FəNNİN ŞİFRƏSİ İF-2427y FƏNNİn adi “FİZİkanin əsaslari” P. e d., professor N. Səfərov


elektromaqnit dalğasının daşıdığı gücün miqdarını nə təyin edir?



Yüklə 1,26 Mb.
səhifə2/7
tarix19.05.2023
ölçüsü1,26 Mb.
#118116
1   2   3   4   5   6   7
532a FƏ 10

elektromaqnit dalğasının daşıdığı gücün miqdarını nə təyin edir?

Müvəffəqiyyətlər diləyirik!..

  •  

1. Dalğa prosesləri. Elastiklik dalğaları. Harmonik elastiklik dalğaları

Dalğa bir yerdən başqa yerə yaylan həyəcanlaşmadır.Mexaniki dalğalar mühit adlanan bir materialın içərisində yayılır. Fərz edək ki, rəqs edən zərrəcik, bütün hissəcikləri bir-birilə elastiklik qüvvələrlə bağlı olan mühit daxilindədir. Rəqs zamanı rəqs enerjisi, ətraf hissəciklərə keçərək, onları da rəqsi hərəkətə gətirə bilir. Rəqsin mühitdə bu cür yayılması prosesinə dalğa deyilir. Dalğaların əmələ gəlməsinə misal olaraq, çayın səthinə daş atdıqda yayılan dalğaları göstərmək olar. Dalğaların əmələ gəlməsinə ikinci misal olaraq əlimizlə bir ucunu rəqsə gətirdiyimiz ipdə yaranan dalğaları da göstərmək olar; bu halda ip boyunca rəqs yayılmağa başlayır.

Əgər hissəciklər, rəqsin yayıldığı düz xətt boyunca rəqs edirsə, belə dalğalar uzununa dalğalar, hissəciklərin rəqsi, rəqslərin yayılma istiqamətinə perpendikulyar isə, onda həmin dalğa eninə dalğa adlanır.

Uzununa dalğalarda mühit hissəciklərinin növbə ilə sıxlaşması və seyrəkləşməsi baş verir.

Mühitdə yayılan dalğanın eninə və ya uzununa olması mühitin elastiklik xassələrindən asılıdır. Maye və qazlarda yalnız uzununa dalğalar, bərk cisimlərdə isə eninə dalğalarla bərabər uzununa dalğalar da yayıla bilər.

1. Dalğa prosesləri. Elastiklik dalğaları. Harmonik elastiklik dalğaları

1. Dalğa prosesləri. Elastiklik dalğaları. Harmonik elastiklik dalğaları


Bir rəqs periodunda rəqsin müəyyən fazasının yayıldığı məsafəyə dalğa uzunluğu deyilir və hərfi ilə işarə edilir (). Şəkildən görünür ki, dalğa uzunluğu eyni faza ilə rəqs edən iki qonşu nöqtə arasındakı məsafədir. Dalğanın yayılma sürəti dedikdə onun faza sürəti başa düşülür.
Fərz edək ki, özündən hər tərəfə rəqs yayan nöqtə elastiki mühit içərisindədir. Hər hansı anda rəqsin çatdığı nöqtələrin həndəsi yeri, dalğa cəbhəsi adlanır. Lakin eyni faza ilə rəqs edən nöqtələrin hamısı birlikdə dalğa səthini əmələ gətirir. Deməli dalğa cəbhəsi dalğa səthinin xüsusi halıdır. Rəqslərin yayıldığı istiqamətlərə şüalar deyilir. Izotrop mühitdə şüalar, dalğa cəbhəsinə perpendikulyardır.
Mühitdə dalğa (eninə və uzununa) yayılarkən mühit hissəcikləri dalğa ilə birlikdə aparılmır, öz tarazlıq vəziyyətləri ətrafında rəqs edirlər. Yalnız mühit hissəciklərindən birindən digərinə rəqsi hərəkət və enerji ötürülür. Dediklərimizi nəzərə almaqla uzununa və eninə dalğaların yayılma sürətləri üçün

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin