Fənn sillabusu (İŞÇİ TƏDRİs proqrami) Təsdiq edirəm


FƏNNİN MÜHAZİRƏ MÖVZULARI VƏ AYRILMIŞ SAATLARIN MIQDARI



Yüklə 25,09 Kb.
səhifə2/8
tarix26.10.2023
ölçüsü25,09 Kb.
#161404
1   2   3   4   5   6   7   8
Biomexanika - Məşq. (Qiyabi)

FƏNNİN MÜHAZİRƏ MÖVZULARI VƏ AYRILMIŞ SAATLARIN MIQDARI

S/№

Mühazirənin adı və qısa məzmunu

Ayrılmış vaxt
(saat ilə)

1

Mövzu: Biomexanika fənninin predmeti və üsulları. Hərəkət haqqında anlayışlar. Biomexanikanın ümumi və xüsusi məsələləri. Biomexanikanın məzmunu, nəzəriyyə və üsulları. İdman biomexanikasının inkişafı və onun başqa elmlərlə əlaqəsi. İdman biomexanikasının əhəmiyyəti
Qısa icmal: Biomexanika elmi, canlı orqanizmin anatomik-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, mexanika qanunları əsasında heyvan və insanın fəal hərəkətlərini, bu hərəkətləri doğuran səbəbləri, bu hərəkətlər nəticəsində baş verən dəyişikləri və onların gedişini, həmçinin hərəkət zamanı bədənin vəziyyətlərinin saxlanmasını öyrənir.

2

2

Mövzu: İnsan bədəni və onun hərəkətlərinin biomexaniki xüsusiyyətləri. Hərəkətin kinematik xüsusiyyətləri. Məkan kinematik xüsusiyyətləri. Zaman kinematik xüsusiyyətləri. Məkan-zaman xüsusiyyətləri. Hərəkətlərin dinamik xüsusiyyətləri. Ətalət xüsusiyyətləri. Qüvvə xüsusiyyətləri. Enerji xüsusiyyətləri
Qısa icmal: Məlumdur ki, insanın hərəkət aparatını sümüklər onların birləşmələri və hərəkət aparatının fəal hissəsi olan əzələlər təşkil edir. Bütün sümüklər oynaq, qığırdaq və ya birləşdirici toxuma vasitəsilə birləşib skleti təşkil edirlər. Sümüklərə birləşən əzələlər isə yığılıb-boşalmaları ilə istiqaməti və dartı qüvvəsini dəyişərək insanın bütövlükdə və onun ayrı-ayrı hissələrinin hərəkətinə səbəb olur.

2

3

Mövzu: Biomexaniki sistem kimi hərəkət-dayaq aparatının quruluşu və özünəməxsus xüsusiyyətləri. Biokinematik zəncirlər. Kinematik zəncirlərdə sərbəstlik dərəcələri. Bədən hissələri sümük qollar kimi. Əzələlərin mexaniki xüsusiyyətləri. Əzələ təqəllüsünün mexanikası

Yüklə 25,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin