Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması


Sığınacağın həcmi-planlaşdırma, konstruktiv



Yüklə 121,7 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix21.12.2023
ölçüsü121,7 Kb.
#187505
1   2   3   4   5   6   7   8   9
dMovzu-9-MM-muhafiz-qur-ular-1

Sığınacağın həcmi-planlaşdırma, konstruktiv 
və mühəndis texniki avadanlıqları.
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün 
zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli 
maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək 
temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin 
edən hermetik mühəndis qurğusudur.
Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici 
amillərdən mühafizəni daha etibarlı təmin edir.
Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən 
hündür divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və 
onların qoruyucu xassələri zəifləyir. Belə sığınacaqların mühafizə 


qabliyyətini artırmaq üçün onların divarlarını torpaqla örtmək və ya 
istilikdən izolyasiya qatı düzəltmək lazımdır.
Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, 
üst mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə 
su, digər mayelər axması ehtimallarından mühafizə edilməlidir.
Sığınacağın həcmi-planlaşdırma, konstruktiv 
və mühəndis texniki avadanlıqları.
Əvvəlcədən tikilən sığınacaqlardan əsas və yardımçı otaqlar 
nəzərdə tutulur. Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan 
başqa bufet və sanitariya otaqları da olur.


Sığınacaqların həm planlaşdırma həlli qənaətcil, quraşdırma 
baxımından sadə olmalı, sülh dövründə binalardan təsərrüfat 
ehtiyacları üçün istifadə edilmənin normal şəraitini təmin etməli, 
daldalanan adamların otaqlara asanlıqla girməsi, yerləşməsi və 
burada xeyli müddət qalmasına imkan verməlidir.
Sadalanan təyinatlı otaqlar və oradakı mühəndis-texniki avadanlıq 
daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi 
şəraiti təmin edir.



Yüklə 121,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin