Fənni üzrə proqra m


VII. AZƏRBAYCANDA  PEDAQOJİ FİKRİN YARANMASI VƏ İNKİŞAFI



Yüklə 287,25 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix01.04.2017
ölçüsü287,25 Kb.
#13174
1   2   3   4

VII. AZƏRBAYCANDA  PEDAQOJİ FİKRİN YARANMASI VƏ İNKİŞAFI 

 

QƏDİM VƏ ERKƏN ORTA ƏSRLƏR DÖVRÜNDƏ 

AZƏRBAYCANDA TƏRBİYƏ VƏ TƏHSİL MƏDƏNİYYƏTİ VƏ  

PEDAQOJİ FİKİRLƏR. 

 

Qədim Azərbaycan tayfa birliklərində, quldar dövlətlərində  tərbiyə  və  təhsil 



məsələləri.  Аzərbаyсаndа  tərbiyə  və  təhslin ilkin хаrаktеrik  əlаmətləri. Qоbustаn 

qаyаlаrı, Gəmiqаyа  və digər tаriхi  yеrlərimiz,  аbidələrimiz, dаş kitаbələrimiz 

üzərində  əlifba nümunələri, yаzılаr, piktоqrаfik işаrələr, rəsmlər və  оnlаrın 

pеdаqоji fikir tаriхində əhəmiyyəti. İlkin savad təlimi. Аrхеоlоji qаzıntılаr zаmаnı 

tаpılmış  əşyаlаr və  tаriхi  аbidələrimiz  üzərində piktоqrаfik işаrələrin,  şəkli 

yаzılаrın,  rəsmlərin pеdаqоji əhəmiyyəti. Qədim dövrlərdə Аzərbаyсаndа pеşə və 

sənətkаrlıq.  

İslama qədərki dövrdə  tərbiyə  və  təhsilin  əsas məzmunu və  məqsədi. 

Zərdüşt məktəblərinin yaranması, “Avesta”da tərbiyə  məsələləri. “Kitabi-Dədə 

Qorqud” dastanlarında pedaqoji fikirlər. 

Azərbaycan xalq pedaqogikası elmi pedaqogikanın inkişafında ilkin mənbə kimi. 

Azərbaycan xalq pedaqogikasında tərbiyə  məsələləri və  şəxsiyyətin mənəvi 

zənginlikləri haqqında      

 

XI-XII ƏSRLƏRDƏ AZƏRBAYCANDA  TƏRBİYƏ, TƏHSİL,  VƏ 



PEDAQOJİ FİKİR. 

XI-XII əsrlərdə Azərbaycanda məktəb və mədrəsələr, onların quruluşu və 

təhsilin məzmunu. 

Qətran Təbrizi (1012-1088) və Xətib Təbrizinin (1030-1109) əsərlərində  

pedaqoji ideyalar və onların müəllimlik fəaliyyətləri.  



Xaqani Şirvani (1120-1199) tərbiyə və təhsil haqqında. 

__________Milli Kitabxana__________ 

25 


 

25

 Nizami Gəncəvinin (1141-1209) “Xəmsə”sində pedaqoji fikirlər. Nizami 

insan şəxsiyyətinin təşəkkülü, elm və təlim haqqında. Nizaminin oğlu Məhəmmədə 

nəsihətləri. Nizami yaş dövrlərinin bölgüsü  haqqında. Nizami əxlaq tərbiyəsi

fiziki kamillik və sağlamlıq, mənəvi zənginliklər haqqında. Nizami elm, alim və 

müəllim haqqında. 



Əbülhəsən Bəhmənyarın (vəfatı 1065)  didaktik fikirləri. Bəhmənyarın 

sələfləri və  xələfləri. Bəhmənyarın “Ət-təhsil”  əsərinin pedaqoji əhəmiyyəti. 

Bəhmənyar fəlsəfi-pedaqoji ideyalarının dvamçıları.  

 

 



XIII-XVIII ƏSRLƏRDƏ AZƏRBAYCANDA PEDAQOJİ FİKİR. 

 

 Nəsirəddin Tusinin (1201-1274) pedaqoji ideyaları. N.Tusi və onun “Əxlaqi-

Nasiri”  əsərinin pedaqoji əhəmiyəti.  “Əxlaqi-Nasiri”də  tərbiyə  məsələlərinin 

qoyuluşu.  

 İmadəddin Nəsimi (1369-1417) azad şəxsiyyət tərbiyəsi haqqında.Nəsimi 

“Divan”ında humanizm tərbitəsi məsəslələri. “Hürufilik”, onun mahiyyəti və 

pedaqoji mahiyyəti.  

 Şah  İsmayıl Xətai (1487-1524).əxsiyyətin zənginlikləri və    mənəvi kamillik 

haqqında. 

  Məhəmməd Füzuli (1497-1556) “Divan”ında tərbiyə  və  təhsil məsələləri.  

Füzulinin oğlu Fəzliyə nəsihətləri.  

Qövsi Təbrizinin (XII əsr) və  Saib Təbrizinin (1601-1676) əsərlərində elmin 

fəziləti, tərbiyə  və təhsil  haqqında. Molla Vəli Vidadi (1709-1809), Molla Pənah 



Vaqif (1717-1797) və Qasım bəy Zakir (1784-1857) tərbiyə haqqında.  

 

XIX-XX ƏSRLƏRDƏ AZƏRBAYCANDA  PEDAQOJİ FİKRİN İNKİŞAFI. 

 

A.A.Bakıxanovun  (1794-1817),  Mirzə Kazım bəyin (1802-1870), M.F. 

Axundovun (1812-1878) pedaqoji görüşləri və pedaqoji fəaliyyətləri.  


__________Milli Kitabxana__________ 

26 


 

26

Mirzə  İsmayıl Qasirin (1806- 1900), S.  Ə.  Şirvaninin (1835-1888), 



M.Ş.Vazehin (1792-1852), M.T.Sidqinin(1854-1904),  M.M.Nəvvabın (1833-

1918) pedaqojio görüşləri və məktəbdarlıq fəaliyyəti. H.Zərdabinin (1837-1907) 

Azərbaycan maarif və mədəniyyətinin inkişafında xidmətləri. 

Mirzə  Həsən Rüşdiyyənin (1850-1943)pedaqoji fəaliyyəti və  təlim –

tərbiyə haqqında fikirləri  



S.M.Qənizаdənin (1866-1937), H.Mаhmudbəyоvun (1864-1928) 

mааrifçilik fəаliyyəti və yеni məktəb uğrundа mübаrizəsi.  



R.Əfəndiyеvin (1863-1942), Firudin bəy Köçərlinin  (1863-1920) həyаtı  

elmi-pedaqoji fəaliyyəti. F.B.Köçərlinin  Qori Müəllimlər Seminariyasında və  

Qazax Müəllimlər Seminariyasında fəaliyyəti. 

Cəlil  Мəmmədquluzаdə (1866-1932),Hüseyn Cavid (1882-1941), Mirzə 

Ələкbər  Sаbir (1862-1911),Аbbас  Səhhət  (1874-1908),  Məhəmmədаğа 

Şаhtахtlı (1848-1930), Fərhаd Аğаzаdə (1880-1931) ,Üzеyir Hаcıbəyоv (1885-

1948), Nərimаn Nərimаnоv (1870-1925) və başqalarının Azərbaycan xalq  maarif 

və mədəniyyətinin inkişafında xidmətləri. 

 

AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI DÖVRÜNDƏ MƏKTƏB 



VƏ PEDAQOJİ FİKİR. 

 

Azərbaycan parlamentinin məktəblərdə ana dilinin (dövlət  dilinin ) tədrisi 



haqqında  qərarı. Xalq Maarif Nazirliyinin təşkili. Zaqafqaziya Müəllimlər 

Seminariyasının Azərbaycan  şöbəsinin Qazaxa köçürülməsi.  Bakı Dövlət 

Universitetinin təşkili. Milli dərsliklərin yaradılması  və yeni müəllim kadrlarının 

hazırlığı.

  

ADR-in maarif sahəsindəki islahatları. Məmməd  Əmin Rəsulzadənin 



(1884-1955),  Əhməd Cavadın (1892-1939) milli vətəndaşlıq və maarifçilik 

xidmətləri. 

 


__________Milli Kitabxana__________ 

27 


 

27

SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ VƏ SONRAKI MÜSTƏQİLLİK 



DÖVRÜNDƏ AZƏRBAYCANDA MƏKTƏB VƏ PEDAQOJİ FİKRİN 

İNKİŞAFI. 

 

Azərbaycanda Sovet məktəbinin təşkili və pedaqoji elmin təşəkkülü (1920-



1930-cu illər). Azərbaycanda 1940-1950-ci illərdə məktəb və pedaqogika elminin 

inkişafına dair. 1960-1970-ci illərdə Sovet hakimiyyətinin süqutuna qədər olan 

dövrdə Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı. Sovet hakimiyyəti 

illərində tanınmış pedaqoq və mütəfəkkirlərin Azərbaycanda məktəb və pedaqoji 

fikrin inkişafına təsiri. 

Sovet hakimiyyəti dağıldıqdan sonra Müstəqil Azərbaycan 

Respublikasında təhsilin və pedaqoji elmin inkişafı.  

 

 



AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİNDƏ 

HEYDƏR ƏLİYEV  MƏRHƏLƏSİ. 

 

Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin həyat 



və  fəaliyyəti (1923-2003) gənc nəslə örnəkdir. Azərbaycanda Heydər  Əliyevlə 

başlayan təhsil islahatları. Heydər Əliyevin təhsilə,  elmə, ana dilinə, mədəni irsə 

münasibəti. Azərbaycan təhsilinin, maarif və  mədəniyyətinin inkişafında Heydər 

Əliyevin xidmətləri. Heydər Əliyev gənc nəslin mənəvi tərbiyəsi haqqında. Heydər 

Əliyevin Respublika Gənclərinin Birinci Ümumrespublika Forumunda nitqi və 

gənclərin qarşısında duran vəzifələr.  Heydər Əliyev müəllimlik peşəsi haqqında.    

  

 

 

 


__________Milli Kitabxana__________ 

28 


 

28

“PEDAQOGİKA TARİXİ” FƏNNİNƏ DAİR TƏLƏBƏLƏRİN “SƏRBƏST  



İŞ” MÖVZULARININ YAZILMASINA DAİR METODİK MƏSLƏHƏT 

 

Tələbələrin “Sərbəst iş” mövzuları üzərində işləməsi  fənnin daha dərindən 

mənimsənilməsinə kömək etdiyi kimi, onların tədqiqatçılıq bacarığını da inkişaf 

etdirir, elmə həvəsini artırır, müstəqil çalışmaq vərdişlərini möhkəmləndirir. 

Ali məktəblərimizdə Bolonya prosesinin tətbiqi, təhsilin kredit sisteminə 

keçidi tələbələrin daha çox müstəqil çalışmasını tələb edir. Müstəqil  çalışan, əməli 

fəaliyyət göstərən tələbə  daha çox bilik qazanır və öyrənir.  

Psixologiyadan məlumdur ki, insan bilik üzərində nə qədər hərtərəfli işləsə, 

ona müxtəlif cəhətlərdən yanaşsa, o hafizədə daha möhkəm yer tutur. Çünki, tələbə 

material üzərində müstəqil  işləyərkən onu hərtərəfli təhlil edir, şüurunda eyni bir 

məsələyə bir neçə  dəfə qayıtmalı olur. Bütün bunlar həmin materialın hafizədə 

uzun müddət qalmasına, praktik əhəmiyyət kəsb etməsinə səbəb olur.    

Müasir gənc mütəxəssis yüksək bilik və  dünyagörüşə malik olmaqla 

bərabər, həm də tədqiqatçılıq   qabiliyyətlərinə malik olmalı,  müstəqil  düşünməyi,  

müstəqil qərarlar  çıxarmağı  bacarmalıdır. Bunun üçün də indiki şəraitdə - təhsilin 

qlobal  xarakter aldığı bir dövrdə  tələbənin proqram materialına sahib olması 

minimum tələb hesab edilə bilər,  geniş nəzəri bilik və  dünyagörüşə  sahib olmaq 

üçün isə daha çox oxumalı,  əlavə  və ilk mənbələrdən istifadə etməli və bilikləri 

genişləndirmək və tətbiq etmək lazımdır.  

Bu baxımdan fənni tədris edən müəllim tələbələrə müstəqil  çalışmağı, daha 

çox düşünməyi  məsləhət görməli, onların tənqidi və yaradıcı təfəkkürünü inkişaf 

etdirməlidir.  

Təcrübələrdən məlum olur ki, tədris işi  yüksək təşkil edilən ali məktəblərdə 

tələbələr elmi-tədqiqat işlərinə  də böyük həvəs göstərir, “Sərbəst iş” üzərində  də 

fəallıqla çalışırlar.         

“Sərbəst iş” mövzuları  tələbələr tərəfindən  sərbəst  şəkildə seçilir. Fənn 

müəlliminin təklifi ilə də tələbə mövzu götürüb üzərində işləyə bilər. “Sərbəst iş” 

tələbənin kiçik elmi tədqiqat işi hesab edilə bilər. Tələbə mühazirədən eşitdiklərini, 



__________Milli Kitabxana__________ 

29 


 

29

seminar məşğələlərindən öyrəndiklərini, əlavə materiallardan mənimsədiklərindən 



istifadə edərək, sərbəst iş üzərində müstəqil olaraq yaradıcı, elmi fəaliyyət göstərir. 

Tələbənin sərbəst, müstəqil şəkildə çalışması  bir tərəfdən proqram materialının nə 

dərəcədə  mənimsədiyinin,  o biri tərəfdən isə öz biliyini təcrübədə  tətbiq etmək 

bacarığına malik olub-olmadığının bariz  göstəricisidir.   

Ali məktəblərdə  fənlərin tədrisi prosesində, tələbələr müstəqil işləməyi, ilk 

mənbələrdən baş açmağı bacarmalıdırlar. Aparılan elmi-pedaqoji tədqiqatlardan 

məlum olur ki, ali məktəb tələbələri hər gün 5-6 saat müstəqil zehni işlə  məşğul 

olmalı, mütaliə etməli, elmlə məşğul olmalıdır. 

Tələbə kitab və ya başqa material üzərində  sərbəst  çalışan vaxt oradakı  

faktlar,  həqiqətlər artıq onun  malı olur; o əldə etdiyi biliklərə möhkəm inanır. 

Belə bilik isə tədricən əqidə və inama  çevrilir. Buradan belə nəticə çıxarmaq  olar 

ki, biz ali məktəb tələbələrini  biliklər üzərində  dərindən,  sərbəst, müstəqil 

işləməyə sövq etməklə, eyni zamanda onlarda elmi dünyagörüş  də formalaşdırmış 

oluruq.  Yalnız məsələdən müstəqil surətdə baş    çıxararkən adam öz qüvvəsinə 

inanır və bunu başqalarının qarşısında müvəffəqiyyətlə müdafiə edir. Tələbə kitab 

üzərində bu və ya digər material üzərində  sərbəst çalışan vaxt oradakı  həqiqətlər 

onun bilik və əqidəsinə çevrilir və onda biliyə möhkəm inam yaranır. Tələbələrin 

öz üzərində müntəzəm və müstəqil işləmələri onlarda geniş dünyagörüş  

formalaşdırmaqla bərabər, həm də  faydalı vərdişlər yaradır.  

Tələbələrə bir deyil, bir neçə mənbədən istifadə etməyi  öyrətmək lazımdır. 

Çünki təcrübə göstərir ki, orta məktəbi qurtaran şagirdlərin  heç də hamısı sərbəst 

şəkildə elmi mənbələr üzərində, müxtəlif kitablar  üzərində    işləməyi bilmirlər. 

Ona görə də birinci kurs tələbələrinə fənn müəllimi tələbələrə müstəqil  çalışmaq 

üçün, elmi mənbələrdən istifadə etmək üçün lazımi məsləhətlər verməli, tədris 

etdiyi mövzularla bağlı ədəbiyyat siyahısı   verməli və onlardan istifadə yollarını 

da göstərməlidir. 

Təcrübələrdən aydın olur ki, birinci kurs tələbələrinin ilk mənbələr üzərində 

işləmələri və onların çıxardıqları  nəticələr zəif olur, bəzən səthi və  bəzən də 

kitabın, jurnalın üzü köçürülür. Lakin, doğru, düzgün məsləhətlər, tövsiyələr 


__________Milli Kitabxana__________ 

30 


 

30

nəticəsində və tələbələrin də müstəqil işləməsi sayəsində tədricən bu proses inkişaf 



edir və tələbələr müstəqil və sərbəst şəkildə mənbələr üzərində  işləməyə alışırlar 

ki, bu da gələcəkdə onların elmi işlər yazmasına, buraxılış  işləri üzərində daha 

yaxşı işləmələrinə xeyli köməklik etmiş  olur.          

Tələbə mövzunu seçdikdən sonra   fənn müəllimi ilə birlikdə plan və 

ədəbiyyat siyahısını müəyyənləşdirməlidir. Mövzu ilə bağlı  ədəbiyyat oxunur, 

təhlil edilir, qeydlər götürülür, çıxarışlar edilir, məntiqi nəticələr çıxarılır, 

ümumiləşdirmələr aparılaraq yazıya alınır.  

Sərbəst iş yaradıcı  şəkildə yerinə yetirilməlidir. Kitabların, qəzet və jurnal 

məqalələrinin üzü köçürülməməli, müəlliflərin fikirləri olduğu kimi 

götürülməməlidir. Bütün mətnin başlıca məzmununu səciyyələndirən fikrin əsas 

məqamları aşkarlanmalı, oxunan materiala, müəllifin fikirlərinə yaradıcı münasibət 

göstərilməli, ümumiləşmiş fikirlər, lakonik ifadələr  yazılmalıdır.  

Əlbəttə, hər hansı bir  “Sərbəst iş” mövzusu  girişlə başlayır, sonra  

mövzunun  əsas hissəsi işlənilir, sonda isə mövzuya  nəticə vurulur, istifadə 

olunmuş ədəbiyyat siyahısı göstərilir.  

Tamamlanmış “Sərbəst iş” fənn müəlliminə  təhvil verilir. Müəllim onu 

oxuyur və qiymətləndirir. 

Bunu da xüsusi olaraq qeyd edək ki, təklif olunan “Sərbəst iş” 

mövzularından tələbələr elmi iş, kurs işi, referat,   yaxud hər hansı bir 

pedaqoji konfransda, Tələbə Elmi Cəmiyyətində  məruzə mövzusu kimi də 

götürüb işləyə bilər.      

        


__________Milli Kitabxana__________ 

31 


 

31

“SƏRBƏST İŞ” MÖVZULARI 



 

1.

 



Tərbiyənin meydana gəlməsi və  mənşəyi ilə bağlı konsepsiyalar 

(təkamül, bioloji, psixoloji). 

2.

 

 İnsanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı müxtəlif nəzəriyyələr. 



3.

 

İbtidai icma quruluşunda tərbiyə və onun səciyyəvi cəhətləri.  



4.

 

Quldarlıq  dövründə  təlim-tərbiyə ocaqları, tərbiyə sistemi, pedaqoji 



fikirlər.  

5.

 



Antik filosoflar şəxsiyyətin inkişafı və tərbiyəsi haqqında. 

6.

 



Feodalizm dövründə məktəblər, pedaqoji fikir və nəzəriyyələr. 

7.

 



 Qədim Şərqdə tərbiyə. 

8.

 



 Qədim Şumerdə məktəb və tərbiyə. 

9.

 



 Qədim türklərdə - Hunlarda, Göytürklərdə tərbiyə. 

10.


 

 Orxon – Yenisey abidələri üzərində yazılar və onların pedaqoji 

əhəmiyyəti. 

11.


 

 Qədim türk dastanlarında tərbiyənin məqsəd və məzmunu. 

12.

 

Qədim Yunanıstanda tərbiyə  və  məktəb. Sparta və Afinada tərbiyə 



sistemi.  

13.


 

Sокrаt (b.е.ə. 469-399) şəxsiyyətin inkişafı və tərbiyəsi hаqqındа. 

14.

 

 Təlimdə Sокrаt mеtоdu.  



15.

 

Plаtоn (b.е.ə. 427-347) təlim və tərbiyə hаqqındа.  



16.

 

Аristоtеl (b.е.ə. 384-322) tarixdə “İlk müəllim” kimi. 

17.

 

 Аristоtеlin müəllimliк fəаliyyəti. 



18.

 

Аristоtеlin yaş dövrləri (0-7- bitкi dövrü; 7-14- hеyvаni dövr, 14-21- 



insani dövr).  

19.


 

Qədim Rоmаdа məкtəb və  pеdаqоji idеyаlаr. 

20.

 

Erkən orta əsrlərdə şərqdə tərbiyə, təhsil və pedaqoji fikir. 



21.

 

İslаmdа tərbiyə. 



22.

 

 İslam müqəddəslərinin tərbiyə haqqında fikirləri.  



__________Milli Kitabxana__________ 

32 


 

32

23.



 

Məhəmməd Peyğəmbərin (s) tərbiyə, təhsil, bilik və elm haqqında 

fikirləri. 

24.


 

İslamıyyətdə ilk məktəblər. Suffə, kuttab və məktəblər. 

25.

 

«Nizаmiyyə» mədrəsəsinin yaranması.(ХI əsr).  



26.

 

Nizаmiyyə mədrəsələrinin Şərqdə yаyılmаsı.  



27.

 

Mədrəsələrdə təhsilin məzmunu. 



28.

 

 Xətib Təbrizinin, Şihabəddin Suhrəverdinin  “Nizamiyyə” mədrəsəsində 



fəaliyyəti. 

29.


 

  İslamda elmin inkişafı və əsas istiqamətləri.  

30.

 

Dünya elm və mədəniyyətinin inkişafına  müsəlman alimlərinin töhfələri. 



31.

 

Erkən orta əsr şərq, türk mütəfəkkirlərinin pedaqoji  ideyaları. 



32.

 

Ümumislam və ümumşərq maarif və  mədəniyyətinin inkişafında erkən 



orta  əsr  şərq mütəfəkkirlərinin tərbiyə, təhsil və  şəxsiyyətin mənəvi,  əxlaqi 

keyfiyyətləri haqqında fikir və ideyaları. 

33.

 

Mahmud Kaşqarlının (XI əsr) “Divanü-Lüğət-it-türk” əsərində tərbiyəvi, 



əxlaqi fikirlər,  

34.


 

 Balasaqunlu Yusif xas Hacibin “Qutadqu - bilik”(“Xoşbəxtliyə aparan 

bilik”)əsərində tərbiyəvi, əxlaqi fikirlər. 

35.


 

  Ədib 


Əhməd Yüknəkinin “Atabətül-Həqayiq” (“Həqiqətlərin 

astanasında”; “Həqiqətlər heybəsi”)  əsərində  tərbiyəvi, əxlaqi fikirlər, şəxsiyyətin 

mənəvi aləmi məsələləri və bu əsərlərin  pedaqoji fikrin inkişafında əhəmiyyəti. 

36.


 

 Əbu Əli İbn Sinanın (980-1037) “Qanun-e–Tibb” və “Şəfa” əsərlərində 

tərbiyə məsələləri və didaktik fikirlər.  

37.


 

Biruninin, Qəzzalinin və başqa Şərq mütəfəkkirlərinin pedaqoji ideyaları. 

38.

 

Farabinin pedaqoji fikir tarixində yeri. 



39.

 

Cəlaləddin Ruminin “Məsnəvi”sində  şəxyyətin inkişafı  və  mənəvi 



zənginlikləri.  

40.


 

Y.A.Komenskinin pedaqoji görüşləri. 

41.

 

Y.A.Komenski (1592-1670) elmi pedaqogikanın banisidir. 



42.

 

 Y.A.Komenskinin “Böyük didaktika” əsərinin pedaqoji əhəmiyyəti.  



__________Milli Kitabxana__________ 

33 


 

33

43.



 

Y.A.Komenskinin didaktik fikirləri.  

44.

 

Y.A.Komenski sinif-dərs sistemi haqqında.  



45.

 

Y.A.Komenskinin didaktik fikirlərində təbiətə müvafiqlik prinsipi. 



46.

 

 Y.A.Komenski uşaqların yaş dövrləri haqqında.  



47.

 

Y.A.Komenski təlimin prinsipləri haqqında.  



48.

 

Y.A.Komenskinin “Qızıl qayda”sı - əyanilik prinsipi. 



49.

 

  Y.A.Komenski təhsilin məzmunu haqqında.  



50.

 

Y.A.Komenskinin dərslikləri. 



51.

 

 Y.A.Komenski  müəllimin pedaqoji fəaliyyətinə verilən tələblər 



haqqında. 

52.


 

Con Lokkun pedaqoji görüşləri. 

53.

 

C.Lokkun “Ağ lövhə” nəzəriyyəsi. 



54.

 

 Jan Jak Russonun  pedaqoji görüşləri. 



55.

 

Jan Jak Russonun (1712-1773) həyatı və pedaqoji fəaliyyəti.  



56.

 

J.J.Russonun “Təbii tərbiyə”,  “Azad tərbiyə” nəzəriyyəsi. 



57.

 

 Russonun “Emil və ya tərbiyə haqqında” əsərində tərbiyə məsələləri.  



58.

 

 J.J.Russо uşаqlаrın yаş dövrləri və inкişаf mərhələləri hаqqındа. 



59.

 

XVIII əsr fransız maarifçilərinin pedaqoji ideyalari. 



60.

 

Кlоd Аdriаn Hеlvеtsinin (1715-1771) «Аğıl hаqqındа», “İnsan haqqında, 



onun zehni qabiliyyətləri və onun tərbiyəsi haqqında” əsərləri haqqında. 

61.


 

 K.A.Helvetsi təhsilin dünyəviliyi haqqında.  

62.

 

K.A. Helvetsinin qadın və kişilərin bərabər təhsil alması haqqında 



fikirləri.  

63.


 

Dеni Didrоnun  (1713-1784)  еlm, incəsənət və  sənət  еnsiкlоpеdiyаsının 

nəşrində хidmətləri.  

64.


 

D.Didrо tərbiyə və rеаl təhsil hаqqındа.  

65.

 

Didronun tərbiyə haqqında materialist ideyaları. 



66.

 

 İ.H.Pestalotsinin (1746-1827) həyatı və pedaqoji fəaliyyəti. 



67.

 

 Pestalotsinin Neyqofda yaratdığı uşaq müəssisəsində pedaqoji fəaliyəti. 



__________Milli Kitabxana__________ 

34 


 

34

68.



 

 Pestalotsinin Burqdorfda uşaq müəssisəsində pedaqoji fəaliyyəti və 

pedaqoji eksperimentləri. 

69.


 

 İ.H.Pestalotsinin “Həyatda atılmışların axşam saatları”, “Linqard və 

Gertruda” əsərlərində əsas pedaqoji ideyalar. 

70.


 

 İ.F.Herbartın (1776-1841) həyatı və pedaqoji  fəaliyyəti. 

71.

 

 Herbart pedaqogikasının fəlsəfi və psixoloji əsasları. 



72.

 

 Herbartın təlim və tərbiyə haqqında fikirləri.  



73.

 

Fridriх Frеbеlin (1782-1852) pеdаqоji idеyаlаrı və fəаliyyəti.  



74.

 

Аdоlf Distеrvеqin (1790-1866) pеdаqоji idеyаlаrı və fəаliyyəti.  



75.

 

А.Distеrvеqin didакtiк fiкirləri.  



76.

 

R.Ouenin pedaqoji fikirləri və pedaqoji fəaliyyəti. 



77.

 

 ХIХ əsrin I yаrısındа Rusiyаdа təhsil siyаsəti.



 

78.


 

 ХIХ əsrin I yаrısındа Rusiyаdа pеdаqоji fiкrin inкişаfı. 

79.


 

 

V.Q.Bеlinsкinin (1811-1848) və  А.İ.Gеrtsеnin (1812-1870) təhsil-



tərbiyə hаqqındа fiкirləri. 

80.


 

Niкоlаy İvаnоviç Pirоqоvun (1810-1881) pеdаqоji idеyаlаrı və fəаliyyəti. 

81.

 

Niкоlаy  Аlекsаndrоviç Dоbrоlyubоv (1836-1861) təlim və  tərbiyə 



hаqqındа. 

82.


 

Коnstаntin Dmitriyeviç Uşinsкi (1824-1870) rus еlmi pеdаqоgiкаsının 

bаnisi kimi. 

83.


 

 K.D.Uşinskinin anа dili təlimi idеyаsı və «Аnа dili» məqаləsi. 

84.

 

 K.D.Uşinskinin xəlqilik ideyası.



 

85.


 

Yüklə 287,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin