Gavalı yalançı çanaqlı yastıcası (Sphaerolecanium prunastri Fonsc) və onun entomofaqları



Yüklə 39,47 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü39,47 Kb.
#13917

Gavalı yalançı çanaqlı yastıcası (Sphaerolecanium 

prunastri Fonsc) və onun entomofaqları 

 

       Gavalı  yalançı  çanaqlı  yastıcası    ərik,  gavalı,  gilas,  gilənar,  alçaya 



böyük zərər vurur. Bəzi dekorativ ağacları da yoluxdurur. 

       Bu  yalançı  çanaqlı  yastıca  Azərbaycanda  xüsusən  alça  ağaclarını 

kütləvi yoluxdurur. Cavan zoğlar və budaqlar büsbütün  yalançı çanaqlı 

yastıcanın  sürfələri  və  yetkin  fərdləri  ilə  örtülür.  Yalançı  çanaqlı 

yastıcanın II yaş sürfələri qışlayır. 

       Abşeronda  və  Bakı  şəhərində  aprelin  I  və  II  ongünlüyündə  yalançı 

çanaqlı  yastıcada  oyanma  baş  verir.  Bu  proses  II  yaş  sürfələrin 

bədəninin  yavaş-yavaş  böyüməsi,  şişməsi  ilə  müşahidə  olunur.  Bu 

dövrdə yalançı çanaqlı yastıcanın erkək fərdlərinin bədəni formalaşmağa 

başlayır, bığcıqların, ətrafların və qanadların inkişafı sürətlənir. Mayın I 

və  II  ongünlüyündə erkəklər uçmağa başlayır. Kütləvi uçuş mayın 15-ə 

təsadüf edir. Erkək fərdlər tünd qəhvəyi rəngli olub, 1 cüt uzun qanada 

malikdirlər.  Ətraflar  qəhvəyi  rənglidir.  Erkək  fərdlərin  kopulyativ 

aparatı  çox  yaxşı  inkişaf  etmişdir,  uzunluğu  təxminən  qarıncığın  yarısı 

qədərdir. 

       Mayın  III,  iyunun  I  ongünlüyündə  dişi  fərdlər  «bala  doğmağa» 

başlayır.  Müşahidələrə  görə,  mayın  30-da  dişi  fərdlərin  yalnız  5-10%-i 

bala  doğmağa  başlayır.  Zərərvericinin  sürfələri  qırmızımtıl-sarı  lövhə 

şəklində  olub,  aktiv  hərəkət  edirlər.  Bu  dövrdə  dişilərin  əksəriyyətində 

hələ  baladoğma  müşahidə  olunmur.  Yumurtanın  inkişafı  ana  bətnində 

gedir. 

       İyunun birinci ongünlüyündə kütləvi baladoğma başlanır. Bu dövrdə 



dişi 

fərdlərin 

altında 

külli 


miqdarda 

yumurta 


qabığı 

olur. 


Müşahidəlimizə  görə  isə, alça  aqacı üzərində  bu  zərərverici  maksimum 

850,  minimum  380,  orta  hesabla  425  bala  verir.  Sərbəst  gəzən  sürfələr 

topa-topa  yığılaraq,  cavan  zoğlara  və  budaqlara  yapışır.  Bəzən  sürfələr 

çox  da  uzağa  getmir,  ana  fərdin  ətrafında,  hətta  onun  altında  budaqlar 

üzərində oturaq həyata keçir. Dişi fərdlərin diri baladoğma fəaliyyəti 30-

40 gün davam edir.  



       Gavalı 

yalançı 


çanaqlı 

yastıcanın 

say 

dinamikasının 



tənzimlənməsində  aşaqıdakı  parazitlərin    böyük  rol  oynadığı  aşkar 

edilmişdir.  



       I-li  parazitlər.  Coccophagus  lycimnia  (Walker)  –  əksər  yalançı 

çanaqlı  yastıcaların  parazitidirlər.  Çoxsaylıdır,  ikicinslidir.  Parazit 

yalançı  çanaqlı  yastıcanın  II  yaş  sürfələrini  zədələyir.  Bu  parazit  sürfə 

mərhələsində  sahibin  II  yaşlı  sürfəsində  qışlayır.  Abşeronda  aprelin  III 

ongünlüyündə  parazit  puplaşır,  10-15  gün  sonra  yetkin  parazitlər  uçur. 

Yetkin  parazitlər  ölmüş  yalançı  çanaqlı  yastıca  sürfəsinin  arxa  tərəfini 

gəmirərək, uçuş dəliyi açır və oradan çıxır. Əsasən dişi fərdlər uçur. Bu 

dövrdə  artıq  təbiətdə  sahibin  II  yaş  sürfələri  azlıq  təşkil  edir.  Əksər 

fərdlər  yetkin  halda  olur.  Parazitin  dişi  fərdləri  mayalanıb-

mayalanmamasından  asılı  olmayaraq  yumurta  qoymağa  başlayır. 

Yumurta  çox  xırda  olub,  ağ  rənglidir,  uzunsov  oval  formadadır. 

Ədəbiyyat  məlumatlarına  görə,  mayalanmış  yumurtalardan  dişi  fərdlər, 

mayalanmamış  yumurtalardan  isə  erkək  fərdlər  yaranır.  Erkək  fərdlər 

dişi  sürfələrin  üzərində  xarici  parazit  kimi  inkişaf  edir  .    Dişi  fərdlərin 

inkişafı  30-35 gün çəkir. 

       Encyrtus  masii  Silv.  –  yerli  parazitlər  içərisində  çoxsaylıdır. 

Abşeronda iyunun 20- 25 - də I nəslin fərdləri uçur. Uçuş müddəti 20-25 

gün  davam  edir.  Dişi  fərdlər  həm  bədənin  quruluşu,  həm  də  bığcığın 

quruluşuna  görə  erkəklərdən  fərqlidir.  Dişilər  iri,  erkəklər  xırda 

ölçülüdür.  Parazitlər  dişi  fərdlərin  bədəni  daxilində  inkişaf  edirlər.  Hər 

dişi fərddə 2-3, bə’zən isə 4-5 ədəd parazit   inkişaf edir. 



       Discodes  coccophagus  Retzeburg.  parazitinin  yumurtası  parlaq 

rənglidir, ellipsşəkillidir. Sürfəsi uzunsov formadadır, arxa tərəfdə daha 

dardır.  Sürfə  mərhələsində  ağımtıl  rəngli  olur.  4  yaş  dövrü  keçdikdən 

sonra  çirkli  ağ  rəng  alır,  sonra  puplaşır.  Pupun  rəngi  əvvəllər  ağımtıl 

qara olur, get-gedə tündləşir, sonda qara rəngli olur. Bir  nəslin inkişafı  

təxminən  30-32  günə  başa  çatır.  Bu  parazitlər  də  xüsusi  gözçüklər-

kameralar  yaradır,  puplaşma  bu  gözçüklərdə  baş  verir.  Hər  fərdin 

bədənində  3-  4  ədəd  parazit  inkişaf  edir.  Sonuncu  sürfə  mərhələsində, 

yəni 4-cü yaşlı sürfə mərhələsində qışlayır. 


       Qışlamış 

parazitlər 

gavalı 

yalançı 


çanaqlı 

yastıcasının 

mumiyalaşmış  dişi  fərdlərindən  mayın  ortalarında  və  II  ongünlüyündə 

uçur.  Uçan  parazitlər  sahibin  bədənini  tərk  etdikdən  sonra  yumurta 

qoymaqa başlayırlar. Parazitlərin uçuşu 20-22 gün davam edir. 

       II yay nəslinin uçuşu təxminən 1 ay sonra baş verir, hər iki cinsdən 

olan parazitlər uçur. Uçuş müddəti təxminən 25-30 gün davam edir. Bu 

parazitlər  uçduqdan  sonra  cavalı  yalançı  çanaqlı  yastıcasının  yumurta 

qoymuş dişi fərdlərini də yoluxdururlar.  

       Bu parazitlər yalnız  yetkin dişi fərdləri yoluxdurduqu üçün artıq 3-

cü  yay  nəslinin  parazitləri  zərərvericini  yoluxdura  bilmir,  çünki  bu 

dövrdə  təbiətdə  zərərvericinin  yetkin  dişi  fərdləri  olmur.  Məhz  buna 

görə də bu parazitlərin 3-cü yay nəsli artıq nəsil verə bilmirlər. 

       Micropterys 

hortulanus 

Erdös 


parazitinin 

yumurtası 

oval 

formadadır.  Sürfələr  uzunsov  formada  olur,  əvvəlcədən  bədənin 



seqmentləri aydın görünür. Sürfələr əvvəlcə ağımtıl rəngli olur, sonradan 

ağımtıl  sarı  rəngli  olur.  Pup  dövründə  puplar  açıq  qəhvəyi  rəngli  olur. 

Bu  parazitlər  yastıcalarda  kameralar  yaradır  və  onun  içərisində 

puplaşırlar.  I  dişi  fərdin  içərisində  4-6  ədəd  parazit  inkişaf  edir. 

Parazitlər  inkişaf  etdikdən  sonra  fərdi  uçuş  dəliyi  ilə  çölə  çıxırlar. 

Parazitin ümumi inkişafı 30-32 günə başa çatır. 

       Bu  parazitin  mayalanmış  dişi  fərdləri  qışlayırlar.  Yazda  parazitin 

dişi fərdləri gavalı yalançı çanaqlı yastıca ilə yoluxmuş bitkilər üzərində 

meydana çıxır, əlavə olaraq qidalanır. 20-25 gündən sonra sahibin cavan 

dişi  fərdlərində  yumurta  qoymaqa  başlayırlar.  Parazitlərin  yumurta 

qoyma  dövrü  15-20  günə  qədər  olur.  I  nəslin  uçuşu  30-35  gün  sonra 

başlayır.  Həm  erkək,  həm  də  dişi  fərdlərin  uçur.  Bunların  nisbəti 

təxminən 1:1-dir.  

       Parazitlər  uçduqdan  sonra  cütləşirlər.  Cütləşdikdən  sonra  erkək 

fərdlər məhv olurlar. Mayalanmış dişi fərdlər isə sahibi tərk edərək uçub 

başqa yerlərə gedirlər. 



       Coccophagus  differens  və  Coccophagus  proximus  azsaylıdır, 

zərərvericinin say tənzimində böyük rol oynamırlar. 



       Pachyneuron  concolor  Förster.  Bu  II-li  parazitlər  Coccophagus 

lycimnia,  Blastothrix  longipennis  kimi  I-li  parazitlərin  hiperparazitləri-

dirlər. 


       Bu  parazitin  yumurtası  yarımşəffaf  olub,  uzunsovdur.  Yumurtadan 

çıxan  sürfənin  bədəni  uzunsov  oval  formada  olub,  ağımtıldır.  Sürfə 

böyüdükcə  rəngi  tündləşir,  əvvəlcə  tutqun  ağımtıl  rəngli  olur,  sonradan 

qaralmağa  başlayır.  Pup  tünd  qaramtıl  rəngli  parlaq  olur.  Yumurtanın 

embrional inkişafı 3-4 gün, sürfə mərhələsi 7-9 gün, pup dövrü isə 8-10 

gün çəkir. Bütün inkişaf dövrü 20-28 gün davam edir. 

       Bu 

hiperparazit 

zərərvericinin 

paraziti 

olan 

Discodes 

coccophagusun  II-li  paraziti  olub,  öz  yumurtalarını  onun  sürfələri  və 

pupları  üzərində  qoyur.  Yumurtadan  çıxan  sürfələr  sahibin  üzərində 

inkişaf  edir.  I-li  parazitlərin  bədəni  ilə  qidalanan  sürfələr  həmin 

parazitlərin  xüsusi  kameralarında  puplaşır.  Bu  II-li  parazitlərin  axırıncı 

yaş dövründə olan sürfələri qışlayır.  

       Cerapterocerus mirabilis Westwood parazitinin yumurtası birtərəfli 

itiləşmiş,  əsas  hissəsi  düzgün  olmayan  oval  formadadır.  Yumurtadan 

çıxan  sürfələr  uzunsov,  arxa  tərəfdə  daha  çox  sıxılmış  formada  olur. 

Bədənin arxa tərəfində sürfə qabıqları yerləşir ki, bu qabıqlara əsasən də 

bu parazitin sürfə mərhələsində 5 dövrdən keçdiyi məlum olur. Sürfənin 

sonuncu  sürfə  dövründə  rəngi  tündləşir  və  qaramtıl  rəng  alır,  pupların 

rəngi  də qara  olur. Bu parazit  Discodes  coccophaqus növünün  və digər 

növlərin  parazitidirlər.  Sahibin  sürfələrinin  daxili  paraziti  olub,  bu 

parazit öz yumurtalarını sürfələrin bədəninə qoyur. Sürfələrin içərisində 

inkişaf  edən  II-li  parazitlər  artıq  sonuncu  sürfə  dövründə  parazitlərin 

bütün  daxili  möhtəviyyatını  məhv  edir,  məhz  buna  görə  də  artıq  I-li 

parazitin  sürfəsi  yoxa  çıxır.  Nəticədə  I-li  parazitin  kamerasında  bu 

sürfələr puplaşır. 1 nəslin inkişafı 25-30 gündə başa çatır.  

       Qışlamış  II-li  parazitin  yetkin  fərdləri  mayın  I  ongünlüyündə 

uçurlar. Uçan parazitlər gavalı yalançı çanaqlı yastıcasının I-li parazitləri 

olan  Micropterus  hortulanus  və  Discodes  coccophagusun  sürfələrinin 

içərisində  yumurta  qoyurlar.  Bu  dövrdə  əsasən  Micropterus 

hortulanusun  parazitləri  yoluxur.  Sonralar  Ceroptocerus  mirabilis 

Discodes 

coccophagusun 

sürfələrini 

də 

yoluxdurur. 



Yetkin 

hiperparazitlərin  I  nəslinin  uçuşu  iyunun  I  dekadasında  baş  verir.  Bu 

dövrdə M.hortulanus və Discodes coccophagusun uçuşu da baş verir. 



       Ceraptorocerus  mirabilis  paraziti  ensurtis  paraziti  ilə  eyni  vaxtda 

iyunun  II-III  dekadasında  uçurlar.  İki  cinslidir,  güclü  surətdə  cinsi 

dimorfizmə  malikdir.  Dişi  fərdlərin  bığcıqları  çox  böyük,  enlidir,  bir-

birinə möhkəm birləşmişdir. Qanadlar tünd rənglidir. Erkəklərin bığcığı 

uzunsov olub, çıxıntılara malikdir.  

       Yırtıcı  cücülərdən  Chilocorus  bipustulatus  və  Exochomus 



quadropustulatus  bu  yalançı  çanaqlı  yastıcanın  məhvində  müəyyən  rol 

oynayır.  Yaz-yay  aylarında  zərərvericinin  müxtəlif  yaş  mərhələsində 

olan fərdləri bu yırtıcılar tərəfindən məhv edilir.  

       Son  illərdə  aparılan  müşahidələrlə  müəyyən  edilmişdir  ki,  gavalı 

yalançı  çanaqlı  yastıca  Abşeronun  bəzi  yerlərində  alça  ağaclarına  çox 

böyük  zərər  vurur.  Güclü  surətdə  yoluxma  ağacların  məhvinə  gətirib 

çıxarır.  Bunun  səbəbi  bu  yerlərdə  zərərvericinin  say  tənzimində  rol 

oynayan  parazit  həşaratların    olmamasıdır.  Məhz  buna  görə  parazitlə 

zəngin  olan  yerlərdən  zərərverici  ilə  yoluxma  güclü  olan  yerlərə 

entomofaqların arealdaxili yayılması məqsədəuyğundur. 



 

Yüklə 39,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin