GİRİŞ Koməkçi nitq hissələri haqqında ümumi anlayış



Yüklə 108,41 Kb.
tarix21.04.2017
ölçüsü108,41 Kb.
#15165


İ Ç İ N D Ə K İ L Ə R

Giriş ... .. .......................................................................... 2

Müəyyənlik artikılı........................................................... 5

Sual ədatları...................................................................... 6

Cavab və inkar ədatları..................................................... 8

Xitab ədatları.................................................................... 10

And ədatları...................................................................... 12

İstisna ədatları və başqaları.............................................. 12

Nəticə............................................................................... 14

Qaynaqlar......................................................................... 15



GİRİŞ
Koməkçi nitq hissələri haqqında ümumi anlayış

Azərbaycanda qədim zamanlardan ərəb qramatikasının tədqiq sahəsində bütöv bir məktəb yaranmışdır. Dünya dillərinin tədqiqi sahəsi ilə əlaqədar onu deyə bilərik ki, dilin elmi-nəzəri və praktik məsələlərini həm ərəb dilçilərinin, həm də orta əsr Müsəlman Şərqi ölkəlarinin alimləri öyrənmişlər. Müasir Azərbaycan ərəbşunaslarının tədqiqlərini də vurğulamaq çox yerində olardı. Bütün dillərdə olduğu kimi, ərəb dillərindədə müəyyən bir fikri bütün məna çalarlığı və dəqiqliyi ilə ifadə etmək üçün köməkçi nitq hissələri böyük əhəmiyyətə malikdir. Ərəb dilçiləri dildə mövcud olan nitq hissələri içərisində köməkçi nitq hissələrindən olan ədatlar barəsində müfəssəl araşdırmalar apararaq tədqiq etmişlər. Başqa dillərdə olduğu kimi Azərbaycan dilində də ədatlar köməkçi nitq hissələri içərisində geniş yer tutur. Bu dildə elə sözlər vardır ki, hansı nitq hissəsinə aid olduğunu söyləmək çox çətindir. Bu qəbildən sözlərə kimi modal söz, kimi bağlayıcı, kimi nida, kimi əvəzlik və s. demişdirlər. Əslində isə bunlar ədatlardır. Azərbaycan dilində mövcud olan ədatları sistemli şəkildə nəzərdən keçirək.

Əvvəllər “ədat” indi işlətdiyimiz “köməkçi nitq hissələri” adlandırdığımız sözlərin bütövlükdə adı kimi çox geniş mənada işlədilirdi. Sonralar köməkçi nitq hissələrinin ayrı-ayrılıqda öyrənilməsi ilə əlaqədər olaraq ədat dar mənada işlənməyə başlandı. Bağlayıcı, qoşma və nidaya daxil ola bilməyən köməkçi sözlər ədat başlığı adı altında toplandı. Bununlada “ədat” istilahı Azərbaycan dilinə daxil olmuşdur. Bu mövzuya Azərbaycan dilçilərindən Ə. Z. Abdullayev1, M. Hüseynzadə, S. Cabbarov, F. R. Zeynalov, Y. M. Seyidov, Q. Q. Həsənov və başqaları dəyərli tövhələr vermişlər. Bu tədqiqat əsərlərinin hər biri Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolunu işıqlandıraraq köməkçi nitq hissələrinin, o cümlədən ədatların dilimizin inkişafının bu və ya digər mərhələsində məruz qaldığı elmi və praktiki araşdırmaları əks etdirir. Məsələn akademik Ə. Z. Abdullayev əsərlərinin birində göstərir ki, “biz ədatlar haqqında ilk məqaləni yazarkən Azərbaycan dilçiliyində hələ bu məsələ xususi tədqiqat obyekti olmamışdı2”. Ədatların 50-ci illərdə altı qurupda bölgüsü müəllifi qane etməmiş, sonrakı tədqiqat əsərlərinin birində belə yazmişdı. “O vaxtdan bəri 30 ildən artıq vaxt keçmiş, bu mövzuda irili-xırdalı 20-yə yaxın əsər çap olunmuş, bu əsərlərdə bir sıra faydalı yeniliklər meydana çıxmışdır. Bu məsələ ara-sıra bizim özümüzü də düşündürmüşdür2

Dilimizdə ədatlar heç də digər köməkçi nitq hissələrindən az işlədilmir. Ədatlardan ən çox dialoq zamanı istifadə olunur. Bağlayıcı ya iki sözü, ya iki söz birləşməsini, ya da iki cümləni bir – birinə bağlayır. Ədat isə bu xususiyyətdən uzaqdır. Ədatında bağlayıcıda olmayan xususiyyətləri vardır. Ədat işlənərək, işləndiyi sözə, cümləyə incəlik, qətilik qatır. Ədatlar müstəqil sözlərdən törədiyinə görə bəzən də ədat müstəqil söz vəzifəsini daşıya bilir. Bəzən də mənşəyini feldən alan ədatlara qoy/qoyun, gəl/gəlin, bax, gör sözlərini, əvəzlikdən əmələ gələnlərə elə, belə sözlərini, saydan törəyənlərə isə bir, bircə sözlərini misal vermək olar. Ədatlar tək başına müstəqil məna kəsb etmir,işləndiyi sözə fərqli məna çaları meydana gətirir.


Məna çalarlarına görə ədatları bir neçə qurupa ayırmaq olar. Azərbaycan dilində ən çox işlənən ədatlar bunlardır.

  1. Qüvvətləndirici ədatlar. ki, axı, lap, ha, artıq, hətta.

  2. Məhdutlaşdırıcı ədatlar. ancaq, yalnız, tək, təkcə, bircə.

  3. Dəqiqləşdirici ədatlar. elə, əsl, məhz, ca, cə.

  4. Sual ədatları. bəs, məgər, mı, mi, mu, mü, hə.

  5. Əmr ədatları. qoy, qoyun, gəl, gəlin, di, ha, kaş.

  6. Təsdiq və inkar ədatları. hə, bəli, aha, yox, xeyr, heç.

İndi isə bu nümunələrə ayrı-ayrılıqda qısaca bir nəzər yetirək.

Qüvvətləndirici ədatlar. Qüvvətləndirici ədatlar işləndiyi sözün və cümlənin qüvvətli deyilməsini təşkil edərək onu nəzərə daha qüvvətli çarpdıraraq bununlada nitqin daha ifadəli olmasına xidmət edir. Ki ədatı sözün ifadədəki təsirini artırır. Qüvvətləndirici ki ədatı mənaca çox vaxt qüvvətləndirici ha ədatına uyğun gəlir. Məsələn: Ağbirçək vaxtımda sənin üçün imanımı verə bilmərəm ki..... Sürümək nə üçün, özü gedir ki!...( Mir Cəlal “Abşeron” ) Digər qüvvətləndirici ədatlardan biridə axı ədatıdır. ( bəzən “axır”şəklindədə işlənir ). Məsələn: Babam axı kitab oxuya bilmir, bəs siz deyənləri hardan bilir ? ( Mir Cəlal “Gülgəzin babası” ). Həkimə baxmaq bizim peşəmiz deyil axı!.. ( Mir Cəlal “Dissertasiya” ) Ədəbi dildə çox işlənən ədatlardan biridə artıq ədatıdır. Müəyyən bir həddin qurtarıb başqa həddin başlanmış olduğunu nəzərə çarpdırmaq məqaqmında işlənir. İşləndiyi sözdən əvvəl gəlir. Məsələn: Yoldaş İsmayılzadə o, artıq yoxdur. ( H. Mehdi “Abşeron” ) Artıq bu məsələ onu heç maraqlandırmır. ( C. Cabbarlı. “Almas” ) Adi danışıq dilində isə artıq ədatı əvəzinə, daha qüvvətləndirici ədatı işlədilir. ( məsələn: Deyir, ana, daha bir işdir düşübdür. ( C. Cabbarlı. “Almas” ) Məhdutlaşdırıcı ədatlar. Bu ədatlar işləndiyi sözdən əvvəl gələrək sözə məhdutluq bildirir. Bunlardan ən çox işlənənləri ancaq və yalnız ədatlarıdır. Aşağıdakı misallara diqqət edək. Yorğunluğunu ancaq indi etiraf edib ayağa durdu və iş otağına keçdi. (H. Mehdi. “Abşeron” ) Bu vaxt onu yalnız bircə məsələ düşündürürdü : müəllim cücələri bəyənəcəkmi? ( Ə. Vəliyev. “Hədiyyə” ) Ancaq və yalnız ədatları əvəzinə, dilimizdə bircə və təkcə ədatları da işlənir. Bunlar da eyni mənanı verir. Məsələn: Bircə danışgahdakı hərəkətlərin edam olunmağına kifayətdir. (M. İb rahimov. “ Gələcək gün ” ) Təkcə öz razılığının kifayət olmadığını anlayan Rəşid, Süsənlə görüşməyə fürsət axtarırdı. ( H. Mehdi “Səhər” ) Bu misallardakı bircə və təkcə ədatlarını asanlıqla ancaq və ya yalnız ədatı ilə əvəz etmək olar və bunda məna pozulmaz. Bəhs etdiyimiz ədatların əvəzinə bir, tək ədatlarıda işlənə bilər. Dilimizdə bu kimi məhdudlaşdırıcı ədatlara da rast gəlinir. Dəqiqləşdirici ədatlar. Bu növ ədatlar aid olduğu sözün mənasını müəyyən etməyə, dəqiqləşdirməyə xidmət edir. Dəqiqləşdirici ədatlara misal kimi elə, əsl, məhz, ca. cə ədatlarını göstərə bilərik. Elə ədatı aid olduğu sözün mənasını dəqiqləşdirir.Aşağıdakı şerdə bunu görmək olar. Elə bu anda birdən/ Şaqqıltıyla meşədən Sıçraşaraq dalbadal/ Çıxdı bir sürü marallar . ( O. Sarıvəlili “Marallar” ) Sual ədatları. Sual ədatları dilimizdə ən çox işlənən ədatlardandır. Bu qəbil ədatlara bunları misal göstərmək olar. bəs, məgər, mı, mi, mu, mü, hə, ki və s. Buradakı bəzi ədatlar quvvətləndirici ədat kimi də işlənə bilir. Bəs ədatı ən çox cümlənin başında işlənir. Məsələn: Bəs Gülgəz indi Əli babanın sözünə nə üçün fikir vermədi? ( Mir Cəlal “Gülgəzin babası” ) Bəs biz niyə burda durmuşuq? ( M. İbrahimov, “Gələcək gün” ) Məgər sözü həm əvvəldə həm ortada, həm də sonda gələrək cümləyə sual mənası qazandırır. Bəzən cümləyə şübhə, tərəddüd və etiraz mənalarını da bildirir.Məsələn: Belə bir qabiliyyət və əzm bizim xalqda məgər yoxdur? (M. İbrahimov “Gələcək gün”) Məgər mən saatsazam? ( S. rəhimov “Mehman” Ki sözü həm qüvvətləndirici, həm də sual ədatı kimi işlənir. Sual ədatı kimi işləndikdə cümlənin sonunda gəlir. Məsələn: Bəs o nə deyir, acıqlanmır ki? ( C. Cabbarlı “Almas” ) Qulağında daha ağrı-zad qalmayıb ki? ( Mir Cəlal “Dissertasiya” ) Məgər sual ədatıda vardır. Dilimizdə bunun əvəzinə yəni sözüdə işlənir. Yəni Fuad sizi bu qədər sevir? Yəni sözünün bağlayıcı kimi işləndiyi yerlərdə vardır. Əmr ədatları. Əmr ədatları, nitq, arzu, məsləhət, təkid, xəbərdarlıq etmə, sövqetmə, diqqəti cəlb etmə və s. mənalar verir. Bu növ ədatlara qoy, qoyun, gəl, gəlin göstərmək olar. Çox zaman cümlənin başında gəlib, feli xəbərə aid olur. Məsələn: Qoy balalarımız yaddan çıxartmasın, indi də istismar ölkələrində minlərlə körpə istismar qurbanı olur. ( Mir Cəlal “Bir gəncin manıfesti” ) Qoyun ağanı Kürd Əhməd qərar versin. ( M. İbrahimov, “Gələcək gün” ). Gəl, gəlin ədatları da çox vaxt cümlənin başında gəlir. Gəl səni kolxoz bağına aparım. ( Y. Şirvan “Payız günləri” ) Gəlin kinoya gedək. Gəl dərsimizi oxuyaq. Gəl, gəlin sözləri müstəqil işlənib feli xəbər vəzifəsini də daşıyırlar. Eldar səndə gəl misallarında olduğun kimi. Dilimizdə bu ədatların qoysana, qoysanız, gəlsənə, gəlsəniz formaları da işlənməkdədir. Fellərdən sonra işlənib, təkid bildirən görüm, görək ədatları da fel mənşəlidir. məsələn: De görüm yoldaşa vəfasızlıq etmək bir komsomola yaraşarmı?.... Hə danış görək bu nə məsələdir. Dilimizdə bax, gör ədatları dinləyicini oyatmaq, fikrini məsələyə yön- ləndirmək üçün istifadə olunur. Yeriyin düzlərə traktor, maşın Sosyalist kəndində gör nə busat var! Mənaca təkid, tələb etmə bildirən ədatlardan bir, bircə ədatlarını da qeyd etmək zəruridir. Bir, bircə ədatları əksər hallarda aid olduğu fellərdən qabaq işlənir. Məsələn: Bircə belə dur, mən buruqdan çıxıb getməliyəm. ( M. İbrahimov ) A kişi, sən bir səsini kəs, görək kişinin qızı nə deyir də. ( C. Cabbarlı, “Almas” ) Əmr ədatları sırasında kaş/ki və təki ədatlarınıda qeyd etmək olar. Bunlar arzu bildirən ədatlardan olub, cümlənin əvvəlində gəlir. Məsələn: Kaş bu dəyişiklik həmişəlik, ömürlük olsun. ( İ. Hüseynov. “Dan ulduzu” ) Kaş ki bütün dərd sənin bilməzliyin olaydı. ( C. Cabbarlı, “Almas” ) Təki sən qaranquş kimi dimdiyində bizə xəbər gətir. ( S. Rəhimov “Saçlı” ) Təki azad olsun qalan yoldaşlar. ( Q. Zakir, “Təmsillər” ). Təsdiq və inkar ədatları. Azərbaycan dilində olan hə, bəli, aha ədatları fikri təsdiq etmək yox, xeyr, heç ədatları isə inkar etmək üçün istifadə olunur. Məsələn: Hə, bax buna varam, sukanı belə saxla. Hə, bax belə aydın və qəti....Yox, yox onu deyə bilmərəm....Xeyr mən realistəm...Xeyr yanıldınız, yoldaş İsmayilzadə. ( H. Mehdi, “Abşeron” ) Dilimizdə elə ədatlar da vardır ki, söz düzəltməkdə, eyni mənalar yaratmaqda iştirak edir:

1.Qeyri müəyyən əvəzliklər düzəldən isə/sə ədatı. ( kim isə, nə isə ) 2.İnkar əvəzlikləri düzəldən heç ədatı. ( heç kim, heç nə və s. ) 3.Qeyri-müəyyənlik ifadə edən bir ədatı. ( bir dəfə, bir gün və s.) Şübhəsiz ki, bəhs etdiyimiz bu ədatlardan başqa, ədatların digər növləri və tipləri də ola bilər. Yuxarıda bəhs etdiyimiz mövzuya toxunmaq da məqsəd köməkçi nitq hissələrindən hesab edilən ədatların Azərbaycan dilində tutduğu mövqeyi açıkqlamaqla bərabər eyni zamanda bu mövzunun başqa dillərdə, o cümlədən sami dillərin cənub yarımqurupuna aid olan ərəb dilində öz ifadəsini necə tapmasına bir dəstək olması idi. Məlumdur ki, ərəb ədəbi dili الفصحي العربية bir çox məhəlli dialektik və şivələrin inkişaf tarixinin yetirməsi kimi əsasi Xəlil ibn Əhməd əl-Fərahidi (əl-Furhudi ) tərəfindən 18-ci əsrdə qoyulmuşdur. Maraqlı burasıdır ki, bu dildə nitq hissələrinin bölgüsü ta qədimdən eyni şəkildə aparılmışdır. Ərəb dilinə aid dilçilik kitablarında nitq hissələrinin bölgüsü nitq hissələrinin əsas və köməkçi olmasını nəzərə almaqla üç yerə ayrılır: isim, fel və zərf. İsim adı altında ad quruplu sözlər, yəni isim, sifət, əvəzliklər (buraya şəxs, işarə, nisbi və sual əvəzlikləri daxildir), saylar və bir sıra zərflər nəzərdə tutulur. Bu əsərlərdən bəzisinə nəzər salaq. Əli əl-Cərim və Mustafa Əminin birlikdə hazırladıqları “Ən-nəhv əl-vadıhbi qavaidi əl-luğa əl-arabiyyə” əsərində nitq hissələrinin bölgüsü aşağıdakı3 kimidir: '' حرف فعل،و اسم،و : انواع ثلا ثة الكلمة '' Fel bəhsində felin zaman, şəxs, növ, şəkil kateqorıyaları öyrənilir. Köməkçi nitq hissələri حرف ( cəmi: حروف və ya احرف ) istilahı ilə ifadə olunsa da, onlar geniş və əhatəlidir. Bu sözün mənası həm köməkçi nitq hissələri( buraya bağlayıcı, ön qoşma, keçmiş və indiki- gələcək zaman ədatları, arzu, şərt və əmr formasını tələb edən ədat və bağlayıcılar, təsdiq və inkar, sual, istisna, and və s. ədatlar daxildir.) mənasında, həm də əlifba hərfi mənasında işlənir. İndi isə ərəb ədəbi dilində mövcud olan ədatlara nəzər yetirək. Ərəb dilində köməkçi nitq hissələri arasında ədatlar xususi yer tutur. Ədatlar həm isimlərlə, həm də fellərlə işlənir. Onlar müstəqil mənaya malik olmayıb müəyyən nitq hissələri ilə işləndikdə cümləyə müvafiq olaraq qətilik, qeyri-müəyyənlik , məhdudiyyət və s. mənalar gətirir. Ərəb dilində ədatları aşağıdakı məna növlərinə bölmək olar. اداة التعريف، حرف الاستفهام الايجاب، حرف الا التصديق، حرف النفي،ن حرف الرد،حرف الاستقبال، اداة التمنى، حرف التنبية، حرف التوقع،حرف التحقيق، حرف القريب و التقليل، حرف الاستثناء، حرف النداء،الحروف العاملة فى الفعل الجاز Müəyyənlik ədatı, sual ədatları (alternativlik bildirənlər də daxil olmaqla), cavab ədatları ( təsdiq,inkar, rədd ədatları ), qəti gələcək zaman ədatları, çağrış ədatı, arzu ədatı, yaxın bitmiş zaman və güman ( indiki gələcək zaman forması ilə ), istisna ədatları, nida ədatları, feli şərt formasına salan ədatlar, and ədatları.

Müəyyənlik ədatıال əsasən aşağıdakı hallarda işlənir: Tekstdə və ya söhbət zamanı adı çəkilmiş və buna görə də müəəyyənləşmiş isimlərin əvvəlində: البر خير من الشعير Buğda arpadan xeyirlidir. İzafətin ikinci tərəfi müəyyəndirsə: كتاب المعلم، در اسة العربية Bəzən xususi isimlər də arttikillə işlənir: الاسكندرية، القاهرة،الحسن Sual ədatları اهل cümlənin əvvəlində gəlir, dilimizə “mı, mi, mu, mü” kimi tərcümə edilir. اهذا صحيح ؟ هل عندك قاموس ؟

ام və اوalternativlik bildirən ədat- bağlayıcılar da sual ədatları arasında öyrənilir. Azərbaycan ərəbşunaslığında bunlar sual ədatları adlanır. Halbuki bunlar ədat yox, bağlayıcı- özüdə bölüşdürmə bağlayıcısıdır.

ام “mı-və ya” ədat-bağlayıcı daha məşşurdur. Bu ədat-bağlayıcılar hər hansı bir cümlə növündə-təsdiq, inkar və sual cümlələrində işlənə bilər. Dilimizə “yoxsa”, “yaxud”, “ya da” kimi tərcümə edilir. Başqa dillərdə, məsələn rus dilində də bu kimi nitq hissələri müştərək adlanır. ام ədat-bağlayıcısı birbaşa sual cümlələrində ikili suallarda işlənir. اتسمعني ام اسمعك Mənə qulaq asacaqsan, yoxsa mən sənə qulaq asım? Dolayı suallar zamanı da ondan istifadə edilir: Bilmirəm o bunu etdi, yoxsa yox- لاادرى افعل هذ ام لا او ədat-bağlayıcısı haqqında bağlayıcılar bəhsində danışacağıq.

Müsbət cavab ədatları


  1. نعم ( hə, bəli ) mənası verən bu ədat həm təsdiq, həm də inkarlıq bildirən sual cümlələrində cavab olaraq işlədilir.

Zeyd yanına gəldimi? Bəli. هل جاءك زيد؟ نعم

Zeyd gəlmədimi? Bəli.اما جاء زيد؟ نعم



  1. بلى ( bəli, hə ) – bu ədat inkar bildirən sualdan sonra gəlir və bir növ inkarı inkar edir. Bunu deyən sən deyilsənmi? Bəli.الست بقائل ذلك؟ بلى. (Yəni bunu deyən mənəm ) əgər “ نعم” deyə cavab verilsəydi, cümlə belə başa düşülərdi: Bəli, bunu deyən mən deyiləm.

  2. اجل ( hə, belədir )- sual cümləsi olmayan cümlələrdən sonra gəlib "نعم" mənasında işlədilir.

  3. اي ( bəli ) ədatı and içərkən işlədilən اى والله “bəli, vallah” -mənasını verir.



İnkar cavab ədatları.

  1. حرف النفى –( inkar ədatı ) لا yo هل انت طالب

  2. حرف الرد - ( rədd ədatı )- كلا - heç yoxهل تكتب؟ كلا

Gələcək zaman ədatları Bunlar ikidir: س vəسوف Hər ikisi qəti gələcək zaman bildirir. س ədatı daha yaxın gələcək zamanı, سوف ədatı isə nisbətən uzaq gələcək zamanı bildirir. İkincisi daha çox inkarlı cümlələrdə işlənir. Gəlməyəcəm- سوف لا اذهب

اذا قال موسى لآهله اني أنست نارا سأتيكم منها بخبر( سورة النمل،7) Bu zaman Musa zövcəsinə demişdi, “Mən bir od gördüm, gedib ondan sizə bir xəbər gətirim ( gətirəcəyəm ).

Xitab ədatları Bu ədatlardan أ və يا ən çox işlədilən muraciət ədatlarıdır.

أ، يا، أيها، ايتها، ياأيها، يا أيتها، ا، ايا، هيا، اي



  1. Əgər muxataba müraciət olunursa, yəni birbaşa xitab edilirsə bu ədatlardan sonra isim artikılsız və tənvin damməsiz işlədilir. Ey Rauf; ey dost. يا رؤوف، يا صديق

  2. Müraciət olunan şəxsin adı izafətlə ifadə olunarsa , müraciət ədatından sonra izafətin birinci tərəfi təsirlik halında işlənir. Ey Harunun bacısı. ) يا أخت هارون (سورة مريم، 28 Ey kitab əhli يا أهل الكتاب ( سورة آل عمران، 64 )

  3. Xitab edilən şəxsin təyin-sifəti, təsirlik halda olan tamamlığı, və ya ön qoşmalı tamamlığı varsa, o zaman xitab olunan ad qeyri-müəyyənlikdə təsirlik halında olur.

Ey dağa qalxan يا طالعًا الجبل

  1. Daha emosional müraciət zamanı çağrılan adamın adının sonuna bəzən اهْvə ya اهُ artırılır. Ah mənim anam!يا أمهْ

5. أيتها ) أيها ) ədatları daha rəsmi və təntənəli müraciət zamanı işlədilir. Diqqəti daha da artırmaq və cəlb etmək üçün bunların əvvəlinə يا ədatı da əlavə edilir.

6. أيا vəهيا ədatları uzaqda olanlara müraciət olunarkən işlədilir. Bu zaman isim adlıq halda olur. Ey ( uzaqda olan ) sevinc və sən ey kədər! أيا سرور و أنت يا حزن Bəzən ümumiyyətlə xitab ədatı buraxıla bilər. Ey məni sərxoşluq üstündə danlayan! عاذلي في المدام

7. Köməyə çağırış zamanı يا ədatından başqa isimin əvvəlinə ل qüvvətləndirici ədatı əlavə olunur.

And ədatları ( حرف القسم ) üçdür: ب، و، ت Vallah, Allaha and olsun! بالله، تالله، والله

İtki bildirən ədatlar

Kimsəni itirərkən təəsüf ifadə etmək üçün وا “ heyf ” ədatı işlədilir. Xususi isimlə işlədilən bu ədatdan sonra isim adlıq halda olur. Vay Zeyd. Heyf Zeyddən-وا زيد Xususi isim izafət şəklində olursa, izafətin birinci tərəfi təsirlik halda işlədilir. Çünki bu zaman او ədatı يا xitab ədatı kimi çıxış edir. Vay Abdullaha – وا عبدالله



İnkar ədatları

Bu ədatları iki qrupa bölmək olar: fellərlə işlənənlər və isimlərlə işlənənlər.



  1. ما ədatı adətən felin keçmiş zamanı ilə işlənir. Məsələn:

Çıxmadım-ما خرجْت

Bəzən bu ədat indiki-gələcək zaman feli ilə də işlədilir və نفي الحال adlanır. Məsələn: O, gəlmir-ما يجيئ

لا inkar ədatı aşağıdakı hallarda işlədilir:


  1. Gələcək zamanda baş verən hərəkəti inkar etmək üçün:

و لكن ظننتم أن الله لا يعلم كثيرًامما تعلمون ( سورة فصلت،20 )

Lakin zənn etdiniz ki, Allah etdiklərinizin çoxunu bilməyəcəkdir.



  1. İki qat inkar zamanı, yəni eyni zamanda iki felin hərəkətinin inkarı zamanı felin keçmiş zamanında olan ikinci fellə yanaşı işlədilir. Bu zaman birinci fellə yanaşı ما və ya لم ədatı işlədilməlidir. Məsələn:

أنني ما قتلْت آبنك و لا ضربْته

Mən sənin oğlunu öldürməmişəm və onu döyməmişəm.



  1. Bəzən felin keçmiş zamanı ilə ikiqat inkar zamanı işlənərək hər felin qarşısında təkrar olunur. Məsələn:

إنه لا اكل و لا شرب O nə yedi, nə də içdi.

  1. Bəzən و bağlayıcısı ilə birləşmiş iki fellə işlədilərək keçmiş zaman bildirir. Lakin bu zaman yalnız ikinci felin hərəkətini inkar edir. Məsələn:

جاءني و لاسالني شيئاً Mənim yanıma gəldi və heç nə soruçmadı.

  1. Keçmiş zamandakı başqa hərəkətlə eyni zamanda baş verən hərəkət inkar edilərkən indiki zamanda işlənir. Məsələn:

جاءني ولا يتكلم Yanıma gəldi və danışmadı.

  1. Mənfi münasibət, məsələ, qarğış bildirdikdə keçmiş zamanda işlədilir. Məsələn:

و سلم عليك و لا نظر اليك Nə səni salamlasın, nə də üzünə baxsın. ( Heç səni salamlayıb üzünə baxmasın ).

  1. İnkarlı əmr ( امر النهي ) bildirərkən felin şərt şəkli ilə işlədilir. Məsələn:

Bunu demə لا تقل ذلك

لا تقنطوا من رحمة الل( سورة الزمر،53)

لم ədatı felin şərt şəkli ilə işlənərək hərəkətin keçmiş zamandakı inkarını bildirir. Məsələn: Səbr etmədi, yazmadı.لم يصبر، لم يكتب Bəzən bu ədatlarla işlənən fellər dilimizə felin keşmiş zamanındakı xəbər şəklindən çox, şərt kimi tərcümə olunur.

و من لم يجعل الله له نورا فما له من نور (سورة النور، 40 ) Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.

لما ədatı felin şərt şəkli ilə işlənərək hərəkəti keçmiş zamandan hazırki an daxil olmaqla indiki zamana kimi inkar edir. O hələ bunu bilmir. لما يعلم ذلك

لن ədatı “heç zaman, heç bir vəchlə” tərcümə olunur, felin arzu şəkli ilə işlədilir və gələcəkdəki qəti inkarını bildirir.

أتخذتم عند الله عهد ا فلن يخلف الله عهده ( سورة البقرة، 80 ) Siz Allahdan vəd almısınızmı? Allah öz vədindən heç vaxt dönməz.

İsimlərlə işlənən inkar ədatları İsimlərlə də adətən لا və ما inkar ədatları işlədilir.


  1. İsmi xəbər ya təsirlik halda olur, ya da ب ön qoşması ilə işlədilərək yiyəlik halda olur. O, qafil deyil ما هو يغافل Zaman geri dön ما الزمان راجعا

  2. Mübtəda xususi isimlə, ya da artikilli, müəyyənlikdə olan isimlə ifadə olunarsa, xəbər adlıq halda da ola bilər.

لا زيد مريض

لا ədatı həm də predmetin mövcudluğunu inkar etmək üçün işlədilir. Bu zaman inkar edilən predmet təsirlik halda və tənvinsiz işlənir. Məsələn: Evdə heç kim yoxdur. لا رجل في الدار Şübhə yoxdur. لا ريب



  1. كلا – “ heç yox ” kimi tərcümə edilir. قطٌ və ya قطْ - “heç zaman, qətiyyən” mənasını verən bu ədatlar felin keçmiş zamanı ilə işlənir. Məsələn: Mən bunu qətiyyən etməmişəm ما فعلته قط

لام التاْليد - ل – bu ədat isimin halına və felin forma və şəklinə təsir etmədən aşağıdakı hallarda işlədilir.

  1. Söz birləşməsində ifadə edilən fikrin qüvvətləndirilməsi və təsdiqi üçün. a . Çox zaman təkid şəklində olan felin qarşısında işlədilir. Məsələn: Mən onu mütləq döyəcəyəm. لأضربنه b . Bəzən keçmiş zamanda olan felin qarşısında işlədilir. Məsələn: Onlar bunu hökmən bilirlər- لقد علموا c . إنّ ilə başlanan ismi cümlələrdə mübtədanın və ya xəbərin şiddətləşdirilməsi üçün işlədilir. Məsələn:

إن في ذلك لايات (سورة الاسرى،4 ) Həqiqətən bunda əlamətlər vardır!

ل ədatından sonra müəyyənlik artikilının “ əlifi ” atılır. Məsələn: Bu, həqiqətən, belədir – غنه للحق 2 . ل – لام القسم ədatı andiçmə zamanı aşağıdakı hallarda işlədilir. a . Şərtləndirilmiş and zamanı. Bu zaman ل ədatı and bildirən sözlərdən əvvəl gəldiyi kimi, şərt bildirən sözlərin əvvəlində işlənə bilər.

والله لئن اكر متنى لإكر منك Allaha and olsun, mənə hörmət etsən, mən hörmət edərəm. 3 . Şərtin təxmin edilən və لو və لو لا ilə başlanan nəticə hissəsində.Məsələn: Sənin sözlərin olmasaydı, mən onu yazmazdım. لولا قولك لما كتبته 4 . İsimləri yiyəlik halla idarə edən ل ədatı aşağıdakı hallarda işlədilir. 1 . Təəccüb ifadə edərkən. Məsələn: Nə böyük itkidir!يا للخسران 2 . Köməyə çağıran zaman: a . Köməyə çağrılan şəxsin adı qarşısında. Zeyd köməyə gəl! يا لزيد b . Kömək lazım olan şəxsi və ya əşyanı bildirən ismin qarşısında. Məsələn:

Yoldaşlara kömək edin! يا للرفقاء



N Ə T İ C Ə

Azərbaycanda qədim zamanlardan ərəb qramatikasının tədqiq sahəsində bütöv bir məktəb yaranmışdır. Dünya dillərinin tədqiqi sahəsi ilə əlaqədar onu deyə bilərik ki, dilin elmi-nəzəri və praktik məsələlərini həm ərəb dilçilərinin, həm də orta əsr Müsəlman Şərqi ölkəlarinin alimləri öyrənmişlər. Müasir Azərbaycan ərəbşunaslarının tədqiqlərinidə vurğulama çox yerində olardı. Bütün dillərdə olduğu kimi, ərəb dillərindədə müəyyən bir fikri bütün məna çalarlığı və dəqiqliyi ilə ifadə etmək üçün köməkçi nitq hissələri böyük əhəmiyyətə malikdir. Ərəb dilçiləri dildə mövcud olan nitq hissələri içərisində köməkçi nitq hissələrindən olan ədatlar barəsində müfəssəl araşdırmalar apararaq tədqiq etmişlər. Başqa dillərdə olduğu kimi Azərbaycan dilində də ədatlar köməkçi nitq hissələri içərisində geniş yer tutur. Bu dildə elə sözlər vardır ki, hansı nitq hissəsinə aid olduğunu söyləmək çox çətindir. Bu qəbildən sözlərə kimi modal söz, kimi bağlayıcı, kimi nida, kimi əvəzlik və s. demişdirlər. Əslində isə bunlar ədatlardır. Artıq bütün nitq hissələri sistemli şəkildə dilçilərimiz tərəfindən quruplaşdırılmışdır.

Qaynaqlar

Azərbaycan dilində. 1. M. Y. Qarayev Müasir ərəb dilinin tədris proqramı, Bakı, 2000.



  1. Hüseynova S. N. Ərəb dilçiliyində və ərəbşunaslığında köməkçi nitq hissələrinin ğyrğnilməsinə dair, AMEA, Z. M. Bünyadov adına Şər qşunaslıq İnistutunun “Şərq filalogiyası məsələləri”, Bakı, Əli nəşriyyatı, 2009.

  2. Ə. C. Məmmədov. Ərəb dili, Bakı, 2000


Ərəb dilind القرآن الكرم .1

ابن هشام الانصار، مغنى البيب عن كتب الاعراب، الجزء الاول،قم( دت). 2

سيبويه ابو عمربن عثمان،كتاب،الجزء الاول،بيروت. .3

السيوطى،جلال الدين، الاشباه والنظائر في النحو، القاهرة. .4

الشيخ مصطفى الغلايينى، جامع الدروس العربية، ثلاثة اجزاء،الجء الثالث. .5

Türk dilində

  1. Ahmet Yaşar. Arapcanın təməl kuralları (Sarf-Nahiv) İstanbul, İlahiyyat fakultəsi yayınları, 1995.

  2. Meral Çörtü, Arapça dil bilgisi: Sarf-Nahiv, İstanbul, İrfan yayınları, 1999.



1Ə.Z. Abdullayev köməkçı nitq hissələri, Azərbaycan unverisiteti nəşriyyatı,Bakı-1958; səh: 4-5

2 A.Ə. Abdullayev. Azərbaycan dili məsələləri, Bakı unverisiteti nəşriyyatı,1992,səh: 179

3 ص:15.1964 بمصر، المعارف، دار الاول الجزء اللغة العرعبيّة، قواعد في عالنحوالواضح امين مصطفى و الجارم على

~ ~


Yüklə 108,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin