«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

E=h*ν  burada h – Plank sabitidir. 
Plank cox ehtiyatla israr edir ki bu radiyasiyanın udulma və buraxılma 
proseslərinin sadəcə bir tərəfidir və bunun radiyasiyaya heç bir əlaqəsi 
yoxdur. Əslində o özünün kvant hipotezini bir elmi kəşfdən daha çox 
riyazi «hiylə» adlandırır. Lakin 1905-ci ildə Albert Eynşteyn məhz Plankın 
bilir. Fotoelektrik effekti müəyyən materialların üzərinə işıq şüaları 
salmaqla həmin materialdan elektronların sıxışdırılıb çıxarılması 
hadisəsidir. Eynşteyn 1921-ci ildə məhz bu işinə gorə Nobel mükafatına 
layiq görülmüşdür. 
 
 

 
 
 


31 
Kimyəvi tarazlıq. Kütlələrin təsiri qanunu. 
Əgər sistemdə hər hansı kimyəvi və fiziki proseslər gedirsə, sistem 
dəyişikliyə 
uğrayır. 
Heç 
bir 
dəyişikliyə 
məruz 
qalmayan 
sistemlərə tarazlıqda olan sistem deyilir. Qeyd edək ki, sistem dedikdə
materiyanın digər hissələrindən xəyali olaraq ayrılmış, təcrid olun-
muş hissəsi başa düşülür.
Kimyəvi reaksiyalar nəticəsində qaz, çöküntü və su alınırsa, belə 
reaksiyalar dönməyən reaksiyalardır, dönəyən reaksiyalar o qədər də çox 
deyil. Sonadək gedən reaksiyalarda başlanğıc maddələrin qatılığı sıfıradək 
azalır. Əksər reaksiyalar dönərdir. Dönən reaksiyalarda başlanğıc 
maddələrin qatılığı sıfıradək azalmır. Dönən reaksiyalarda düzünə gedən 
reaksiya sürətinə bərabər olduğu halda kimyəvi tarazlıq halı deyilir. 
Kimyəvi tarazlıq yalnız qapalı sistemlərdə və dönən reaksiyalarda baş 
verir. Reaksiyanın kimyəvi tarazlıq halını müəyyən zaman ərzində alınan 
və parçalanan molekulların sayı ilə də ifadə etmək olar. 
Vahid zamanda alınan və parçalanan molekulların sayının bərabər 
olduğu hala kimyəvi tarazlıq halı deyilir. Reaksiyada iştirak edən 
maddələrin tarazlıq halındakı qatılığa tarazlıq qatılığı deyilir. Tarazlıq 
qatılığı maddənin reaksiyaya girməyən hissəsidir. Kimyəvi tarazlıq 
dinamikdir, şərait(maddələrin qatılığı, tempetatur və təzyiq) dəyişmədikdə 
tarazlıq halı pozulmur, yəni düzünə və əksinə reaksiyalar eyni sürətlə 
gedir. Dönən kimyəvi reaksiyalar yenicə başlayanda reaksiyaya daxil olan 
maddələrin qatılığı çox olur. Reaksiya davam etdikcə alınan məhsulların
qatılığı artır, başlanğıc maddələrin qatılığı isə 
azalmağa başlayır. Dönən reaksiyalarda alınan məhsulların qatılığı 
artdıqda başlanğıc maddələr tərəfə(sola) gedən reaksiyanın sürəti artır. 
Dönən reaksiyalarda müəyyən zamandan sonra düzünə gedən reaksiyanın 
sürəti əksinə gedən reaksiyanın sürətinə bərabər olur:
düz
=
əks 
Reaksiyanın kimyəvi tarazlıq halını müəyyən zaman müddətində alınan 
və parçalanan molekulların sayı ilə ifadə etmək olar. Vahid zamanda 
alınan və parçalanan molekulların sayının bərabər olduğu hala tarazlıq halı 
deyilir. Reaksiyada iştirak edən maddələrin tarazlıq halına uyğun gələn 


32 
qatılıq tarazlıq qatılığı adlanır. Bəzən tarazlıq qatılıqlarına görə reaksiyaya 
daxil olan maddələrin qatılığını və əksinə, maddələrin verilən başlanğıc 
qatılığına görə tarazlıq halına uyğun qatılığını hesablamaq tələb olunur. 
Reaksiya məhsullarının tarazlıq qatılıqları hasilinin reaksiyaya daxil olan 
başlanğıc maddələrin tarazlıq qatılıqları hasilinə olan nisbəti dəyişməz 
kəmiyyət olub, tarazlıq sabiti adlanır. K>1 olduqda reaksiya düz 
istiqamətə, K<1 olduqda isə əks istiqamətə daha çox yönəlmiş olur. K=1 
olduqda başlanğıc və son maddələrin tarzlıq qatılıqları hasili bərabərləşir. 
Homogen reaksiyaların sürəti reaksiyaya daxil olan maddə 
molekullarının zaman vahidi ərzində görüşmələrinin (toqquşmalarının) 
sayından asılıdır. Molekulların toqquşma sayı isə öz növbəsində 
reaksiyaya daxil olan maddələrin qatılığından asılı olduğu üçün, reaksiya 
sürəti ilə maddə qatılığı arasında asılılıq aşağıdakı kimi ifadə edilə bilər. 
Verilmiş müəyyən sabit temperatur şəraitində kimyəvi reaksiyanın 
sürəti reaksiyay daxil olan maddələrin qatılıqları hasili ilə düz 
mütənasibdir. Sürətlə kütlə arasındakı bu asılılığın xarakteri isveç alimləri 
Quldberq və Vaage (1867) tərəfindən müəyyən edilmiş və kütlələrin təsiri 
qanunu adını almışdır. 
Dönən reaksiyalarda kimyəvi tarazlıq ümumi şəkildə aşağıdakı kimi 
göstərilə bilər: 
aA + bB ↔ cC + dD 
Kütlələrin təsiri qanununu buraya tətbiq etsək, düzünə və tərsinə gedən 
reaksiyaların sürətləri aşağıdakı kimi göstərilə bilər: 
v
1
= k
1
[A]
a
[B]
b
v
2
= k
2
[C]
c
[D]
d
Burada k
1
və k
2
müvafiq reaksiyaların sürət sabitləridir. 
Tarazlıq halında v

= v
2
olduğundan, 
k
1
[A]
a
[B]
b
= k
2
[C]
c
[D]
d
lar. Buradan, 
[A]
a
[B]
b
/ [C]
c
[D]
d
= k
1
/ k
2
= k
olar ki, burada k, k
1
və k
2
sabit kəmiyyətlərini əvəz edən kimyəvi tarazlıq 
sabitidir. k-mütənasiblik əmsalı olub, kimyəvi reaksiyanın sürət sabiti 
adlanır. k-nın qiyməti reaksiyaya daxil olan maddələrin qatılığından asılı 
olmayıb, yalnız onların təbiətindən və temperaturdan asılıdır. 
Kimyəvi tarazlıq sabiti reaksiyaya daxil olan maddələrin ilk 
qatılıqlarından asılı olmayıb, temperaturdan asılı olaraq dəyişir. 


33 
Kütlələrin təsiri qanunu ideal qaz qanunlarının qaz reaksiyalara tətbiqi 
həddində və həmçinin çox duru məhlullarda baş verən reaksiyalara 
bilavasitə tətbiq oluna bilir. Digər şəraitlər üçün isə bu qanunun tətbiqi bir 
qədər mürəkkəb xarakter daşıyır. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin