FəNN: “Azrbaycan multikulturalizmi” Mövzu 4 : Etnik-milli müxtəliflik və multikulturalizm plan



Yüklə 61,74 Kb.
səhifə10/16
tarix25.03.2022
ölçüsü61,74 Kb.
#54200
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
UNEC 1648228720

Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri vəəsas istiqamətləri, hüquqi bazası.

Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərin-dən biri olduğunu götürərək, 1992-ci il 16 sentyabr fərmanı ilə "Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında" az-saylı xalqların mədəni inkişafına geniş imkanlar vermiş, onların hüquqla-rının qorunmasını hüquqi dövlətin əsas vəzifəsi kimi götürmüşdür.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra, separatçı qüvvələrə qarşıəməli tədbirlər görmüş, millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək isti-qamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya məqsəd qoymuşdu.

Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətl-ər siyasətinin hüquqi bazası dövlətin ali qanuna konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respub-likasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın İkinci bölməsinin lll fəslinin 25-ci maddəsinin 3-cü bəndində deyilir:”...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məh-dudlaşdırmaq qadağandır”.

Azərbaycan Respublikasının konstitusiyasıölkəəhalisinin tərkib his-səsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasınıəsas götürərək, İkinci bölmənin lll fəslinin 44-cü maddəsində göstərir : ”Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsu-biyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Etnosun əsas atributlarından olan dil hüququnu da Azərbaycan Respublikasının konstitusiyası qoruyur və dövlətin ali qanununun İkinci bölməsinin lll fəslinin 45-ci maddəsində deyilir: “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”.

Bu prinsipial bazanıəsas tutan dövlətimiz 1995-ci il fevralın 1-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında'' Çərçivə konven-siyası"nı imzalamış və bu Konvensiya 16 iyun 2000-ci ildə ratifikasiya et-mişdi. Azsaylı xalqların hüquqlarını qoruyan Konvensiyanın ll hissəsinin 4 maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər " milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olun-maq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mən-subluğa əsaslanan hər cür ayrı-seçkilik qadağan olunur."

YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özü-nümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya" nı Azərbaycan Respublikası 26 noyabr 2009-cu ildə təsdiq etmişdir. Multi-kultural ənənələri inkişaf etdirən Azərbaycan Respublikasıölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyur və məqsədyönlü iş aparır. Azsaylı xalqların etnik mənşə və konfessional fərqlərinə bax-mayaraq, Azərbaycan Respublikası onların hər birinə eyni dərəcədə qayğı göstərir, dilindən, dinindən, etnik mənşəyindən, sayından asılı olmayaraq, toleyrantlıq ənənələrini əsas tutaraq, azsaylı xalqlara hörmətlə yanaşır.


Yüklə 61,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin