Layihə menecmenti fənninin məqsədi tələbələri layihənin idarə olunmasının saysız-hesabsız vasitələri ilə yükləməkdən ibarət deyildir. Biz layihənin idarə olunmasının ümumi prinsiplərinə əsaslanan modelin tətbiqi yoluyla kursun tədrisini həyata keçirəcəyik. Bu fənnin müzakirələri imkan verəcək ki, biz gələcəkdə layihələr yaradılması vasitələrini öyrənək və onların optimal idarə olunma prinsipləri ilə tanış olaq.
Fənnin tədrisinin yekununda tələbələr layihəni planlaşdırmağı, onu həyata keçirmək üçün komandanı təşkil etməyi, layihənin müxtəlif cari aspektlərini idarə etməyi, mümkün riskləri dəyərləndirməyi, vaxta görə bölünməyə riayət etməyi və layihəni uğurla başa vurmaq bacarığını əldə edəcəklər.