Fənn: Qida fiziologiyası Tərtib etdi: müəl., b.ü. f d. Babaşli a.Ə



Yüklə 71.16 Kb.
Pdf просмотр
tarix05.03.2017
ölçüsü71.16 Kb.

Fənn:

Qida fiziologiyası

Tərtib etdi:

müəl., b.ü.f.d. BABAŞLI A.Ə.

MÜHAZİRƏ

12.

MÜXTƏLIF

QRUP

ƏHALİ

ÜÇÜN

DİFERENSİAL QİDALANMA

Plan:

1. Əhalinin müxtəlif yaş və peşə qruplarının qidalanmasının təşkili.

2. Uşaqların qidalanması.

3. Tələbələrin qidalanması.

4. İdmançıların qidalanması.

5. Zehni əməklə məşğul olan şəxslərin qidalanması.

6. Ahıl adamların qidalanması.


Əhalinin normal qidalanmasının elmi əsaslarının işlənib hazırlanması

mühüm sosial vəzifə olmaqla yanaşı, həm də mühüm tibbi əhəmiyyətli

məsələdir və ölkənin iqtisadi və səhiyyə sahələrində inkişäfının

səviyyəsini əks etdirən göstəricilərdən biridir. Bir sıra inkişaf etmiş

ölkələrdə bu problemə xüsusi diqqət yetirilir və onun elmi-praktiki

aspektlərinin hərtərəfli həlli istiqamətində xeyli işlər aparılır. Qidalanma

problemi və onun sosial-tibbi məsələləri ilə bilavasitə məşğul olan elmi-

tədqiqat müəssisələri arasında artıq qeyd edildiyi kimi, Rusiya (keçmiş

SSRİ) Tibb Elmləri Akademiyasının Qida İnstitutu mühüm yer tutur.

Əhalinin müxtəlif yaş və peşə qruplarının optimal qidalanmasına dair bu

institutun hazırladığı tövsiyyə və normativlər sosial və tibbi praktikada

geniş tətbiq edilə bilər.

Fiziologiyada, ələlxüsus yaş biokimyası və yaş fiziologiyasında fərdi

inkişaf prosesindən asılı olaraq insanın qidalara olan tələb və ehtiyacları

öyrənilir.


Bu məsələnin obyektiv həlli, ilk növbədə insanın həyat ömrünün düzgün

olaraq dövrlərə (faza, mərhələ) təsnif edilməsindən çox asılıdır. İnsan

orqanizmində yaşla əlaqədar baş verən biokimyəvi, fizioloji və morfoloji

dəyişiklikləri öyrənən mütəxəssislər (palentoloqlar və b.) insanın həyatda

bir neçə, müəyyən xüsusiyyətlərlə fərqlənən yaş dövrünü ayırd edirlər.

Aşağıda insanın əsas yaş dövrlərinin sistematikasına dair geniş yayılmış

fikirlərdən birini veririk. Amma yadda saxlamaq lazımdır ki, müxtəlif

alimlər tərəfındən tərtib edilmiş yaş xronologiyaları üst-üstə düşmür, bir-

birindən bəzi uyğunsuzluqlarına görə fərqlənirlər.

Qida fıziologiyası üçün insan həyatının uşaqlıq, məktəbəqədər, məktəb,

yeniyetməlik, cavan, yaşlı və qocalıq dövrləri daha çox əhəmiyyət kəsb

edir. Çünki, bu dövrlər orqanizmdə müəyyən funksiya və proseslərin

formalaşması, yetginləşməsi, böhran (kritik) və keçid vəziyyətlərində

dövran etməsi və nəhayət zəifləyib sönməsi ilə əlaqədardır. Qida

fıziologiyası keçid dövrlərinin və cinsdən asılı yaş xüsusiyyətlərinin

özünəməxsusluğunu da nəzərdə tutur.



2) Uşaqların qidalanması.

İnsanın uşaqlıq dövrü üçün intensiv böyümə və boyatma prosesləri

xarakterikdir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı

ən vacib şərtlərdən biridir. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti,

intellekti və aktiv hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri

zənginləşir, mühit-amillərinin qeyri-əlverişli təsirlərinə reaksiyaları

zənginləşir. Bir sözlə, uşaq orqanizminin böyümə və fəallığı yaşadığı

mühitə adaptasiyası və ona müdaxiləsinin, qurulma və energetik

proseslərinin yüksək səviyyələrdə həyata keçməsini tələb edir. Ona görə

də uşaqlıq dövründə rasional qidalanma bütün digər amillərdən daha

böyük əhəmiyyətlisi sayılır. Qeyd olunduğu kimi, uşaq orqanizmində,

əsas mübadilə və enerji məsrəfləri xeyli böyükdür, bu da əsas etibarilə

böyümə, bədən kütləsinin artması, əzələ işinin fəallaşması ilə əlaqədardır.


Uşaqlarda

assimilyator

(anabolik

sintetik)

proseslər

dissimilyator

(katabolik, deqrativ) proseslər üzərində dominantlıq edir. Erkən yaşda

orqanizmin quruluş və funksiyalarının düzgün formalaşması, həyat

fəaliyyəti üçün və digər biokimyəvi fızioloji parametrlərin təşəkkülü və

təzahürü üçün, şübhəsiz mənimsənilən qidanın əhəmiyyəti və keyfıyyəti

ilə sıx bağlıdır.

Böyüməkdə olan uşaq orqanizminin rasional qidalanmaya olan tələbləri,

yeniyetmə və ya yaşlı dövrlərdəki insan orqanizminin qidaya olan

tələblərindən xeyli fərqlənir. Bu tələblərin yerinə yetirilməməsi onun

böyümə və inkişafının pozulmasına səbəb olur. Ona görə də uşaqlıq

dövrü üçün qidalanma rasionlarının düzgün tərtib edilməsi sağlamlıq

nöqteyi-nəzərindən həmişə aktual məsələ olub və olaraq da qalır.

Qeyd edildiyi kimi, böyüyən orqanizmin toxuma və hüceyrələri,

orqanları və bütövlükdə bədənin qurulması və fəaliyyəti üçün zülallar

xüsusi əhəmiyyətə malikdirlər.



Uşaq orqanizminin zülala olan ehtiyaclarının düzgün müəyyən edilməsi

olduqca vacibdir, çünki, zülali maddələr tikinti və enerji materialı

olmaqla yanaşı, funksiyaların əsas daşıyıcısıdır. Orqanizmin azot balansı

kimi mühüm istiqamət göstəricisi də əsasən zülal və aminturşuların

mənimsənilməsi ilə əlaqədardır.

Qida rasionunda zülal çatışmazlığı və ya zülala görə qidanın az dəyərliyi

uşaq dietoloqlarını qayğılandıran əsas məsələlərdən biridir. Bu məsələnin

əhəmiyyəti ondan irəli gəlir ki, orqanizmdə zülal ehtiyatları olmur.

Zülallar orqanizmin böyümə fazasında yeni toxuma və hüceyrələrin

formalaşması üçün zəruridir. Uşağın yaşı nə qədər az olarsa, onun bədən

kütləsinin hər kiloqramı üçün bir o qədər çox zülal lazımdır. Belə ki, uşaq

orqanizminin inkişafı dövründə bədənin hər kq kütləsinə 5-5,5 q, 1-dən 3

yaşa qədər - 4,45 q, 4-dən 7 yaşa qədər 3,5-4 q, 8-dən 12 yaşa qədər - 3

q, 12-dən yuxan yaşlarda isə 2-2,5 q zülal tələb olunur. Oğlanlarda zülala

olan ehtiyac qızlardakından çoxdur.


Böyüyən orqanizmdə zülalların sintezi onların parçalanmasından

üstün olduğuna görə uşaqlarda azot balansı müsbət olur. Zülalın

optimal sutkalıq dozaları mövcuddur ki, bu dozalarda azotun

orqanizmdə maksimum saxlanması və ya retensiyası müşahidə edilir.

Məsələn: 1,5-dən 3 yaşa qədər maksimum retensiya 1 kq bədən

kütləsinə 4 q zülal düşdükcə qeyd olunur. Zülalın bu normadan yuxarı

artması orqanizmdə retensiya ilə müşaiyyət olunmur. Azotun

retensiyası təkcə qidadakı zülallardan deyil, həmçinin zülal, yağ və

karbohidratlar arasındakı nisbətlərdən də asılıdır. Ən əlverişli

retensiya qidada bu maddələrin miqdarca nisbəti 1:1:4 olduğu halda

müşahidə edilir. Ən vacibi odur ki, uşaqlar qida ilə kifayət qədər

əvəzolunmayan aminturşularını ala bilsin. Məsələn: böyüm və qanın

yaranmasına kömək edən lizin aminturşusunun sutkalıq optimal

miqdarı 3,2-4,8 q-a qədər, böyümə üçün zəruri olan triptofanın

miqdarı isə 1 q təşkil edir və s. 1-dən 3 yaşa qədər olan uşaqlarda qida

ilə mənimsənilən zülalın 75%-ə qədəri heyvanat mənşəli, 25%-ə

qədəri isə bitki mənşəli olmalıdır.



Yaş artdıqca sutkalıq qida rasionunda heyvanat mənşəli zülalların

miqdarı getdikcə azalmalıdır. Məsələn, 5 yaşında olan uşaqlarda hər iki

növ qida zülalının miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri və

tələbələr üçün müəyyən edilən qida rasionlarında yaşlılarda olduğu kimi

heyvanat mənşəli zülallar 30, bitki zülalları isə 70%-ə yaxın olmalıdır.

Uşaqlarda karbohidrat mübadiləsi intensiv gedir və bu orqanizmin şəkərə

olan böyük tələbatları ilə əlaqədardır. Eyni zamanda böyüyən orqanizmdə

karbohid-rat-ların yağ və zülallardan əmələ gəlməsi prosesləri zəif təmsil

olunmuşdur. Adətən, 1-dən 3 yaşa qədər olan uşaqların karbohidratlara

olan sutkalıq tələbatı 183 q, 4-don 7 yaşa qədər 288 q, 8-dən 13 yaşa

kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir.

Uşaq orqanizminin yağlara olan ehtiyacı yaş çox olduqca azalır. Belə ki,

4 yaşa qədər olan dövrdə hər kq çəkiyə 3,5-4 q, məktəbəqədər və məktəb

yaşlarında isə 2,0-2,5 q yağ tələb olunur.



Tədqiqatlar göstərmişdir ki, bu zaman yağa bənzər maddələrdən

fosfolipidlərin miqdarı artır. Bu halda yaşla əlaqədar olaraq qanda

xolesterinin, neytral yağların miqdarı artmağa başlayır.

Uşaqların müxtəlif mineral maddələrə olan tələbatları fərqlənir, belə ki,

onların qidasında Na, K və C1 az, Ca, P, N isə nisbətən bir neçə dəfə çox

olmalıdır. Uşaq orqanizminin kalsium və fosfora olan ehtiyacları xüsusilə

böyükdür, bu da onların sümük toxumasının, skeletinin intensiv inkişafı

ilə bağlıdır. Həyatın birinci ilində kalsiuma olan tələbat ikinci ilində

olduğundan 8 dəfə artıq olur. Məktəbəqədər və məktəb yaşlarında

orqanizmin kalsiuma olan sutkalıq tələbatı 0,68-2,36 mq/kq bədən

kütləsinə bərabərdir. Qanın hemoqlobinin tənəffüs funksiyası üçün dəmir

elementi vacibdir, uşaqlarda bu elementə sutkalıq tələbat 1-1,2 mq/kq

çəki qiyməti qədərdir.


Uşaq orqanizmində enerji sərfı yaşdan asılıdır və yaş artdıqca onun

qiyməti hər kq bədən kütləsinə görə hesablandıqda tədricən artır.

Aşağıdakı cədvəldə (cədvəl 1) uşaqlarda və yeniyetmələrdə hər kq bədən

kütləsinə görə yaşlılarla müqayisədə sutkalıq enerji sərfınin qiymətləri

verilmişdir (V.İ.Molçanova görə):

Yaş dövrü

Enerjinin sutkalıq sərfi, (kcoul ilə)

Uşaqlarda

2 - 6 yaşda

294-315

7-10 yaşda

252 - 294

11-15 yaşda

189-231

Yaşlılarda

147-168


Uşaqlarda enerjinin böyük hissəsi böyümə prosesinə sərf olunur. Bu

mənada yaş nə qədər kiçik olarsa, onun enerji məsrəfı də bir o qədər

yüksəkdir. Məsələn: 3 aylıq körpənin orqanizmi onda əmələ gələn

enerjinin 30%-ə qədərini, 9 aylıq uşaqda isə 21%-ə qədərini böyümə

prosesinə sərf edir.

3) Tələbələrin qidalanması.

Hesablamalara görə oğlan tələbələrin sutkalıq enerji ehtiyacı təxminən

3300 kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu

iki cinsdən olan tələbələrin əsas qida maddələrinə olan sutkalıq tələbat

normaları müvafıq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: zülallar -

113 və 96 q, o cümlədən heyvani zülallar -68 və 58 q, yağlar - 106 və 90

q, o cümlədən bitki yağları - 32 və 27 q, karbohidratlar isə - 451 və 383

q.


Tələbələrin sağlamlığını və tədris prosesində zehni iş qabiliyyətini lazımi

səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın

miqdarı və qida rejimləri arasındakı müddəalar mühüm rol oynayır.

Qəbul edilmiş normativlərə görə tələbə gündə dörd dəfə qidalanmalıdır.

Bəzi şəraitlərdə onun gündəlik rejimi ən azı üç və ya iki dəfə qidalanma

ilə məhdudlaşa bilər. Tədris prosesinin yükü və tələbənin yaşadığı şərait,

onun qidalanmasının təşkili məsələsində mütləq nəzərə alınmalıdır.

Tələbələrin

gündə

dörd


dəfə

qidalanmasında

kalorinin

düzgün


paylanmasına xüsusi fikir verilməlidir. Normativlərə görə birinci səhər

yeməyi sutkalıq kalorinin 15%-ni, ikinci səhər yeməyi 10%-ni, nahar

yeməyi 45%-ni, şam yeməyi isə 20%-ə qədərini təşkil etməlidir. Üç

dəfəlik qida rejimi olduqda isə səhər yeməyi sutkalıq kaloridə 30%,

günorta yeməyi 50%, şam yeməyi 20%-ə qədər olmalıdır. Yeməklərarası

fasilələrin müddətləri 6 saatdan çox olmamalıdır.



Texniki peşə məktəblərində oxuyan tələbələrin qidalanma rejimləri bir

qədər fərqlənə bilər. Cinsdən və təlim-tədris qaydalarından asılı olaraq

onların gündəlik yeməyinin ümumi kaloriliyi 3000 kkalori və ya daha

çox


olmalıdır.

Texniki-peşə

məktəbləri

şəbəkəsində

oxuyanların

qidasında müxtəlif zülalların, mineral elementlərin və vitaminlərin

zənginliyinə xüsusi fıkir verilməlidir.

4) İdmançıların qidalanması.

İdmançılar müxtəlif fiziki yükə daha tez-tez məruz qalan peşə adamları

qrupuna aiddirlər. Onların qidalanmasının xarakteri idman yükünün

intensivliyindən çox asılıdır. Kişi idmançılar üçün gərgin məşq və

yarışlar zamanı kaloriyə olan ehtiyaclar orta hesabla 4500-5000 kkalori,

qadın-idmançılar üçün 3500-4000 kkalori təşkil edir. İntensiv fıziki

idman məşqləri zamanı orqanizmin zülali maddələrə olan tələbatı artır ki,

bu təkcə bədəndə plastik mübadilənin ehtiyaclarının yüksəlməsilə deyil,

həmçinin əzələ hüceyrələrinin kütləsinin və onların iş qabiliyyətinin

artırılması zərurəti ilə əlaqədardır.



Qida zülalları idmançıların mərkəzi sinir sisteminin vəziyyətinə müsbət

təsir göstərir, orqanizmin yorğunluğunu azaldır. İdmançıların qida

rasionunda bədən kütləsinin hər kiloqramına düşən zülalın miqdarı

təxminən 2 qram olmalıdır, uzunmüddətli və intensiv idman məşqləri ilə

məşğul olan zaman isə, bu norma 2,5 qrama çatmalıdır.

İdmançıların qidasında yağların miqdarı hətta ən ağır fiziki məşqlər

zamanı xeyli dərəcədə məhdudlaşdırılmalıdır. Belə ki, rasionda qida

yağlarının

artıq

olması


qanın

kimyəvi


tərkibində

zərərli


keton

cisimciklərinin artmasına, qaraciyərdə yağ infıltrasiyasına səbob olur.

Kişi idmançılar üçün yarışlar və məşqlər zamanı tə'yin edilən yemoklərdə

145-161 qram yağın olması (onun 44-48 qramı bitki yağı olmaq şərtilə)

tövsiyə edilir. İdmançılar üçün qidada zülal və yağın nisbəti ən rasional

halda 1:0,7 kimi olmalıdır. İdmançının gündəlik qidasında bitki

yağlarının payı zəruri olaraq 25%-ə qədər çatmalıdır. Bitki yağlarında

tokoferolların olması əzələ işinin aktivliyinin artmasına səbəb olur.



İdmançılar külli miqdarda enerji sərf etdiyindən, tükənmiş enerjinin

yerini doldurmaq üçün qidada mobil enerji mənbəyi olan karbohidratların

səviyyəsinin kifayət qədər yüksək olmasına fıkir verilməlidir. İdmanın

bütün növləri karbohidratlara olan tələbatların artması ilə müşaiyət

olunur. Qanda şəkərin fızioloji səviyyəsini qoruyub saxlamaqdan ötrü,

xüsusilə də bunu qısamüddətli intensiv idman hərəkətləri zamanı təmin

etmək üçün, qidada mənimsənilən karbohidratların (qlyukoza və s.)

olmasına diqqət yetirilməlidir. Uzunmüddətli və gərgin idman fəaliyyəti

ilə məşğul olanların orqanizminə müntəzəm olaraq şəkərli maddələrin

yeridilməsi məsləhət görülür. Kişi idmançıların intensiv məşq və yarışlar

zamanı şəkərə olan tələbatı 600-700 qrama çata bilər. onların

tarazlaşdırılmış qida rasionunda zülal, yağ və şəkər nisbətləri 1:0,7:4

kimi olmalıdır.


İdmançıların qidasında vitaminlərin zəngin olması xüsusilə vacibdir.

Onların B

1

, B


12

və digər vitaminlərə olan yüksək tələbatları nəzərə

alınmalıdır. İdmançıların qidasında C vitamini 100-120 mq, B

1

vitamini



4,4-4,8 mq-a çatmalıdır. Gərgin əzələ fəaliyyəti ilə əlaqədar olaraq

idmançılarda asidoz reaksiyaları baş verə bilər. Bunu nəzərə alaraq

onların qidasında elə mineral duzların olmasına fıkir verilməlidir ki, bu

duzlar daha çox qələvi (əsası) reaksiya mühiti yarada bilsin. Süd və süd

məh-sul-ları,

meyvə-tərəvəz

məhsulları

bədəndə


oksidləşmə

reaksiyalarını azaldır, ona görə də idmançıların xörək çeşidlərində bu

məmulatların miqdarının müntəzəm olaraq yük-sək olması məsləhətdir.

İdmançıların fosfora və kalsiuma olan tələbatı yüksəkdir.

Onların qidasında müəyyən məhsulların, qidalı maddələrin, şirələrin

olması böyük əhəmiyyət kəsb edir. Sitrus meyvələri və digər meyvələr

idmançıların fıziki-əhval ruhiyyəsinə stimiləedici təsir göstərirlər.


İdmançılara xüsusi olaraq hazırlanmış alkoqolsuz içkilər, asan həzm

olunan konsentratlar, zülalla zəngin qidalar tövsiyə edilir. Onlar gündə 4

dəfədən az olmayaraq yüksək kalorili yeməklər qəbul etməlidirlər.

Qidalanma arası fasilələr 5 saatdan artıq olmamalıdır. İdmançıların

qidalanması cins, yaş, bədən kütləsi, fiziki yükün ağırlığı, ilin fəsli və

digər bu kimi göstəricilər nəzərə alınaraq təşkil olunmalıdır.



5) Zehni əməklə məşğul olan şəxslərin qidalanması.

Zehni (əqli) əməklə məşğul olan adamlar fıziki əməklə məşğul

olanlardan xeyli az enerji sərf edirlər. Bununla belə, onların sağlamlığı və

qabiliyyəti



düzgün

qidalanmadan xeyli

dərəcədə asılıdır.

Bu

kateqoriyaya aid olan şəxslərin həyat tərzi adətən elə formalaşır ki,



onlarda əzələ işinin zəifliyi, lazım olandan artıq qidalanma, bədən

kütləsinin normadan yuxarı artması kimi mənfı hallar baş verir.



Zehni əməklə məşğul olan şəxslər üçün gündəlik qidalanma rasionları

tərtib edilərkən nəzərə almaq lazımdır ki, onların gündəlik qidasının

enerji qiyməti ən azı 2500-3400 kkaloriyə çatsın. Bu kateqoriyadan olan

adamlar gündə 78-91 q zülal, 83-100 q yağ, 330- 380 q karbohidrat qəbul

etməlidirlər.

Adətən, zehni əməklə məşğul olan adamlar ürək-damar xəstəliklərinə tez-

tez düçar olurlar və bu tip xəstəliklərin profılaktikası üçün qida rasionu

elə lipotrop maddələrlə (doymamış yağ turşuları, fosfatidlər, vitamin E və

s.) zəngin olmalıdır ki, onlar qidanın enerji göstəricilərini əks etdirməklə

yanaşı, həm də xəstəliklərin inkişafına ciddi surətdə mənfı təsir göstərmiş

olsunlar. Bütün bu halların baş verməsinin qarşısını almaq üçün, onların

gündəlik qida rasionu digər kateqoriyadan olan insanların qida

rasionundan əhəmiyyətli dərəcədə fərqli olmalıdır.


Əhalinin

bu

qrupunda



ürək-damar

xəstəlikləri

tez-tez

müşahidə


edildiyindən, onların qida rasionlarında qan damarlarının divarlarını

kirəcləndirən xolesterin kimi maddələr az olmalı, bəzi lipotrop (yağı

özünə hopduran) maddələr, məsələn: doymamış poliyağ turşuları,

fosfatidlər, E vitamini kifayət qədər olmalıdır. Bu qida rasionlarında

heyvani yağlar xeyli dərəcədə məhdud olmalıdır, çünki, adı çəkilən

şəxslərdə hərəkətlərin məhdudluğu (adinamiya) halları müntəzem şəkildə

baş verdiyindən, bu əvvəl-axır bədənin piylənməsinə ürək və tənəffüs

fəaliyyətinin zəifləməsinə gətirib çıxara bilər.

Zehni əməklə məşğul olan kişilərin gündəlik qidasında ayrı-ayrı

vitaminlərin normasi adi adamların qidasındakından yüksək olmalıdır.

Xüsusilə, B

1,

B



2

, B


6

, PP, C vitaminlərinin norma miqdarının yüksək

olmasına fikir verilməlidir. Bu maddələrin rasiondakı miqdarı müvafıq

olaraq 1,8-2,0 mq, 17-18 mq və 64-70 mq-a çatmalıdır.



6) Ahıl adamların qidalanması.

Əhalinin sayca böyük bir qrupunu bu kateqoriyadan olan adamlar təşkil

edir. Qocalma dövrünü yaşayan insanların orqanizmində maddələr

mübadiləsinin gedişi xeyli dərəcədə dəyişilir, onlarda dissimilyasiya

prosesləri üstünlük qazanır, or-qa-nizmin qida maddələrinə, mineral

duzlara və vitaminlərə olan tələbatları da kəskin dəyişikliklərə uğrayır.

Orqanizmdə degenerativ və atrofik proseslər baş verir.

Ahıl yaşlı adamlarda sutkalıq enerji məsrəfləri çox aşağı düşür.

Bu

onların orqanizmində - toxuma və hüceyrələrdə oksidləşmə-reduksiya



(bərpa) proseslərinin aşağı düşməsi ilə əlaqdardır. Bu qrup insanlar üçün

gündəlik qidanın orta kaloriliyinin 2100-2300 kkal olması məsləhətdir.

Onların qidasında lipotrop maddələrin və fızioloji aktiv maddələrin çox

olması zəruridir..



Qocaların qidasında mədə-bağırsaq kanalının işlənməsinə stimuləedici

təsir göstərən bitki qidasının, ələlxüsus sellülozanın olması vacib sayılır.

Onların orqanizmində hüceyrələrin tələf olması prosesləri sürətləndiyinə

görə,


qidalarında

bərpaedici

təsirə

malik,


bədəndə

hüceyrə


regenarasiyasına yardım edən maddələrin olması mühüm əhəmiyyət kəsb

edir. Hesablamalara və təcrübi müşahidələrə görə ahıl adamların

qidasında kifayət qədər zülal olmalıdır ki, bu toxumalarda hüceyrələrin

bərpa olunmasını təmin edə bilsin.

Onların qidalanma rejiminin düzgün tərtib edilməsi vacib şərtlərdən

biridir. Gündə 4 dəfə qidalanma onlar üçün normal hesab olunur. Qoca

kişilərin gündəlik qidasında ən azı 70-60 q, qoca qadınların gündəlik

qidasında isə 63-57q zülal olmalıdır. Bu halda heyvani zülalın miqdarı

30-55% təşkil etməlidir. Heyvani yağların da miqdarı nisbətən aşağı

olmalıdır, qocalar üçün çətin əriyən mal və qoyun yağları bir o qədər də

məsləhət görülmür, onlar üçün süd yağı daha faydalıdır. Onların gündəlik

qidasında bitki yağları üstünlük təşkil etməlidir.



Qidalarında asan mənimsənilən şəkərlərin hesabına karbohidratların

miqdarının aşağı olması vacibdir. 60 yaşdan yuxarı olan adamların

gündəlik

qidasına


sistematik

olaraq


meyvə-tərəvəz

taxıl



məhsullarından hazırlanmış xörəklərin və digər yeyinti məmulatlarının

daxil


olması

tövsiyə


edilir.

Qəbul


edilən

xörəklərdə

qida


məhsullarında bütün qruplardan olan vitaminlərin varlığı vacibdir.

Xüsusilə C vitamini bu yaşlarda orqanizm üçün olduqca zəruridir.

Qocaların gündəlik qidasında turşu xassəli mineral maddələrin, zəif

qələvi təbiətli mineral maddələrin çox olması vacib şərtdir.



Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə