GiRİŞ plan: Qida gigiyenasının inkişaf tarixi


Qida gigiyenasının inkişaf tarixi



Yüklə 82,44 Kb.
səhifə2/4
tarix05.01.2022
ölçüsü82,44 Kb.
#51028
1   2   3   4
qida fiziologiyası sanatoriya və gigiyenanın predmeti vəzifələri və inişaf tarixi

1.Qida gigiyenasının inkişaf tarixi

İlk əvvəl onu qeyd etmək lazımdır ki, gigiyena elmi sanitariyanı n mövcud tələbləri əsasında inkişaf etmişdir. Sanitariya da elm sahəsi olub gigiyenanın tələbləri əsasında sağlamlıq tədbirlərini işləyib hazırl ayır və bunları praktiki cəhətdən həyata keçirir. Ona görə də sanitariya və gigiyena elm sahələri birbiri ilə sıx vəhdətdə fəaliyyət göstərirlər. Bu özünü xüsusi olaraq ərza q məhsullarının gigiyenik ekspertizası zamanı və onların falsifikasiya olunmasının qarşısının alınması ilə aparılan tədbirlərdə daha da təsdiqləmişdir.

Kütləvi qidalanmanın təşkili və ərzaq məhsullarının istehsalı ilə ə laqədar gigiyena və sanitariya elmlərinin ölkəmizdə inkişafı, keçmiş S SRİ tərkibində fəaliyyət göstərdiyimiz dövrlərdə, əsasən 1920ci ildən sonra indiki MDB ölkələri ilə sıx əlaqədə baş vermişdir. Ona görə də qida məhsullarının istehsalının həyata keçirən qida sənayesi və iaşə müəssisələrində sanitariya və gigiyena tələblərinin öyrənilməsi ilə əlaqədar elmi biliklərdən məlumat verdikdə fikrimizcə indiki MDB ölk ələrinin ərazisində, xüsusilə Rusiya, Ukraynada və digər respublikalarda, v axtılə fəaliyyət göstərmiş görkəmli alimlərin nailiyyətlərini nəzərə alma q düzgündür.

Məhz bu səbəbdən də, hazırladığımız bu dərslikdə mikrobiologiya, sanitariya və gigiyenanın inkişaf tarixindən məlumat verdikdə, həmin alimlər haqqında mövcud fikirləri tələbələrimizə çatdırmaq qərarına gəldik. Əlbəttə, adı çəkilən elm sahələrinin inkişafı təkcə texniki elmlə rin inkişafı ilə deyil, həm də səhiyyəmizin istər Azərbaycanda, istərsə d ə keçmiş SSRİ tərkibində keçdiyi fəaliyyət dövrləri ilə sıx əlaqədə baş ve rmişdir. Bununla belə, mikrobiologiyanın inkişafı ilə əlaqədar elmitədqiqatların aparılması, sanitariya və gigiyenanın ölkəmizdəki bugünk ü vəziyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının mikrobiologiya institutu əməkdaşlarının uzun illər ərzində apardığı çoxsaylı elmi işlər, BDU-nun müvafiq kafedraları, Azərbaycan Tibb Universitetinin uyğun kafedraları, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası və digər ali məktəbi ərdə və elmi təşkilatlarda yerinə yetirilmiş və bu gün də davam etdiri lən tədris-metodiki və elmi tədqiqat işlərinin nəticələri ilə sıx bağlı olmuşdur. Bütövlükdə götürdü kdə isə mikrobiologiya elmi kimi, sanitariya və gigiyenanın da bir el m sahələri kimi inkişafına nəzər saldıqda, onların ərzaq məhsullarının is tehsalı ilə əlaqədar qida sənayesində, iaşə müəssisələri və ticarət şəbəkələr ində fəaliyyət dairəsini qısaca şərh etsək, indiki MDB məkanında, o cümlədən respublikamızda keçmiş dövrlərdən aşağıdakı istiqamətdə davam etmişdir.

Qidalanma haqqında elmin yaranması XX əsrin əvvəllərinə təsadüf etsə də, müxtəlif qida maddələrini və onların insan orqanizmində çevrilməsini öyrənməyə imkan verən biliklər biologiya, fiziologiya, fizika və başqa elmlərin qədimdən indiyə qədər müvəffəqiyyətlə inkişafı ilə əlaqədar olmuşdur.

Qida gigiyenasının bir elm kimi inkişafında böyük rus alimi S.F.Xoto vitskinin (1796-1855) qida sanitariyası üzrə fundamental dərsliyi böyük rol oynamışdır. Bu dərslikdə qida məhsullarının keyfiyyət tərkibi, qida məhsullarında zərərli hissələrin əmələ gəlməsi şəraiti və səbəbləri, sanitargigiyenik üsullarla nəzarət haqqında məlumatlar və qida məhsullarının zərərli çirklənmələrdən qorunması üzrə tövsiyələr ətraflı verilmişdir.

Qidalanma haqqında elmin inkişafında Rusiyada gigiyena elminin banisi sayılan, görkəmli alimlərdən A.P.Dobroslavin (1842-1889) və F.F.Erismanın (1842-1915) çox böyük xidmətləri olmuşdur. A.P.Dobroslavin Rusiyada gigi yena üzrə ilk professor olmuş, 1871-ci ildə ilk dəfə Peterburqda Tibbcərrahlıq Akademiyasında təşkil edilmiş "Gigiyena" kafedrasına rəhbərlik etmişdir. Kafedra ölkədə elmi-gigiyenik fikrin mərkəzinə, gigiyenik təcrübə məktəbinə çevrilmişdir.

Onun təşəbbüsü ilə Peterburqda qida məhsullarının keyfiyyəti və məni msənilməsini öyrənən şəhər laboratoriyası yaradılmışdır. A.P.Dobroslav in tərəfindən hərbi və ümumi gigiyena üzrə drslik yazılmışdır.F.F.Erisman isə Moskva Universitetinin tibb fakültəsində "Gigiyena",

kafedrasına rəhbərlik etmişdir. O, gigiyenanın ictimai hərəkətli olmasını göstərərək, onu cictimai sağlamlıq haqqında elmə adlandırmışdır (hesab etmişdir).

F.F.Erismanın təşəbbüsü ilə 1891-ci ildə Moskvada sanitariya stansiyası yaradılmışdır. Burada suyun key fiyyəti və qida məhsullarının tədqiqi üzrə böyük işlər aparılmışdır. Rusi yada Oktyabr sosialist inqilabından sonra və sovet dövründə bu stansiya F .F.Erisman adına Sanitariya İnstitutuna çevrilmişdir. Digər institutlardakı kimi onun tərkibində qida laboratoriyası da olmuşd ur. Hazırda, Moskvada Rusiya Tibb Elmləri Akademiyası (TEA) nəzdində Qida İnstitutu və digər tibbi institutlar fəaliyyət göstərirlər.

Qıdalanma haqqında gigiyena elminin inkişafında rus patofizioloq V.N Paşutinanın (1845-1901) tədqiqatlarının böyük əhəmiyyəti olmuşdur. O, orqanizmdə kifay ət qədər qidalanma olmadıqda, baş verən patolofi prosesləri öyrənmişd ir. Qida qiqiyenası və fiziologiyası və həmçinin sanitariya üzrə elml ərin inkişafında görkəmli fizioloq akademik İ.P.Pavlovun (1849-1936) işlərinin də böyük rolu olmuşdur. İ.P.Pavlov tərəfindən hazırlanmış yeni tədqiqat üsulları və onların fiziologiyanın inkişafında istifadəsi, insan orqanizmində həzm proseslərinin gedişinin qanunauyğunluqlarını aşkar etməyə imkan vermişdir. Bu tədqiqatlar, həmçinin ali sinir siste minin tədqiqi və onun tərəfindən orqanizm ilə xarici mühitin vahidliyi haqqında təlimin yaradılması, insanın səmərəli qidalanmasının müasir n əzəriyyəsini yaratmağa əsas vermişdir. Tibbi sanitar-profilaktikanın inkişafında Q.V.Xlopinin (1863-1929) də işlərinin böyük əhəmiyyəti olmuşdur. Onun çoxsahəli elmi fəaliy yəti gigiyenanın bir çox məsələlərinin, o cümlədən qida gigiyenası sah əsinin praktiki həllinə yönəldilmişdir. Q.V.Xlopin iki böyük işin - Qida məhsulları və içkilərin tədqiqi üsulları və Gigiyenanın əsasları" dərsliklərinin müəllifi olmuşdur. O, həmçinin sanitariya və gigiyena sa həsində qanunçuluğun yaradılmasında və ictimai iaşənin gigiyenası məs ələlərinin hazırlanmasında iştirak etmişdir. Qida gigiyenasının inkişafında həmçinin M.N.Şaternikov, İ.İ.Molçanova, N.P.Diatroptova, A.A.Pokrovski kimi alimlərin də böyük rolu ol muşdur. Onlar mühüm tədqiqatlar aparmış və müxtəlif qrup əhali üçü n fizioloji cəhətdən əsaslandırılmış qıda normaları hazırlamışlar. Qida normalarının fizioloji cəhətdən əsaslandırılması üzrə tədqiqatlar keçmiş SSRİ TEA Qida İnstitutunda davam etdirilmişdir. Bu institut 1930-ci ildə RSFRin mərkəzi Dövlət İctimai İaşə İnstitutunun bazasında yaradılmışdır və halhazırda Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutu kimi digər in stitutlarla birlikdə qida gigiyenası üzrə bütün işlərə rəhbərlik edir.


Yüklə 82,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin