Hamiləliyə və doğuma görə müavinət


Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin verilməməsi halları



Yüklə 156 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü156 Kb.
#2330
1   2   3   4   5   6   7
Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin verilməməsi halları

Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinət aşağıdakı hallarda verilmir:


• 6 ay sosial sığorta stajı olmayan şəxslərə;
• işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə qəsdən öz sağlamlığına zərər vuran və yaxud da özünü yalandan xəstə kimi qələmə verən (simulyant) işçilərə;
• törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 59-cu bəndində nəzərdə tutulmuş hallardan başqa) əmək qabiliyyətini müvəqqəti itirdikdə;
• məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa);
• həbsdə olduğu və məhkəmə-tibbi ekspertizası aparılan zaman.
Əmək qabiliyyətini müvəqqəti itirmə ərəfəsində üzrsüz səbəblərdən işə çıxmayan, həkimin təyin etdiyi rejimi pozan, yaxud da müəyyən olunmuş vaxtda həkim müayinəsinə və ya tibbi sosial ekspert komissiyasının yoxlamasına üzrsüz olaraq gəlməyən işçilərə qaydanı pozduğu gündən müdiriyyətin müavinət təyin edilməsi üzrə komissiyası tərəfindən müəyyən olunmuş müddətədək müavinətdən məhrum olunurlar.


Yüklə 156 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin