FəNN: “Azrbaycan multikulturalizmi” Mövzu 4 : Etnik-milli müxtəliflik və multikulturalizm plan


Sovet İttifaqının konfessional siyasəti



Yüklə 61,74 Kb.
səhifə11/16
tarix25.03.2022
ölçüsü61,74 Kb.
#54200
1   ...   8   9   10   11   12   13   14   15   16
UNEC 1648228720

Sovet İttifaqının konfessional siyasəti. Aprel çevrilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər, Şərqdə ilk dünyəvi demokratik dövlət olan, 23 ay ölkəni idarə edən AXC-nin demokratik nailiyyətlərində son qoydu. Özündə multikultural əsası, həm Qərb, həm də Şərq modellərinin komponentlərini birləşdirən bu qurum dinindən, dilindən, irqindən, cinsindən asılı olmayaraq dövlətin bütün vətəndaşlarına bərabər hüquqla yaşamaq azadlığını vermiş, ölkəni demokratik prinsiplər əsasında idarə etmişdi.

Xalqın mübarizə ruhunu qırmaq üçün bolşevik diktaturası onun milli ruhuna zərbə vurmağa qərar verir. 1920-ci il mayın 15-də Hərbi İnqilab Komitəsinin qərarı ilə Dini Etiqad Nazirliyi, Zaqafqaziya Müsəlmanları İdarəsi və şeyxülislamıq təsisatı ləğv edilir. Xalqın dini baxışlarını səngitmək məqsədi ilə 1923-cü ildə “Materialistlərin klubu” təşkil edilir. 1924-cü ilin yanvarın 24-ü qərarı ilə “Dinə qarşı xüsusi komissiya” yaradılır. Və bu qərarın sonrakı inkişafı özünü “Allahsızlar cəmiyyəti”ndə tapır. 1929-cu ildə bu cəmiyyətin adı transformasiyaya uğrayaraq, “Mübariz allahsızlar cəmiyyəti” adlandırılmışdı. Bolşeviklər xalqı öz tarixi köklərindən ayırmaq məqsədi ilə təkcə dinə qarşı yönəlmiş cəmiyyətləri yaratmaqla kifayətlənmirdi. XX əsrin 20-ci illərinin sonlarında dinə qarşı açıq mübarizəyə keçmiş hakim strukturlar yalnız 1929-cu ildə Azərbaycan SSR rayonlarında 120 məscid bağlamış, ümumən isə 1930-cu il üçün Azərbaycan SSR-də 400 məscid bağlanmışdı. Dinə qarşı ardıcıl mübarizə aparan sovet hakimiyyəti vandalizm aktlarından imtina etməmiş və 1936 –cı ildə Bibi-Heybət məscidi partladılmışdı. Bu illərdə, 1920-1944-cü illər, Qafqaz Müsəlmanları İdarəsi faktiki olaraq, dondurulmuş bir vəziyyətdə qalmışdı.

Dinə qarşı mübarizə aparan bolşeviklər Azərbaycan SSR-də xristian kilsələrini də bağlayır, dağıdırdı. Belə ki, Bakıda “Qızıl kilsə” kimi tanınan Aleksanr-Nevski” məbədi 1936-cı ildə partladılmışdı. Çox qiymətli tarixi abidə olan bu kilsəyə Rusiya imperiyası yalnız onun baş günbəzinin qızılı təbəqə ilə örtülməsi üçün 18.800 rubl vəsait ayırmışdı. 1891-1893-cü illər-də smeta dəyəri 195.000 rubl olan bu məbəd inqilabaqədərki Bakının multikultural sistemində özünəməxsus yer tutmuşdu.

Böyük Vətən müharibəsi başladıqdan sonra SSRİ-də islam dininə münasibət dəyişməyə başlayır. Bu vəziyyətin yaranmasına təsir edən amillərdən biri, Şimali Qafqazı ələ keçirən alman ordusunun generallarından islam dinini qəbul etmələri, məsciddə namaz qılmaları olmuşdu. Əhalini ümumi düşmənə qarşı mübarizəyə yönəltmək üçün avtoritar-totalitar rejim, dinə qarşı apardığı radikal mövqedən uzaqlaşır və 1944-cü il aprelin 14-də SSRİ Ali Soveti Rəyasət Heyəti Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bərpa edilməsi haqqında qərar qəbul edir.

Sovet hakimiyyətinin apardığı konfessional siyasətlə, Rusiya imperiyasının apardığı xristianlaşdırma siyasətinə paralellər versək, aydın olar ki, Rusiya ölkədə “parçala, hökm sür” siyasətini əsas götürsə də məzhəb, şiə -sünni ayrı-seçkiliyini salsa da, bir sıra məscidləri xristian məbədlərinə çevirsə də, islam dini ruhanilərini ali zümrəyə daxil etməsə də bölgədə müsəlman dini qurumlarının fəaliyyətini dayandırmır, yeni məscidlərin tikilməsinə dözümlə yanaşır, din xadimlərini fiziki cəhətdən məhv etmirdi. Halbuki antidin təbliğatını əlində rəhbər tutan sovetlər həm xristian, həm də islam dininə qarşı XX əsrin 40-cı illərinin əvvəllərinə qədər terror aparmışdı.


Yüklə 61,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin