sahə və regional amillər qrupuna bölmək olar.
Makroiqtisadi amillər müəssisənin
istehsal strukturunun kompleksliyini və tamlığını müəyyən edir. Bu amillərə ölkə
iqtisadiyyatındakı sahələrin tərkibi, onların diferensasiya dərəcəsi, xarici ticarət
əlaqələri və s. aiddirlər. Firmanın istehsal quruluşuna onun mənsub olduğu sahənin
ixtisaslaşma səviyyəsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin yerinə
yetirilməsi imkanları, sahədə təchizat və satışın təşkili xüsusiyyətləri, başqa digər
sahələrin xidmətləri ilə təmin olunma səviyyəsi kimi
sahə amilləri də təsir
göstərir. Müəssisənin quruluşuna (ümumi və istehsal) təsir göstərən
regional
amillər onun (müəssisənin) müxtəlif kommunikasiyalarla: qaz və su kəmərlərilə,
nəqliyyatla, rabitə vasitələri ilə və s. təmin olunması səviyyəsi ilə əlaqədardır.
Qeyd olunan
makroiqtisadi, sahə və regional amillərin məcmusu müəssisənin
fəaliyyət göstərdiyi xarici mühiti əmələ gətirirlər.
Müəssisənin əsas struktur vahidi sexdir. Sex müəssisənin inzibati baxımdan
xüsusiləşmiş həlqəsi olmaqla, texnoloji baxımdan istehsal prosesinin-məhsul
istehsalının müəyyən mərhələsi məhz burada yerinə yetirilir. Bir qayda olaraq
sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə
xarakterizə olunurlar. İstehsal firmasının tərkibinə daxil olan sexlər məhsulun
hazırlanmasındakı rollarına görə aşağıdakı 4 qrupa bölünürlər: 1) əsas sexlər-
xammal və materialların hazır məhsula çevrilməsi üzrə texnoloji prosesin hansısa
mərhələsinin bilavasitə yerinə yetirilməsi ilə məşğul olurlar. Əsas sexlərin istehsal
imkanları müəssisənin məhsulburaxma qabiliyyətini müəyyən edir. 2) köməkçi
sexlər-bilavasitə məhsul istehsalı ilə məşğul olmurlar, lakin əsas sexlərin normal
fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal
olaraq alət, təmir, model və s. sexləri göstərmək olar. 3) xidmətedici sexlər-
köməkçi sexlər kimi bilavasitə məhsulun hazırlanması ilə məşğul olmurlar, lakin
onlar həm əsas, həm də köməkçi sexlərin normal fəaliyyət göstərmələri üçün şərait
yaradırlar. Xidmətedici sexlərə misal olaraq nəqliyyat və enerji sexlərini,
kompressor stansiyalarını, eksperimental sexləri, su təchizatını, anbar təsərrüfatını
və s. göstərmək olar. 4) yardımçı sexlər-əsas sexlərin istehsal tullantılarından
təkrar istifadə edilməsi (təkrar istehsalı) məqsədilə yaradılır və onlar müəssisədə
hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayırlar.
Belə sex və təsərrüfatlara missal olaraq tara hazırlayan sexləri, işlənmiş yağların
regenerasiyası ilə məşğul olan sexləri göstərmək olar.
Dostları ilə paylaş: