Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


qüsurlu  və  ya  düzgün  qoyulmayan  suallara



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#45997
1   2   3   4   5   6   7   8
Kommunikasiya. Mühazirə-1

qüsurlu  və  ya  düzgün  qoyulmayan  suallara  müəyyən  düzəlişlər  aparmalı,  sonra 

onlara 


cavab 

verməlidir. 

Fikrin 

istənilən 

səviyyədə 

çatıb-çatmadığını 

müəyyənləşdirmək  məqsədilə  belə  suallar  verilə  bilər.  “Fikrimizi  izah  edə 



 

bildimmi?”;  “Mənimlə  razısanmı?”;  “Bu  barədə  siz  nə  deyə  bilərsiniz?”; 



“Deyəsən, fikrimi sizə çatdıra bilmədim?” və s.               

           Ünsiyyət  prosesində  dinləyici  hər  hansı  bir  səbəbdən  (başa  düşmədiyini 

soruşmaq,  nəyisə  əlavə  etmək,  məsələyə  münasibət  bildirmək  və  s.)  söhbətə 

qoşulmalı,  müsahibinin  danışığını  kəsməli  olur.  Belə  müdaxilə  münasib 

məqamlarda,  həm  də  müəyyən  nəzakət  dairəsində  edilməli,  “Bağışlayın”,  “Üzr 

istəyirəm” və s. kimi ifadələrlə söhbətə müdaxilə edən üzrxahlığını bildirməlidir 

          İctimai  yerlərdə,  geniş  auditoriyalarda  natiqə,  çıxış  edən  digərlərinə 

ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”, 

“Sualınız  mənə  aydındır”,  “Aydındır”,  “Çalışaram,  məsələyə  aydınlıq  gətirəm”, 

“Sualınıza görə təşəkkür edirəm”, “Bu çox yaxşı və gərəkli sualdır”, “Çox yerində 

verilən bir sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir.  

         Cavabdan sonra qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa daha yaxşı olar. 

Bu  məqsədlə belə  ifadələr  işlədilə  bilər:  “Razı  qaldınızmı?”, “Cavabım  sizi  qane 

etdimi?”,  “Deyilənlərə  etirazınız  yoxdur  ki?”,  “Sizi  razı  sala  bildimmi?”, 

“Deyilənlərlə razısınızmı?”, “Razılaşmırınızsa nə üçün?”, “Bunu nə ilə izah edə 

bilərsiniz?” və s.  

         Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-tək 

olsa da kobud sözlər və ifadələr işlədilir: “Səni başa salmaq çətindir”, “Vaxtımı 

alırsan”,  “Ürəyimi  çəkirsən”,  “Sən  belə  şeyləri  başa  düşməzsən”  və  s.  Verilən 

sualın  əvəzində  “Zəhləmi  tökmə”,  “Başımı  ağrıtma”,  “Açıl  başımdan”,  “Mane 



olma”, “Vaxtımı alma” və s. kimi ifadələri işlədən adamlara, xüsusən müəllim və 

valideynlərə  heç  bir  halda  bəraət  qazandırmaq  olmaz.  Cavab  vermək  bacarığı 

insanın əsas keyfiyyətlərindən biridir. Cavab verən təkcə bilik və məlumatını deyil, 

eyni  zamanda,  öz  mədəni  səviyyəsini  də  nümayiş  etdirir.  Danışan  söhbət  boyu 

dinləyicilərin  istək  və  arzularını  gözlərindən  oxumalı,  cavabları  səmimiyyətlə 

qəbul  etməli,  bu  zaman  ifrat  tərifə  və  ya  məzəmmətə  yol  verməməlidir.  Natiq 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin