«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

 
 


34 
Kimyəvi tarazlığa təsir edən amillər. 
Le-Şatelye prinsipi. 
Tarazlığın pozulmasına və yenidən yaranmasına təsit edən amillər var. 
Bu amillər qatılıq, temperatur və təzyiqdir. Reaksiyanın getməsinə təsir 
edən bu amillərdən birini belə dəyişdirdikdə reaksiyanın tarazlığı dəyişir: 
ya sağa(alınan məhsullar tərəfə), ya da sola(başlanğıc maddələr tərəfə) 
yönəlir. 
Qatılığın tarazlığa təsiri.Le-Şatelye prinsinə əsasən deyə bilərik ki, 
reaksiyada iştirak edən maddələrdən birinin qatılığı artırıldıqda tarazlıq 
həmin maddənin qatılığının azalması istiqamətinə yönələcək 
Təzyiqin tarazlığa təsiri. Təzyiqin təsiri reaksiyada iştirak edən maddələr 
qaz halında olduqda özünü göstərir. Təzyiqin artırılması reaksiyanın 
tarazlığın həcmi azaldığı istiqamətə (yəni qazların mol miqdarının az 
olduğu istiqamətə) yönəldir. 
Sabit temperaturda qapalı qabda təzyiqi artırdıqda qazların qatılığı artır. 
Onda N
2
+3H
2
↔ 2NH
3
dönən reaksiyasında təzyiqi 2 dəfə artırdıqda 
qazların qatılığının dəyişməsi qrafikdə əks olunub. 
Temperaturunun tarazlığa təsiri. Temperaturun tarazlığa təsirindən 
danışdıqda reaksiyanın ekzotermik, yaxud endotermik olması nəzərə 
alınmalıdır. Temperaturun yüksəlməsi ekzotermik reaksiyaların tarazlığını 
başlanğıc maddələr tərəf(sola), endotermik reaksiyaların tarazlığını alınan 
maddələr tərəfə(sağa) yönəldir. Temperaturun azaldılması isə əksinə təsir 
göstərir. Tarazlıqda olan bu reaksiyada müəyyən temperaturda nə qədər 
molekul alınırsa, bir o qədər də parçalanır. Tarazlığın bu və ya başqa tərəfə 
yönəlməsi də sistemə verilən temperaturundan fərqlənməsi ilə başlayır. 


35 
Katalizator tarazlığın yerdəyişməsinə təsir etmir. Çünki hər iki reaksiyanı 
eyni dəfə sürətləndirir. 
Tarazlıq sabitinin qiymətinə əsasən tarazlığın yerdəyişmə istiqamətini 
müəyyən etmək olur. K>>1 olduqda, tarazlıq sağa(məhsula tərəf), K<<1 
olduqda, tarazlıq sola(başlanğıc maddələrlə tərəf) yerini dəyişir. K=1 
olduqda, başlanğıc və son məhsulların tarazlıq qatılığı dəyişmir. 
 
Le Şatelye prinsipi
 
Müəyyən şəraitdə yaranmış reaksiya tarazlığı həmin şərait sabit 
qaldıqda, istənilən qədər dəyişməz qalır. Lakin tarazlıqda iştirak edən 
maddələrin qatılığının, sistemin temperatur və təzyiqinin dəyişməsi 
ilə reaksiya tarazlığı dərhal pozulur və müəyyən istiqamətdə olmaqla 
yerini dəyişir.
Müxtəlif amillərin təsiri ilə reaksiya tarazlığının 
dəyişməsi tarazlığın yerdəyişməsi və ya tarazlığın yönəlməsi adlanır.
Reaksiya tarazlığının yerdəyişməsi reaksiyaya daxil olan 
maddələrin qatılığının artması ilə gedirsə, tarazlığın sağ tərəfə 
yönəlməsi, reaksiya zamanı alınan maddələr qatılığının artması ilə 
gedirsə, tarazlığın sol tərəfə yönəlməsi baş verir. Reaksiya tarazlığının 
müəyyən amillərdən asılı olaraq, öz yerini dəyişmə xarakteri La-
Şatelye prinsipi ilə müəyyən edilir:
Tarazlıq halında olan sistemə şəraitlərdən birinin dəyişməsi ilə 
nəticələnən xarici təsir göstərilərsə, tarazlıq həmin təsir effektinin 
azalması istiqamətində yerini dəyişir.
Tarazlığın yerdəyişməsi zamanı reaksiyaya daxil olan və ya 
reaksiya nəticəsində əmələ gələn maddələrin qatılıqları nisbəti 
dəyişməyə başlayır və bu, yeni tarazlıq halı yaranana kimi davam 
edir.


36 
Tarazlıq halında olan sistemn komponentlərindən birinin 
qatılığının artması tarazlığın həmin maddənin istifadə olunduğu, yəni 
qatılığının azalması istiqamətində yerdəyişməsinə səbəb olur. 
Qatılığın azaldılmasıyla isə tarazlığın yerdəyişməsi həmin maddənin 
əmələ gəlməsi istiqamətində gedir.
Temperatur artdıqda tarazlıq endotermik reaksiya, azaldıqda isə 
ekzotermik reaksiya istiqamətində yerini dəyişir.
Təzyiqin artması ilə verilmiş müəyyən şəraitdə kiçik həcm tutan 
maddənin əmələ gəlməsi üçün əlverişi şərait yaradır. Başqa sözlə, 
təzyiqin artması ilə reaksiya tarazlığın yerdəyişməsi həcmin azalması 
istiqamətində gedir.
Katalizatorlar dönən reaksiyalarda düzünə və əksinə gedən 
kimyəvi reaksiyaların sürətini eyni dərəcədə dəyişdirdiyindən
tarazlığın daha tez yaranmasına kömək edir, lakin tarazlıq sabitinin 
qiymətinə və reaksiyaya daxil olan maddələrin 
tarazlıq qatılıqlarına 
təsir etmir. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin