GİGİyena-profilaktik təbabəTİN Əsasidir



Yüklə 268.03 Kb.
Pdf просмотр
səhifə1/3
tarix25.12.2016
ölçüsü268.03 Kb.
  1   2   3

GİGİYENA-PROFİLAKTİK 

TƏBABƏTİN ƏSASIDIR

Rektor ATU-nun əməkdaşlarını Qurban 

bayramı münasibətilə təbrik edib

İraq diplomatı Azərbaycan 

Tibb Universitetində

3

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                № 15 (1633) 16 sentyabr 2016 - cı il                           Qiyməti 50 qəpik

Azərbaycan Tibb 

Universitetinin Tədris 

Cərrahiyyə Klinikasına 

yeni direktor təyin edilib

Yeni tədris 

ilinə həsr 

olunmuş 

iclasda

4

«BİLİK GÜNÜ» NƏ HƏSR EDİLMİŞ 

GENİŞ TOPLANTI KEÇİRİLDİ

Bu  say ı m ı z d a

6

3

2

3

Hörmətli Ədilə xanım!

Sizi – Azərbaycan tibb elminin və təhsilinin görkəmli nümayəndəsini 

90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə 

möhkəm cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

60 ildən artıq bir dövr ərzində Siz elm, təbabət və təhsili üzvi şəkildə 

birləşdirərək həm alim və müəllim kimi, həm də uşaqların sağlamlığı-

nı qoruyan bir həkim kimi böyük uğurlar əldə etmisiniz. Siz öz nəcib 

fəaliyyətinizlə uzun illər ərzində Azərbaycanda uşaq təbabətinin inki-

şafında əvəzsiz rol oynamısınız. Apardığınız çoxşaxəli tədqiqatlarla Siz 

ölkəmizdə və beynəlxalq aləmdə böyük hörmət qazanmısınız.

Azərbaycan Tibb Universitetinin tibb və səhiyyə sahəsində nüfuzlu 

mərkəz kimi formalaşmasında, sözsüz ki, Sizin kimi alimlərin bö-

yük əməyi vardır. Neçə nəsil pediatr həkimlərin yetişdirilməsində 

bilavasitə iştirak edərək Siz daim yüksək ixtisaslı kadrların hazırlanması 

prosesinə layiqli töhfələr vermisiniz. Azərbaycanda uşaqların sağlam-

lığının keşiyində duran minlərlə insan böyük qürur hissi ilə vaxtilə 

tələbəniz olduğunu xatırlayır. Sizin vətəndaş mövqeyiniz və aktiv ictimai 

fəaliyyətiniz də təqdirəlayiqdir.

Bu gün Siz, ömrünüzün müdriklik çağında yenə də zəngin təcrübənizi 

və yüksək elmi potensialınızı səhiyyəmizin inkişafı naminə səfərbər edir-

siniz. Ümidvaram ki, bundan sonra da insanların sağlamlığının qorunma-

sı üçün öz qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz.

Ən xoş arzularla

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il.

Ə.Ə.Namazovanın “Azərbaycan Respublikası 

Prezidentinin fəxri diplomu” ilə təltif 

edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının 

yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədilə Əvəz 

qızı Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə 

təltif edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il.

Azərbaycan Milli Elmlər Akademiyasının 

həqiqi üzvü, professor Ədilə Namazovaya


http://www.amu.edu.az

16 sentyabr  2016-cı il

2



15 sentyabr 

Azərbaycanın çox-

milyonlu təhsil 

ictimaiyyətinin 

bayramı - “Bi-

lik Günü”dür. 

Təhsilin, elmin, 

biliyin tərəqqi 

üçün açar, inkişa-

fın hərəkətverici 

qüvvəsi he-

sab olunduğu 

ölkəmizdə yeni 

dərs ilinin ilk 

günü - «Bilik 

günü» həmişə 

ümumxalq bayra-

kimi qeyd olu-

nur.

 

Son  illər  Azərbaycan  təhsil 



sisteminin  normativ-hüqu-

qi  bazasının  yaradılması, 

təh silin  məzmununun  yeni-

ləşdirilməsi  və  tək mil ləş di-

rilməsi,  idarə  olun masının 

demok ratik ləş diril məsində 

uğurlu nəticələr əldə edilib.

Respublikamızın 

bütün 

ümum təhsil,  orta  ixtisas  və 



ali  məktəblərində  yüksək 

səviyyədə qeyd edildiyi kimi, 

ölkəmizdə  ən  nüfuzlu  ali 

təhsil  müəssisələrindən  biri 

sayılan Azərbaycan Tibb Uni-

versitetində də «Bilik günü»nə 

xüsusi önəm verilir.

Elə  bu  münasibətlə  univer-

site timizdə geniş toplantı ke-

çirildi. 

Tədbiri  giriş  sözü  ilə  açan 

Azərbaycan  Tibb  Universite-

tin  rektoru,  professor  Gəray 

Gəraybəyli    doğma  kollek-

tivi  və  bu  il  tələbə  adını  qa-

zananları,  həmçinin  onların 

valideynlərini  yeni  tədris  ili-

nin  başlanması  münasibətilə 

təbrik  edərək    bu  əlamətdar 

günün  yaranma  tarixindən 

söhbət açdı.

Universitet    rəhbəri  çıxı-

şında  Azərbaycanın  dövlət 

müstəqilliyini  qazanmasın-

dan  keçən  illər  ərzində  res-

publikamızın  həyatının  bü-

tün  sahələrində,  xüsusən 

də  təhsil  sahəsində  böyük 

uğurların  əldə  edildiyini 

önə  çəkildi.  Sözünə  davam 

edən  rektor  elmə  və  təhsilə 

göstərilən dövlət qayğısından 

bəhs  etdi,  universitetin  86  il 

ərzində keçdiyi şərəfli inkişaf 

yoluna da nəzər saldı. Bildir-

di  ki,  bu  elm  müəssisəsinin 

maddi-texniki 

bazasının 

möhkəmləndirilməsi,  yüksək 

ixtisaslı  tibb  kadrlarının  ha-

zırlanması  ümummilli  lider, 

müstəqil dövlətimizin memarı 

və  qurucusu  Heydər  Əliyevin 

adı ilə bağlıdır. O, ümummilli 

lider  Heydər  Əliyevin  təhsilə 

daim  böyük  önəm  verdiyi-

ni,  ulu  öndərin  ideyalarının 

Azər baycan  Prezidenti  İlham 

Əliyev  tərəfindən  uğurla  hə-

yata keçirildiyini vurğuladı.

Xalqımızın  cənab  İlham 

Əliyevin daxili və xarici siya-

sətini  bəyəndiyini  və  mü da-

fiə  etdiyini  söyləyən  rektor 

bildirdi ki, elmin, təhsilin in-

kişafı,  dövlətimizin  demok-

ratik  dəyərlərə  arxalanması, 

beynəlxalq  nüfuzunun  art-

ması məhz möhtərəm Prezi-

dentimiz cənab İlham Əliyevin 

apar dığı  uğurlu  siyasətin 

nəticəsidir.  

Universitetin  nəzdində  on-

k oloji,  stomatoloji,  təd-

ris-terapevtik  və  tədris-

cər   rahiy yə 

klinikalarının 

fə aliy yət  göstərdiyini    və  bu 

klinikaların hər birinin müasir 

avadanlıqlarla  təchiz  edildi-

yini  diqqətə  çatdıran  rektor 

bütün  bunları  Azərbaycan 

dövlətinin  səhiyyə  sahəsinə 

yüksək  diqqəti  kimi  qiy-

mətləndirdi.        2016/2017-cı 

tədris  ilində  ATU-ya  1002 

nəfərin  qəbul  olunduğunu 

deyən G.Gəraybəyli  qeyd etdi 

ki, 416 abituriyent qəbul im-

tahanlarında  600-dən,  444 

nəfər  500-dən,    78  nəfər 

400-dən,  13  nəfər  isə  300-

dən yuxarı bal toplayıb. Bun-

dan  başqa  700  bal  toplayan 

3  nəfər  bizim  universitetdə 

təhsil 


alacaqdır. 

Rektor 


tələbələrə  bu uğurlarının da-

vamlı  olmasını  dilədi:  “Sizin 

üçün  bu  gündən  həyatınızın 

tam yeni mərhələsi, tələbəlik 

illə ri  başlayır.  Hər  bir  insa-

nın  həyatında  tələbəlik  illəri 

xüsusi  əhəmiyyətə  malik-

dir. Yaddaşda dərin iz qoyan 

illərdir.  Sizin  növbəti  6  iliniz 

Azərbaycan  Tibb  Univer-

siteti  ilə  bağlı  olacaq.  Sizin 

hər  birinizin  üzərinə  böyük 

məsuliyyət  düşür.  Tələbəlik 

illəri  nə  dərəcədə  maraqlı, 

sevilən,  emosional  olsa  da, 

bir o qədər məsuliyyətli, va-

cib illərdir”. 

İnsan  anatomiyası  kafed-

rasının  müdiri,  ə.e.x.,  pro-

fessor  Vaqif  Şadlinski  “Bilik 

günü” münasibəti ilə müəllim 

və  tələbələri  təbrik  etdi. 

Azərbaycan  səhiyyəsinin  öl-

kə nin  inkişaf  tempinə  uy-

ğun  olaraq  inkişaf  etdiyi-

ni  bildirdi.  Ölkənin  müxtəlif 

bölgələrində müasir tipli tibb 

müəssisələrinin  inşa  edilərək 

xalqın  istifadəsinə  verildiyini 

və həmin müəssisələrin müa-

sir avadanlıqlarla təchiz olun-

duğunu  qeyd  etdi.  Profes-

sor V.Şadlinski Azərbaycan 

Tibb 


Universitetinin 

ölkəmizdə  və  xaricdə  bö-

yük  nüfuza  malik  olduğu-

nu, bu təhsil müəssisəsinin 

xalqımıza  yalnız  bacaraqlı 

tibbi kadrlar deyil, həm də 

görkəmli  şəxsiyyətlər  bəxş 

etdiyini dilə gətirdi. O, qeyd 

etdi ki, indi universitetimi-

zin  məzunlarının  sorağı 

dünyanın  inkişaf  etmiş  bir 

çox  ölkələrindən  gəlir.  Və 

bu  da  şübhəsiz  ki,  bizim 

hamımızın məzunu olduğu-

muz  doğma  universitetimizə 

həmişə başucalığı gətirib.

II uşaq xəstəlikləri kafedra-

sının müdiri, ə.e.x., professor 

Amaliya  Əyyubova  isə  çıxı-

şında  dövlətimizin  iqtisadi 

inkişafından,  tibb  sahəsində 

kadr  potensialının  hazırlan-

ması istiqamətində qazanılan 

nailiyyətlərdən  söhbət  açdı. 

Tibb sahəsinin, səhiyyə siste-

minin ölkədə irəlidə gedən bir 

sahəyə çevrildiyini vurğuladı.

O, diqqətə çatdırdı ki, Azər-

baycan  hökumətinin  qarşı-

sında  duran  başlıca  məqsəd 

təhsil və səhiyyə sahələrində 

yüksək keyfiyyətə nail olmaq-

dır. Belə ki, ölkəmizdə ildən-

ilə müəllimlərin və həkimlərin 

maddi rifah halının yaxşılaş-

dırılması  istiqamətində  mü-

hüm işlər görülür. 

Çıxışlarında 

tələbələrin  

yüksək  təhsil  almaları  üçün 

Azər baycan  Tibb  Univer-

site tində hər cür şəra itin ya-

radıldığını  bildirən  natiqlər 

tələbə  sıralarına  yenicə  qə-

bul  olunanlara  bu  peşənin 

məsuliyyətini  dərk  edərək 

əzmlə  çalışmağı  tövsiyə 

etdilər. Bu gün ATU-nun bö-

yük  maddi-texniki  bazaya 

malik  olduğunu  vurğula-

yan natiqlər gənclərə tövsiyə 

etdilər ki, əsil vətəndaş olmaq 

üçün təkcə savad azdır, həm 

də milli-mədəni sərvətlərimizi 

qoruyub saxlamalı və gələcək 

nəsillərə öturməliyik.

Tədbirdə  700  balla  ATU-

nun  tələbəsi  adını  qazanan 

Prezident  təqaüdçüsü  Orxan 

Zülfüqarov  çıxışında  təhsil 

aldığı  Şəmkir  rayonunun  Çi-

narlı qəsəbəsinin 2 saylı orta 

məktəbinin 

müəllimlərinə  

təşəkkürünü  çatdırdı,  I  kurs 

tələbələri  adından  gələcək 

müəllimlərinə  daim  bu  ali 

təhsil  ocağının  adını  ucalda-

cağına və müəllimlərinin eti-

madını  doğruldacağına  söz 

verdi.

Tədbiri  yekunlaşdıran  pro-



fessor  Gəray  Gəraybəyli 

yeni  dərs  ilinin  başlama-

sı  münasibətilə  universitet 

əməkdaşlarını və tələbləri bir 

daha təbrik edərək söylədi ki, 

bu il həm də bizim üçün ona 

görə  əlamətdardır  ki,  Prezi-

dent  təqaüdçüləri  arasında 

reytinq  cədvəli  üzrə  həmişə 

olduğu  kimi  yenə  də  birin-

ciyik.  Bununla  da  Prezident 

təqaüdçülərinin  1/4-i  bizim 

universitetin  payına  düşür. 

ATU-nun  yeni  inkişaf  yoluna 

qədəm  qoyduğunu  vurğula-

yan  rektor    kollektivin  bun-

dan  sonra  da  yeni  uğurlara 

imza atacağını və yüksək ix-

tisaslı  peşəkar  mütəxəssislər 

hazırlığına diqqəti artıracağı-

nı bir daha ifadə etdi. 

Sonda  universitetin  rəhbəri 

G.Gəraybəyli  bu  il  700  balla  

ATU-ya  qəbul  olunan  Səbinə 

İsmayılova,  Ağalətif  Lətifov 

və Orxan Zülfüqarova qiymət 

kitabçası  və  tələbə  biletini 

təqdim etdi.  

Toplantıdan sonra professor 

Gəray  Gəraybəyli  böyük  akt 

zalının  3-cü  mərtəbəsində 

yeni  təmirdən  çıxmış    pato-

loji  anatomiya  kafedrasının 

və  həmin  ərazidə  yerləşən 

patoloji laboratoriyanın  açılı-

şını etdi. Burada görülən işlər 

haqqında  rektora  məlumat 

verən    kafedranın  müdi-

ri,  professor  Ədalət  Həsənov 

bildirdi  ki,  kafedra  yarandığı 

gündən indiyədək belə müa-

sir,  əlverişli  bir  şəraitə  malik 

olmayıb. Kafedranın auditori-

yalarına  baxış  keçirən  rektor 

əməkdaşlarla  görüşərək  yeni 

tədris ilində və yeni ünvanda 

onlara uğurlar arzuladı.

Mənsur ƏLƏKBƏRLİ

Fotolar Cənnətalı Çingizindir

«BİLİK GÜNÜ»NƏ HƏSR EDİLMİŞ  

TOPLANTI KEÇİRİLDİ

Ölkə başçısı İlham Əliyev cənablarının “Azərbaycan Respublikasında “Bilik Günü” nün təsis edilməsi və ümumtəhsil müəssisələrində 

iş rejiminin tənzimlənməsi haqqında” 2004- cü il tarixli Fərmanına əsasən, hər il sentyabrın 15-i “Bilik Günü” elan edilmişdir


16 sentyabr 2016-cı il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Bayrama 


həsr 

edilmiş görüş za-

manı  müqəddəs 

Qurban 


bayra-

mı  münasibətilə 

hər  kəsi  təbrik 

edən  rektor  qeyd 

edib  ki,  Qurban 

bayramı  insan-

ları  mərhəmətə, 

həmrəyliyə 

və 

humanizmə çağı-



rır. Həmişə milli-mənəvi 

dəyərlərə  və  ənənələrə 

sadiq  qalan  xalqımız 

tərəfindən  bu  bayram 

xüsusilə qeyd edilir.

Rektor 


Gəray 

Gəraybəyli  Azərbaycan 

Tibb 

Universiteti-



nin  əməkdaşları  və 

tələbələrini, 

onların 

ailə  üzvlərini  təbrik 

edərək, onlara cansağ-

lığı, xoşbəxtlik və ruzi-

bərəkət arzulayıb.

Rektor ATU-nun əməkdaşlarını Qurban 

bayramı münasibətilə təbrik edib

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray 

Gəraybəyli müqəddəs Qurban bayramı münasibətilə ali 

məktəbin professor-müəllim heyətini, həmçinin tələbələri 

təbrik edib.

Universitetin  rəhbər  nüma-

yəndələri ilə görüş zamanı Tibb 

Universitetinin rektoru, profes-

sor  Gəray  Gəraybəyli  ATU-da 

təhsil  alan  əcnəbi  tələbələrlə 

bağlı  qonağa  ətraflı  məlumat 

verib. Rektor ATU-da təhsil alan 

xarici  ölkə  gəncləri  arasında 

İraqdan olan tələbələrin xüsusi 

fərqləndiyini də bildirib.

Qeyd 


olunub 

ki, 


İraq 

hökumətinin  avqustun  21-də 

verdiyi  qərara  əsasən,  artıq 

Azərbaycan  Tibb  Universite-

tinin  diplomları  həmin  ölkədə 

tamhüquqlu  təhsil  sənədi  kimi 

qəbul ediləcək. Fadil Əl-Şuveyli 

bu  qərarı  dəstəklədiyini,  iraqlı 

tələbələrin 

Azərbaycanda 

yüksək təhsil aldıqlarından, la-

zımi biliklərə yiyələndiklərindən 

məmnunluğunu  bildirib.  İraq 

rəsmisi  ATU-da  təhsil  alan 

iraqlı tələbələrə qarşı çox yaxşı 

münasibətin  olduğunu  da  vur-

ğulayıb.

Görüş  zamanı  Azərbaycan 

və  İraq  arasında  olan  dost-

luq  münasibətlərinin  təhsil 

müstəvisində də davam etdiril-

diyi,  Azərbaycan  Tibb  Univer-

siteti  ilə  mövcud  əməkdaşlığın 

buna  bariz  nümunə  oldu-

ğu  vurğulanıb.  Gələcəkdə  bu 

istiqamətdə görülən işlərin da-

vam etdiriləcəyi qeyd olunub.

İraq diplomatı Azərbaycan Tibb 

Universitetində

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli Azərbaycan 

Tibb Universitetində (ATU) qonaq olub.

S

entyabrın 1-də Azərbaycan 

Tibb Universitetinin (ATU) 

Tədris Cərrahiyyə Klinikasında 

tədbir keçirilib. Tədbirdə univer-

sitetin rektoru professor Gəray 

Gəraybəyli klinikanın yeni direk-

torunu təqdim edib.

Tədbiri açıq elan edən rektor kli-

nikanın direktoru, AMEA-nın müx-

bir üzvü, professor Nuru Bayramo-

va  Səhiyyə  Nazirliyinin  rəhbərliyi 

və  öz  adından  gördüyü  işlərə  görə 

təşəkkürünü  bildirdikdən  son-

ra  yeni  direktoru  təqdim  edib.  O, 

Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin  31  avqust  2016-cı  il 

tarixli  Kollegiyasının  qərarı  ilə  II 

Cərrahi  xəstəliklər  kafedrasının 

professoru,  tibb  elmləri  doktoru 

Surxay  İsmayıl  oğlu  Hadıyevin 

Azərbaycan  Tibb  Universitetinin 

Tədris Cərrahiyyə Klinikasının di-

rektoru  vəzifəsinə  təyin  edildiyini 

bildirib.  Bu  məqsədlə  ona  gələcək 

işində böyük uğurlar arzulayan rek-

tor  qeyd  edib  ki,  ATU-nun  Tədris 

Cərrahiyyə  Klinikası  universitetin 

ən  parlaq,  ən  möhtəşəm  hissəsidir. 

Qarşımıza  qoyduğumuz  ən  vacib 

məqsədlərdən  biri  budur  ki,  klini-

ka  tam  yüksək  səviyyədə  çalışsın. 

Yeni  rəhbərliyin  də  məqsədi  yaxşı 

olan  işi  daha  da  yaxşılaşdırmaq, 

müəyyən  problemləri  aradan  qal-

dırmaqdan ibarətdir. 

Bundan sonra rektor sözü klinika-

nın yeni direktoru Surxay Hadıyevə 

verib.


Yeni  təyin  olunan  direktor  ona 

göstərilən  etimadı  doğruldacağını 

deyib:  “Bu  gün  həyatımdakı  mü-

hüm anlardan biridir. Göstərdikləri 

etimada görə rektora və cənab nazir 

Oqtay Şirəliyevə öz minnətdarlığımı 

bildirirəm və söz verirəm ki, bilik və 

bacarığımı  bu  etimadı  doğrultmaq 

üçün sərf edəcəyəm. Azərbaycanın 

hər yerindən buraya axın var. Ümid 

edirəm ki, klinikanı daha da yüksək 

yerlərə çatdıracağıq”.

Sonda  klinika  heyəti  də  yeni  di-

rektoru təbrik edib və ona işlərində 

müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Tibb Universitetinin Tədris 

Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib

I Müalicə-profilaktika fakültəsi üzrə

 

Abdurahmanova Nigar Şaiq qızı

 

Ağayeva Leyla Namiq qızı

 

Həsrətli Vüsal Əli oğlu

 

İsmayılov Mirxəzər Ağazər oğlu

 

İsmayılzadə Gülşən Rafiq qızı

 

Quluzadə Elgün Elşən oğlu

 

Lətifov Ağalətif İsaq oğlu

 

Mehdiyeva Könül Ceyhun qızı

 

Məmmədli Gilə Mübariz qızı

 

Məmmədov Tural Faiq oğlu

 

Zülfüqarov Orxan Əzim oğlu

II Müalicə-profilaktika fakültəsi üzrə

 

Abdullayeva Fidan Hikmət qızı

 

Aslan Emil Aslan oğlu

 

Bayramova Nisə Ələndər qızı

 

Cəbrayılova Aytac Arif qızı

 

Eyyubov Qəzənfər Vüqar oğlu

 

Əlizadə Fatimə Fəzail qızı

 

Əsgərova Zeynəb Mübariz qızı

 

Gəncəliyeva Leyla Gəncəli qızı

 

İsmayılova Səbinə Emil qızı

 

Mirzəyeva Bibixanım İlqar qızı

 

Nəsirli Çinarə Tofiq qızı

 

Rzayev Murad Elbrus oğlu

 

Şükürova Nigar Akif qızı

2016/2017-ci tədris ilində 

ATU-ya daxil olmuş 

Prezident təqaüdçüləri


http://www.amu.edu.az

16 sentyabr  2016-cı il

4

Sentyabr ayının 5-də Azərbaycan 



Tibb Universitetinin (ATU) Tədris 

Terapevtik Klinikasında yeni tədris 

ilinə həsr olunmuş iclas keçirilib.

İclası  giriş  sözü  ilə  açan  Klini-

kanın  direktoru,  dosent  Könül 

Xəlilova yeni tədris ilinin başlanma-

sı  münasibətilə  professor-müəllim 

heyətini təbrik edib, onlara işlərində 

müvəfəqiyyətlər arzulayıb.

K.Xəlilova  klinikaya  direktor  təyin 

edilməsinə  və  eyni  zamanda  ona 

göstərdikləri  etimada  görə  səhiyyə 

naziri Oqtay Şirəliyevə və Azərbaycan 

Tibb  Universitetinin  rektoru  Gəray 

Gəraybəyliyə minnətdarlığını bildirib.

K.Xəlilova  klinikaya  yeni  təyin 

olunmuş  baş  həkim,  nefroloq  El-

nur  Fərəcovu  da  iclas  iştirakçılarına 

təqdim edib.

E.Fərəcov çıxışında iclas iştirakçıla-

rını salamlayaraq, onlara yeni tədris 

ilində uğurlar arzulayıb.

K.Xəlilova iclasın davamında bu ya-

xınlarda 70 illik yubileyini qeyd edən 

klinikanın professoru Mehman Ağa-

yevi təbrik edib, ona can sağlığı ar-

zulayıb.

Daha sonra K.Xəlilova klinikaya di-

rektor  vəzifəsinə  təyinatından  son-

ra  görülmüş  işləri  və  eyni  zamanda 

qarşıda  duran  planları  professor-

müəllim  heyətinin  diqqətinə  çatdı-

raraq bildirib ki, klinikada xəstələrin 

rahatlığını  təmin  etmək  və  onla-

ra  göstərilən  xidmətin  keyfiyyətini 

yüksəltmək  üçün  yeni  işlər  görülür. 

Çünki  əhaliyə  yüksək  xidmət  bizim 

əsas  devizimiz  olmalıdır:  “Burada 

yüksək  səviyyəli  tibbi  təhsilə  nail 

olmaq,  həkim-mütəxəssislər  hazır-

lamaq  professor-müəllim  heyətinin 

üzərinə düşən əsas vəzifələrdən bi-

ridir. 

Biz  həm  də  klinika  əməkdaşlarını 



düşünərək,  onlara  tərəfimizdən 

edilən  endirimləri  artırmaqla  bağlı 

yeni planlar üzərində işləyirik”.

K.Xəlilova,  həmçinin,  klinikada 

fəaliyyət  göstərən  qəbul  şöbəsinin 

işində  də  yeniliklər  olacağı  barədə 

iclas iştirakçılarını məlumatlandırıb.

Klinikada  nizam-intizam  qaydala-

rına  əməl  edilməsinə  diqqət  çəkən 

direktor,  hər  kəsdən  buna  riayət 

etmələrini  xahiş  edib:  “Çünki  bura 

təkcə tibb ocağı kimi deyil, eyni za-

manda  təlim-tədris  mərkəzi  olaraq 

hər kəsin diqqət mərkəzindədir”.

Daha sonra çıxış edən pediatr-aller-

qoloq, professor Amaliya Əyyubova, 

pediatrik  profilli  xəstələrin  klinika-

ya  axınını  daha  da  artırmaq  üçün 

həkimlərin  ciddi  səylə  çalışdıqlarını 

vurğulayıb.

İclas cari məsələlərin müzakirəsi ilə 

işini yekunlaşdırıb.





Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə