Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə173/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   167   168   169   170   171   172   173   174   175
Genc Tedqiqatci N1 2020 (1)

İCTİMAİ ELMLƏR
 
189 
yisə edəndə son 9 il ərzində əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsi-
nin əhəmiyyətli dərəcədə yüksəlməsi danılmaz faktdır. 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşmə-
ramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, xanım Mehriban Əliyeva hər zaman əlillərə və 
sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğı ilə yanaşıb, əlil uşaqların təhsil probleminin ara-
dan qaldırılması məqsədi ilə yığıncaqlar, konfranslar keçirilib. Mehriban Əliyevanın təşəbbüsü ilə 
ölkə daxilində və xaricdə onların cəmiyyətdən təcrid olunmaması və təhsil almaları üçün xüsusi 
məktəb və yataqxanalar tikilib.
Belə ki, 2015-ci ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Budapeşt şəhərinin XII ra-
yonunda əlil uşaqlar üçün internat məktəb-yataqxana binası inşa edilib.
Xatırlatmaq istərdim ki, beş minə yaxın əlil şəhid ailəsi dövlət hesabına yeni mənzillə, 3500-
dən çox əlil minik avtomobili, yüzlərlə əlil müxtəlif reabilitasiya avadanlıqları ilə təmin edilib. Son 
illər ərzində müxtəlif bölgələrdə yeni, reabilitasiya mərkəzləri yaradılıb və hər il səkkiz mindən çox 
əlilə bərpa-müalicə xidməti göstərilir. Ötən illər ərzində 153 nəfər əlilin naftalan şəhərindəki, müali-
cə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin istirahət zonalarında istirahəti, ümumilikdə çox 
əlilə birdəfəlik maddi yardımlar göstərilmişdir. Azərbaycanda əlil uşaqlarla bağlı dövlət tərəfindən 
həyata keçirilən işlər saysız hesabsızdır. 
Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
xüsusi tədbirlər planı çərçivəsində keçirilən tədbirin sonunda istedadlı əlillərə fəxri fərmanlar veri-
lib. Respublikanın regionlarından dəvət olunmuş əlillər üçün tədbirdə dövlət hesabına mehmanxana 
və digər zəruri xidmətlərdə təmin olunmuşdur.
Fikrimizcə, dövlət və ictimai maraqların müdafiəsinə böyük töhfə olan bu cür tədbirlər cəmiy-
yətin ayrılmaz hissəsi olan əlil uşaqların işıqlı gələcəyini təmin edir. Hər kəs bilməlidir ki, əlil
uşaq sahibsiz deyil, onların Azərbaycan dövləti və Azərbaycan ictimaiyyəti kimi möhkəm bir ailəsi 
var. Qarşıda duran ən ümdə məqsəd isə odur ki, əlil uşaqların bu qayğını öz üzərlərində hiss etdir-
məsini təmin etməkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “ Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi 
olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2013- cü il 
tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və 
konstitusiya quruluşunun müdafiəsi və 1990 - cı ilin 20 yanvar hadisələri zamanı əlil olmuş, xüsusi 
nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən verilən xü-
susi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan beş 
milyon manat ayrılmışdır. [7] 
2001-ci ildə qəbul edilmiş “ Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında ” Azər-
baycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq proqram və qaydalar 
əlillərin təhsili ilə bağlı məsələləri əhatə edir. Ölkə rəhbəri, cənab İlham Əliyevin 14 mart 2012- ci 
il tarixli Fərmanı ilə tətbiqinə başlanılan “Sosial xidmət haqqında ” Azərbaycan Respublikası Qa-
nunu sağlamlıq imkanları məhdud uşaqlarla bağlı xidmətlər sferasında da səmərəli reabilitasiya im-
kanları yaradıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013- cü il tarixində qəbul etdiyi “Evdə sosial 
xidmətin göstərilməsi Qaydası” nda əks olunur ki, müvafiq olaraq sağlamlıq imkanları məhdud 
uşaqlara evdə sosial işçi və sosial xidmətçi tərəfindən sosial xidmət göstərilə bilər. [8] 
Bütün bu qeyd olunanlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin əlilli-
yi olan şəxslərin sosial təminatının daim yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğının 
birbaşa təzahürüdür.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşki-
latının Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensi-
yaya qoşulmuşdur. Konvensiyada müəyyən edilən ümumi öhdəliklərin səmərəli icrası üçün Əmək 
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kordinator kimi müəyyən olunub və bu səbəbdən də Nazir-


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
190 
lik yanında aidiyyatı dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri hökümət təşkilatlarından ibarət 
işçi qrupu yaradılıb.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsin-
də görülən işlərin başlıca məqsədi onların sosial müdafiəsini və cəmiyyətə fəal iteqrasiyasını təmin 
etməkdir. Başqa sözlə, əlil insanlara qayğı göstərmək hər birimizin dəyişməyən sosial və mənəvi 
vəzifəmizdir.
Respublikamızda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi üçün 
zəruri tədbirlər görülsə də, xüsusilə əhəmiyyətli addımlar atılsa da, beynəlxalq standartlara cavab 
verən milli qanunvericilik aktları qəbul edilsə də çox təəssüflər olsun ki, hələ də bu sahədə yaranmış 
problemlər qalmaqda davam edir.
Əlillərlə bağlı mövcud problemlərdən biri də işləmək qabiliyyəti olanların işlə təmin olunma-
sında müəyyən çətinliklərin olmasıdır.
Hesab edirəm ki, bu problem vacibliyinə və əhatə dairəsinə görə əlil uşaqların təhsili məsələ-
sindən sonra ikinci yerdə durur. Əfsuslar olsun ki, bəzi şəhərlərimizin, kəndlərimizin infrastrukturu 
formalaşdırılan zaman əlillərin sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətləri nəzərə alınma-
yıb. Bu da onların dövlətin və cəmiyyətin həyatında iştirak etməsini çətinləşdirir.
Sonda onu qeyd etmək lazımdır ki, təhsil-bilik, bacarıq və vərdişlərin gənc nəslə öyrədilməsi 
və ötürülməsi prosesi olduğundan beynəlxalq və milli qanunvericiliyin müddəalarına uyğun olaraq 
əlil və sağlamlıq imkanları məhdud uşaqların kiçik yaşlarından təhsilə cəlb edilmələri və onların iş-
lərlə təmin edilmələri üçün bu sahədə yaranmış problemlərin qarşısını almaqda aidiyyəti qurumlar
üzərilərinə düşən öhdəlikləri icra etməli və o cümlədən də sağlamlığı əlverişli olan hər bir kəs əllə-
rindən gələni etməlidirlər.

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin