Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev


Duyğu və qavramanın pozuntuları



Yüklə 201,29 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix25.12.2016
ölçüsü201,29 Kb.
#3085
1   2   3   4   5   6   7
                   Duyğu və qavramanın pozuntuları 

         Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsilə əldə 

edir. Duyğu orqanlarına və ya analizatorlara görmə, eşitmə, qoxu, dad orqanizmin 

xaricində  və  daxilində  yerləşən  ümumi  hissiyat  reseptorları  aiddir.  Cisim  və 

hadisələrin  duyğu  orqanlarına  təsiri  nəticəsində  əmələ  gələn  və  bu  cisim,  yaxud 

hadisələrin  ayrı-ayrı  xassələrinin  inikasından  ibarət  olan  ən  sadə  psixi  proses 



duyğu adlanır. 


 

      Duyğu vasitəsilə insan soyuğu, istini, işığı,  qaranlığı, acını, şirini, ağrını və s.-



ni  hiss  edir.  Duyğu  bizi  əhatə  edən  varlığın,  ümumiyyətlə,  bütün  biliklərimizin 

başlanğıcı, ilkin mərhələsidir. 

    Duyğu  prosesininn  pozulması  nəticəsində  senestopatiyalar  baş  verir.  Bunlara 

göynəmə,  dartılma,  təzyiq,  qıdıqlama,  sancma,  soyuqluq  və  bir  sıra  digər 

xoşagəlməyən  hissələr  aiddir.  Senestopatiyalar  əksər  hallarda  əzabverici  və 

davamlı olur. Onlar bədənin bütün sahələrində müşahidə oluna bilər. 

    Senestopatiyalar  bir  sıra  hallarda  ipoxondrik  şikayətlərlı  birlikdə  təsadüf  edilir. 

Bu  əlamətlər  həm  somatik,  həm  də  psixi  xəstəliklərdə,  travmatik 

ensefalopatiyalarda,  beynin damar xəstəliklərində, nevrozlarda və s. xəstəliklərdə  

rast  gəlinir. Reseptor  duyğu prosesinin pozuntularına sadə psixopatoloji əlamətlər 

kimi təzahür edən hipersteziyalar və hiposteziyalar da aid edilməlidir. 

    Hipersteziya  qıcıqların  kəskinləşmiş  (güclü)  qavranılmasıdır.  Adi  lampa  işığı 

gözqamışdırıcı  projektor,  ətrafdakı  əşyaların  rəngi  olduqca  əlvan,  səslər  gurultu 

kimi  və  s.  qavranılır.  Hipersteziyalar  əksər  hallarda  somatik  xəstəliklərdə, 

yorğunluqla  əlaqədar  və  nevrozlarda  rast  gəlinir.  Bir  sıra  hallarda  psixi 

xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır. 

    Hiposteziya  –  qıcıqların  zəif  qavranmasıdır.  Belə  pozuntu  zamanı  mühitdən 

əşya  və  hadisələr  solğun,  məzmunsuz,  səslər  zəif,  qoxular  kütləşmiş  qavranılır, 

depressiv hallar da tez-tez rast gəlinir. 

       Daxili  orqanlarda  gedən  bir  sıra  patoloji  proseslərlə  əlaqədar  yaranan 

parasteziyalardan  senestopatiyaları  fərqləndirmək  lazımdır.  Parasteziyalar 

senestopatiyalardan fərqli olaraq müxtəlif daxili orqanlarda meydana çıxan patoloji 

proseslər nəticəsində müşahidə olunur. 

      Duyğular  əsasında  yaranan  mürəkkəb  proseslər  qavramadır.  Qavrama  zamanı 

əşyaların  həcmi,  rəngi  və  digər  xüsusiyyətləri  bütövlükdə  dərk  olunur.  Duyğu 

orqanları  vasitəsilə  obyektiv  varlığın  mərkəzi  sinir  sistemində  əks  olunmasına 



qavrama  deyilir.  Qavrama  aktiv  proses  olub  digər  psixi  funksiyalarla  sıx 

əlaqədardır.  Məsələn,  insanın  əhvali-ruhiyyəsi,  maraq  dairəsi  və  intellektual 

səviyyəsindən  asılı olaraq  əşya  və hadisələr  müxtəlif cür  qavranıla bilər. Rəssam 

təbiət mənzərəsini, yaşıllıqlar arasında axan çayı yüksək bədii vüsətlə, başqa birisi 

həmin mənzərəni sönük, məzmunsuz qavraya bilər və ya da istirahət zamanı, yaxşı 

əhvali-ruhiyyədə  hər  hansı  bir  musiqini  dinləyərək  ondan  yüksək  zövq  alan  şəxs 

ovqatı pis, yorğun olarkən həmin musiqini qıcıqlandırıcı bi səs kimi qavraya bilər. 

      Qavramanın  pozuntuları  4  qrupa  bölünür:  1)aqioziyalar;  2)  illüziyalar;  3) 

hallüsinasiyalar; 4) psixosensor pozuntular. 



 

    Aqnoziya.  Qnozis  –  yunan  sözü  olub,  tanımaq  (idrak),  a-  isə  inkar  



mənasındadır,  yəni  tanımanın  pozulması  deməkdir.  Bu  duyğu  orqanlarının 

anatomik və fizioloji pozuntusu ilə deyil, beyin qabığının ali inteqrativ şöbələrinin 

zədələnməsi nəticəsində əmələ gəlir. Aqnoziyalar bütün duyğu orqanlarına aid ola 

bilər. 


      Görmə  (optik)  aqnoziyası  nisbətən  tez-tez  rast  gəlinir. Buna  “ruhi  korluq” da 

deyilir.  Belə  pozuntu  zamanı  xəstə  hər  hansı  bir  əşyanı  baxmaqla  tanıya  bilmir, 

lakin  əli  ilə  toxunduqda  düzgün  qavraya  bilir.  Görmə  aqnoziyası  bəzən  əşyalara 

deyil, onların məzmununa aid ola bilər. Məsələn, xəstə hər hansı bir şəklə baxarkən 

orada  təsvir  olunan  hadisənin  məzmununu  başa  düşə  bilmir.  Bəzi  hərfləri  tanıya 

bilmədiyi üçün yazını oxuya bilmir (alepsiya). Bəzn not yazılarını (optik amuziya), 

rəqəmləri, rəngləri, bir sıra hallarda isə xəstə ona yaxşı məlum olan əşyaları sanki 

ilk dəfə görür. 

        Eşitmə aqnoziyası (buna “ruhi karlıq” da deyilir) zamanı xəstə ona tanış olan 

səsləri,  sözləri,  musiqi  melodiyalarını  başa  düşmür.  Aqnoziyalar  başlıca  olaraq 

beyinin  orqanik  pozuntularında,  travmalar,  şişlər,  damar  xəstəlikləri  və  s.  də  rast 

gəlinir. 

     İllüziya  (illusio)  fransızca  aldadıcı  təsəvvür,  yanılma  deməkdir.  Başqa  sözlə 

təhrif  olunmuş  qavramadır.  Duyğu  orqanlarına  müvafiq  olaraq  illüziyalar  beş 

formaya bölünür: görmə, eşitmə, qoxu, dad və taktil illüziyalar. Bəzən illüziyalar 

psixi  cəhətdən  sağlam  adamlarda  da  müşahidə  olunur.  Belə  hallarda  xəstəlik 

əlaməti  haqqında  deyil,  qavramanın  bu  və  ya  başqa  səbəbdən  çətinləşməsi 

nəticəsində  və  ya  fiziki  hadisələrdən  yaranan  qeyri-pataloji  illüziyalar  haqqında 

düşünülməlidir. Məsələn, qulağı ağır eşidən və ya gözü zəif görən adamın səs və 

əşyaları düzgün qavramaması, yaxud içərisində maye olan stəkana salınmış qaşığın 

sınmış görünməsi və s. İllüziyalar bəzən fiziki və mənəvi yorğunluq nəticəsində də 

meydana çıxa bilər. 

      Psixi  pozuntu  nəticəsində  yaranan  illüziyalar  zamanı  xəstə  öz  səhvini 

düzəltmək  iqtidarında  olmur.Yanlış  qavrama  xəstəliyin  ağırlıq  dərəcəsindən  və 

davametmə  müddətindən  asılı  olaraq  uzunmüddətli  olur.  İllüziyalar  düşüncə 

pozuntuları ilə müşayiət olunan xəstəliklər zamanı (məsələn, yüksək temperaturla 

davam edən yolxucu xəstəliklərdə, intoksikasiyalarda) daha tez-tez təsadüf olunur. 

Belə hallarda  illüzion pozuntu  eyni zamanda bir neçə duyğu orqanını əhatə edir. 

Məsələn,  xəstə  xəstəxana  işçilərinin  öz  qohumlarına,  müxtəlif  alət  və  cihazları 

əcayib  heyvanlara  bənzədir.  Xəstələrin  və  ya  tibb  işçilərinin  bir-biri  ilə  etdiyi 

söhbəti  onun  haqqında  danışıq  kimi,  mətbəxdən  gələn  qoxunu  insan  ətinin 



 

bişirilməsindən yaranan qoxuya bənzədir və s. Duyğu orqanına məxsus illüziyalara 



əlavə daha üç növ illüziyalar aid edilir: affektiv, verbal və pareydolik. 

    Affektiv  (affektogen)  illüziyalar  hissiyatın  güclənməsi  fonunda  –  qorxu, 

vahimə,  gərgin  gözləmə  zamanı  təsadüf  olunur.  Xəstə  güncdə,  divardan  asılmış 

paltonu  evə  girmiş  oğruya,  ağacın  əyri  budağını  ona  hücum  etməyə  hazırlaşan 

zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir. 

     Verbal (latınca verbalis –nitq, söz deməkdir) illüziyalar zamanı xəstə ətrafdakı 

adamların  adi  söhbətlərini  onun  ünvanına  deyilmiş  təhqir,  söyüş  və  s.  kimi 

qavrayır. 

     Pareydolik  illüziyalarda  ətrafdakı  obrazlar,  məsələn,  divandan  asılmış 

xalçanın  naxışları,  müxtəlif  cizgilər,  səmadakı  buludlar  fantastik  səhnələri 

xatırladan  hadisələr  kimi  qavranılır.  Bu  növ  illüziyalar  deliriyoz  halın  (alkoqol 

psixozu) başlanğıc fazasında rast gəlinir. 




Yüklə 201,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin