya salmaq üçün lazım olan vaxt, habelə istehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçotu barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulan digər hallarda baş vermiş olsun. Əgər bədbəxt hadisə başqa hallarda (məişətdə, işə gedərkən və ya qayıdarkən yolda, dövlət və ya ictimai vəzifələri yerinə yetirərkən və s.) baş verərsə, müavinət bədbəxt hadisənin başvermə şəraitini aydınlaşdırdıqdan sonra təyin edilir. Bədbəxt hadisənin başvermə şəraitinin aydınlaşdırılması dövlət əmək müfəttişliyi və müəssisənin müdiriyyəti (sex, şöbə, sahə) tərəfindən birlikdə təşkil edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi o zaman əmək şikəstliyi nəticəsində baş vermiş hesab olunur ki, bədbəxt hadisə (qayda-qanunlara zidd hərəkətlərdən başqa) aşağıdakı şəraitdə baş vermiş olsun:
• əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı) habelə xüsusi tapşırıq olmadıqda belə, müəssisənin xeyrinə görülən hər hansı bir iş zamanı; •işə gedərkən və ya işdən qayıdarkən yolda;
müəssisənin, təşkilatın ərazisində və ya digər iş yerində iş vaxtı ərzində (müəyyən edilmiş fasilələr də daxil olmaqla) işə başlamazdan və ya işi qurtardıqdan sonra istehsal alətlərinin, paltarların və s. sahmana salınması üçün lazım olan vaxt ərzində;
• daxili əmək intizamı qaydalarına zidd olmayan hallarda: iş vaxtı ərzində (müəyyən edilmiş fasilələr də daxil olmaqla) müəssisənin, təşkilatın və ya digər iş yerinin yaxınlığında olarkən;
• Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq fəaliyyət göstərən dövlət və ictimai təşkilatların tapşırıqlarını yerinə yetirərkən;
• insan həyatının xilas edilməsində, mülkiyyətin hər cür formalarının və hüquq qaydalarının qorunmasında vətəndaşlıq borcunu yerinə yetirərkən;
Donorluq vəzifəsini yerinə yetirməklə əlaqədar olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək şikəstliyi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsinə bərabər tutulur.
Peşə xəstəliklərinin siyahısı qanunvericiliklə müəyyənləşdirilir. Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası xəstəlik vərəqələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır. Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən tamamilə və ya qismən imtina olunması məsələsi müavinəti alan şəxsin iştirakı ilə baxılır. İşçinin həmin xəstəlik vərəqəsi ilə müavinət almaq hüququ olmadıqda müavinət təyin edən komissiya rədd etmək haqqında qərar çıxarır və bu barədə rədd etmənin səbəbi göstərilməklə xəstəlik vərəqəsində qeyd olunur.
Müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir. Ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar, yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır.
Protokola əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ilk 14 təqvim günü üçün hesablanmış məbləği işəgötürənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin işəgötürənin vəsaiti hesabına ödənilən hissəsi, əmək haqqının verilməsi üçün müəyyən olunmuş müddətlərdə verilir. Vərəm sanatoriyasında müalicə üçün məzuniyyət zamanı da müavinət bu qayda üzrə verilir. Başqa profilli sanatoriyalarda müalicə üçün məzuniyyət zamanı müavinət işçinin sanatoriyadan (yaxud ambulator- kurort müalicəsindən sonra) qayıtdıqdan sonra və yalnız onlar tərəfindən müəssisənin, təşkilatın, idarənin və s. müvafiq komissiyasına sanatoriyada olduğu müddət qeyd olunmaqla «yollayışın geri qayıtma talonu», birbaşa gedən yola sutkadan artıq vaxt sərf olunubsa yol biletlərinin təqdim olunması şərti ilə ödənilir.
Yollayış üzrə istifadə olunmamış günlər və həmçinin sanatoriyaya gedib-qayıtmaq üçün həqiqi müddətdən artıq vaxt sərfi üçün müavinət verilmir.
Тəqdim olunmuş sənəd əsasında komissiyasının səlahiyyətli üzvü müavinət almaq hüququnu, onun miqdarını müəyyən edir, müavinətin təyin edilməsi barədə qərar qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.
Sığortaedən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqəsi müəssisəyə təqdim edildiyi aydan sonrakı ayın 5-dən sonra verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqələrinin surəti əlavə olunmalıdır. Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əlavə olunmuş formada haqq-hesab təqdim edilməlidir.
Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir. Artıq verilmiş müavinət məbləği, müavinət alan şəxsdən müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən işəgötürən tərəfindən müavinət alan şəxsin əmək haqqından tutulur.
Hər belə halda tutulan məbləğ işçinin əmək haqqının 20 faizindən çox olmamalıdır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür.
Əgər işçi həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə işçinin öldüyü günədək almadığı müavinət ölən şəxslə birgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir. İşçinin ölən günədək almadığı müavinət ölənlə qohumluğu və onunla yaşamasının, yaxud onun himayəsində olduğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra verilir. Öldüyü günədək almadığı müavinəti o şəxslərin almaq hüququ vardır ki, həmin şəxslər mərhumla birgə yaşamış və onunla ümumi təsərrüfatı aparmış olsun.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara mərhum tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir. Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir.
Müavinət almaq hüququna malik olan valideyn öldüyünə görə uşaq doğumu üçün birdəfəlik müavinət alınmadıqda həmin müavinət digər valideynə və yaxud da uşağa həqiqi qulluq edən şəxsə verilir.
Alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir.
Sosial sığorta ödəmələrinin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.
Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin ümumi iş stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq tibbi sosial ekspert komissiyası (ТSeK) tərəfindən əlillik müəyyən edilənədək DSMF orqanları tərəfindən ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən təqsirkar işəgötürən tərəfindən DSMF orqanlarına qaytarılmalıdır.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.
Yüklə 156 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin