dəvəquşu, ayaqqabı, suiti və s. b) birinci
komponentə
-dan, -dən, ikinci komponentə isə
- ma, -mə sözdəyişdirici şəkilçiləri artırmaqla;
ana- dangəlmə, göydəndüşmə və s.; c) ikinci
komponentə
-an,-ən şəkilçisi
artırılmaqla;
uzaqgörən, otbiçən və s.» (1.433)
Müəllif bu üsulla söz yaradılmasında daha bir
üsul təqdim edir: Marfoloji - sintaktik üsul:
günəbaxan, südəmər və s.
İlk növbədə bölgü adlarına münasibətimizi
bildirmək istərdik: müəllif «Leksik -sintaktik üsul»
535
Сечилмиш ясярляри lX adı ilə leksik vahidlərin sintaktik əlaqələrlə
əlaqələnməsinə əsaslanır. Nitq prosesində sintaktik
əlaqələrdən kənarda əlaqə üsulu sözlərin məna əla-
qələrinə bağlanır. Məna əlaqələrinin qrammatik
ifadəsi isə əlbəttə ki, sintaktik əlaqələrdə üzə çıxır.
Deməli qrammatik formalaşmada (qrammatik yolla
söz yaradıcılığında) sintaktik əlaqələrdən kənarda
söz formulu mövcud deyildir. Buna görə də zən-
nimizcə bu bölgünü verməklə professor sintaktik
yolla söz yaradıcılığının digər bölgülərini sintaktik
əlaqəyə əsaslanması faktını inkar etmiş olur. Bu
yolla söz yaratmanın ikinci bölgüsündə (morfoloji-
qrammatik üsulla söz yaradılması) sintaksisin
qrammatikanın tərkib hissəsi olması nəzərə
alınmır. Bu bölgünün adınm özü də məntiqsizliyə
aparıb çıxarır. Bir halda ki, morfologiya da
qrammatikanın tərkib hissəsidir.
Sintaktik yolla söz yaradıcılığının son
məhsulu mürəkkəb sözlərdir və bizcə mürəkkəb
sözlərin ümumi xüsusiyyətlərini beş qrupa bölüb
şərh etməklə professor S.Cəfərov bu yolla söz-
yaratmanın leksik - semantik və qrammatik
xüsusiyyətlərinin tam əsaslı şərhini vermişdir.
B.Xəlilov qrammatik yolla sözyaratmanı
«Morfoloji yolla söz yaradıcılığı» və «Sintaktik
yolla söz yaradıcılığı» kimi iki üsulda təqdim edir.
«Sintaktik yolla söz yaradıcılığı» bölməsi
bütövlükdə S.Cəfərovun bu istiqamətdə verdiyi
şərhlərə əsaslanır.