Fənn: Farmakologiya Müəllim: Rəsulova Aytən


Trimeperidin (Trimeperidine) Sin:. Promedol (Promedolum)



Yüklə 29,83 Kb.
səhifə4/4
tarix22.12.2023
ölçüsü29,83 Kb.
#190071
1   2   3   4
farma 8.2.tb4

Trimeperidin (Trimeperidine) Sin:. Promedol (Promedolum)

Sintetik preparat olub 25 mq dozada tablet şəklində, 1 və 2%-li məhlulları 1 ml-lik ampullarda və şpris-tubliklərdə buraxılır.


Morfindən fərqli olaraq daxili orqanların saya əzələlərinə spazmogen deyil, spazmolitik təsir göstərir. Bu səbəbdən daxili orqanların spazmı nəticəsində baş verən ağrıları aradan qaldırmaq üçün premedolun istifadə olunması daha məqsədəuyğundur.
Uzun müddət istifadə edildikdə promedola qarşı vərdișolma və dərmandan asılılıq vəziyyəti yaranır.
Daxilə (25-50 mq dozalarda), dəri altına, yaxud venaya (1 -2%-li məhlulundan 1 ml) təyin edilir.
Fentanil-sitrat (Fentanyli citras). Sin.: Fentanil.
Sintetik preparat olub, ağrıkəsici təsirinə görə morfinden 100-150 dəfə güclüdür. 0,005%-li məhlulu 2 və 5 ml-lik ampullarda buraxılır.
Əzələ daxilinə və venaya (damcı üsulu ilə) təyin edilir. Əsasən cərrahi əməliyyatları ağrısızlaşdırmaq üçün neyroleptik maddə olan droperidolla birlikdə istifadə olunur.
QaraĢıq təsirli (Opioid və geyri-opioid)
Analgetikler
Bu qrup preparatlara tramadol aiddir. |-, ö- , k – opioid reseptorların mərkəzi qeyri-selektiv aqonistidir. Eyni zamanda onurğa beyni səviyyəsində ağrı impulslarının ötürülməsinə tormozlayıcı təsir göstərir.
Tramadol (Tramodol). Sin.: Tramal, Tradalan
500 mq dozada kapsullarda, 5%-li məhlulu 1 və 2 ml-lik ampullarda, damcı şəklində flakonlarda və şam şəklində buraxılır.
Sintetik opioid (narkotik) analgetikdir. Güclü analgeziyaedici təsirə malikdir. Həmçinin sedativ effekt yaradır. Müalicəvi dozalarda tənəffüsə tormozlayıcı təsir göstərmir. Öskürəkkəsici təsirə malikdir.
Müxtəlif mənşəli ağrılarda, o cümlədən bədxassəli şişlərdə, kəskin miokard infarktında, nevralgiyalarda, mexaniki zədələnmələrdə istifadə olunur.
Resept nümunələri
Rp.: Sol.Morphini hydrochloridi 1% - 1 ml
D. t.d. N. 6 in amp.
S. 1 ml dəri altına yeritməli.
#
Rp.: Sol.Promedoli 2% - 1 ml
D. t.d. N. 10 in amp.
S. 1 ml dəri altına yeritməli.
Yüklə 29,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin